Гядим дювр вя орта ясрляр Тарих вя онун проблемляри, №4 010 zabil bayramli



Yüklə 331,55 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix14.07.2022
ölçüsü331,55 Kb.
#62762
1   2   3   4   5   6   7   8
1zabil bayramli

Гядим дювр вя орта ясрляр 
Тарих вя онун проблемляри, №4 2010 
 

Möhsün İsfahani Şah Səfi dövründə Hind elçisi Səfdər xanın da mehmandarı olmuşdu. Hind 
səfirliyinin xərci üçün müəyyən məbləğ pul da ayrıldı. Mirzə Möhsün İsfahani Yəzd yolu ilə hərəkət 
edib Təbəsə gəldi və burada Hind elçisini qarşıladı. Arslan bəy də Təbəsə çatdıqdan sonra elçilik 
mehmandarın müşaiyyəti ilə İsfahana yola düşür. Elçi II Şah Abbasın qəbulunda olarkən Hind 
hakiminin dostluq əlaqəsi yaratmaq barədə arzularını ona çatdırdı (4,40). Şah Cahanın məktubunda II 
Şah Abbasa hakimiyyətə keçməsi münasibəti ilə təbrik əks olunmuşdu. Həm də Şah Cahan II Şah 
Abbasa ehtiyacı olarsa, köməyini də təklif edirdi. II Şah Abbas da çox diplomatik hərəkət edib Hind 
elçisini yüksək səviyyədə qarşılamış və hətta onlarla öz elçisi Otar xanı Dehliyə göndərmişdi (4,41; 5, 
169; 3, 103). 
Şah Cahan II Şah Abbasla diplomatik əlaqələri genişləndirib, sülh və dostluq münasibətlərini 
möhkəmləndirib, Səfəvi dövləti tərəfindən sərhədlərinin təhlükəsizliyinə təminat alıb, Türküstan 
dövlət başçıları arasındakı çəkişmədən istifadə edərək burada yeni torpaqlar da ələ keçirmək istəyirdi. 
Molla Kamal Moğollar tərəfindən Bəlxin tutulması haqda yazır ki, h. 1055(1645) –ci il 26 
comadiyossanidə Moğol hökmdarı Şah Cahanın oğlu Muradbəxşin ordusunun Nəzər Məhəmməd xana 
kömək üçün Türküstana göndərməsi haqqında xəbər Səfəvi sarayına çatdı. Bu zaman Nəzər 
Məhəmməd xanın özü hakimiyyəti ondan qəsb etmək istəyən oğlu Əbdüləzizə qarşı Moğollardan 
kömək istəmiş, ancaq Moğol ordusu Bəlx hüduduna çatdıqda, qəflətən hücum edib şəhəri ələ 
keçirmişdilər. Belə bir vəziyyətdə Nəzər Məhəmməd xana yalnız Səfəvi dövləti kömək edə bilərdi. 
Elə buna görə o, hərbi yardım almaq məqsədilə Səfəvi dövlətinə yola düşməyi qərara aldı. Bu xəbər II 
Şah Abbasa çatdıqda eşikağasıbaşı Mehdiqulu xan və nazir Əli bəyə tapşırıldı ki, Nəzər Məhəmməd 
xanı Məşhəddə qarşılasınlar (3, 104). Bu vaxt Şah Cahanın da iki elçisi Səfəvi sarayına yola 
düşmüşdü. Onlardan biri Mirəziz idi ki, Nəzər Məhəmməd xandan öncə Səfəvi dövlətinə gəlib 
Moğolların Bəlx savaşını Səfəvilərə çatdırdı. İkinci səfir Arslan bəy isə II Şah Abbasa Moğolların 
qələbə xəbərini gətirmişdi (5, 169).
Riyazülislama görə Nəzər Məhəmməd xan Səfəvilər sarayında yaxşı qarşılansa da, Moğol
dövlətinə qarşı ona hərbi yardım göstərilməsi barədə danışıqlar baş tutmadı. Nəzər Məhəmməd xana 
hərbi yardımdan imtina edilməsi, sözsüz ki, özbəklərin Xorasana vaxtaşırı hücumları və Səfəvilərin 
Moğol dövləti ilə münasibətləri pozmaq fikrində olmamalarından irəli gəlirdi. Nəzər Məhəmməd xan 
Səfəvi məmləkətini çox narazı halda tərk etdi (5, 71). Ancaq Məhəmməd Tahir Vəhidin yazdığına 
görə II Şah Abbas Nəzər Məhəmməd xana hərbi yardım göstərməyi vəd etmiş və hətta Xorasanda bu 
məqsədlə hərbi səfərbərlik də keçirilmiş, ancaq bütün bunları eşidən bir çox türkmən, özbək tayfa 
əmirləri Nəzər Məhəmməd xana tabe olduqları üçün Səfəvi qoşunu Türküstan sərhədini keçməmişdi 
(4, 40). Bu zaman Səfəvi sarayındakı Moğol səfirlərinin əsas məqsədi Hindlə Turan arasında gedən 
müharibədə Səfəvi dövlətinin bitərəf qalmasına nail olmaq idi. Səfirlər Səfəvi sarayında yüksək 
səviyyədə qarşılanmışdılar. Daha çox Cannesar xana ehtiram göstərilmişdi. Şah onu Moğol-Türküstan 
savaşlarında bitərəf qalacağına əmin edib 1647 –ci il dekabr ayında Dehliyə yola saldı. Şah Arslan 
bəydən göndərdiyi məktubunda Şah Cahana özbəkləri tam zəiflətmədən Turanın işlərinə müdaxilə 
etməyin çətin olacağını bildirir və Nəzər Məhəmməd xanın Məkkəyə deyil, Bəlxə yola düşdüyünü 
yazırdı. Ancaq bu zaman Moğollar su qıtlığı, havanın dözülməzliyi, döyüş xərclərinin ağır olması ilə 
əlaqədar Bəlxi tərk etməyə məcbur olmuşdular (3, 104-105; 5, 170, 171). 
II Şah Abbasın hakimiyyətinin ilk illərində Səfəvi-Moğol dövlətləri arasında münasibətlərin 
normal olmasına baxmayaraq, Moğolların Qəndəharı tutması Səfəvi dövlətinin hərbi-siyasi nüfuzuna 
böyük zərbə vurmuşdu. II Şah Abbasın hakimiyyətinin əvvəllərində baş vəziri Sarı Tağı Qəndəharı 
geri almaq üçün hərbi hazırlığa başlasa da, o, bu məsələdə uğur qazanmamış, əksinə hakimiyyətdə öz 
mövqeyini möhkəmləndirmək cəhdləri də rəqibləri tərəfindən qətli ilə başa çatmışdı. I Şah Abbasın 
vaxtında adi vəzir olan Xəlifə Sultan 1645 –ci ildə vəziri əzəm vəzifəsinə yüksəldi. II Şah Abbasın 
hakimiyyətinin ilk illərindəki daxili çəkişmələr dövləti zəiflətmiş və onun fəal xarici siyasət aparmaq 
imkanlarını məhdudlaşdırmışdı. Bu zaman Səfəvilərə həmsərhəd olan Moğol dövləti isə özünün ən 
qüdrətli dövrünü yaşayırdı. Lakin çox çəkmədi ki, Moğol dövlətinin də hərbi –siyasi nüfuzu zəiflədi. 
Əfqan tayfaları və ölkənin şimal qərb sərhədlərində özbəklərin fəallaşması, Moğolların Bəlxdən geri 



Yüklə 331,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin