Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə4/24
tarix24.04.2017
ölçüsü4,58 Kb.
#15709
1   2   3   4   5   6   7   8   9   ...   24

Çap üçün deyil

I bölmə
DƏYƏRLƏRİMİZ
Dərs

Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
İş dəftəri
səh.
MMV
səh.
1.
Bilik günü
Səs və hərf
1.2.1, 2.1.3, 2.1.4,
2.2.4, 3.1.4, 4.1.1,
4.1.3
4
10-12
6
35
2.
Bayraqlar
1.2.1, 2.1.4, 2.2.1,
2.2.4, 4.1.3
4
13-14
7
38
3.
Üçrəngli bayraq
Sait və samit səslər
1.1.2, 2.1.2, 2.2.1,
3.1.3, 4.1.1
4
15-16
7
39
4.
Əbədi məşəl
Heca
1.1.2, 3.1.2, 3.1.1,
3.1.5, 4.1.1
4
17-18
8
41
5.
Vətən
1.1.2, 1.2.1, 1.2.3,
2.1.2, 2.1.3, 2.1.4,
3.1.4, 4.1.1
4
19-20
10
43
6.
Rənglərin anası
Sözün sətirdən-sətrə
keçirilməsi
2.1.2, 2.1.3, 2.2.1,
2.2.4,  3.1.1, 4.1.1,
4.1.3
4
21-23
11
45
7.
Novruz bayramı
1.1.2, 2.1.2, 2.2.1, 
3.1.4, 3.1.6
4
24
13-14
47
8.
Azərbaycan əlifbası
Lüğətdən istifadə
1.2.1, 2.2.1, 2.2.4,
3.1.1, 4.1.3
4
25-26
15
49
9.
Qədim xalça
1.1.1, 1.2.1, 2.2.1
2
27
17
51
10.
Çahargah əfsanəsi
1.1.2, 1.2.3, 2.1.4,
2.2.1, 2.2.3, 2.2.4,
2.2.5, 3.1.1, 3.1.5
6
28-31
18
53
11.
Ümumiləşdirici təkrar
1
32
54
12.
Bölmə üzrə
qiymətləndirmə
1
20-21
54
Yekun
42
saat
Çap üçün deyil

Dərs 1. BİLİK GÜNÜ (4 saat)
Diaqnostik qiymətləndirmə. Sual: – Yay tətilini necə keçirdiniz?
Şagirdlər yay tətilini necə keçirdikləri haqqında danışırlar. Sonra isə onlara bu haqda bir
neçə cümlədən ibarət inşa yazmaq tapşırılır.
Motivasiya.
Şagirdlərə belə bir sualla müraciət olunur: 
–  Bu gün hansı gündür? Nə üçün bu gün bayram günü kimi qeyd olunur?
Şagirdlərin cavablarından sonra müəllim aşağıdakı sualları verir:
– Keçən ilin bu gününü necə xatırlayırsınız? 
– Bugünkü gün keçən ilin bu günündən nə ilə fərqləndi?
Müəllim yazı taxtasına ağac şəkli çəkir, gövdəsinə “15 sentyabr” yazır və soruşur:
– Ağacın budaqlarına hansı sözləri yaza bilərik? 
(Ehtimal ki, budaqlara şagird və tələbə sözlərindən əlavə, müəllim, məktəb, bilik, elm,
təhsil kimi sözlərin də yazılması təklif olunacaq.) 
Müəllim – məktəb – bilik arasındakı əlaqə açıqlanır. 
Tədqiqat sualı:
– Məktəbə getmək, təhsil almaq nə üçün vacibdir?
Tədqiqatın aparılması. 
Qruplarla iş. 
Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
I qrup. 1-ci sinifdə Azərbaycan dilindən aldığınız biliklər həyatda sizə necə kömək edir?
II qrup. 1-ci sinifdə riyaziyyat fənnindən aldığınız biliklər həyatda sizə necə kömək edir?
III qrup. 1-ci sinifdə həyat bilgisi və informatika fənlərindən aldığınız biliklər həyatda sizə
necə kömək edir?
IV qrup. Digər fənlərdən aldığınız biliklər həyatda sizə necə kömək edir?
Müəllimin nəzərinə: Qruplar təqdimat hazırlayarkən çalışmaq lazımdır ki, şagirdlər aldıqları
bilikləri gündəlik həyatda necə tətbiq etdikləri haqda danışsınlar.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərslikdən “Bilik günü” (səh. 10) mətni oxunur. Dərsliyin 10-11-ci səhifələrindəki 1-6-cı
tapşırıqlar yerinə yetirilir.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Mətndə oxuduğu məlumatları genişləndirə -
rək izah edir.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
Öyrəndiyi yeni sözləri cümlələrdə mənasına
uyğun işlədir. 
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözlərin əksmənalı
qarşılığını mü əy yən edir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikrə uyğun gələn atalar
sözünü seçir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Gördüklərini və təəssüratlarını yazılı şəkildə
ifadə edir.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
Sözləri tələffüz edərək tərkibindəki səsləri
fərqləndirir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
Sözlərin deyilişi ilə yazılışı arasındakı fərqi
müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
ДЯЙЯРЛЯРИМИЗ
35
Çap üçün deyil

Tapşırıq 1. “Qarşıda bizi daha uca bilik zirvələri gözləyir” cümləsi bu qaydada izah olu nur:
Orta məktəbi bitirəndən sonra ali məktəbə daxil olub biliklərimizi daha da genişləndirər və
müəyyən bir sənət sahibi olarıq.
Tapşırıq 5. Bu tip tapşırıqlar şagirdlərin həm şüurlu oxusunu, həm də şifahi nitqini yoxla-
maq məqsədilə verilib:
1. ..., çünki onlar öz bilikləri hesabına hər bir işin öhdəsindən gəlirlər.         
2. ...., çünki o öz biliyini başqalarına öyrədir. 
3. ...., çünki qazandığımız biliklər həyatda bizə hər zaman lazım olur. 
Tapşırıq 6. “C” variantındakı atalar sözü seçilir. Həmin atalar sözünü necə başa düşdükləri
soruşulur. Sinifdə elə uşaqlar olur ki, onlar bilmədiklərini soruşmağa çəkinirlər. Müəllim bu-
rada elə mühit yaratmalıdır ki, sinifdəki utancaq, öz fikrini deməyə çəkinən şagirdlər bu
kompleksdən azad olsunlar. 
Müəllim Məhəmməd peyğəmbərin “Uşaqlıqda qazanılmış bilik daşa həkk olunmuş
yazıdır” kəlamını səsləndirir və şagirdlərə bu kəlamı öz sözləri ilə izah etməyi tapşırır. İzah-
dan sonra müəllim Məhəmməd peyğəmbərin elmlə bağlı başqa kəlamlarını  səsləndirə bilər
(kompüterdə yazılıb slaydlarla nümayiş etdirilə də bilər):
Beşikdən qəbir evinədək elm öyrənin.
Hər kim mənə bir hərf öyrətsə, mən ona qul olaram.
Elm dünyanın uzaq ölkəsində olsa da, ona yiyələnmək üçün 
yola çıxmaq dan çəkinməyin.
Elm öyrənin, çünki elm sahibi yaxşını pisdən seçməyi bacarır. 
Bir ölkədə zəlzələ olsa, ölkənin bir guşəsi xaraba qalar. Elmsiz isə bütün ölkə
xaraba olar.
Nəticə:
Həyatda məqsədə nail olmaq üçün biliyə yiyələnmək vacibdir. Bu işdə müəllimin
rolu böyükdür. 
Tətbiqetmə.
İş dəftərinin 6-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
 1-ci  tapşırıqda çərçivədə verilən sözlər qruplaşdırılaraq bir məna qrupuna aid edilir. Məktəb
– müəllim, sinif, dərs; bayram – gül-çiçək, hədiyyə, fişəngidman – top, futbol, hakim; kitab
– səhifə, mətn, şəkil
DİL QAYDALARI
Şagirdlərin 1-ci sinifdə əldə etdikləri bilik və bacarıqları yoxlamaq məqsədilə (diaqnos-
tik qiymətləndirmə) müəllim aşağıdakı sualları verir:
– Əlifbada neçə hərf vardır?
– Səs və hərf nədir?
– Əlifbamızda hansı hərf iki səsi ifadə edir?
Tapşırıq 7. Şəkil adlarına görə ən az səsin “top”da, ən çox səsin isə “karandaş”da olduğu
qeyd edilir. 
Nəzəri material (səh. 12) əsasında səs və hərfin fərqi izah olunur.
Motivasiya.
Şəkillər verilir. Uşaqlar şəkilləri əvvəlcə adlandırır, sonra lövhədə yazırlar. 
Köməkçi sual: – Sözü deməklə yazmaq arasında hansı fərq var? 
Tədqiqat sualı:
– Yazılmış və deyilmiş söz nəyin hesabına yaranır?
Tədqiqatın aparılması.
Lövhədən şar, tar, qaz və qız şəkilləri çəkilmiş bir plakat asılır. 
Şagirdlər şəkillərin adlarını şəklin altında yazırlar. Onları əvvəlcə səs və hərf tərkibinə,
sonra mənalarına görə fərqləndirirlər.





Dərslərin planlaşdırılması
Ы бюлмя
36
Çap üçün deyil

Qruplarla iş. 
I qrupİzahı verilmiş sözləri tapın, bu sözlərdə hansı hərfin fərqləndiyini göstərin.
Süd verən iri ev heyvanı (inək). Parça növü (ipək). 
Zərb musiqi aləti (nağara). Ayının yuvası, evi (mağara).
Ata-ananın qızı (bacı). Tüstünün çıxması üçün damda olan xüsusi yer (baca).   
II qrupCümlələrdəki səhvi düzəldin.  
1. Anam qoz ləpəsindən pahlava pişirdi.   
2. Şir yırtıcı heyvadır.  
3. Çəpərin dibinə çoxlu daş yıxılmışdı.  
III qrup. “Da” və “şa” hecalarına bir samit artırmaqla mümkün qədər çox söz düzəldin. 
IV qrupOrtaya sait artırmaqla mümkün qədər çox söz düzəldin.  
Q...ş (qaş, qoş, qış, quş)
N...r (nar, nər, nur)
Alınan sözlərin mənalarını deyin. 
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. 12-ci səhifədəki nəzəri material mənimsədilir. Dərsliyin 12-ci səhi fə -
sindəki 8-12-ci tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 9. Zənbil sözü ilə yaxınmənalı söz səbət (“b” hərfi), peşə sözü ilə yaxınmənalı isə
sənət (“n” hərfi) sözüdür.
Tapşırıq 10. Gün, şən, həyat və boy sözlərində yalnız bir hərfi dəyişməklə yeni sözlər
yaradılır. 
Gün – gül, gen və s.
Şən – mən, dən, sən, şər və s.
Həyat  – həyət  
Boy – toy, soy, qoy, bəy və s.
Tapşırıq 12
Aşağıdakı sözlər alınır:
ər, sər, əsər, kəsər 
at, yat, oyat
ək, lək, ələk, bələk
Nəticə:
Sözlər səslərin birləşməsindən yaranır. Səslər deyilir və eşidilir, hərflər isə yazılır
və görünür. Bəzən sözdə yalnız bir səsi dəyişməklə yeni söz düzəltmək olur.
Tətbiqetmə.
İş dəftərinin 6-cı səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə ye-
tirilir.
Ev tapşırığı:
– Elmə aid atalar sözü öyrənin. Elə üç söz yazın ki, bir hərfini dəyişməklə
yeni sözlər yaransın. 
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərslərin planlaşdırılması
ДЯЙЯРЛЯРИМИЗ
37
Çap üçün deyil

Dərs 2. BAYRAQLAR (4 saat)
Motivasiya.
Müəllim müxtəlif dövlətlərə məxsus bayraq şəkilləri nümayiş etdirir.
Köməkçi sual: – Sizcə, bu bayraqlar bir-birindən nə ilə fərqlənir?
Rəng və simvollardakı fərqlər araşdırılır.
“Bayraqlar haqqında nə bilirsiniz?” sualı ilə beyin həmləsi keçirilir. Lövhədə BİBÖ
cədvəlinin sadələşdirilmiş variantı çəkilir (dərslik, səh. 14). Şagirdlərin bayraq haqqında
bildikləri və bilmək istədikləri lövhədə qeyd olunur (4-cü tapşırıq).
Tədqiqat sualı:
– Sizcə, bayraq nə üçün lazımdır?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Nə üçün bayraqlar bir-birindən fərqlənir?
II qrup. İdmanda bayraq nə üçün lazımdır?
III qrup. Ordu üçün bayraq nədir?
IV qrup. Ağ bayraq nəyin rəmzidir?
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Təqdimatlar dinlənilir və müzakirə olunur.
Dərsliklə iş. Dərsliyin 13-cü səhifəsindəki mətn oxunur. Liman və dorağacı sözlərinin mənası
açıqlanır. Suallar:
– Əvvəllər bayraqdan hansı məqsədlə istifadə edirdilər?
– Ağ bayraq nəyə işarədir və nə zaman qaldırılır?
– Bayraqdar kimdir? Nə üçün bayraqdarı qoruyurdular?
Müəllim bu zaman şagirdlərin diqqətini mətnə çəkilmiş illüstrasiyaya yönəldir və onu şərh
etməyi tapşırır. (Bayraqdar yaralanıb, digər əsgər bayrağı qorumağa çalışır.)
Dərsliyin 13-14-cü səhifələrindəki 1-5-ci tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 2. Yaxınmənalı və əksmənalı sözlər tapılır və cədvəldə yer ləş di rilir.
qədim – köhnə – yeni 
əvvəl – qabaq – sonra 
cəsur – qoçaq – tənbəl 
qaldırmaq – yüksəltmək – endirmək 
Tapşırıq 5. 1-ci bayraq Kanadaya, 2-ci bayraq dəniz quldurlarına, 3-cü bayraq Ya po ni -
yaya, 4-cü bayraq Türkiyəyə məxsusdur.
Nəticə:
Hər bir müstəqil dövlətin öz rəmzləri var. Onlardan biri də bayraqdır. 
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Qazandığı bilikləri əvvəl bildikləri ilə müqa yisə
edərək araşdırdığı məlumat ları nəql edir.
2.1.4. Yaxınmənalı və əksmənalı söz lərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözlərin mənasını
izah edir, onların yaxınmənalı və əksmənalı
qarşılığını müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olun muş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu, ifa -
dəli oxu yur.
Düzgün səs tonu seçməklə mətni orfoepik
normalara uyğun oxuyur.
2.2.4. Mətndəki  əsas  fikrə münasi bə tini
bildirir.
Mətnin məzmununu təşkil edən əsas faktları
seçir və münasibət bildirir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla mətnindəki deyilişi və yazılışı fərq  lə nən
sözlərin düzgün yazılışını lüğətin köməyi ilə
müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
Ы бюлмя
38
Çap üçün deyil

Tətbiqetmə: 
Şagirdlər tanıdıqları hər hansı bir ölkənin bayrağını dəftərlərində çəkirlər.
Bu bayraqla  ölkəmizin bayrağının fərqli və oxşar cəhətlərini tapırlar.
Dil qaydaları. İmla mətni:
Ev tapşırığı:
– Bayraq haqqında şeir öyrənin. Rəngli kağızlardan Azərbaycanın bayrağını
düzəldin.
Qiymətləndirmə.
Tədqiqatın nəticələri və müzakirə əsasında aparılır.
Dərs 3. ÜÇRƏNGLİ BAYRAQ (4 saat)
Motivasiya.
Müəllim şagirdlərə Olimpiya oyunlarında Azərbaycan bayrağını başı üzərinə
qaldırmış güləşçimizin şəklini nümayiş etdirir. Suallar:
– Şəkildə Olimpiya çempionunu görürsünüz. Sizcə, o, hansı ölkənin idmançısıdır?
– Bunu necə təyin etdiniz?
“Əlindəki bayrağa görə” cavabını aldıqdan sonra tədqiqat sualı verilir.
Tədqiqat sualı:
– Azərbaycanın bayrağındakı rənglər nəyi bildirir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər 4 qrupa bölünürlər. Qrupların üçü bayra -
ğın rəngləri, 4-cü qrup isə bayrağın üzərindəki ay və ulduzun mənası haqqında bildikləri ilə
bağlı təqdimat hazırlayır. 
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Təqdimatlar dinlənilir və müzakirə olunur.
Dərsliklə iş. Hər şagird iki misra səslən dirməklə şeiri bir neçə nəfər oxuyur. Dərslikdəki
1-2-ci tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. “Qaş” sözünün bir neçə mənası var. Şeirdə bu söz “üzüyə taxılan qiymətli daş”
mənasında işlənmişdir.
Tapşırıq 2. “Gözümün işığı” frazeoloji ifadəsi əziz, qiymətli bir varlıq haqqında işlədilir.
DOSTUM MANAF (38 söz)
Manaf mənim dostumdur. O da ikinci sinifdə oxuyur. Yaxşı şəkillər çəkir. Amma
həmişə mənimlə zarafat edir. Kağıza ev, ağac şəkli çəkib deyir ki, guya mənim
şəklimi çəkib. Mən inanmıram. O isə deyir ki, sən burdasan, ağacların arxasında
gizlənmisən.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi mətndəki məlumatları əvvəl bil -
dikləri ilə müqayisə edir. 
2.1.2 Öyrəndiyi yeni sözlərin mənasını izah
edir.
Mətndəki çoxmənalı sözün kontekstə görə
hansı mənada işləndiyini müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Şeiri məzmununa uyğun intonasiya ilə  oxu -
yur və şərh edir.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
Şeirdə seçilmiş hissəni əzbərdən yazır. 
4.1.1. Sait və samit səsləri  fərqləndirir.
Sait və samit səsləri tanıyır, onları bir-
birindən fərqləndirir.
Dərslərin planlaşdırılması
ДЯЙЯРЛЯРИМИЗ
39
Çap üçün deyil

Digər tərəfdən, dilimizdə “gözlərinə işıq gəldi” (dirçəldi, gücə, qüvvətə gəldi) ifadəsi də var.
Bu iki mənanı birləşdirərək demək olar ki, mətndə bu ifadə “əziz”, “qiymətli”, “mənə güc ve rən”
mənalarında işlənmişdir. 
2-ci cümlə izah olunarkən Azərbaycanın müstəqillik əldə etməsindən sonra üçrəngli bay -
ra ğın qaldırılması haqqında qısa məlumat verilə bilər. Azadlıq uğrunda mübarizə Azər -
baycanın müstəqilliyi və üçrəngli bayrağın ucaldılması ilə nəticələndi. Bunu yağışdan sonra
səmada göy qurşağı nın əmələ gəlməsinə bənzətmək olar. 
9 noyabrın Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunduğu yada salınır. 
3-cü cümlənin izahı zamanı müəllim bildirir ki, mayak gəmilərə yol göstərdiyi kimi, bayraq
da yolumuza işıq saçır, yol göstərir. 
Yazı.
Şagirdlərin marağına əsasən şeirdən seçilmiş hissə əzbərdən yazılır. 
3-cü tapşırığın icrasından əvvəl müəllim aşağıdakı mətni səsləndirir. 
AZƏRBAYCAN BAYRAĞI
Hər bir bayraqda rəng və işarələrin xüsusi mənası var. Azərbaycan bayrağında da
belədir.
Çox qədimdə vahid türk xalqı olmuşdur. Müasir türk, özbək, tatar, qırğız, qazax və bir
çox başqa millətlər bu xalqdan törəmişdir. Bayrağımızdakı mavi rəng Azərbaycan xalqının
da türk soyundan olduğunu bildirir.
Azərbaycan bayrağının ortasındakı zolaq qırmızı rəngdədir. Bu isə müasirlik rəmzidir.
Müasir olmaq öndə olmaq, yeniliyə can atmaq deməkdir.
Dünyada müxtəlif dinlər var: islam, xristianlıq və s. Hər xalq bir dinə inanır.
Bayrağımızdakı yaşıl rəng azərbaycanlıların islam dininə sitayiş etdiyini və müsəlman
olduğunu göstərir.
Nəticə:
Azərbaycan bayrağı üçrənglidir. Hər rəngin öz mənası var.
Tətbiqetmə.
İş dəftərinin 7-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir. 
DİL QAYDALARI
Motivasiya.
Müəllim doldurulmuş hava şarlarından birinin “boğaz”ından ehmalca dar-
taraq şardakı havanı ciyiltili səslə çıxarır. Digər şara isə iynə batırmaqla partlayış səsi yaradır.
Köməkçi sual: – Hər iki səs şardakı havanın hesabına yarandı. Bəs onların arasındakı
fərq nədədir? 
Şagirdlər ikinci səsdən fərqli olaraq birinci səsin uzandığını söyləyirlər.
Tapşırıq 4. “Ü” səsinin uzun tələffüz olunduğu qeyd edilir.
Tədqiqat sualı:
– Tələffüz etdiyimiz səslərdən hansılarını uzatmaq olur?
Tədqiqatın aparılması.
Azərbaycan əlifbasını əks etdirən plakat asılır. Sual:
– Hərflərin bildirdiyi səsləri tələffüz edin. Hansı səsləri uzatmaq olur? Həmin səsləri
bildirən hərfləri dəftərinizdə qeyd edin.
Müəllimin nəzərinə:  Şagirdlər l, m, n, r, j, ş, s, z samitlərinin tələffüz zamanı uzana bildiyini
düşünərək bu səsləri də səhvən sait kimi qəbul edə bilərlər. Fonetik qaydalara əsasən,
bu səslər uzana bilsə də, saitlərdən fərqli olaraq ağız boşluğunda maneəyə rast gəlir.
Lakin 2-ci sinif şagirdi üçün bu qaydanı mənimsəmək çətin olar. Odur ki müəllim bu
mərhələdə, sadəcə, sait səsləri uşaqlara əzbərlətdirib qalan səslərin samit səs olduğunu
bildirməklə kifayətlənə bilər.
Dərslərin planlaşdırılması
Ы бюлмя
40
Çap üçün deyil

Qruplarla iş. İş vərəqləri paylanır. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Sözlərdə saitlərin altından xətt çəkin, rast gəlmədiyiniz saitləri ayrıca sətirdə yazın.
II qrup. Samitlə başlayıb saitlə bitən sözlər yazın.
III qrup. Saitlə başlayıb samitlə bitən sözlər yazın. 
IV qrup. Samitlə başlayıb samitlə bitən sözlər yazın.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Təqdimatlar dinlənilir və müzakirə olunur.
Dərsliyin 16-cı səhifəsindəki nəzəri hissə oxunur və təhlil edilir, 5-8-ci tapşırıqlar yerinə ye-
tirilir.
Tapşırıq 6. Şəhər – səhər – yəhər – zəhər; bağ – tağ – sağ – bar – ban; xala – bala, qala,
mala, tala  və s.
Tapşırıq 7. Xal – şal – sal – qal – mal – yal – bal – bol – boy və s. 
Nəticə:
Saitlər tələffüz zamanı uzana bilir. Dilimizdə 23 samit, 9 sait səs var. 
Tətbiqetmə:
İş dəftərinin 7-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə ye-
tirilir.
Ev tapşırığı:
– Kompüterdə Paint proqramından istifadə etməklə bayraq şəkli çəkin.
“Böyüyəndə bayrağımı yüksəklərə qaldıracağam” mövzusunda təqdimat hazırlayın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 4. ƏBƏDİ MƏŞƏL (4 saat)
Motivasiya.
Lövhədən bitki, meşə, sular, neft, əsgər, qaz, dəmir filizi, çörək, bəstəkar
təsvir olunmuş şəkillər  asılır. Verilmiş şəkilləri üç qrupa paylamaq tapşırılır. 
Tədqiqat sualı:
– Azərbaycanın maddi və mənəvi sərvətləri deyəndə nə başa düşürsünüz?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasi bə tini
əsaslandırır.
Maddi və mənəvi dəyərlər mövzusunda
mətnləri dinləyir, öz münasibətini bildirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Oxuduğu mətnin bir hissəsini üzündən
köçürür.
3.1.1. Yazısında sadə hüsnxət norma 
-
larına riayət edir.
“A” hərfini hüsnxət normalarına uyğun
yazır və digər hərflərlə birləşdirir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Əzbərdən bildiyi nəzm nümunəsini nəsrə
çevirərək yazır.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
Sözdə saitləri fərqləndirir və buna əsasən
hecaları müəyyənləşdirir.
SƏRVƏTLƏR
YERALTI
YERÜSTÜ
MƏNƏVİ  
Dərslərin planlaşdırılması
ДЯЙЯРЛЯРИМИЗ
41
Çap üçün deyil

I qrup. Yerüstü sərvətlər, onların qorunması.
II qrup. Yeraltı sərvətlər, onların qorunması.
III qrup. Vətənimizin milli qəhrəmanları.
IV qrup. Zəbt olunmuş ərazilərimiz.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Təqdimatlar dinlənilir və müzakirə olunur.
Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin