Həyatın mövcud olduğu məkanlar


dövranı Günəş enerjisi ilə Yerin dərinlik enerjisinin qarşılıqlı təsiri ilə baş



Yüklə 99,2 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix02.01.2022
ölçüsü99,2 Kb.
#41015
1   2   3   4   5   6   7   8
bosfer compress

dövranı Günəş enerjisi ilə Yerin dərinlik enerjisinin qarşılıqlı təsiri ilə baş 

verir və  bisoferdə  Yerin  daha  dərin  qatlarında  maddələrin  paylanması  ilə 

yerinə  yetirilir.  Burada  maddələr  mübadiləsinin  simvolu  spiraldır.  Kiçik 

dövran  isə  yalnız  biosfer  daxilində  tamamlanır  və  burada  maddələr 

mübadiləsinin  enerjisinin  əsas  mənbəyi    günəş  radiasiyası  sayılır.  Çünki 

günəş  fotosintez  yaradır.Ayrı-ayrı  maddələrin  dövranı  biogeokimyəvi 

tsikllər  adlanır  və  bu  tsikllər  dövranlarla  canlı  orqanizmlərin  mühüm 

funksiyaları təmin olunur. Beş belə funksiya mövcuddur: qaz, biokimyəvi, 

biogeokimyəvi, konsentrasiya və oksidləşmə-reduksiya. 

Son illərdə ekoloji böhranlar dünyəvi xarakter alıb və ekoloji partlayış 

qorxusu  çoxalıb.  Bu  da  insanların  təbii  ətraf  mühitə  təsirinin 

intensivləşməsi ilə əlaqədardır. Böyük ekoloji böhranlar arasında Çernobıl 

qəzasını,  Aral  dənizinin  qurudulmasını,  böyük  miqdarda  sənaye 

tullantılarının  və  s-ni  gostərmək  olar.  Bunlarla  yanaşı  potensial  ekoloji 

təhlükə  daha  çoxdur. Bura  ehtiyatların tükənməsi, ozon  qatının  dəyişməsi 

və s. aiddir. Mühitin kimyalaşdırılması da ekoloji təhlükəni artıran amillər 

arasındadır. 

Bildiyimiz  kimi,  ozon  təbəqəsi  qalınlığı  2-3  mm  olan  atmosferin  bir 

hissəsidir. Ozon yunan sözü olub “kəskin iy deməkdir”. O, ilk dəfə 1839-cu 

ildə  K.F.  Şonbeyn  tərəfindən  kəşf  olunmuşdur.  Troposfer  və  stratosfer 

ozonu  olmaqla  iki  qrupa  bölünən  ozonun  qorunub  saxlanılması  en  vacib 

ekoloji  problemlərdəndir.  Azərbaycan  ozon  təbəqəsinin  qorunması  üzrə 

dünya  ictimaiyyətinin  bütün  səylərini  dəstəkləyir  və  beynəlxalq  razılaşma 

ə

sasında  qəbul  etdiyi  öhdəlikləri  ardıcıl  yerinə  yetirməyə  çalışır. 

Azərbaycan  bir  sıra  ozondağıdıcı  maddələrin  istifadədən  çıxarılması  və 

həmin  maddələrin  atmosferə  atılmasının  qarşısının  alınması  üzrə  dünya 

birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir. Azərbaycan mühüm 

ekoloji  problem  olan  ozon  təbəqəsinin  mühafizəsi  haqqında  Vyana 

Konvensiyasının (1985-ci il), Monreal Protokolunun (1987), London (1990), 

Kopenhagen  (1992)  və  Monreal  (1997)  düzəlişlərinin  ratifikasiya  edilməsi 

haqqında  qanun  qəbul  edib.  Ratifikasiyadan sonra BMT-nin  Ətraf Mühit 

və  İnkişaf  Proqramlarının  himayəsi  ilə  «Çinar»  soyuducuları,  Sumqayıt 

kompressorlar  zavodları  və  yanğınsöndürmə  idarələrində  istifadə  olunan 

ODM-nin  istifadədən  çıxarılması,  sənayenin  müxtəlif  sahələri  və  məişətdə 

istifadə  edilən  və  ODM  olan  soyuducu  agentlərin  bərpa  və  yenidən 

istifadəsi, təlimatçı və texniklərin öyrədilməsi üzrə layihələr həyata keçirib, 

Azərbaycan  Ozon  Mərkəzi  yaradılıb.  Azərbaycan  hökumətinin  ozon 

qatının dağılmasına qarşı mübarizə strategiyası hazırlanıb və görülən işlər 

qəbul  olunmuş  strategiya  əsasında  həyata  keçirilir.Ozon  təbəqəsinin 

vacibliyini  göstərmək  üçün  BMT-nin  Baş  Assambleyası  tərəfindən 

sentyabrın 16-sı Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü elan edib. 

 

www.behruzmelikov.com



Yüklə 99,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin