Həştərxan, Sibir və Krım xanlıqları



Yüklə 255,59 Kb.
Pdf görüntüsü
tarix30.06.2023
ölçüsü255,59 Kb.
#135553
Həştərxan, Sibir və Krım xanlıqları



Həştərxan, Sibir və Krım xanlıqları

Kateqoriyalar (/category)  Türklərin tarixi (/category/150/turklerin-tarixi)

Həştərxan, Sibir və Krım xanlıqları
HƏŞTƏRXAN XANLIĞI (1466-1556)
XV əsrin ortalarında Qazan xanlığı ilə eyni vaxtda Volqa çayının aşağı axarında mərkəzi
Həştərxan şəhəri olan Həştərxan xanlığı yarandı. Xanlığın əsasını Kiçik Məhəmmədin nəvəsi
Qasım xan qoymuşdu. Onun ərazisi Aşağı Volqa sahillərindən Şimali Qafqaza qədər olan
ərazini əhatə edirdi. Xanlıq bir əsrə qədər müstəqil olmuş, sonra isə o, Qızıl Ordadan, Krım
xanlığından, Noqay ordusundan asılı olmuşdu.
Xanlığın əhalisi, əsasən, maldarlıqla məşğul olmuş, ovçuluq və balıqçılıq etmişdi. Əkinçilik
ölkədə qismən inkişaf tapmışdı.
İri dünyəvi və ruhani feodallar hakimiyyətdə xüsusi rol oynayırdılar. Dövlətin başçısı xan idi.
Xandan sonra bəylər, murzalar, ruhanilər böyük səlahiyyətə malik idilər. Həştərxan xanlığının
silahlı qüvvələrinin baş komandanı kalka adlanırdı. O, hakimlər içərisində birinci yeri tuturdu.
Xanlıq ticarət yolu üzərində yerləşirdi. Mərkəzi Asiya, Sibir, Qazaxıstandan buraya şərq
parçaları, ipək, ədviyyat malları, saxsı qablar gətirilirdi. Əvəzində isə qiymətli xəz dərilər, gön,
balıq, duz və s. aparılırdı. Hər il Moskva knyazlığından gələn balıqçı dəstələrinin yerli türklərlə
birlikdə balıq ovlamalarına icazə verilirdi.
XV əsrin sonlarından başlayaraq, ticarət əlaqələri xanlığın etnik tərkibinin dəyişməsinə səbəb
oldu. Burada rusların, ermənilərin, yəhudilərin sayı artdı, buraya Venesiyadan da tacirlər gəlirdi.
Xanlıq 1556-cı ildə Moskva knyazlığı tərəfindən işğal olundu.
KRIM XANLIĞI (1438-1788)
Qara dənizin şimalında Qara dənizlə və Azov dənizi arasındakı Krım yarımadasında yerləşirdi.
Perekop bərzəxi vasitəsilə materikə birləşir. Türklər burada qədimdən yaşayırdılar.XII əsrin I
yarısında türklərin Krıma axını gücləndi. Buranın əhalisi xəzərlər, kumanlar, qıpçaq və oğuz
türkləri olmuş, onlar qaynayıb qarışmışlar.
XIV əsrin 80-90-cı illərində Krımda türklərin sayı artmağa başladı. Burada noqay və osmanlılar
məskunlaşmağa başladı. Yerli bəylərin və Böyük Litva knyazı Vitovtun köməyi ilə Teymurtaş
özünü xan elan etdi. Onu Qiyasəddin əvəz etdi. Qızıl Orda xanı Pulat Qiyasəddini hakimiyyətdən
Axtarış


uzaqlaşdırıb oğlu Hacı Gəray xanı Krımda hakimiyyətə gətirdi. O, 1438-ci ildə Gəraylar
sülaləsinin əsasını qoydu. Krım xanlığının yaradıldığını elan etdi, adına pul kəsdirdi. Qızıl Orda
Krım xanlığını tanıdı. Xanlığın paytaxtı əvvəl Golxat, sonra Baxçasaray oldu. Hacı Gəray xan
Solxat döyüşündən sonra Kəfə (indiki Feodosiya) ticarət faktoriyasını xərac verməyə məcbur
etdi.
Qızıl Orda xanı xanlığın qüvvətlənməsindən ehtiyat edib Hacı Gərayı hakimiyyətdən saldı və 7
ildən sonra 1443-cü ildə türklər Hacı Gərayı hakimiyyətə gətirdi, lakin 1466-cı ildə Hacı Gəray
öləndən sonra onun oğulları Nurdövlət və Məngli Gəray arasında mübarizə başlandı.
Genuyalılar Nurdövləti hakimiyyətə gətirdilər. Bundan narazı olan xalq və bəylər Osmanlı
dövlətinə müraciət etdilər. 1475-ci ildə Osmanlı qoşunu Kəfəni, sonra Anapa, Sudak və digər
qalaları tutdu. 1478-ci ildə türk sultanının fərmanı ilə Mənqli Gəray (1478-1515) xan elan edildi.
Krım xanlığı Osmanlı dövlətinin vassalına çevrilirdi. Osmanlılar Mengili Gəraya aşağıdakı
şərtləri qəbul etdirdi:
1) Krımın sahilboyu ərazisi Osmanlı sultanının hakimiyyəti altında olmalı idi;
2) Xan gələcəkdə sultan tərəfindən Gəraylar sülaləsindən təyin olunmalı idi;
3) Xanlıq lazım gəldikdə Osmanlı dövlətinə kömək göstərməli idi;
4) Sultan xanlığın daxili işinə qarışmamalı idi;
5) Xanlıq xarici dövlətlərlə əlaqə saxlamaq hüququna malik idi.
Krım xanlığı Osmanlı dövlətinin vassalına çevrildi. Xan hakimiyyətə gələndə Sultan ona çoxlu
hədiyyə verirdi. Qara dəniz Türkiyənin daxili dənizinə çevrildi.
1479-cu ildə Böyük Moskva knyazlığı ilə Məngli Gəray arasında Qızıl Orda və Litvaya qarşı
ittifaq bağlandı. Bu ittifaq hər iki tərəf üçün faydalı idi. Gəray xan 1482-ci ildə Kiyev Şəhərini və
Litva ərazisinin bir hissəsini tutdu. Qızıl Orda dövləti süqut etdikdən sonra Moskva knyazlığı
Krım xanlığının qüvvətlənməsindən ehtiyat etdi. Digər tərəfdən Moskva knyazlığının Qazan
xanlığına qarşı təcavüzü Krım xanlığını ondan uzaqlaşdırdı. Moskva knyazlığı ilə Krım xanlığı
arasında mübarizə üç əsrə qədər davam etdi.
Krım xanlığı ərazisində əkinçilik, maldarlıq, sənətkarlıq qədimdən inkişaf etmişdi. Aralıq dənizi
sahili ölkələri ilə ticarət əlaqəsi var idi. Mərkəzi Asiya, Sibir, Monqolustandan buraya ticarət
karvanı gəlirdi.


Krım xanlığı Osmanlı himayəsinə keçdikdən sonra onun ictimai və dövlət quruluşu Osmanlı
imperatorluğundakı kimi qurulmuşdu. Xanlıq boy əsilzadəliyinə (nəsil aristokratiyasına)
əsaslanırdı. Hər boyun xana tabe olan bəyi var idi. Bəylər xanın yanında məşvərətçi hüquqa
malik divanın üzvləri idilər. Məsələlərin həllində bəylərin rəyi nəzərə alınırdı. Xanın birinci
vəliəhdi Kalqa, ikincisi isə nurəddin adlanırdı. Bunlar xanın oğlu olmasa da, xan sülaləsindən
olmalı idi. Kalqa Ağşəhərdə (Simferopol), Nurəddin isə Baxçasarayda otururdu.
SİBİR XANLIĞI
XIII-XIV əsrlərdə Ural dağlarından şərqə, İrtış çayına qədər uzanan ərazi Sibir (İbir) adlanırdı. Bu
ərazi xəzdərili heyvanlarla zəngin idi. Tobol, Tura, İrtış, Ob çayları dördbucağında özbəklər,
başqırdlar, qazaxlar, xantilər və digər xalqlar yaşayırdılar.
Qızıl Orda dağılandan sonra Sibir xanlığı yarandı və onun paytaxtı Tümen idi. XV əsrin ikinci
yarısından başlayaraq Sibir xanlığında hakimiyyət uğrunda mübarizə gedirdi. Bu əsrin sonunda
Sibir xanlığının banisi hesab edilən İbak xan hakimiyyətə yiyələndi. Onun dövründə xanlıq
qüvvətləndi. Qızıl Orda ilə rəqabət aparırdı. İbak xan Krım və Qazan xanlıqları, Moskva knyazlığı
ilə dostluq əlaqəsi saxlayırdı. 1495-ci ildə İbak xan feodallar tərəfindən öldürüldü. Hakimiyyətə
Taybuğanın nəslindən olan Məhəmməd xan gəldi. Xanlığın paytaxtı Sibir (Kaşlık) şəhərinə
köçürüldü, xanlıq bu şəhərin adı ilə adlandırıldı.
Qonşu dövlətlərdə olduğu kimi, Sibir xanlığında da feodal pərakəndəliyi başlandı. Belə bir
vaxtda ruslar Qərbi Sibirə doğru irəlilədilər. 1555-ci ildə Sibir xanı Yadigar xan Moskvadan
vassal asılılığını qəbul etdi. Hər il min ədəd samur dərisini Moskvaya bac verməyi öhdəsinə
götürdü.


Sibir xanlığında köçəri maldarlıq tədricən əhəmiyyətini itirmişdi. Təsərrüfatın əsasını xəzdərili
heyvanların ovçuluğu və balıqçılıq təşkil edirdi. Sibir türkləri əkinçiliklə də məşğul olurdular.
Mərkəzi Asiyadan Bulqar ölkəsinə, Kamaya və Orta Volqaboyuna gedən karvan yolu Sibirdən
keçirdi. Rus tacirləri xəz dəri almaq üçün Tümenə gəlirdilər.
Sibir türklərinin ictimai həyatında qəbilə qurulusunun qalıqları və icma torpaq sahibliyinin izləri
qalırdı. XVI əsrə yaxın «qara camaat» içərisindən əyanlar çıxmağa başladı. Sibirin bütün əhalisi
xana yasaq verən «qara camaat»a və yasaqdan azad olan bəylərə və murzalara bölünürdü.
Burada vaxtilə şamançılıq yayılmış, lakin XVI əsrdən sonra rəsmi din islam dini olmuşdur.
Əsas səhifə (/)
Məqalələr (/list)
Kateqoriyalar (/category)
Haqqımızda (/about)
Əlaqə (/about/contact)
Faydalı keçidlər
Maraqlı məlumatlar və 
Maraqlı məlumatlar və 


2.7K followers
2.7K followers
Follow Page
melumatlar.az © 2023

Yüklə 255,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin