GÜLSÜm hüseynova tat diLİ leksik fondunun


səhifə1/13
tarix30.06.2017
ölçüsü
  1   2   3   4   5   6   7   8   9   ...   13
22415

GÜLSÜM HÜSEYNOVA
TAT DİLİ LEKSİK FONDUNUN 
GENEALOJİ TƏHLİLİ
(Azərbaycan tatlarının dilinin materialları əsasında)
“Elm və təhsil” 
Bakı -  2013

ЛМЕА Nəsimi adına Dilçilik institutu Elmi Şurasının 
qərarı ilə çap olunur
Elmi  redaktor:
Rəyçilər:
Roza Eyvazova
Filologiya üzrə elmlər doktoru, 
professor
Vahid Adilov
Filologiya üzrə fəlsəfə doktoru, 
dosent
Gülxanım Vəliyeva
Filologiya üzrə fəlsəfə doktoru, 
dosent
Gülsüm  H üseynova.  Tat dilinin leksik fondunun genealoji  təhlili
(Azərbaycan tatlarının dilinin materialları əsasında).
Bakı, 2013,  160 səh.
Monoqrafiyada  ilk  dəfə  olaraq  Azərbaycan  tatlarının  dilinin 
leksik  tərkibi  sistemli  şəkildə  tədqiqata  cəlb  olunur,  İran  dilləri  ilə 
ümumi  olan  və  bilavasitə  tat  dilinə  məxsus  leksik  layları,  başqa 
dillərdən  alınmalar  araşdırılır.  Əsərdən  dilçilər  və  dilçiliklə 
maraqlanan digər şəxslər faydalana bilərlər.
4702000000
---------------- qnflı nəşr
N09% -  2013
© «Elm və təhsil»,  2013 
© Gülsüm Hüseynova, 2013

3
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
«Biz  Azərbaycan  deyəndə  onun  sərvətini,  onun 
gözəl  təbiətini  nəzərdə  tuturuq.  Lakin  bütün  bunlarla 
yanaşı  respublikamızın  ən  başlıca  sərvətlərindən  biri, 
bəlkə  də,  ən  başlıca  sərvəti  qədimlərdən  bu  torpaqda 
yaşamış  öz  taleyini,  öz  həyatını  bu  torpağa  bağlayan, 
müxtəlif  millətlərdən  olan,  müxtəlif  dinlərə  etiqad  edən 
adamlardır.  Ölkə  nə  qədər  çox  xalqı  birləşdirsə,  bir  o 
qədər də zəngin olar».
HEYDƏR ƏLİYEV
ON SOZ
Dilin  inkişaf tarixinin  öyrənilməsində müxtəlif dillərin bir-biri 
ilə  qarşılıqlı  əlaqələrinin  araşdırılması  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Çünki  qarşılıqlı  əlaqələr  əlaqədə  olan  dillərin  bir-birinə  təsirini 
gerçəkləşdirən  əsas  amillərdir.  Dillərarası  əlaqələrin  xüsusiyyətləri, 
onların  təmaslı  və  ya  təmassız  olması,  hansı  dövrdə  başlanması, 
davametmə  müddəti,  intensivliyi,  dil  daşıyıcılarının  həyat  və 
məişətinin  hansı  sahələrini  əhatə  etməsi  dil  sisteminin  müxtəlif 
səviyyə  və  yaruslarında  öz  izlərini  buraxır.  Tədqiqat  məhz  belə 
izlərin  xüsusiyyətlərini  açmağı,  onları  dəqiqləşdirməyə,  sahə 
anlayışları ilə adlandırmağa yönəldilir.
Dil  əlaqələrinin öyrənilməsinin ən yaxşı  obyekti  belə  əlaqələ­
rin geniş və çoxşaxəli  olduğu ərazilərdə fəaliyyətdə  olan dillər təşkil 
edir.  Tarixən  və  bu  gün  də  dünyada  daha  çox  dilin  təmaslı  əla­
qələrdə  olduğu  regionlardan  biri  Qafqazdır.  Müxtəlifsistemli  dillər 
nəzərə  alındıqda  Qafqazda  dil  əlaqələrinin  geniş  yayılması, 
çoxşaxəli  olması,  ardıcıl,  kəsilmədən  getməsi  və  bu  gün  də  davam

4
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
etməsi  baxımından  diqqəti  ən  çox  cəlb  edən  ərazi  Azərbaycandır. 
Ona  görə  də  Azərbaycanda  müxtəlif dillər  arasındakı  əlaqələr  daim 
tədqiqat obyekti olur.
Azərbaycan  ərazisində  yayılmış  dillərdən  biri  də  tat  dili-dir. 
Tatlar  irandilli  xalq  olub,  Xəzəryanı  ərazilərdə,  xüsusən,  İranda, 
Azərbaycanın  şimal-şərq  rayonlarında,  Abşeron  yarımadasında, 
Dağıstanın  cənub-şərqində,  Dərbənd  və  Mahaçqala  şəhərlərində 
məskunlaşmışlar. 
Azərbaycan 
ərazi-sində 
tatlar, 
əsasən,
respublikanın  İsmayıllı,  Xızı,  Şamaxı,  Quba,  Dəvəçi  və  Abşeron 
ərazilərində  daha  kompakt  şəkildə  yaşayırlar.  Tatlar  bu  ərazilərə 
hələ  VI  əsrdə  İrandan  köçürülməsi  ədəbiyyatda  qeyd  olunur.  XIX 
əsr  yazılı  mənbələrində  Cavad,  Naxçıvan  və  Zəngəzur  qəzalarında 
da tatların yaşaması haqqında məlumatlara təsadüf olunur.
Göründüyü  kimi  tatlar  Azərbayjanın  müxtəlif  regionlarında 
qədim  dövrlərdən  yaşayırlar.  Bu,  bir  tərəfdən,  tat  dili  ilə  Azər­
baycan  dili  arasındakı  əlaqələrin  əsrlər  boyu  getməsini  və  bu  gün 
davam etməsi,  digər tərəfdən isə respublikanın müxtəlif ərazilərində 
qarşılıqlı təsirdə olması baxımından linqvistik tədqiqat üçün mühüm 
əhəmiyyət  kəsb  edir.  Çünki  hər  bir  ərazinin  öz  dil  mühiti,  öz  təsir 
şərtləri  vardır.  Məsələn,  Bakı  ərazisində  Azərbaycan  tat  -   dil 
əlaqələri  uzun  müddət  həm  də  rus-Azərbaycan  dil  əlaqələri 
prosesində  gerçəkləşmişdirsə, 
Quba  ərazisində  bu 
dillərin 
əlaqələrinə  Dağıstan  dilləri  də  öz  təsirini  göstərmişdir.  Bu  isə 
çoxtərəfli  dil  əlaqələrini,  daha  doğrusu,  əlaqədə  olan  dillərin 
çoxluğunu və müxtəlifliyini  şərtləndirmişdir.
Hər bir  dilin  genealoji  mənzərəsi  bu  dildə  istifadə  olunun  dil 
vahidləri  əsasında  müəyyənləşdirilir.  Belə  bir  mənzərənin  tam  şə­
kildə  açılması  həmin  dili  müxtəlif  səviyyələrdə  genetik  baxımdan 
araşdırmağı  tələb  edir.  Bu  kitabda  tat  dilinin  genealoji  mənzərəsi 
onun  müxtəlif yaruslarına aid vahidlərin mənşəyi  əsasında öyrənilir. 
Təbii  ki,  uzaq  keçmişdə  Azərbaycan  gəlmiş  tatlar  ilk  əvvəl  öz 
dillərinə  aid  vahidlərdən,  sözlərdən,  qrammatik  vahidlərdən, 
sintaktik  konstruksiyalardan  istifadə  etmişlər.  Onlar  məskun-

5
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
laşdıqları  yeni  ərazidə  yaşayan  başqa  xalqlarla  müxtəlif  tipli 
əlaqələrə girmək məcburiyyətində qalmışlar.  Bu əlaqələr isə təbii  ki, 
dil  vasitəsi  ilə  gerçəkləşmişdir.  İnsanın  öz  məişətinə  gətirdiyi  və 
başqa bir xalqa məxsus  olan  hər bir yeni  əşya  öz  adı  ilə  alınmışdır. 
Çox  zaman  dil  daşyıcıları  dilin  daxili  imkanlarından  istifadə  edərək 
yeni  sözlər  yaradırlar.  Bununla  belə,  dilə  onunla  təsirdə  olan  başqa 
dildən  alınma  sözlərin  daxil  olması  hadisəsi  də  daim  gedir.  Bu 
hadisə  nəticəsində  dilin  leksik  səviyyədə  genealoji  mənzərəsi 
dəyişməyə  başlayır.  Qeyd  edilən  cəhət  daha  çox  ozünü  leksik 
səviyyədə  göstərir.  Leksika  dilin  kənar  təsirə  daha  çox  reaksiya 
verən  yarusudur.  Ona  görə  də  dilin  genealoji  mənzərəsini  çox 
zaman  lüğət  fondundakı  sözləri  mənşəcə  qruplaşdırmaq  yolu  ilə 
tədqiq edirlər.
Məlumdur  ki,  dildəki  sözlərin  müəyyən  qismi  derivatlardır. 
Yəni  müəyyən  sözlər  vardır  ki,  onlar  kökə  sözdüzəldici  şəkilçilər 
artırılması  yolu  ilə  düzəlir  və  əvvəlki  sözdən  törəmə  vahid  kimi 
çıxış  edir.  Tərkibində  sözdüzəldici  şəkilçi  olan  sözlərin  dilə  daxil 
olması  prosesində  eyni  şəkilçi  tərkibli  sözlərin  sayca  artımı  bu  şə­
kilçinin  tədricən  başqa  dildə  də  sözdüzəltmə  imkanları  əmələ  gəlir. 
Söz  tərkibində  dilə  keçən  vahid  müstəqil  alınmaya  çevrilir. 
Beləliklə,  qrammatik  səviyyədə  alınmalar meydana  çıxır.  Alınmalar 
leksik  səviyyədə  başqa  şəkildə  də  dildə  yer  alırlar.  Dilə  keçən 
alınma müxtəlif nitq hissəsinə aidliyi ilə seçilir.
Ayrı-ayrı  nitq  hissələrinə  mənsubluğuna  görə  alınmaların  öy­
rənilməsi  genealoji  qrammatik  mənzərənin  təyin  edilməsində 
mühüm rol oynayır.
Dillərarası  əlaqələrin  uzun  müddət  davam  etməsi,  qarşılıqlı 
təsirdə  olan  dillərdən  birinin  digəri  ilə  müqayisədə  dominant,  yəni 
üstün mövqedə  olması,  daha geniş  dairədə işlənməsi  onun  müəyyən 
hazır  qəliblərinin,  xüsusi  sintaktik  konstruksiyalarının  da  keçidi 
üçün  zəmin  yaradır.  Bu  isə  sintaktik  səviyyədə  genealoji 
mənzərənin təyini üçün material verir.
Bu  kitabda  tat  dilinin  lüğət  fondunun  genealoji  mənzərəsi

6
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
tədqiq  və  təhlilə  cəlb  olunmuşdur.  Azərbaycanın  müxtəlif bölgələ­
rində  yaşayan  tatların  dilindəki  alınmalar  qruplaşdırılmış,  onların 
işləklik  dərəcələrinin  aydınlaşdırlılmasına  cəhd  göstərilmişdir. 
Genealoji  mənzərənin  tədqiq  edilməsi  prosesində  vasitələi  və 
vasitəsiz alınmalar məsələsinə də baxılmışdır.
Monoqrafiyada  tat  dili,  eləcə  də  tat və  Azərbaycan  dillərinin 
qarşılıqlı  əlaqələri  ilə  bağlı  tədqiqat  işlərinə  də  müraciət  edilmiş, 
onlardakı  materiallardan,  dil  faktlarından  istifadə  edilmiş,  həmçinin, 
tat  dilinin  genealoji  mənzərəsinə  dair  əldə  edilmiş  nəticələrin 
müqayisəli təhlili aparılmışdır.
AMEA Nəsimi adına Dilçilik İnstitutu 
Dil əlaqələri şöbəsinin müdiri 
filologiya üzrə elmlər doktoru, 
professor R.H.Eyvazova

7
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
GİRİŞ
Dilin  lüğət  fondunun  ənənəvi  təsnif  formalarından  biri 
genealoji  təsnifatdır.  Belə  bir  təsnif  zamanı  sözlər  mənşəyinə 
görə  qruplara  bölünür.  Belə  bölgü  sözlərin  iki  əsas  qrupunu 
fərqləndirmə yi  vacib  edir:  1)  dilin  mənşəcə  öz  sözləri;  2) 
alınma  sözlər.
Dilin  mənşəcə  öz  sözləri  hər bir  dilin  lüğət  fondunun  əsas 
hissəsini  təşkil  edir.  Dil  müəyyən  dillər  ailəsinə  daxil  olur. 
Müəyyən  dil  ail əsinə  daxil  olan  dillər  tarixin  müəyyən  dövr­
lərində  təşəkkül  tapıb  formalaşdığından,  qohum  dil lərin  q ədim 
dövrünə  aid  leksik  vahidlərə  münasibətdə  ortaqlıq  özünü  gös­
tərir.  Yəni,  pradil  səviyyəsinə  aid  leksik  fonda  daxil  olan vahid 
qohum  dillərin  hamısına  məxsusdur.  Yazısı  olan  dill ərin  lüğət 
tərkibinə  daxil  olan  sözləri  müəyyən  etmək  üçün  yazılı 
abidələr  müstəsna  rol  oynayır.  Lüğət  tərkibi,  ilk  növbədə,  bu 
abidələr  əsasında  formalaşır.  Yazıl ı  abidələrdə  işlənmiş  sözlə­
rin  mənşəcə  qruplaşdırılması  isə  etimoloji  və  təsviri  təhlillər 
əsasında  aparılır.  Yazısı  olmayan  dill ərin  leksik  fonduna  daxil 
olan  vahidlərin  ayırd  edilməsi  isə  müəyyən  çətinliklərlə 
bağlıdır.  Bu  zaman  dilin  daşı yıcı larının  nitqi  üzrə  toplanmış 
materialların  öyrənilməsi  tələbi  meydana  çıxır.  Yalnız  h əmin 
materiallar  əsasında  dilin  lüğət  tərkibini  müəyyən  etmək,  onun 
leksikasını  öyrənmək  mümkün  olur.  Dilin  leksik  sisteminin 
hərtərəfli  araşdırılması  bu  dilə  aid  sözlərin  başqa  dillərdə 
işlənməsi  ilə bağlı  axtarışlara yol  açır.
Qohum  dillər  də  bir-birinə  yaxınlıq  və  uzaqlıq  baxımın­
dan  fərqləndirilir.  Bu  baxımdan  bir-birinə  yaxın  olan  qohum 
dillərin  leksik  fondunda  eyni  v ə  ya  kiçik  fonetik  dəyişməyə 
məruz  qalmış  sözlər  aşkara  çıxır.  Qeyd  olunan  cəhət  yazısız 
dildə  işlənən  sözün  derivatlarının  yaxın  qohum  dildə  tapılması

8
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
nəticəsində 
leksik 
fondun 
üzdə 
olmayan 
vahidlərini
müəyyənləşdirməyə  imkan  verir.  Belə  araşdırmalar  lüğət 
fondunun  əsas  kütləsini  əhatə  edə  biləcək  lüğətin  forma­
laşdırılması,  hazırlanması  üçün xüsusi  əhəmiyyət kəsb  edir.
Dilin  əsas  lüğət  fondu  daim  dəyişikliklərə  məruz  qalır. 
Bu  dəyişikliklər  bilavasitə  cəmiyyətin  həyatında  baş  verən  ha­
disələrlə  bağlı  olur.  Eyni  zamanda  lüğət  fondunda  dəyişikliklər 
dil  daşıyıcılarının  ictimai,  siyasi,  iqti sadi,  mədəni  həyatında 
baş verən hadisələrdən  asılı  olur.
Q.Cəfərov  lüğət  tərkibinin  dəyişməsini  dinamik  proses 
kimi  səciyyələndirərək  yazır:  «Lüğət  tərkibi  qeyri-sabit  və 
daim  dəyişkəndir,  dilin  hər  bir  halında  yeni  sözlər  meydana 
gəlməklə  yanaşı,  köhn ə  sözlər  də  sıradan  çıxır.  Ona  görə  də 
lüğət  tərkibi  sabitlik  vəziyyətinin  inkarı  təsiri  bağışlayır.  Lüğət 
tərkibində  baş  verən  bütün  dəyişikliklərə  baxmayaraq,  o, 
sistemli  tədqiqatdan  kənarda  qala  bilməz»  (17,  17).  Şübhəsiz 
ki,  bütün  dillərin,  o  cümlədən  Azərbaycan  tatlarının  dilinin 
lüğət  tərkibində  də  belə  proseslər  daim  gedir,  lüğət  tərkibi 
dəyişir.  Dildə  yeni  sözlər  yaranır,  yeni  alınmalar  lüğət  tər­
kibinə  daxil  olur.  Bununla  yanaşı,  dilin  bir  çox  sözləri 
arxaikləşir,  passiv  lüğət  fonduna  keçir.  Passiv  lüğət  fondu 
anlayışı  yazısı  olan  dillərə  şamil  olunur.  Arxaikləşmiş  və  ya 
köhnəlmiş  sözlər  yazılı  abidələrdə,  ədəbi  əsərlərdə,  nəhayət, 
lüğətlərdə  qalır,  onlar  dil  daşyıcılarının  nitq  fəaliyyətində  üzə 
çıxmır.  Lüğət  tərkibinin  dil  daşıyıcılarının  nitq  materialları 
əsasında  formalaşdırılması  zamanı  materialın  toplandığı  dövrə 
aid  söz  və  ifadələri  aşkara  çıxarmaq  mümkündür.  Deməli,  bu 
zaman  arxaikləşməyə,  köhnəlməyə  məruz  qalmış  sözlərin 
müəyyənləşdirilməsi  mümkün  olmur.
Azərbaycanda  tat  dilinin  yayılma  arealları  əsas  götürülər­
sə,  bu  dilin  lüğət  fondunu  müxtəlif  ləhcələrin  leksikası  əsa-

9
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
sında  formalaşdırmaq  olar.  Bel ə  olan  halda,  tat  dilin ə  mənsub 
olan  beş  ləhcənin  leksikası  üzrə  materiallar  toplamaq  lazım 
gəlir.
Tat  dili  qismən  yazısı  olan  dil  kimi  qiymətləndirilir. Yazı 
yəhudi  tatlarının  dilində  qeydə  alınır.  Dağ  yə hudi lərinin  tatları 
üçün  müxtəlif  dövrlərdə  müxtəlif  qrafik  sis temlərdən  istifadə 
olunmuşdur.  Birinci  tat  əlifbası  rus  in qilabından  əvvəl  (XX 
əsrin  əvvəlləri)  yəhudi  dilinin  qrafik  sistemi  üzrə  bu  di  lin  səs 
sisteminə  uyğunlaşdırılmış  şəkildə  hazır lanmışdır.  XX  əsrin 
birinci  onilliyində  bu  əlifba  əsasında  iv ritdən  tərcümələr  nəşr 
edilmişdir.  Ötən  əsrin  20 -ci  illərində  yəhudi  tat  dilində 
müxtəlif dərsliklər  və  əlifbalar  nəşr  olun muşdur.  1928-193 8-ci 
illərdə  dağ  yəhudiləri  latın  əsaslı  əlifbadan  istifadə  etmişlər. 
1938-ci  ildə  bu  əlifba  da  dəyiş dirilmiş  və  rus  qrafikalı 
əlifbadan  istifadə  olunmağa  başlan mışdır.  Yazının  yəhudi  tat 
dilinə  aid  olmasına  baxmayaraq,  yəhudi  tat  dili  ilə  tat  dilinin 
yaxınlığı  ümumi  sözlərin  bir  his səsini  qeydə  almağa  imkan 
yaratmışdır.  Azərbaycan  tat larının  dilinin  lüğət  tərkibi,  əsasən, 
bu  dilin  ləhcə  və  şivələri  əsa sında  aparılmış  tədqiqat 
prosesində  toplanmış  materialları  əhatə  edir.  Bu  tipli  işlər 
haqqında  yuxarıda  tat  dili nin  tədqiqat  tarixindən  bəhs 
edilərkən məlumat verilmişdir.
Azərbaycan  tatlarının  l  əhcə  və  şivələrinin  leksikası  üzrə 
aparılmış  tədqiqatlarda  ləhcələrin  lüğət  tərkibini  təşkil  edən 
sözlər  mənşəcə  üç  əsas  qrupa  bölünür:  1)  ümumiran  m ənşəli 
sözlər;  2)  spesifik  leksika;  3)  alınma  sözl ər.  Tədqiqatçılar 
«ümumiran  mənşəli  sözlər»  və  «spesifik  sözlər»  anlayışlarını 
təyin  etmədən  birbaşa  bu  qruplara  daxil  olan  söz lərdən  bəhs 
edirlər.  Bu  qruplar  haqqında  verilmiş  m əlumatlardan,  sözlərin 
təhlilindən  aydın  olur  ki,  ümumiran  m ənşəli  sözlər  əksər  və  ya 
bir  çox  İran  dill ərinin  lüğət  tərkibində  yer  tutan  leksik

10
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
vahidləri  əhatə  edir.  Buna  münasibətdə  mübahisəli  qalan 
məsələlərdən  biri  budur  ki,  sözün  ümum iran  mənşəli  hesab 
edilməsi  üçün  onun  İran  dil lərindən  təqribən  neçəsində 
işlənməsi  haqqında  dəqiq  məlumat  yoxdur.  Terminologiyada 
beynəlmiləl  terminin  müəyyənləşdirilməsi  zamanı  terminin  ən 
azı  üç  müxtəlifsistemli  dildə  işl ənməsi  meyarı  isə  cəlb  edilir. 
Əlbəttə,  burada  həm  say,  həm  də  dillərin  müxtəlifsistemli 
olması  əhəmiyyət  kəsb  edir.  İran  dilləri  isə  eyni  sistemə 
malikdir.  Əgər  üç  müxtəlif  İran  dili  meyarı  q əbul  edilərsə, 
onda  sözün  ümumiran  mənşəli  olması  üçün  meyar  təkcə  sayla 
məhdudlaşır.  Bu  isə,  təbii  ki,  məqbul  sayıla  bilməz.  Biz  hesab 
edirik  ki,  bu  məsələnin  həllində  dilin  tarixi  leksikologiyası  il ə 
bağlı  faktlara  istinad  etməklə,  sözün  etimoloji  təhlili  əsas  ola 
bilər.  Etimoloji  təhlil  prosesində  sözün  digər  İran  dillərində 
istər  fonetik  cildinə,  istərsə  semantikasına  görə  variantları 
araşıdırılır.  Belə  variantların  varlığı  sözün  ümumiran  m ənşəli 
olmasını  müəyyənləşdirməyə  imkan  verir.  Məlumdur  ki, 
«coğrafi  ayrılma  şəraitində  inkişaf  edən  dil  qohum  dillərlə 
müqayisədə  yalnız  ona  mənsub  olan  əlamətlərin  məcmusunu 
təqdim  edir.  Həmin  dil  öz  növbəsində  bölünməyə  məruz 
qalanda,  ondan  əmələ  gələn  ayrı-ayrı  dialektlər  əlamətlərinin 
ümumiliyi  sayəsində,  onları  başqa  ərazinin  dialektləri  ilə  deyil, 
öz  aralarında  bağlayan  daha  sıx  qohumluğa  ş əhadət  verir. 
Onlar,  doğrudan  da,  ümumi  gövd ədən  ayrılmış  xüsusi  budaq 
yaradırlar»  (19,  343-344).  Azərbaycanda  yaşayan  tatların  dili 
həm  qohum  dillərdən,  həm  bu  dildə  danışıb,  Azərbaycanda  ya­
şamayan  tatların  dilind ən,  həm  də  respublikada  yaşayan  baş qa 
tatların  dillərindən  təcrid  olunmuş  şəkildə  inkişaf  edir.  Ona 
görə  də  tat  dilinin  lüğət  tərkibindəki  ümumiran  mənşəli  sözlər 
tarixən  bu  dildə  istifadə  olunmuş  ümumiran  mənşəli  sözlər  ola 
bilər.  Yəni,  həmin  sözlər  qədim  tarixi  ilə  seçilən  sözlər  qru-

Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
punu  əhatə etmiş  olacaqdır.
Tat  dili  ilə  Azərbaycan  dili  arasında  əlaqələr  böyük tarixə 
malikdir.  Azərbaycan  dili  ilə  sıx  əlaqələr  tat  dilinin  leksik 
fonduna  əsaslı  təsir  göstərmişdir.  Nəticədə,  Azərbaycan  tat­
larının  dilində  alınmalarla  yanaşı,  külli  miq darda  hibrid  söz lər 
meydana  gəlmişdir.  Hibrid  sözlər  tərkib  hissələri  mənşəcə 
müxtəlif  dillərdən  olan  sözlərdir.  Belə  sözlər  dilin  özündə 
yarana  bildiyi  kimi,  başqa  dil  vasit əsi  ilə  hazır  şəkildə  alına 
bilir.  Qeyd  olunan  cəhət  nəzərə  alınarsa,  Azərbaycan  tatlarının 
dilində  Azərbaycan  və  tat  mənşəli  ünsürlərdən,  morfemlərdən 
təşkil  olunmuş,  el əcə  də,  Az ərbaycan  dili  vasitəsi  ilə  alınmış 
hibrid  sözləri  ayırmaq  mümkündür.  Az ərbaycan  dilinin  vasitə­
çiliyi  ilə  alınmış  hibrid  sözlərin  tərkibində  Azərbaycan  dilinin 
və  başqa  dillərin  (ərəb,  fars,  rus,  Avropa  mənşəli  başqa  dil) 
ünsürlərinin  işlənməsi  özünü göstərir.
Beləliklə,  Azərbaycan  tatlarının  dilinin  lüğət  tərkibini  üç 
əsas  qrupa  bölmək  olar:  1)  mənşəcə  dilin  öz  sözləri;  2)  alın­
malar;  3)  hibrid  sözlər.  Hər  qrupu  yarımqruplara  ayırmaq 
imkanı  var.  Mənşəcə  dilin  özünə  məxsus  sözlər  qrupunu 
ləhcələr  üzrə  də  bölmək  olar.  Burada  ümumiran  m ənşəli  sözlər 
və  tat  dili  sözləri  yarımqruplarını  ayırmaq  da  özünü  doğruldur. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Az ərbaycan  tatlarının  dilinin 
bəzi  şivələrində  ümumiran  mənşəli  sözlər  çoxdur.  Məsələn, 
Lahıc  ləhcəsinin  leksik  tərkibini,  əsasən,  ümumiran  mənşəli 
sözlər  təşkil  edir.  Qeyd  etməliyik  ki,  həmin  leksik  vahidlərin 
müəyyən  qisminə  tat  dilinin  digər  ləhcələrində  də  rast  gəlmək 
olur.
Dillər  arasındakı  əlaqələr  ilk  növbədə,  dilin  lüğət  tərki­
binə  daxil  olan  vahidlərdə  özünü  göstərir.  Əlaqələr  prosesində 
dil  başqa  dildən  söz  alır  və  yaxud  ona  söz  verir.  Lakin  sözalma 
və  sözvermə  bir  dil  üçün  eyni  tərtibli  dil  hadisəsi  deyil.  Bu

12
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
hadisələr  dillərin  tutduqları  mövqed ən,  onların  dominantlıq 
dərəcələrindən  asılı  olur.  Bir  qayda  olaraq  do minant  dilin 
sözləri  onunla  təmasda  olan  dillərə  daha  çox  keçir.  Hər  bir 
alınma  isə  dilin  lüğət  tərkibinə  təsir  göstərir.  Alınma  nəinki 
sözü  qəbul  edən  dilin  leksik  sistemind ə  dəyiş mələrə  səbəb 
olur,  eyni  zamanda  dilin  digər  yaruslarına  təsir  üçün  zəmin  ya­
radır (80,  176).
Azərbaycan  tatlarının  dilind ə  işlənən  alınma  sözləri  üç 
əsas  yarımqrupa  ayırmaq  m əqsədəuyğundur:  1)  Azərbaycan 
dilindən  alınmalar;  2)  Azərbaycan  dili  vasitəsi  ilə  alınmalar;  3) 
birbaşa  alınmalar.  Bu  məsələyə  münasibətdə  bəzi  başqa  mə­
qamlar  da  üxzə  çıxır.  Azərbaycan  tatlarının  əlaqədə  olduğu 
dillər  arasında  Dağıstan  dill əri  də  var.  Belə  bir  cəhət  həmin 
dillərdən  birbaşa  sözalmaya  imkan  yaratmışdır.  Tat  di linin 
ləhcələri  əsasında  aparılan  təhlildən  belə  bir  qənaətə  gəlmək 
olur  ki,  Dağıstan  dillərindən  birbaşa  alınmalar  Quba  və 
Xaçmaz  ləhcələri  üçün  səciyyəvidir.
Tat  dilinin  leksik  fondunu,  əsasən,  İran  mənşəli  söz  və 
terminlər  təşkil  etsə  də,  bu  dildə  xeyli  miqdarda  Azərbaycan, 
ərəb  və  fars  sözləri,  eləcə  də,  rus  dilindən  və  Dağıstan  (ləzgi, 
qrız,  buduq,  xınalıq  v ə  s.)  dillərindən  keçmiş  söz  və  terminlər 
var.  Tat  dili  Azərbaycan  ərazisindəki  başqa  dillərlə  də  əlaqədə 
olmuşdur.  R.Heydərov  Azərbaycanda  dil  idtifaqı  məsələsinə 
münasibət  bildirərkən  ölkə  ərazisinin  əsrlər  boyu  beynəlxalq 
ticarət  yollarının  üz ərində  yerləşdiyindən  və  zəngin  təbii 
sərvətlərə  malik  olduğundan  daim  qonşu  xalq ların  və  işğalçı 
dövlətlərin  diqqət  mərkəzində  olmasını,  bu  ərazidə  müxtəlif 
tayfaların,  etnik  qrupların  m əskunlaşmasını,  habel ə  b əzi 
etnosların  buraya  köçürülməsinə  görə  dil  ittifaqının  yaranması 
üçün  şəraitin  olmasını  göstərmişdir (32,  17).
Tat  dilinin  ən  çox  təmasda  olduğu  dil  Azərbaycan  dilidir.

13
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Onun  mövqeyinin  genişliyi  Azərbaycan  ərazisində  mövcud 
olan  digər  dill ərlə  müqayisədə  daşıdığı  funksiyalarla  əla­
qədardır.  Bu  funksiyalardan  ən  başlıcası  onun  döv lət  dili 
olmasıdır.  Azərbaycan  dili  Azərbaycan  Respublikasının  bü tün 
əhalisi  üçün  məcburi  məktəb,  radio-televiziya,  mətbuat  dilidir, 
məişətimizin  bütün  sahələrində  istifadə  olunan  rəsmi  dövlət 
dilidir.  Odur  ki,  tat  dilinin  yayıldığı  bütün  ərazilərdə  ana 
dilində  danışan  əhali  məişətində,  həyatın  müxtəlif  sahələrində 
ondan  istifadə  etsə  də,  radio-televiziyada,  gündəlik  mətbuatda, 
məktəbdə,  yığıncaqlarda,  idarə  və  təşkilatlarda  rəsmi  dil  kimi 
Azərbaycan  dilindən  istifadə  edir.  Bu  səbəbdən  də  tat  dilinin 
leksik  fondunda  hə yatın  müxtəlif sahələrini  əhatə  edən  ictimai- 
siyasi  və  s.  məfhumları  bildirən  söz  və  terminlər  Azərbaycan 
dili  hesabına  artır.  Bununla  əlaqədar  olaraq,  A.L.Qrünberq  və 
L.X.Davıdova  qeyd  edirl ər  ki,  intensiv  ikidillilik  şəraitində 
Azərbaycan  dilinə  mənsub  olan  hər  bir  söz  tat  dilində  işlənə 
bilər və  hamı  onu başa  düşə  bilər.  Onların  qənaətinə  görə,  türk 
mənşəli  sözlər  tat  dilinin  istər  cənub,  istərsə  də,  şimal 
dialektlərinə  daxil  olur,  dildə 
aparıcı  mövqe  qazanır.
Müəlliflər  bura  qeyinata,  yara,  bulut,  daq//doq,  qaqlovo, 
qıskac,  kazan,  yovluq,  buyruq,  yoşov  («yaşayış»),  tütün  və  s. 
sözləri  aid  edirlər (69,  284).
Məlum  olduğu  kimi,  dillər  ilk  növbədə  daxili  imkanları, 
dilin  özünə  məxsus  vahidləri  hesabına  zənginləşir  və  inkişaf 
edirsə,  xarici  amillər  də  bu  prosesdə  çox  əhəmiyyətli  rol 
oynayır,  onların  fonetik,  leksik,  sintaktik v ə  qrammatik  sistem­
lərində  həm  kəmiyyət,  həm  də  keyfiyyət  dəyişmələri  baş  verir. 
Bu  baxımdan  konkret  bir  dilin  materialları  əsasında  onun 
başqa  dillərlə  qarşılıqlı  əlaqə  və  münasibətlərini  dərindən 
araşdırmaq,  həmin  dildəki  alınmaları  tarixi-xronoloji  aspektdə, 
müasir  elmi  səviyyədə tədqiq  etmək,  alınmaların  dil  sistemində

14



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə