Hesablamanın inkişaf tarixini dörd əsas mərhələyə bölürlər: mexanikaya qədər, mexanika, elektromexanika və elektron hesablama dövrləri



Yüklə 8.72 Mb.
tarix18.05.2017
ölçüsü8.72 Mb.



Hesablamanın inkişaf tarixini dörd əsas mərhələyə bölürlər: mexanikaya qədər, mexanika, elektromexanika və elektron hesablama dövrləri.

  • Hesablamanın inkişaf tarixini dörd əsas mərhələyə bölürlər: mexanikaya qədər, mexanika, elektromexanika və elektron hesablama dövrləri.

  • Mexanikaya qədər dövrdə hesablamaya ehtiyac qədim insanların praktiki fəaliyyəti nəticəsində əmələ gəlmişdir. Bəşəriyyətin ilk yaranan dövrlərində adamlar hesab və say nə olduğunu bilməyiblər. Təkamül prosesləri nəticəsində ibtidai insanların yavaş-yavaş təbiəti dərk etməsi və əməklə məşğul olması əcdadlarımızı vəhşi yaşayış tərzindən çıxmağa və sivil həyat qurmağa vadar etmişdir.



İlk hesablama əməliyyatını qədim insanlar ana təbiətin onlara bəxş etdiyi əllər vasitəsilə aparmışlar.

  • İlk hesablama əməliyyatını qədim insanlar ana təbiətin onlara bəxş etdiyi əllər vasitəsilə aparmışlar.

  • Saymaq üçün insanlar əvvəl bir əlin barmaqlarından, sonra hər ikisinin, bəzi hallarda isə hətta ayaq barmaqlarından istifadə edirdilər.

  • Əllə sayma, insanın hansı dildə danışmağından asılı olmayaraq çox asan başa düşüldüyü üçün, bu üsul ayrı-ayrı millət nümayəndələrinin alver etdiyi ticarət yerlərində insanların çox karına gəlir.



Müasir dövrdə əllə hesablama üsuluna çox geri qalmış xalqlar və saymağa təzə can atan uşaqlar arasında rast gəlmək olar.

  • Müasir dövrdə əllə hesablama üsuluna çox geri qalmış xalqlar və saymağa təzə can atan uşaqlar arasında rast gəlmək olar.

  • Müəyyən hallarda, ölçü alətləri olmayanda insanlar hesablama üçün öz bədən üzvlərindən bu gün də istifadə edirlər.



Maraq üçün qeyd edək ki, düyümün ölçüsü 1324-ci ildə İngiltərədə kral II Edvard tərəfindən qanunlaşdırılmışdır.

  • Maraq üçün qeyd edək ki, düyümün ölçüsü 1324-ci ildə İngiltərədə kral II Edvard tərəfindən qanunlaşdırılmışdır.

  • Sünbülün orta hissəsindən çıxardılmış baş-başa qoyulmuş üç buğda dənəsinin uzunluğu bir düyüm hesab olunur.

  • İngilis məişətində indi də düyümün üçdə biri olan “buğda dənəsi” ölçüsü işlədilir.

  • Kral II Edvard tərəfindən daha bir ölçü – insanın ayaq pəncəsinin orta uzunluğu olan fut da təsdiq edilmişdir. Bir fut təqribən 30,5 sm-dir.



Hesabları, tarixləri yadda saxlamaq prosesi isə heyvan sümüklərinin, taxta və ya daş parçalarının üzərində çapıqlar qoymaqla və yaxud kəndirlərdə düyünlər vurmaqla həyata keçirilirdi.

  • Hesabları, tarixləri yadda saxlamaq prosesi isə heyvan sümüklərinin, taxta və ya daş parçalarının üzərində çapıqlar qoymaqla və yaxud kəndirlərdə düyünlər vurmaqla həyata keçirilirdi.





Təxminən b.e.ə VI əsrdə Hindistanda ədədlərin yazılış forması və hesablama əməliyyatı aparmaq üçün yeni qaydalar əmələ gəlir.

  • Təxminən b.e.ə VI əsrdə Hindistanda ədədlərin yazılış forması və hesablama əməliyyatı aparmaq üçün yeni qaydalar əmələ gəlir.

  • İlk əvvəl, hindlilərin yaratdığı rəqəmlərin içində sıfır yox idi. Çox tərkibli ədəd verilirdisə hindlilər onu hər mərtəbədə duran ədəd vahidini oxumaqla səsləndirirdilər.

  • Necə ki, ingilislərin telefon nömrəsini rəqəmbərəqəm dedikləri kimi. Hər hansı bir mərtəbəsində ədəd vahidi olmayan (məsələn, 1048, 105 və s.) rəqəmin yazılışında həmin yerə əvvəllər nöqtə, sonralar isə nöqtənin əvəzinə dairə qoyulurdu.

  • Belə dairələr hindlilərin dilində “boş yer” mənasını verən “sunya” adını alır. Ərəblər həmin sözü mənasına görə öz dillərinə çevirib “sıfır” kimi işlətməyə başlamışdılar.



Çox maraqlıdır ki, ədədləri yazmaq üçün istifadə olunan işarələr Hindistanda kəşf edilsə də, onlar tarixdə “Ərəb rəqəmləri” adı ilə qalmışdır.

  • Çox maraqlıdır ki, ədədləri yazmaq üçün istifadə olunan işarələr Hindistanda kəşf edilsə də, onlar tarixdə “Ərəb rəqəmləri” adı ilə qalmışdır.

  • Buna səbəb Hind rəqəmlərinin yazılış formasının orta əsrlərdə ətraf ölkələrə ərəblər tərəfindən yayılması, o dövrlərdə Orta Asiya ölkələrində ərəblərin üstün mövqedə olması, həmin ölkələrinin əksəriyyətində beynəlxalq dil kimi ərəb dilindən istifadə edilməsi, Horezmi, Beruni, Xəyyam, Tusi kimi Şərqin görkəmli alimlərinin öz hesablamalarını məhz ərəblərin gətirdiyi rəqəmlərlə aparması olmuşdur.

  • Hazırda, ərəb rəqəmləri hamımızın işlətdiyi onluq say sistemini təşkil edir.



Hesablama sahəsində birinci böyük nailiyyət ən qədim hesab aləti olan “Salamin lövhənin” (Egey dənizindəki Salamin adasının adını daşıyir) yaradılması oldu. Bu hesablama ləvazimatı b.e.ə. V əsrdə qədim Misirdə, Yunanıstanda və Romada geniş yayılaraq “abak” adını almışdır.

  • Hesablama sahəsində birinci böyük nailiyyət ən qədim hesab aləti olan “Salamin lövhənin” (Egey dənizindəki Salamin adasının adını daşıyir) yaradılması oldu. Bu hesablama ləvazimatı b.e.ə. V əsrdə qədim Misirdə, Yunanıstanda və Romada geniş yayılaraq “abak” adını almışdır.



Mexanikaya qədər hesablama dövrü təxminən XVII əsrə qədər davam etmiş və bu dövr əllərlə saymaqdan tutmuş ədədlərin, müxtəlif say sistemlərinin, ilk hesab aləti olan abakın kəşf olunması və riyazi elmlərin güclü inkişaf etməsi ilə yadda qalmışdır.

  • Mexanikaya qədər hesablama dövrü təxminən XVII əsrə qədər davam etmiş və bu dövr əllərlə saymaqdan tutmuş ədədlərin, müxtəlif say sistemlərinin, ilk hesab aləti olan abakın kəşf olunması və riyazi elmlərin güclü inkişaf etməsi ilə yadda qalmışdır.



1642-ci ildə böyük Fransa alimi və ixtiraçısı Blez Paskalın hazırladığı cəmləyici maşın hesablama sahəsində yeni – mexanika dövrünün başlanğıcını qoydu.

  • 1642-ci ildə böyük Fransa alimi və ixtiraçısı Blez Paskalın hazırladığı cəmləyici maşın hesablama sahəsində yeni – mexanika dövrünün başlanğıcını qoydu.

  • Deyilənlərə görə Paskal bu maşını öz atası Etyen Paskalın işini yüngülləşdirmək məqsədilə hazırlamışdır. Belə ki, Etyen kardinal Rişelenin zamanında vergi yığan vəzifəsində çalışdığı üçün, özünün çox böyük vaxtını və gücünü əllə apardığı hesablamalara sərf edirdi.

  • Belə yorucu hesablamalar atasından çox Paskalı hövsələdən çıxardırdı, ona görə də gənc alim bu prosesləri həyata keçirən maşın düzəltmək fikrinə düşür və 19 yaşında özünün “Paskalina” adlandırdığı hesablama maşınının modelini hazırlayır.



Hal-hazırda Paskalina maşını Parisin incəsənət muzeyində saxlanılır.

  • Hal-hazırda Paskalina maşını Parisin incəsənət muzeyində saxlanılır.

  • Qeyd etmək lazımdır ki, hələ Paskala qədər mexaniki toplama qurğusunun eskizlərini Leonardo da Vinçi öz dövründə çəkmişdir.

  • Ancaq, onun əl yazmaları çox gec aşkar edildiyi üçün bu ideya elə kağız üzərində də qalmışdır.

  • 1957-ci ildə isə Kepler Elmi Mərkəzinin direktoru Frans Hammer dünyada ilk mexaniki hesablama maşınını 1623-cü ildə Vilqem Şikkardın hazırladığını bəyan edir.



Paskalın vaxtı ilə öz atasına etdiyi köməyə oxşar bir xidməti böyük Alman alimi Qotfrid Leybnis 1672-ci ildə Parisdə tanış olduğu Hollandiya riyaziyyatçısı və astronomu Xristian Gyuygensə göstərir. Belə ki, Astronomun səhərdən axşamacan masa arxasında oturub müxtəlif növlü hesablamalar apardığını görən Leybnis ona kömək etmək məqsədilə 1673-cü ildə paskalinanın konstruksiyasına pilləli val və hərəkət edən baraban daxil etməklə həmin maşında toplama və çıxma ilə bərabər həm də vurma və bölmə əməliyyatlarını aparmağa nail olur.

  • Paskalın vaxtı ilə öz atasına etdiyi köməyə oxşar bir xidməti böyük Alman alimi Qotfrid Leybnis 1672-ci ildə Parisdə tanış olduğu Hollandiya riyaziyyatçısı və astronomu Xristian Gyuygensə göstərir. Belə ki, Astronomun səhərdən axşamacan masa arxasında oturub müxtəlif növlü hesablamalar apardığını görən Leybnis ona kömək etmək məqsədilə 1673-cü ildə paskalinanın konstruksiyasına pilləli val və hərəkət edən baraban daxil etməklə həmin maşında toplama və çıxma ilə bərabər həm də vurma və bölmə əməliyyatlarını aparmağa nail olur.



Leybnis təklif edirdi ki, əvvəlki dillərdən tam fərqli elə bir dil yaradılsın ki, hamı onu lüğətsiz də başa düşə bilsin. Lakin o vaxtlar alimin ideyasına heç kim fikir verməmiş, sonradan Leybnis özü də bu fikirdən daşınmışdır.

  • Leybnis təklif edirdi ki, əvvəlki dillərdən tam fərqli elə bir dil yaradılsın ki, hamı onu lüğətsiz də başa düşə bilsin. Lakin o vaxtlar alimin ideyasına heç kim fikir verməmiş, sonradan Leybnis özü də bu fikirdən daşınmışdır.

  • Üstündən on il keçəndən sonra alimin təsadüfən gözünə sataşan bir köhnə əlyazma onu ikili say sistemini tədqiq etməyə sövq edir. Bu əlyazma məşhur Çin kitabı “Ay çinq” (“Dəyişiklər kitabı”) əsərinə olan şərh idi. Həmin yazıda Kainatı, onun bütün mürəkkəbliyinə baxmayaraq bir-birinə əks fəlsəfi kateqoriyalarla izah etməyə cəhd olunurdu.

  • Məsələn, işıq və qaranlıq, kişi və qadın, xeyir və şər, od və su. Sıfır və bir ədədlərinin də belə əksliyini görən Leybnis həvəsə gələrək onlardan sonsuz sayda kombinasiyalar qurmağa başlayır və beləliklə, müasir ikili say sisteminin əsasını qoyur.



Hesablama sahəsində inkişaf getdikcə artıq mexaniki hesablama maşınlarının əllə idarə olunması müəyyən çətinliklər yaradırdı və onların həll olunması qarşıda duran əsas məsələlərdən birinə çevrilmişdi.

  • Hesablama sahəsində inkişaf getdikcə artıq mexaniki hesablama maşınlarının əllə idarə olunması müəyyən çətinliklər yaradırdı və onların həll olunması qarşıda duran əsas məsələlərdən birinə çevrilmişdi.

  • İlk əvvəl bu məsələ maşınlarda bəzi əməliyyatların avtomatlaşdırılması ilə həll olundu. Mexaniki proqramla idarə etmək prinsipini ilk dəfə Fransız mexaniki Jozef Mari Jakkar həyata keçirdi.

  • Maraqlıdır ki, bu prinsip hesablama sahəsində deyil, tamamilə başqa bir əməliyyatı aparmaq üçün, ipək parçaları rəngləmək məqsədilə tətbiq edildi.



Jakkarın kəşf etdiyi perfokartlar sonradan İngilis riyaziyyatçısı Çarlz Bebbic və Amerika mühəndisi German Hollerit tərəfindən hesablama maşınlarının idarə olunması üçün istifadə edilmişdir.

  • Jakkarın kəşf etdiyi perfokartlar sonradan İngilis riyaziyyatçısı Çarlz Bebbic və Amerika mühəndisi German Hollerit tərəfindən hesablama maşınlarının idarə olunması üçün istifadə edilmişdir.

  • Avtomatik hesablama maşınlarının yaradılması haqqında ilk fikri də məhz XIX əsrin əvvəllərində Bebbic söyləmişdir. 1820-1822-ci illərdə Bebbicin hazırladığı maşın 18 tərkibli ədədlər üzərində hesablamalar aparmağa imkan verirdi.

  • 1834-cü ildən həyatının sonuna kimi C.Bebbic universal analitik hesablama maşınının çertyoju üzərində işləmiş, lakin bəzi çətinliklər, əsasən də maliyyə çatışmazlığı ona işlək bir nümunə hazırlamaq imkanı verməmişdir.



Tale elə gətirir ki, Bebbicin maşını yaradılmamışdan əvvəl onun işləməsi üçün proqram qabaqcadan hazırlanır.

  • Tale elə gətirir ki, Bebbicin maşını yaradılmamışdan əvvəl onun işləməsi üçün proqram qabaqcadan hazırlanır.

  • Bu proqramın müəllifi, həm də tarixə ilk proqramçı kimi düşən insan zərif cinsin nümayəndəsi olmuşdur.

  • Bu qadın böyük İngilis şairi Corc Qordon Bayronun yeganə qızı olan Ada Avqusta Bayron idi. Bildirək ki, Ada 1835-ci ildə qraf Uilyam Lavleysə ərə getdikdən sonra qrafinya Lavleys olmuşdur.

  • Ada 19 yaşı olanda Çarlz Bebbiclə tanış olur və onu dahi insan sayaraq özünü Çarlzin şagirdi, həm də köməkçisi hesab edir.



Tale elə gətirir ki, Ada Lavleys 1850-ci illərdə ağır xəstələnir və 1852-ci ildə 37 yaşında vəfat edir. Çox maraqlıdır ki, onun atası da məhz 37 yaşında xəstələnərək vəfat etmişdir.

  • Tale elə gətirir ki, Ada Lavleys 1850-ci illərdə ağır xəstələnir və 1852-ci ildə 37 yaşında vəfat edir. Çox maraqlıdır ki, onun atası da məhz 37 yaşında xəstələnərək vəfat etmişdir.

  • XIX əsrin ortalarında vaxtı ilə Leybnisin məşğul olduğu ikili say sisteminə yenidən maraq artır.

  • Böyük İngilis alimi Corc Bul dahi alim Leybnisin axtardığı universal dili 0 və 1 rəqəmlərində tapır və məntiqi iki ədəd vasitəsilə riyaziyyata bağlaya bilir.



O dövrün məntiqçiləri Bulun bu ideyası ilə uzun müddət mübarizə aparsalar da axır hesabda ikili say sistemi nəzərdən qaçmır və 1867-ci ildə amerikalı Çarlz Sanders Pirs Amerika elmi ictimaiyyətini ikili hesablama sistemi ilə yaxından tanış etmək məqsədilə Amerika Elm və İncəsənət Akademiyasında məruzələr oxumağa başlayır.

  • O dövrün məntiqçiləri Bulun bu ideyası ilə uzun müddət mübarizə aparsalar da axır hesabda ikili say sistemi nəzərdən qaçmır və 1867-ci ildə amerikalı Çarlz Sanders Pirs Amerika elmi ictimaiyyətini ikili hesablama sistemi ilə yaxından tanış etmək məqsədilə Amerika Elm və İncəsənət Akademiyasında məruzələr oxumağa başlayır.

  • 20 il ərzində Pirs belə təbliğatlara çox güc və vaxt sərf edir. O ikili say sistemini elektrik dəyişdirici sxemlərin izahı üçün çox əlverişli hesab edirdi.



1887-ci ildə amerikalı mühəndis German Hollerit Bebbicin analitik maşın düzəltmək ideyasını həyata keçirdi.

  • 1887-ci ildə amerikalı mühəndis German Hollerit Bebbicin analitik maşın düzəltmək ideyasını həyata keçirdi.

  • Onun düzəltdiyi tabulyator (hesab maşını) hesablama texnikası tarixində elektromexanika dövrünün başlanğıcını qoydu.

  • Senzlər Bürosunda (Statistika idarəsi) çalışan Hollerit hər on ildən bir əhalinin siyahıya alınması zamanı nəticələrin əllə emal edilməsində nə qədər çətinliklər olduğunu görürdü.

  • Ona görə də mühəndis bu prosesləri avtomatlaşdırmaq üçün Jakkarda kimi perfokartlardan istifadə etmək qərarına gəlir.



Əgər 1880-ci ildə əhalinin siyahıya alınmasının nəticəsi 7,5 il ərzində hesablanmışdırsa, 1890-cı ildə artıq həmin əməliyyat tabulyatorlar vasitəsilə 2 il ərzində aparılmışdır.

  • Əgər 1880-ci ildə əhalinin siyahıya alınmasının nəticəsi 7,5 il ərzində hesablanmışdırsa, 1890-cı ildə artıq həmin əməliyyat tabulyatorlar vasitəsilə 2 il ərzində aparılmışdır.

  • Belə uğurdan sonra tabulyatorların digər ölkələrə yayılması başlanmış və 1890-cı ildə Avstriyada, Macarıstanda, 1891-ci ildə Kanadada, 1897-ci ildə isə Rusiyada bu qurğudan istifadə edilməyə başlanılmışdır.

  • Qeyd etmək lazımdır ki, tabulyator ilk dəfə yarananda hesablama deyil, ancaq saymaq funksiyasını həyata keçirirdi.



1937-ci ildə Hovard Eyken İBM firması tərəfindən buraxılan tabulyatorların standart detallarından istifadə etməklə universal proqramla idarə oluna bilən maşın hazırlamağı təklif edir.

  • 1937-ci ildə Hovard Eyken İBM firması tərəfindən buraxılan tabulyatorların standart detallarından istifadə etməklə universal proqramla idarə oluna bilən maşın hazırlamağı təklif edir.

  • 1939-cu ildə Eyken kömək üçün İBM-in Holleritdən sonrakı prezidenti Tomas Uotsona müraciət edir və ondan maliyyə dəstəyi alaraq 1943-cü ildə MARK-1 adlanan maşını hazırlayıb təhvil verir.



MARK-1

          • MARK-1


1936-cı ildə Massaçuset Universitetinin məzunu 21 yaşlı gənc alim Klod Şennon özünə bir qədər pul qazanmaq üçün “diferensial analizator” adlanan hesablayıcı maşın arxasında operator işləməli olur.

  • 1936-cı ildə Massaçuset Universitetinin məzunu 21 yaşlı gənc alim Klod Şennon özünə bir qədər pul qazanmaq üçün “diferensial analizator” adlanan hesablayıcı maşın arxasında operator işləməli olur.

  • O dövrlərdə ilk diferensial hesablamalar apara bilən bu maşını 1930-cu ildə Şennonun elmi rəhbəri professor Venivar Buş hazırlamışdı.

  • İş prosesində bu hesablayıcının bir sıra çatışmazlığı üzə çıxırdı.

  • Əvvəla, onun qabaritləri çox böyük idi, ikincisi, onluq say sistemində işləyirdi, üçüncüsü, bu qurğu da çoxlu sayda çarx, val və barabanlardan yığıldığı üçün verilənləri daxil etdikdə onları əllə fırlatmaq və tez-tez yağlamaq lazım gəlirdi.



Özünün bu ideyasını Şennon 1938-ci ildə nəşr etdirdiyi doktorluq dissertasiyasında inkişaf etdirir.

  • Özünün bu ideyasını Şennon 1938-ci ildə nəşr etdirdiyi doktorluq dissertasiyasında inkişaf etdirir.

  • Alimin fikrincə elektrik sxemlərinin yaradılması insanları bütün günü maşın yağı sürtülən dişli çarx və vallardan azad edə bilərdi.

  • Bu parlaq ideya tezliklə telefon stansiyalarının yaradılmasında öz tətbiqini tapır və müasir informatika və hesablama texnikasının inkişafında dönüş nöqtəsi olur.

  • 10 ildən sonra 1948-ci ildə K.Şenonun dərc etdirdiyi “Əlaqənin riyazi nəzəriyyəsi” əsəri isə elmdə yeni sahə olan informasiya nəzəriyyəsinin və “informasiya” sözünün elmi termin kimi işlədilməsinin əsasını qoymuşdur.



Şennon Massaçuser Texnoloji İnstitutunda öz dissertasiyası üzərində iş apardığı zaman Ayova ştatının kollecində fizika üzrə professor Con Atanasof da həmin problemlərin həlli ilə məşğul olurdu.

  • Şennon Massaçuser Texnoloji İnstitutunda öz dissertasiyası üzərində iş apardığı zaman Ayova ştatının kollecində fizika üzrə professor Con Atanasof da həmin problemlərin həlli ilə məşğul olurdu.

  • 1938-ci ilin yanvarında Atanasof onluq say sistemindən çıxaraq ikili hesablama əsasında maşın hazırlamaq qərarına gəlir. Professor 1939-cu ildə hesablama qurğusunun qaba formasını hazırlayır və bu işi davam etdirmək üçün özünə maliyyə dəstəyi axtarır.

  • Lakin ikinci dünya müharibəsinin başlaması alimə bu ideyanı həyata keçirməyə imkan vermir.



Maraqlıdır ki, yuxarıda adı çəkilən alimlərlə eyni vaxtda Berlində yaşayan Konrad Zuze də hesablama işini yüngülləşdirən bir maşın yaratmaq haqqında düşünürdü.

  • Maraqlıdır ki, yuxarıda adı çəkilən alimlərlə eyni vaxtda Berlində yaşayan Konrad Zuze də hesablama işini yüngülləşdirən bir maşın yaratmaq haqqında düşünürdü.

  • Çarlz Bebbicin, Bulun işləri və diferensial analizatorlar barədə təsəvvürü olmayan Zuze 1939-cu ilə qədər, demək olar ki, təklikdə fəaliyyət göstərmişdir.

  • Zuze bir birinin ardınca mexaniki elementlər əsasında Z-1, Z-2 və 1941-ci ildə isə ilk dəfə proqram idarəetmə üsulu ilə işləyə bilən Z-3 adlanan universal hesablama maşınlarını yaradır.



1942-ci ildə Zuze və onunla əməkdaşlıq edən Avstriyalı mühəndis elektrik Helmut Şrayer Z-3 maşınını elektromexaniki relelərdən vakuumlu elektron lampalara keçirmək fikrinə gəlirlər.

  • 1942-ci ildə Zuze və onunla əməkdaşlıq edən Avstriyalı mühəndis elektrik Helmut Şrayer Z-3 maşınını elektromexaniki relelərdən vakuumlu elektron lampalara keçirmək fikrinə gəlirlər.

  • Belə maşın əvvəlkilərdən min dəfə tez işləyə bilərdi, ondan həm gizli şifrləri və kodları açmaq, həm də digər hərbi məqsədlər üçün istifadə etmək olardı. Alimlər bu ideyanı həyata keçirmək üçün Almaniya hökumətinə müraciət edirlər.

  • Tezliklə qələbə qazanacağına inanan Almaniya hökuməti alimlərin təklifini dəstəkləmir və onlara “maşın hazır olana kimi biz onsuz da zəfər çalacağıq” cavabını verir.



İkinci dünya müharibəsi dövründə bir sıra yeni hesablama texnikalarının məxfi hazırlanması onlar haqqında və bu maşınlar üzərində işləyən alimlər barədə məlumatların də gizli saxlanılmasına səbəb olmuşdur.

  • İkinci dünya müharibəsi dövründə bir sıra yeni hesablama texnikalarının məxfi hazırlanması onlar haqqında və bu maşınlar üzərində işləyən alimlər barədə məlumatların də gizli saxlanılmasına səbəb olmuşdur.

  • Bu səbəbdən 1940-50-ci illərdə hazırlanmış maşınların çoxundan geniş ictimaiyyətin xəbəri yox idi. O dövrlərdə elə layihələr həyata keçirilmişdir ki, onlar haqqında informasiya müharibə qutandan xeyli sonra açıqlanmışdır.



Gün ərzində ələ keçirilən düşmənin ötürdüyü minlərlə gizli informasiya bu maşına daxil edilərək şifrdən açılır, sonra isə Eniqmadakı kodlarla uyğunluqları yoxlanırdı.

  • Gün ərzində ələ keçirilən düşmənin ötürdüyü minlərlə gizli informasiya bu maşına daxil edilərək şifrdən açılır, sonra isə Eniqmadakı kodlarla uyğunluqları yoxlanırdı.

  • Qeyd etmək lazımdır ki, məxfi işləyən alimlər arasında məşhur riyaziyyatçı Alan Tyurinq də olmuşdu.

  • Onun hələ 1936-cı ildə, 24 yaşında yazdığı “Hesablanan ədədlər haqqında” əsəri riyazi hesablama və informasiya sahəsinin inkişafında mühüm rol oynamışdır.

  • Əsər riyazi məntiqin çox çətin problemlərindən biri olan, hətta nəzəri həll oluna bilməyən məsələlərin şərh edilə bilməsindən bəhs edirdi.



1945-ci ildə Atlantik okeanın o biri sahilində Filadelfiyada nəzəri cəhətdən Tyurinqin universal maşınına yaxın, dünyada ilk elektron hesablama maşını olan ENİAC (Electronic Numericial İntegrator and Computer – Elektron Rəqəmli İnteqrator və Hesablayıcı) yaradılır.

  • 1945-ci ildə Atlantik okeanın o biri sahilində Filadelfiyada nəzəri cəhətdən Tyurinqin universal maşınına yaxın, dünyada ilk elektron hesablama maşını olan ENİAC (Electronic Numericial İntegrator and Computer – Elektron Rəqəmli İnteqrator və Hesablayıcı) yaradılır.

  • Eykenin MARK-1 maşını kimi bu qurğu da ballistika (top güllələrinin uçuşundan bəhs edən elm) məsələlərini həll etmək üçün nəzərdə tutulmuşdu.



Con Mouçli German Qoldsteynin Con Ekkert

  • Con Mouçli German Qoldsteynin Con Ekkert

  • (1907-1980) (1913- 2004) (1919-1995)



ENİAC-a proqramlar çətin tətbiq edilirdi, maşının daxili yaddaşı verilənləri yadda saxlamağa kifayət etmirdi, həm də bir hesablamadan digər hesablamaya keçmək üçün yüzlərlə kontaktı açıb-birləşdirmək xeyli vaxt aparırdı. Bu səbəbdən ENİAC-ı universal maşın saymaq olmazdı.

  • ENİAC-a proqramlar çətin tətbiq edilirdi, maşının daxili yaddaşı verilənləri yadda saxlamağa kifayət etmirdi, həm də bir hesablamadan digər hesablamaya keçmək üçün yüzlərlə kontaktı açıb-birləşdirmək xeyli vaxt aparırdı. Bu səbəbdən ENİAC-ı universal maşın saymaq olmazdı.

  • Növbəti model EDVAC (Electronic Discrete Automatic Variable Computer – Elektron Diskret Avtomatik Dəyişən Kompyuter) daha çevik idi.

  • Onun daxili yaddaşı nəinki verilənləri, həm də proqramları yerləşdirə bilirdi, bir də ki, bu maşın verilənləri onluq deyil, ikili sistemə kodlaşdırırdı.



Proqramların işə düşməsi üçün əmrlər operativ yaddaşda saxlanılmalı və oradan ardıcıl seçilərək hesablama qurğusunda yerinə yetirilməlidir.

  • Proqramların işə düşməsi üçün əmrlər operativ yaddaşda saxlanılmalı və oradan ardıcıl seçilərək hesablama qurğusunda yerinə yetirilməlidir.

  • Əmrlər sistemi isə idarənin şərti və şərtsiz ötürülməsi əməliyyatlarına malik olmalıdır. Neyman qeyd edirdi ki, kompyuterdə əmr və verilənlərin saxlanılması və emalı ikili say sistemində aparılmalıdır.

  • Neymanın bu tarixi məruzəsi çox böyük uğur qazanır və onun verdiyi ideyalar müasir kompyuterlərin qurulmasında bu gün də istifadə edilir.



1948-ci ildə Uilyam Şokli, Con Barden və Uolter Brettenin ixtira etdikləri tranzistor kompyuter sahəsində böyük inqilab edir.

  • 1948-ci ildə Uilyam Şokli, Con Barden və Uolter Brettenin ixtira etdikləri tranzistor kompyuter sahəsində böyük inqilab edir.



Çünki, tranzistorları sxemə düzəndə elektron lampalar kimi onları da bir-bir əllə qoşmaq və lehimləmək lazım gəlirdi. İşin əziyyəti artıq iqtisadi cəhətdən səmərəliliyini itirirdi.

  • Çünki, tranzistorları sxemə düzəndə elektron lampalar kimi onları da bir-bir əllə qoşmaq və lehimləmək lazım gəlirdi. İşin əziyyəti artıq iqtisadi cəhətdən səmərəliliyini itirirdi.

  • Bu problemin üzərində işləyən Kanzaslı, iki metr boyu olan Cek Kilbinin ağılına belə bir fikir gəlir ki, rezistorları, kondensatorları nəinki tranzistorların hazırlandığı eyni materiallardan düzəltmək, həm də bütün bu komponentlərin hamısını eyni yarımkeçirici lövhə üzərində hazırlamaq olar.

  • İnteqral sxem adlanan 1 sm uzunluğunda nazik germanium lövhə 1959-cu ilin yanvarında yaradıldı. Demək olar ki, eyni vaxtda Kilbinin inteqral sxemindən daha üstününü 31 yaşlı Robert Noys hazırlayır.



İnteqral sxemlər hesablama texnikası sahəsində əsl inqilab edirlər. 1960-ci illərdən başlayaraq onların tətbiqi daha sürətli və güclü kompyuterlərin istehsalına yol açdı.

  • İnteqral sxemlər hesablama texnikası sahəsində əsl inqilab edirlər. 1960-ci illərdən başlayaraq onların tətbiqi daha sürətli və güclü kompyuterlərin istehsalına yol açdı.

  • Kompyuter yaddaşı üçün ilk inteqral sxemi isə “İntel” (İntel, integrated electronics – inteqral elektronika sözündən yaranıb) kompaniyası hazırlayır.

  • Robert Noys və onun iki həmkarının təsis etdiyi “İntel” firması 1970-ci ildə 1 kilobit ( 1K=1024 bit) informasiya yadda saxlaya bilən ilk inteqral sxem hazırlayır.

  • Eyni vaxtda “İntelin” 34 yaşlı mühəndisi Marşian Edvard Hoff inteqral sxemlərdən ibarət mikroprosessor kəşf edir.



“BASİC dilində interpetatoru ilk dəfə 1975-ci ildə ali təhsillərini yarımçıq qoymuş iki tələbə Bill Qeyts və Pol Allen yazırlar.

  • “BASİC dilində interpetatoru ilk dəfə 1975-ci ildə ali təhsillərini yarımçıq qoymuş iki tələbə Bill Qeyts və Pol Allen yazırlar.

  • Sonradan onlar məşhur “Mikrosoft” şirkətinin əsasını qoyurlar.

  • MİTS firması 1975-1976-cı illər arası 10 min kompyuter dəsti satır.



Lakin, tezliklə, liderlər arasındakı rəqabətə “Apple Computer” özəl müəssisəsi də qoşulur.

  • Lakin, tezliklə, liderlər arasındakı rəqabətə “Apple Computer” özəl müəssisəsi də qoşulur.

  • Koliforniya qarajlarının birində kompyuter yığıb satmaqla məşğul olan iki tələbədən – Stiv Cobs və Stiv Vozniyakdan ibarət olan bu müəssisə bir neçə il ərzində milyard dollar gəliri olan böyük korporasiyaya çevrilir.



Həmin ilin avqustun 12-də artıq İBM PC (personal kompyuter) adlanan model hazır olur.

  • Həmin ilin avqustun 12-də artıq İBM PC (personal kompyuter) adlanan model hazır olur.

  • Bu model 16 bitlik İntel-8088 mikroprosessoru əsasında hazırlanmış, 64 Kbayt operativ, 40 Kbayt isə daimi yaddaşa və xüsusi diskovoda malik olmaqla MS-DOS 1.0 əməliyyat sistemi ilə işləyirdi.

  • İBM-in strategiyası özünü artıqlaması ilə doğruldur və 8 ay ərzində 50 min kompyuter satılır.



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

  • İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

  • Б.А.Гладких, Информатика. Bведение в специалность: Учебное пособие для вузов – Томск: Изд-во научно-тех. Литературы, 2002. –350 с.

  • Б.А.Гладких, Информатика: Историческое введение в специалность, Альбом иллюстраций

  • Депман И.Я., История арифметики. Пособие для учителей. М.: «Прсвещение» 1965. – 418 с.

  • Знакомьтесь: комьпютер. Пер. с англ. Под ред. И с З-71 предисл. В.М.Курочкина. – М.: Мир, 1989. – 240 с., ил.

  • Кочегаров Б.Е. История и тенденции развития бытовой техники: Учебное пособие. Владивасток. Изд-во ДВГТУ, 2003. – 195 с. ил.

  • Партыка Т.Л., Попов И.И., Вычислительная техника: Учебное пособие. – ФОРУМ: ИНФРА-М, 2007. – 608 с.: ил.

  • Р. С. ГУТЕР, Ю.Л.ПОЛУНОВ, От абака до компьютера, Издание второе, исправленное и дополненное, М.: «ЗНАНИЕ» 1981. – 206 с.

  • Частиков А.П. Архитекторы компьютерного мира. – СПб.: БХВ-Петербург, 2002. –384 с.: ил.



  • Müəllif:

  • Vüqar Haqverdiyev

  • Mobil: 050 6112142

  • e-mail: vugar.hagverdiyev@gmail.com



: upload -> iblock -> 2d4
iblock -> Программа курса: 1 день Онтогенез зубов
iblock -> Xətai rayonu, Ə.Əliyev adına
iblock -> Mövzuya keçməmişdən ötən dərsi qismən yada salaq. Mövzuya keçməmişdən ötən dərsi qismən yada salaq
iblock -> Dərsin məqsədi Suyun dövranının yaranma səbəbini izah etmək Suyun böyük dövranının sxemini çəkməyi bacarmaq
iblock -> Sinfə suallarla müraciət olunur
iblock -> Hüseynzadə Nüşabə 195 saylı tam orta məktəbin tarix müəllimi
iblock -> Elektron Təhsil” müsabiqəsi üçün Fənn: Azərbaycan dili
iblock -> Ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı alim S. Voznyak və S. Jobs fərdi kompyuter yaratmış və onu Apple adlandırmışlar. Fərdi kompyuterlərin yaranma tarixi 1974-1975
iblock -> Laboratoriya hesabatı


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə