Gülarə Munis



Yüklə 2.88 Mb.
Pdf просмотр
tarix30.06.2017
ölçüsü2.88 Mb.

Gülarə Munis 

 

 

 

 

 

 

 

 

 

 

BÖCƏK, YEMƏZ ÇİYƏLƏK... 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2015 

 



 



 

Redaktor:  Qəşəm Nəcəfzadə 

Azərbaycan Yazıçılar Birliyi Uşaq 

ədəbiyyatı şöbəsinin rəhbəri 

 

Üz qabığının rəssamı: Fatimə Əlizadə 



 

Gülarə  Munis “Böcək, yeməz çiyələk”. 

Bakı, 2015, “MBM”, 48 səh. 

 

 



“Böcək, yeməz çiyələk” müəllifin on altıncı ki-

tabıdır.  

Kitabda  vətənpərvərlik,  məktəb,  ilin  fəsilləri, 

təmsillər,  bitki  aləmi  nənə-nəvə  başlığı  altında 

şeirlər qələmə alınıb. Kitab kiçik yaşlı məktəblilər 

üçün nəzərdə tutulub.  

Sadə  dildə  yazılan  bu  şeirlər  asan    mənimsənir 

və  tez  yadda  qalır.  Kitaba  uşaqlar  üçün  kiçik 

həcmli lətifələr də daxil edilib. 

 

 



ISBN 978-9952-29-084-7  

 

© G.Munis 



Bakı, “MBM” 

 

 



 

 

Bu kitabı Nərgiz adlı gözəl bir qızın  

ad gününə hədiyyə kimi yazmışam. 

 

 

 

Müəllifdən 

 

Əziz  balalar,  yenidən  sizinlə  görüşə  gəlmişəm. 



Bu  balaca  şeirləri  diqqətlə  oxusanız,  vətənimizin 

necə  gözəl,  torpağımızın  necə  bərəkətli,  fəsillərin 

necə  fərqli  olduğunu  biləcəksiniz.  Bu  kitaba  ba-

laca balalar üçün kiçik lətifələr də daxil etmişəm. 

 

Əziz balalar, şəkilləri özünüz rəngləyin. 



 

 

 



 



Mələkdi  Nərgiz 

 

Saçının ətrini alıb ənbərdən, 



Vücudu yonulub sanki mərmərdən, 

Yaradan qorusun gözdən, nəzərdən, 

İncədir, qönçədir, göyçəkdi Nərgiz! 

 

Bürünüb ipəyə, bürünüb tülə, 



Qıvrılan saçları bənzər sünbülə, 

Naz edir bülbülə, naz edir gülə, 

Ətirli bir güldür, çiçəkdi Nərgiz! 

 

Dodağı püstədir, yanağı lalə, 



Gözündən süzülən gül üstə jalə, 

Dişləri sədəfdir, ağzı piyalə, 

Göydən yerə enən mələkdi Nərgiz! 

 

Toxunur əlimə toppuş əlləri, 



Sığal istəyəndə ipək telləri, 

Dinəndə bal dadır şirin dilləri, 

Nəfəsdir, cigərdir, ürəkdi Nərgiz! 

 

Munis də iltimas edir Xudadan, 



Onu hifz eləsin böyük Yaradan! 

Nərgizi qorusun dərdü-bəladan, 

Baba ocağına bəzəkdi Nərgiz! 

10.09.2013. 


 



Sürmənin düyməsi 

 

Görürsünüz Sürməni, 



Çıqqıldadır düyməni. 

 

Axtarır təzə oyun, 



Burda dostdu qurd-qoyun. 

 

Hey baxır manitora, 



Balıqlar düşür tora. 

 

Çay içmir, yemək yemir, 



Bu qız “yoruldum”- demir. 

 

Gah səsləyir anası: 



-Bəsdir daha, balası! 

 

“İndi gəlirəm, ana, 



Qoy oyun çatsın sona”. 

 

Oyun sona çatmayır, 



Bu qıza söz batmayır. 

 

Kompüterlə şad olub



Bütün dostlar yad olub. 

 

 



 

Ay Sürmə, bax bir sözə, 



Bu çox zərərdir gözə. 

 

Belə olmaz, bir düşün, 



Dostlar ilə  görüşün. 

 

Bir az oyna, bir az gəz, 



Belə gün ələ düşməz. 

 

Payızın ətri gəlir, 



Təbiət də dincəlir. 

 

Bax ananın sözünə, 



Cəfa etmə özünə. 

 

Oyunun öz vaxtı var, 



Sağlamlığın taxtı var. 

 

Çalış düz qur işini, 



Tərgit bu vərdişini. 

 

Kompüter də dincəlsin, 



Bütün işlər düzəlsin! 

 

20.09.2013 

 


 



MƏKTƏB MÖVZUSU 

 

Danışan hərflər 

 

Hərflər dilə gəldi, 

Biri belə söylədi: 

 

“A “deyirlər adıma, 



“N” yetişsə dadıma. 

 

Yaranar “Ana” sözü, 



Gülər dünyanın üzü. 

 

Bir “T” gəlsə  o saat, 



Vərəqdə yazılar “At”. 

 

Bir “A”da çağıraram, 



“Ata” sözü yazaram. 

 

“B” söylədi: Sus bir az, 



Qarşıda bir “B” da yaz, 

 

İki “B” və iki “A”, 



Birlikdə olar “Baba”. 

 

Bu dəfə dözmədi “C”, 



Dilə gəldi bu bacı: 

 

 



Mənimlə yazılır “Can”, 

Vətənim Azərbaycan. 

 

Çox şirindi dilimiz, 



Bəxtəvərdi elimiz!. 

11.01.2008 

 

A  



B  

C  


D  



 



İkincilər 



 

Sizə söyləyib salam, 

Bildiririk ehtiram. 

 

Dinləyin sözümüzü, 



Tanıyın özümüzü. 

 

Baxma ki, ikinciyik, 



Hər işdə birinciyik. 

 

Sinif olsa da iki, 



Heç vaxt almırıq “2”. 

 

Dərsi bilirik əzbər, 



Beşlə bəzənir dəftər. 

 

Hamımız  edib  peşə, 



Beş alırıq həmişə. 

 

“Ana dili” canımız, 



Damarda  o qanımız. 

 

Amma, hər gün, hər saat, 



Gərəkdir  “Riyaziyyat.” 

15.12.2009 

 

10 


2-ci “E” sinifi. 

 

Qorxmur qardan-borandan, 



Çəkilməyir meydandan, 

Çıxır hər imtahandan, 

2-ci “E” sinifi. 

 

Yarışda Rüstəmi-Zal



Ya məsələ, ya misal, 

Kimdir hamıdan fəal? 

2-ci “E” sinifi. 

 

Biliklə çalar zəfər, 



Dərsi söyləyər əzbər, 

Hər işdə göstər hünər, 

2-ci “E” sinifi! 

 

Qabaqlayar zamanı, 



Həm qızı, həm oğlanı, 

Sevir  Azərbaycanı, 

2-ci “E” sinifi! 

08.02.2010 

 


 

11 


RƏQƏMLƏR ALƏMİ 

 

Bir və sıfır 



 

Bir baxdı sola-sağa, 

Ürəyi döndü dağa. 

 

Dedi: “Mənəm birinci, 



Həm mirvari, həm inci. 

 

Yoxdu önümdə duran,  



Burda mənimdir meydan. 

 

Rəqəmlərin başıyam, 



İkinin qardaşıyam”. 

 

Sıfıra çatdı xəbər, 



Qəlbinə çökdü kədər. 

 

Dedi: “Boğaram biri, 



Görmür gözündə tiri. 

 

Mənəm qabaqda duran, 



İndi mənimdir dövran. 

 

Yazıldı o varaqda, 



Dayandı o qabaqda. 

 

12 


 

Biri onda bir etdi, 

Birin ürəyi getdi. 

05.04.2008 

 

 



 

 


 

13 


İki və üç 

 

İki verdi son qərar, 



Dedi: “Olmuşam bezar”. 

 

Cüt rəqəm olmaq üçün, 



Getdi yanından üçün. 

 

Üçdən ayrılan zaman, 



İki darıxdı yaman. 

 

Qəlbinə batdı tikan, 



Oldu yaman peşiman. 

 

Gördü düşüb nəzərdən, 



Uzaq düşüb dəftərdən. 

 

Heç kim onu almayır, 



Onu yada salmayır. 

 

Tutdu üçün əlimdən, 



Şəkər səpdi dilindən. 

 

Dedi: “Bir yerdə qalaq, 



Biz birlikdə beş olaq”. 

10.07.2008 

 

14 


Üç 

 

Üçün qəlbi qırıqdır, 



Üçün qıçı sınıqdır. 

 

Yıxılmışdı barıdan, 



Bölünmüşdü yarədan. 

 

Üç dedi: “Hanı yarım, 



Ucalır ahu-zarım. 

 

Dönüb sınıq eynəyə, 



Bənzəyirəm gör nəyə? 

 

Kim gətirsə yarımı, 



Yox edər qubarımı”. 

 

Eşitdi bunu qələm, 



Ürəyinə doldu qəm. 

 

Gəldi üçün yanına, 



Baxdı öz imkanına. 

 

Qarşısına yazdı üç, 



Üç də oldu otuz üç. 

 

 



 

15 


Üç görəndə özünü, 

Yumdu qara gözünü. 

 

Dedi: “Ar olsun, sənə! 



Niyə dağ çəkdin mənə? 

 

Kaş bağlansın məktəbin, 



Tükənsin mürəkkəbin. 

07.02.2007 

 

 



 

16 


NƏNƏLƏR VƏ NƏVƏLƏR 

 

Nənə, hansını üzüm? 



 

Ağ üzüm, qara üzüm, 

Asılıb düzüm – düzüm. 

 

Ülkər   gördü üzümü, 



Yoxdur onun dözümü. 

 

Dedi: -Yetişib üzüm, 



Nənə, hansını üzüm? 

 

- Ay bala, qaranı üz, 



Yu, gətir süfrəyə düz! 

 

Bal kimidir bu üzüm 



Ye, mənim canım-gözüm! 

14.01.2009 

 


 

17 


Nənə, aş bişir mənə 

 

Nəvə gözləyirdi aş, 



Nənə bişirdi lavaş. 

 

Nəvə dedi: -Ay nənə, 



Bu gün aş bişir mənə. 

 

Nənə dedi: -Ay bala, 



Başıma açma bəla. 

 

Yoxdu düyü, yoxdu ət, 



Vermə mənə xəcalət. 

 

Ye lavaşla pendiri, 



Sonra qala təndiri. 

 

Bişirim dadlı çörək, 



Sən də mənə et kömək. 

04.05.2002 

 


 

18 


Nənə,  nağıl de mənə 

 

Nənə, nağıl de mənə, 



Mən qulaq asım sənə. 

 

Danış güldən-çiçəkdən, 



Danış ağ kəpənəkdən. 

 

Danış yağışdan, qardan, 



Almalar gəlir hardan? 

 

Göyün donu sökülsün. 



Ordan alma tökülsün. 

 

 



 

19 


TƏMSİLLƏR 

 

Hörmüçək və böcək 

 

Darıxırdı hörmüçək, 



Gördü gəlir bir böcək. 

 

Kəsdi onun yolunu, 



Uzatdı bir qolunu. 

 

Tutdu onun əlini, 



İşə saldı dilini. 

 

Dedi: “Darıxıram tək, 



Gəl dost olaq, ay böcək. 

 

Gəzək bağçada,  bağda, 



Axşam yataq çardaqda.” 

 

Onlar tutdu əl-ələ, 



Hörmüçək qurdu tələ. 

 

Böcək nəğmə oxudu, 



Hörmüçək  tor toxudu. 

 

Tora ilişdi böcək, 



Belə baş tutdu kələk. 

25.04.2008  

 

20 


Tısbağa 

 

Bir zirehli tısbağa, 

Hərlənib gəldi bağa. 

 

Onu görəndə bağban, 



Dedi:”Qaçma, bir dayan! 

 

Gəl evcik qurum sənə, 



Sən də qonşu ol mənə.” 

 

Tısbağa qaldı bağda, 



Bab-balaca otaqda. 

08.01.2010 

                                   

 


 

21 


Qaranquş 

 

Hələ gəlməmişdi qış, 



Uçub getdi qaranquş. 

 

Soyumamış havalar, 



Bom-boş qaldı yuvalar. 

 

Fikrə getdi Aidə, 



Dedi:”Görəsən bir də, 

 

Haçaquyruq, ağsinə, 



Nə vaxt dönər vətənə?” 

 

“Gözlə, dedi- təbiət, 



Qaranquşda var adət, 

 

Köçüb gedir payızda, 



Geri qayıdır yazda. 

 

Çəkmə belə intizar, 



Gələr, gələndə bahar.” 

02.01.2012. 

 

 

 

 

22 


Dələ və kərtənkələ 

 

Yerə hoppandı dələ, 



Diksindi kərtənkələ. 

 

Sonra dedi:- Ay dələ, 



Hara gedirsən belə? 

 

Dələ dedi:- Çox acam, 



Bir fındığa möhtacam. 

 

Yoxdu evdə bir yemək



Gedim tapım göbələk. 

 

Balalarım şad olsun, 



Qüssədən azad olsun. 

09.06.2009 

 

 

 

23 


MEYVƏLƏR ALƏMİ 

 

Çiyələk 

 

Yetişəndə çiyələk, 



Uçub gəldi bir böcək. 

 

Qondu onun üstünə, 



Durdu onun qəsdinə. 

 

Dişi yaman işlədi, 



Çiyələyi dişlədi. 

 

Tez qışqırdı çiyələk: 



Yemə məni, ay böcək! 

 

Qon zəmidə sünbülə, 



Qon çiçəyə, qon gülə. 

 

Güllərin ərtini çək 



Böcək yeməz çiyələk. 

04.06.2009 

   


 

 

24 


BİTKİLƏR ALƏMİ 

 

Nanə 

 

Nanəni biçdi nənə, 



Yerdən üzüldü nanə. 

 

Kökü qaldı  torpaqda, 



Dadı qaldı yarpaqda. 

 

Nənə qurutdu onu, 



Çatdı nanənin sonu. 

 

Ləzzət verdi xörəyə, 



Qüvvət verdi ürəyə. 

27.04. 2008 

 


 

25 


VƏTƏNPƏRVƏRLİK ŞEİRLƏRİ 

 

Vətəndir 

 

Qırılan budağı da, 

Saralan yarpağı da, 

Bir ovuc torpağı da, 

Vətəndir! 

 

Dənizi, havası da, 



Kiçik bir  obası da, 

Quşların yuvası da 

Vətəndir! 

 

Tikanı, çiçəyi də, 



Arının pətəyi də 

Nənəmin örpəyi də, 

Vətəndir! 

 

Ağ çalmalı dağı da, 



Çağlayan bulağı da, 

Üç rəngli bayrağı da, 

Vətəndir! 

20.02.2010 

 


 

26 


Qanlı yanvar gecəsi 

 

Axdı yerə nahaq qan, 



Öldü nə qədər insan, 

Qana qərq oldu meydan, 

Qanlı  Yanvar gecəsi. 

 

Bax çatılan qaşlara, 



Güllə yağır başlara, 

Qan çilənir daşlara, 

Qanlı Yanvar gecəsi. 

 

Saçını yoldu  ana, 



Qandan çəkildi xna, 

Çox ömür yetdi sona, 

Qanlı  Yanvar gecəsi. 

 

Qan ağladı çöl-çəmən, 



Qəddar olsa da düşmən

Müstəqil oldu Vətən, 

Qanlı Yanvar gecəsi. 

20.01. 1990 

 


 

27 


Xocalı faciəsi 

 

           26 fevral Xocalı faciəsinə. 

 

Qəlbimə vurdu yara, 



Qan gördüm, baxdım hara, 

Tarixə düşdü  qara, 

Xocalı faciəsi. 

 

Gözlər qəzəblə doldu, 



Körpə fidanlar soldu, 

Millətimə dərd oldu, 

Xocalı faciəsi. 

 

Yazdım, qələm ağladı, 



Göz yaşlarım çağladı, 

Sinələri dağladı, 

Xocalı faciəsi. 

 

Qoy düşmənə ar olsun! 



Yurdu tarimar olsun! 

Qoymarıq təkrar olsun! 

Xocalı faciəsi! 

26.02.2010. 

 


 

28 


TƏBİƏT MÖVZUSUNDA ŞEİRLƏR 

 

 



Təzə il 

 

Ağ geyindi təbiət,  



Qış yetişdi nəhayət. 

 

Hər tərəfə yağdı qar, 



Qarı eylədik nübar. 

 

Əlvan geyindi küknar, 



Budağında alma var. 

 

Bir budaqda şaftalı, 



O birində gavalı. 

 

Bir tərəfdə səbət var, 



Bir tərəfdə gilənar. 

 

Yanında Şaxta baba, 



Çiynində böyük torba. 

 

Bir tərəfdə Qar qızı, 



Çəkmələri qırmızı. 

 

 



 

29 


Dövrə vurub uşaqlar, 

Çox sevinir qonaqlar. 

 

Təbiətə qız gəlib, 



Təzə ilim xoş gəlib.  

21.12.2011 

 

 



 

30 


Yağdı qar 

 

Gözünü açdı səhər, 



Bizə verdi şad xəbər: 

 

- “Nə yatmısa, ay İlqar? 



Çöldə yağır güclü qar.” 

 

Qarı görəndə İlqar, 



Oldu yaman bəxtiyar. 

 

Geyindi əlcəyini, 



Götürdü xizəyini. 

 

Qaçıb getdi həyətə, 



Bax ondakı sürətə! 

 

Səslədi uşaqları, 



Evdəki qoçaqları. 

 

Gəldi Vüqar, Etibar, 



Aytən, Çinarə, Nigar. 

 

Uşaqların şən səsi, 



Sevindirdi hər kəsi. 

 

 



 

31 


Düzəldib Qaradamı, 

Mat qoydular adamı. 

 

Bir tərəfdə qarğalar, 



Qar üstündə dən arar. 

 

Bir tərəfdə sərçələr. 



Bir tərəfdə becələr. 

 

Uşaqlar gördü bunu, 



Saxladılar oyunu, 

 

İlqar tez evə qaçdı, 



Köhnə dolabı açdı. 

 

Tapdı taxta, mıx, mişar, 



Baxdı ki, çəkic də var. 

 

Tez səslədi Vüqarı, 



Sonra da Etibarı. 

 

Dedi:-”Yazıqdır quşlar, 



Hələ bahara çox var. 

 

Gəlin bir yuva quraq,  



Sonra kənarda duraq. 

 


 

32 


Dostlar başladı işə, 

Qızlar düşdü təşvişə. 

 

Aytən buğda gətirdi,  



Nigar arpa gətirdi. 

 

Hazır olanda yuva, 



Artıq qaraldı hava. 

 

Yuvaya səpdilər dən, 



Hamı söylədi “Əhsən!” 

 

Çatdı şeirin sonu, 



Sən də təbliğ et bunu. 

01.02.2014 

 

 


 

33 


Yay fəsli 

 

Yurduma gələndə yay, 

Nəvələrə gəlir pay. 

 

Əncir, üzüm, şaftalı, 



Qarpız, yemiş, gavalı. 

 

Nemət gəlir bağlara, 



Su çilənir dağlara. 

 

İsidir suyu Günəş, 



Günəş sanki bir atəş. 

 

Səsləyir bizi dəniz, 



Dəniz hamıya əziz. 

 

Qaralır bədənimiz, 



Çox sağlam oluruq biz. 

 

Hamı çox sevir yayı, 



Yoxdur bu fəslin tayı! 

20.08.2011 

 


 

34 


Novruz gəlir 

 

Yurduma bahar gəlib, 



Əlvan xalçanı sərib. 

 

Oyanıb torpağımız, 



Gülür bağça-bağımız. 

 

Su çərşənbəsi gəldi, 



Torpaq içib dincəldi. 

 

Yaşıl geyindi çəmən, 



Açdı gözün yasəmən. 

 

Gəldi çərşənbə sonu, 



Geyindik əlvan donu. 

 

Süfrəyə gəldi xonça, 



Hamı yedi doyunca. 

 

Gəldi Keçəl və Kosa, 



Əlində dolu kasa. 

 

Uşaqlara verdi pay, 



Düşdü yaman hay-haray. 

 

 



 

35 


Paylandı noğul-nabat, 

Coşub-qaynadı həyat. 

 

Boylandı novruzgülü, 



Açdı üzündən tülü. 

 

Novruz gəldi ellərə, 



Nəğmə düşdü dillərə. 

 

Hər bayramda hər zaman, 



Xoşbəxtdir Azərbaycan! 

20.03.2011 

 

 

 

36 


Novruz 

 

Yatan torpaq oyandı, 



Yumurtalar boyandı. 

 

Çöldə qalandı tonqal, 



Gəldi bir kosasaqqal. 

 

Çiçəkləndi bağça-bağ



Laləyə büründü dağ. 

 

Çaylarda əridi buz, 



Gəldi yurduma Novruz. 

10.03.2011 

 

 

 

37 


MİNİATÜRLƏR 

 

Siçan və pişik 

 

Siçan pişiyə şikayət məktubu yazmışdı.  



Pişik  məktubu  oxuyanda,  siçan  artıq  onun  mə-

dəsində idi. 

 

Siçanın təkəbbürü 

 

Siçan pişiyə dedi: 

– Axşam gəl evimi yığışdır. 

Pişik cavab verdi: 

– Yığışdıraram, sonra evdə heç nə olmaz... 

 

Soxulcan və balıq 

 

Qırmaqda olan soxulcan balığa dedi: 



– Heç bilirsən, burada yellənməyin nə ləzzəti 

var? 


Balıq cavab verdi: 

– Mən orada yellənsəm, bunun ləzzətini 

başqaları görər.  

 

Dəvə və güzgü 

 

Dəvə gözəllik salonuna gəlmişdi.  



Güzgü ona dedi: 

 

38 


–  Mənə  yaxın  gəlmə,  özünə  də  baxma.  Mən 

tüpürcəkdən iyrənirəm. 

 

Ayı və arı 

 

Ayı bal axtarırdı.  



Bal arısı ona dedi: 

–  Ayılığından  əl  çəkməsən,  bal  tapa  bilmə-

yəcəksən. 

 

Dülgər və kəlbətin 



 

Dülgər kəlbətinə iş tapşıranda, kəlbətin dedi: 

–  Dişlərimi  təzə  düzəltdirmişəm,  zəhmət  çək 

mıxı özün çıxart.  

 

Kirpi və alma 

 

Kirpi yerdə alma görəndə çox sevindi.  

Alma ona dedi: 

–  Mən  sənin  belinə  çıxa  bilmərəm,  tikanlardan 

qorxuram. Əvvəl səbət tap sonra məni götür. 

 

Sərçə və pişik 

 

Sərçə  pişiyin  gözü  qabağında  arxayın  gəzirdi. 



Pişik ona yaxınlaşmaq istəyəndə sərçə dedi: 

– Nəzərə al ki, mən özümü sığorta etdirmişəm.  



 

39 


Sabunun dərdi 

 

Sabun darağa dedi: 



–  Bu  şampunlar  çıxanı,  mən  lap  gözdən  düş-

müşəm. 


Daraq cavabında: 

–  Yalan  danışma,  səni  heç  vaxt  gözə  yaxın 

qoymurlar.  

 

Saat və çilçıraq 

 

Saat çilçırağa dedi: 



–  Sənə  lap  yazığım  gəlir,  gecə  yarıya  qədər 

yanırsan. 

Çilçıraq: 

–  Özünə  yazığın  gəlsin,  butun  günü  qaça-

qaçdasan. 

 

Vərəqin gileyi 

 

Vərəq qələmə dedi: 



–  Ağ  gündə  idim,  səninlə  görüşəndən  günüm 

qaralıb.  

Qələm: 

– Ağ qalanda üzünə baxan yox idi, indi əldən – 



ələ gəzirsən. 

 

 

40 


Kəfkir və bıçaq 

 

 



Mətbəxdə kəfkir bıçağa dedi: 

– Ayağını kənara çək, az qalır gözümə girsin. 

Bıçaq: 

– Sənin gözün çoxdur deyə, mən ayağımı yığıb 



oturmalıyam? 

 

Qurbağa və kəpənək 

 

Qurbağa kəpənəyə dedi: 



–  Bu  gölün  suyu  çox  bulanıqdır,  orada  özümü 

görə bilmirəm.  

Kəpənək dedi: 

–  Kaş  hava  da  bulanıq  olaydı,  mən  də  səni 

görməyəydim. 

 

Zəngli saat 

 

Zəngli saat öz-özünə deyinirdi: 



– Hər gün yuxunun şirin vaxtında mən sahibimi 

oyatmalıyam. O, cəhənnəmə, mən də doyunca yata 

bilmirəm.” 

 

Düymə və ilmə 

 

Düymə ilməyə dedi: 



– Bəsdir, məni boğdun! 

 

41 


İlmə cavabında: 

– Xoşun gəlmir, çıx get. 

Düymə də qopub düşdü.  

 

Lalə və külək 

 

Lalə  gülü  küləkdən  qorunmaq  üçün  başını 



yarpaqların arasında gizlətdi.  

Külək dedi: 

– Başını gizlətmə, təkcə ləçəklərini aparacağam. 

 

At və nal 

 

Atın  nalı  düşüb  yerdə  qaldı.  Amma  at  buna 



əhəmiyyət vermədi. 

Nal atın arxasınca baxıb dedi: 

– Get, görüm ayaqqabısız hara qədər gedə bilə-

cəksən... 



Soğan və aşbaz 

 

Aşbaz soğana dedi: 



– Dikbaşlığına görə sənin dərini soyacağam. 

Soğan cavabında: 

– Soy, görək bunun acısını kim çəkəcək? 

 

Milçək 

 

Milçək yeməyə yaxınlaşanda qaşıq dedi: 



– Səni görəndə iştahım qaçır. 

 

42 


Milçək cavab verdi: 

– Amma, mən səni görən kimi iştahım açılır. 

 

Milçək və inək 

 

 



Milçək inəkdən soruşdu: 

– Sənin rəngin qaradır, amma südün ağ, bu necə 

olur? 

İnək cavab verdi: 



–  Təəssüf  ki,  sənin  kimi  həşərat  bir  vedrə  ağ 

südü qaralda bilir. 

 

Qırxayaq 

 

Qırxayaq qarışqanın evinə qonaq gedir. Qapıda 



qarışqa ona deyir: 

– Ayaqlarını əskiyə sil! 

Qırxayaq  səhərə  qədər  ayaqlarını  silir,  amma 

bilmir hansını silib, hansı qalıb.  

 

Qar və buz 

 

Axşamdan yağan qar buza dedi: 



–  Sənin  ucbatından  bütün  gecəni  soyuqdan 

donmuşam. 

Buz rişxəndlə cavab verdi: 

– Keçəydin evə, sobanın yanına... 

 


 

43 


Qar və qarğa 

 

Qar qarğaya dedi: 



–  Səhərdən  ğa-ğa  edib  zəhləmi  tökürsən,  adını 

de, mən də bilim kiminlə danışıram. 

Qarğa dedi: 

– Biz ki, adaşıq... 

 

Soğan və sarmısaq 

 

Soğan sarmısağa dedi: 



– Mənə yaxın durma, bu gün toya gedəcəyəm. 

Sarmısaq cavabında: 

– Elə bilirsən səni çalıb-oynamağa aparırlar, elə 

orada da mənim yanımda olacaqsan. 



 

Fındıq və badam 

 

Fındıq badamdan soruşdu: 



–  Qardaş,  ikimiz  də  bayram  çərəziyik,  niyə  ki-

məsə badamgözlü deyəndə xoşu gəlir, fındıqburun 

deyirlər acığı tutur? 

Badam cavab verdi: 

–  Çünki  badam  düşdüyü  yerdə  qalır,  fındıq  isə 

diyirlənib onun-bunun dalınca gedir. 

 


 

44 


İynə və qayçı 

 

İynə qayçıya: 



– Sənin kəsib doğradığını tikməkdən bezmişəm. 

Qayçı cavabında: 

–  Onda  gəl  yerimizi  dəyişək,  sənin  tikdiklərini 

mən doğrayım. 

 

Süpürgə və xəkəndaz 

 

Xəkəndaz ikrahla süpürgədən soruşdu: 

– Bu qədər zibili qabağına qatıb hara aparırsan? 

Süpürgə rişxəndlə dedi: 

– Sənə bayram payı yığıram.  

 

Tabaşir və yazı lövhəsi 

 

Tabaşir yazı lövhəsinə pıçıldadı: 



– Sabah bazar günüdür, doyunca dincələrik. 

Yazı lövhəsi cavabında: 

– Sən olmasan mən hər gün dincələrəm. 

 

Dəniz 

 

Dəniz var gücü ilə qayalara çırpılırdı. Bunu gö-

rən balıq dedi: 

– Özünü yorma, o yerindən tərpənən deyil! 



 

45 


Xəlbir və ələk 

 

Xəlbir ələyin qarasınca deyindi: 



–  Səhərdən  boş-boşuna  dayanıb,  mən  isə  işlə-

yirəm. 


Ələk cavabında: 

–  Sənin  işin  tamamlananda  mənim  işim 

başlayacaq. 

 

Corab və ayaq 

 

 

Corab ayağa dedi: 



– Bir də hamama getməmiş mənim yanıma gəl-

mə! 


Ayaq cavabında: 

–  Guya,  mən  hamama  getsəm,  sən  ətir  qoxu-

yacaqsan? 

 

Günəbaxan 

 

Günəbaxan əsəbi halda dedi: 



–  Bu  günəşin  əlindən  lap  bezmişəm,  gözünü 

məndən çəkmir. 

Sərçə cavab verdi: 

–  Bu  saat  dostlarımı  çağıraram  səni  günəşdən 

qoruyarlar. 

 


 

46 


Лайлалар 

 

Лай-лай эюзцм гарасы, 

Цряйимин парасы, 

Сянин биръя эцлцшцн, 

Щяр дярдимин чарасы. 

 

Лай-лай чичяйим, эцлцм, 



Лай-лай сачы сцнбцлцм, 

Сянин сясин эяляндя, 

Сусар баьда бцлбцлцм. 

 

Юмрцм дюнцб севинъя, 



Сян йат ширин йухуда, 

Мян ойаьам щяр эеъя. 

 

Лай-лай илким, нцбарым, 



Йат, эюзляри хумарым. 

Сян дцнйайа эяляни, 

Йох олуб интизарым. 

 

Лай-лай гурбан сясиня, 



О исти няфясиня, 

Мящяббятин гуш кими

Дцшдц ъан гяфясиня. 

 

Лай-лай дейим ащястя, 



Эцл йыьым дястя-дястя, 

Айаг тутуб эязяндя, 

Гядям гой синям цстя. 

 


 

47 


MÜNDƏRICAT 

 

Müəllifdən ..................................................................................... 3 



Mələkdi  Nərgiz ............................................................................ 4 

Sürmənin düyməsi ........................................................................ 5 

MƏKTƏB MÖVZUSU ................................................................ 7 

Danışan hərflər .............................................................................. 7 

İkincilər ......................................................................................... 9 

2-ci “E” sinifi. ............................................................................. 10 

RƏQƏMLƏR ALƏMİ ................................................................ 11 

Bir və sıfır ................................................................................... 11 

İki və üç ...................................................................................... 13 

Üç ................................................................................................ 14 

NƏNƏLƏR VƏ NƏVƏLƏR ...................................................... 16 

Nənə, hansını üzüm? ................................................................... 16 

Nənə, aş bişir mənə ..................................................................... 17 

Nənə,  nağıl de mənə ................................................................... 18 

TƏMSİLLƏR .............................................................................. 19 

Hörmüçək və böcək .................................................................... 19 

Tısbağa ........................................................................................ 20 

Qaranquş ..................................................................................... 21 

Dələ və kərtənkələ ....................................................................... 22 

MEYVƏLƏR ALƏMİ ................................................................ 23 

Çiyələk ........................................................................................ 23 

BİTKİLƏR ALƏMİ .................................................................... 24 

Nanə ............................................................................................ 24 

VƏTƏNPƏRVƏRLİK ŞEİRLƏRİ ............................................. 25 

Vətəndir ...................................................................................... 25 

Qanlı yanvar gecəsi ..................................................................... 26 

Xocalı faciəsi .............................................................................. 27 

TƏBİƏT MÖVZUSUNDA ŞEİRLƏR ....................................... 28 

Təzə il ......................................................................................... 28 

Yağdı qar ..................................................................................... 30 

Yay fəsli ...................................................................................... 33 

Novruz gəlir ................................................................................ 34 

Novruz ........................................................................................ 36 

MİNİATÜRLƏR ........................................................................ 37 

Лайлалар ...................................................................................... 46 


 

48 


 

 

 



 

Gülarə  Munis  

 

“Böcək, yeməz çiyələk” 



 

Bakı, 2015, “MBM”, 48 səh. 

 

 

 



 

 

 



 

Naşir: Afər Fəttahova 

Korrektor: Aidə İnci 

Texniki redaktorlar: Ülvi Arif, Asim Səfərov 

Dizayner: İradə Əhmədova 

Operatorlar: Zərifə Bağırova, 

Tərlan Quliyeva, Kifayət Əliyeva 

 

_______________________________________ 



Yığılmağa verilib: 17.02.2015 

Çapa imzalanıb: 02.03.2015 

Kağız formatı: 84\108 

Ofset çap üsulu ilə 

Tiraj 200, şərti çap vərəqi  3 

“MBM” nəşriyyatının mətbəəsində 

çap olunmuşdur 

Bakı, Mətbuat pr., 529 



Tel.: (99412) 539-75-06

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə