“Hidravlika və hidravlik maşınlar”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#43670
1   ...   13   14   15   16   17   18   19   20   ...   38
Hidravlika ve hidravlik mashinlar” fenninden laboratoriya ishleri

 

 

 


26 

 

Laboratoriya işinin planlaşdırılması və yerinə 



yetirilməsi 

 

Texniki təchizatın siyahısı: 

-  Maye çəni, hidravlik nasos və qoruyucu  

klapandan ibarət yığım   

 

 



-  Manometr   

 

 



 

 



-  Drossel  

 

 



 

 

 



-  Ölçmə çəni   

 

 

 



 

 



Laboratroiya  işi  iki  hissədən  ibarətdir.  Birinci  hissədə 

təzyiq  drosselin  xüsusiyyətləri  fərqli  təzyiqlərdə  tədqiq 

olunacaqdır.  İkinci  hissədə  isə  droselin  xarakteristikası 

sabit  giriş  təzyiqi  ilə  öyrəniləcəkdir.  Hər  iki  iş  üçün 

hidravlik dövrənin sxemi şəkil 4- də təqdim olunmuşdur.  

Laboratoriya  işinin  birinci  hissəsində  nasos  çəninin 

gövdəsinə 

bərkidilmiş 

qoruyucu 

klapanın 

vinti 

fırladılaraq  mayenin  təzyiqi  80  bara  qaldırlır.  Drosselin 



vinti  tam  açıldığından  sxemdə  P1  təzyiqi  təxminən  sıfır 

göstərəcəkdir.  Sonra  isə  droselin  vinti  o  vaxta  qədər 

fırladılır  ki,  P1  təzyiqi  20  bar  göstərsin.  Hər  iki  halda 

vaxt ölçən vasitəsi ilə ölçmə çəninə 1 litr mayenin dolma 

vaxtı  ölçülür.  Ölçmədən  əvvəl  ölçmə  çənini  boşaltma 

klapanı bağlı vəziyyətdə olmalıdır. Ölçmə əməliyyatı 10 

bar  addımı  ilə  qabaqcadan  tənzimlənmiş  80  bar  təzyiqə 

qədər davam etdirilirək, ölçmənin nəticələri cədvəl 1- də 

təqdim olunur. 



27 

 

 



Şəkil  1.  Drosselin  xüsusiyyətlərinin  öyrənilməsi  üçün 

hidravlik dövrə.  

 

Cədvəl 1. Təzyiqdən asılı olaraq axma həcminin təyini. 



 

 



28 

 

Cədvəl  1-  də  verilmiş  ölçmə  parametrləri  əsasında  şəkil 



2- də qrafik qurulur.  

 

Şəkil 2. Mayenin axma həcminin təzyiqdən aslılığı. 



 

Şəkildən  göründüyü  kimi  P1  təzyiqinin  qabaqcadan 

qoruyucu  klapan  vasitəsi  ilə  müəyyən  olunmuş  təzyiqə 

uyğun  hissəsində  maye  axınının  həcmi  azalır.  Mayenin 

təzyiqi 80 bar olduqda isə maye axının həcmi tamamiylə 

azalaraq sıfıra düşür və nasosdan vurulan maye qoruyucu 

klapandan  keçərək  çənə  qayıdır.  Bu  hal  drosselin  tam 

bağlanmış vəziyyətinə uyğundur.  

Laboratoriya işinin ikinci hissəsində P1 təzyiqinin 3 sabit 

qiyməti 


üçün  (30bar,  50bar,  80bar)  drosselin 


29 

 

xarakteristikası  müəyyən  olunmuşdur.  İlkin  olraq 



qoruyucu  klapanın  vinti  fırladılaraq  hidravlik  dövrənin 

təzyiqi  30  bara  qaldırılır.  Sonra  isə  drosselin  hər  0,1 

addım  açılması  ilə  ölçmə  çənin  maye  axınıın  miqdarı 

təyin olunaraq, cədvəl şəklində verilir. Əməliyyat drossel 

vintinin  tam  açılmasına  qədər  0,1  addımı  ilə  davam 

etdirilir. Sonra isə bu əməliyyat 50 və 80 bar təzyiq üçün 

aparılaraq cədvəl 2- də qeyd olunur.  

 

Cədvəl  2.  Drossel  vintinin  hər  0,1  açılma  addımına 



uyğun maye axının həcmi. 

 

Maye axının həcminin drosselin açılma addımından asılı 



olaraq  ölçülmüş  qiymətləri  əsasında  şəkil  3-  də  təsvir 

olunmuş  qrafik  qurulur.  Qrafikdən  görünür  ki,  drossel 

vintinin  açılması  və  təzyiqin  artması  ilə  axının  həcmi 



30 

 

artır.  Ən  böyük  axma  həcmi  drosselin  tam  açıq 



vəziyyətində 80 bar təzyiqdə baş vermişdir.  

 

 



Şəkil 3. Maye axınının həcminin drossel vintinin açılma 

addımından asılı olaraq təsviri.  

 

Ölçmə  çənində  mayenin  dolma  vaxtının  dəyişməsi, 



ondan  əvvəl  yerləşdirilmiş  NG4  və  NG6  spiral  şəkilli 

müqavimət 

borusunun 

mayeyə 


yaratdığı 

əlavə 


müqavimətin  hesabına  baş  verə  bilər  ki,  bu  da 

laboratoriya  işinin  növbəti  mərhələsində  tədqiq  oluna 

bilər.  

 

 



 


31 

 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin