Giriş. Fənnin obyekti, predmeti və məqsədi



Yüklə 92,88 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü92,88 Kb.
#41517
  1   2

Giriş. Fənnin obyekti, predmeti və məqsədi.

1.Ekonometrika – iqtisadi təhlilin baza fənnlərindən biri kimi.

2.Ekonometrikanın əsaslandığı nəzəri bazalar – iqtisadi nəzəriyyə, statistika və riyazi iqtisadiyyat.

3.Ekonometrik modelləşdirmə metodunun əsas mərhələlərinin spesifikasiya, parametrləşdirmə, verifikasiya.

Ekonometrika – real statistik məlumatlar əsasında

iqtisadi proseslərin riyazi modelləşdirilməsi

mexanizmi kimi

Daima mürəkkəbləşən iqtisadi proseslər onların öyrənilməsi və təhlilində xüsusi metodlardan istifadəni tələb edir. Bu tip metodlar içərisində ən səmərəli yanaşma riyazi modelləşdirmə və kəmiyyət təhlilinə əsaslanan metodlar hesab edilir. Bu metodlar iqtisadi tədqiqatlarda yeni bir istiqamətin - Ekonometrikanın yaranmasına gətirib çıxartmışdır.

Formal olaraq “Ekonometrika” - “iqtisadiyyatda ölçmələr” deməkdir. Lakin bu elmin tədqiqat obyekti xeyli genişdir. Son illərdə beynəlxalq elmi məktəblədin bir çoxu Ekonometrikaya real statistik məlumatlar əsasında real iqtisadi hadisələrin riyazi modellərinin qurulması, təhlili və təkminlləşdirilməsi ilə məşğul olan bir eim kimi yanaşır. Ekonometrika bu və ya digər iqtisadi qanunun və ya hipotezin həqiqiliyini və səhvliyini kəmiyyətcə sübut edir. Ekonometrikanın mühüm istiqamətlərindən biri də mürəkkəb iqtisadi göstəricilər üzrə proqnozların qurulmasıdır.

Ekonometrikanın predmetinə bu cür yanaşma iqtisadi sistemlərin tədqiqinin başqa bir vacib istiqamətin – optimal idarəetmə strategiyalarının qurulmasını əhatə etmir. Odur ki, biz ekonometrikaya daha geniş məzmunda yanaşaraq belə hesab etməliyik ki, iqtisadi sistemlərin qarşıya qoyulmuş məqsəd baxımından ən yaxşı (optimal) davranış strategiyalarının seçilməsini təmin edən optimallaşdırma üsulları da Ekonometrikanın tədqiqat müstəvisinə daxildir.

Ekonometrikanın əsas vəzifələrinə aşağıdakıları aid etmək olar:

Ekonometrik modellərin qurulması, yəni iqtisadi modellərin riyazi formada təsviri. Bu problemə çox vaxt spesifikasiya da deyilir

Qurulmuş modelin parametrlərinin qiymətləndirilməsi və bununla da onun real məlumatlara adekvatlığının təmin edilməsi. Bu mərhələyə parametrləşdirmə mərhələsi deyilir.

Modelin tapılmış parametrlərinin və bütövlükdə modelim özünün keyfiyyətinin yoxlanması. Bu mərhələyə verifikasiya mərhələsi deyilir.

Qurulmuş modeldən tədqiq olunan iqtisadi göstəricilərinin davranışının izah edilməsi və proqnozlaşdırılması üçün istifadə Ekonometrik tədqiqatların bu ardıcıllığını aşağıdakı sxem şəklində göstərmək olar.

Bu sxem ekonometrik modelləşdirmənin dövrü xarakterini - iqtisadi nəzəriyyədən modelə və əksinə modeldən daha yaxşı dərk edilmiş iqtisadi nəzəriyyəyə doğru hərəkəti əyanı şəkildə əks etdirir.

Bazar strukturlarının idarə edilməsi idarəetmə qərarlarının qəbul edilməsi qarşısına yeni tələblər qoyur. Bu tələblər hər şeydən əvvəl onunla əlaqədardır ki, qəbul edilən idarəetmə qərarları mümkün qərarlar içərisində ən yaxşıları olmalıdır. Yəni optimal qərarlar olmalıdır (optimal dedikdə mümkünlərin yaxşısı başa düşülür). Başqa sözlə desək, idarəetmə qərarlarının qəbul edilməsi idarəetmədə keyfiyyətcə yeni pillə olan optimal qərarlar pilləsinə yüksəlməsidir. Optimal qərarların qəbul edilməsi alternativ qərar variantlarının müqayisə edilməsi yolu ilə aparılır. Belə müqayisəni isə yalnız riyazi instrumentarilərdən istifadə əsasında reallaşdırmaq olar. Odur ki, iqtisad elminin gələcək təkamülünü müasir riyaziyyatın və informasiya-komunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadəsiz təsəvvür etmək mümkün deyildir.

İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin çox qədim və zəngin tarixi var. Lakin bu istiqamətdə atılmış ilk əsaslı addım XVIII əsrin ortalarına təsadüf edir və görkəmli fransız alimi Fransua Keynenin adı ilə bağlıdır. O özünün «İqtisadi cədvəllər» əsərində iqtisad elmi tarixində ilk dəfə olaraq milli iqtisadiyyatın kəmiyyət modelini qurmağa cəhd göstərmişdir.

İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadə təcrübəsində körkəmli xidmətləri olmuş alimlərdən biri də XIX əsrin görkəmli iqtisadçı və filosofu K.Marksdır. Ümumiyyətlə K.Marks cəmiyyətin həyatında riyaziyyatın oynadığı rolu çox yüksək qiymətləndirir və belə hesab edirdi ki, «hər bir elm yalnız riyaziyyatdan istsfadə etməyə başladıqda kamillik səviyyəsinə yüksəlir». Onun təklif etdiyi kapitalizmin geniş təkrar istehsal sxemi iqtisad elmi tarixində bərəbərsizliklər və tənliklər şəklində tərtib edilmiş ilk iqtisadi-riyazi model hesab edilir. Sonralar bir çox ölkələrin qabaqcıl iqtisadçı və riyaziyyatçıları öz elmi tədqiqatlarında riyazi üsuldan geniş istifadə etmişdilər. Bütün bu tədqiqatlar XX əsrin ortalarında yeni bir elmi istiqamətin-riyazi iqtisadiyyatın yaranmasına gətirib çıxartmışdır.
İqtisadi sistemlərin riyazi optimallaşdırma modellərinin qurulmasının metodoloji əsaslarına baxaq.

Model sözü latın mənşəli «modelius» sözündən götürülmüşdür və dilimizə «ölçü», «nümunə», «norma» kimi tərcümə edilir. Model termini bir çox elmlərin fundamental anlayışı olduğundan onun hamı tərəfindən qəbul edilən ümumi tərifi yoxdur. Ekonometrikada modelə aşağıdakı kimi tərif verilir.



Tərif: Model dedikdə elə bir maddi və ya təsəvvür olunan obyekt başa düşülür ki, bu obyekt tədqiqat prosesində öyrənilən real obyekti əvəz edir və onun haqqında əlavə biliklər toplamağa imkan verir.

Başqa sözlə desək model - öyrənilən hadisə, obyekt və ya prosesin, tədqiqatların məqsədi baxımından mühüm olan xüsusiyyətlərin ümumləşdirilmiş (sadələşdirilmiş) təsviri olub, bu obyekt və ya proses haqqında əlavə biliklər mənbəyi rolunu oynayır.

Məlum olduğu kimi, ictimai praktika (eksperimentlər) obyektiv reallığı dərk etməyin universal vasitəsi kimi çıxış edir və eksperimentlə təsdiq olunan hər bir şey həqiqət kimi qəbul edilir. Lakin elə elmi sahələr var ki, bu sahələrdə real obyektlərlə eksperiment aparmaq mümkün olmur (məsələn astronomiya, təbabət, iqtisadiyyat və s.). Odur ki, obyektiv reallığı dərk etmək üçün başqa bir vasitədən- modellərdən istifadə etmək zərurəti yaranır. Yəni eksperimentlər real obyektlər səviyyəsində deyil, onların sadələşdirilmiş proobrazları olan modellər səviyyəsində aparılır. Beləliklə, model - obyektiv reallıqla insan şüuru arasında aralıq mərhələ olub, bu obyektiv reallığı dərk etmək vasitəsi kimi çıxış edir.

Modellərin qurulmasının əsasını fəlsəfənin məlum «analogiya» prinsipi təşkil edir. Real obyekt ilə onun modeli arasında analogiyanı (oxşatmanı) aşağıdakı üç istiqamət üzrə yaratmaq olar.

1. Daxili strukturuna görə.

2 .Xarici təsvirinə görə.

3. Ətraf mühütün təsirlərinə verilən cavab reaksiyalarının eyniliyinə görə.

Bu baxımdan modellərin aşağıdakı üç tipini fərqləndirirlər.

1 Fiziki modellər.

2 Qrafiki modellər.

3 Məntiqi-riyazi modellər.

Fiziki modellər obyektlərin daxili strukturunu, sistemyaradıcı xüsusiyyətlərini əks etdirir. Məsələn, yeni təyyarə yaradılan zaman laboratoriya şəraitində bu təyyarənin bütün qurğuları quraşdırılır, başqa sözlə, onun fiziki modeli qurulur. Bu model real obyektə oxşamasa da, onun üzərində eksperimentlər aparmaqla, təyyarənin real uçuşda məruz qalacağı bütün təsirlər haqqında informasiya tapmaq mümkün olur.

Qrafik modellər isə prosesin daxilinə nüfuz etmədən onun xarici görünüşünü, ölçulərini, konturlarını əks etdirir (məsələn sxemlər, diaqramlar, çertyojlar, xəritələr və s). Bu baxımdan qlobusu yer kürəsinin qrafiki modeli hesab etmək olar. Qeyd edək ki, fiziki və qrafiki modellər iqtisadi sistemlər səviyyəsində demək olar ki, tətbiq olunmur.

Məntiqi-riyazi model dedikdə isə öyrənilən sistemin tədqiqatın məqsədi baxımından mühüm olan xüsusiyyətlərinin formal riyazi-ifadələr, yəni tənliklər, bərabərsizliklər, funksiyalar və s. şəklində ifadə edilməsi başa düşülür.

Məntiqi-riyazi modellər içərisində iqtisadi-riyazi modellər, daha doğrusu iqtisadi sistemlərin riyazi modelləri xüsusi əhəmiyyət kəsb edir. İqtisadi-riyazi model dedikdə formal riyazi ifadələrlə verilən iqtisadi mücərrədlik başa düşülür. Qeyd edək ki, öyrənilən iqtisadi sistemlə onun modeli arasında birqiymətli uyğunluq prinsipi mövcud ola bilməz. Çünkü bu halda model obyektdən heç nə ilə fərqlənməzdi və onun təkrarı olardı. Model reallığın izomorf deyil homomorf təsviridir. Yəni model real iqtisadi sistemin birqiymətli inikası deyildir. Əksinə iqtisadi-riyazi model həmişə ümumiləşdirmədir. Ümumiləşdirmə zamanı isə bütün digər şərtlər dəyişməz qaldıqda, müəyyən qədər informasiya itkisi baş verir. İqtisadi-riyazi modellərin məhz bu xüsusiyyəti, yəni tədqiqat məqsədi baxımından artıq olan informasiyanı itirə bilmək qabiliyyəti onlardan müxtəlif təyinatlı iqtisadi sistemlərin idarə edilməsində yüksək səmərəliliyə malik vasitə kimi istifadə etməyə imkan verir.

Yuxarıda qeyd etdiyimiz kimi model qurulan zaman iqtisadi sistemdə sadələşdirmə aparılır. Lakin bu sadələşdirmə ixtiyari və kobud olmamalıdır. Hər bir modelin qurulması zamanı tədqiqatçı obyektiv olaraq iki arzu olunmaz halla qarşılaşır. Bu halları görkəmli riyaziyyatçı Bellman obrazlı şəkildə «həddən artıq sadələşdirmək tələsi və həddən artıq mürəkkəbləşdirmək bataqlığı» kimi ifadə etmişdir. Doğrudan da, əgər model qurulan zaman iqtisadi sistemdə ifrat sadələşdirməyə yol verilmişdirsə, onda alınmış model real iqtisadi sistemə xas olan xüsusiyyətləri kifayət qədər dolğun və tam əks etdirmiyəcəkdir, yəni ona adekvat olmayacaqdır. Təbii ki, belə modelin informasiyasına əsaslanaraq qəbul ediləcək idarəetmə strategiyası da səmərəli strategiya olmayacaqdır. Əgər model tərtib olunan zaman ifrat mürəkkəbləşməyə yol verilmişdirsə, onda alınmış modelin yüksək adekvatlığına (uyğunluğuna) baxmayaraq bu modeli həll etmək üçün mürəkkəb riyazi aparatdan istifadə etmək lazım gələcəkdir, daha doğrusu modelin həlli prosesində çətinliklər yaranacaqdır. Odur ki, model qurulan zaman ifrat sadələşdirmə ilə ifrat mürəkkəbləşdirmə arasında qızıl ortanı tapmaq lazımdır. Qeyd edək ki, bu halları bir-birindən çox dar bir cığır ayırır və bir arzuolunmaz hal digəri ilə asanlıqla əvəz oluna bilər. Beləliklə, iqtisadi-riyazi modelin qurulması qarşısına qoyulan əsas tələblərə kafi adekvatlıq tələbini və istifadə olunan riyazi aparatın kafi sadəliyi tələblərini aid etmək olar.

Strukturlarına görə iqtisadi-riyazi modellər real iqtisadi asılılıqları əks etdirən formal riyazi asılılıq qruplarından ibarətdir. İqtisadi-riyazi modellərə daxil olan parametrlər ekzogen (məlum) və endogen (məchul) parametrlərə ayrılırlar. Ekzogen parametrlərin qiymətləri modeldən kənarda hesablanır və modelə hazır şəkildə daxil edilir. Endogen parametrlərin qiymətləri isə qurulmuş iqtisadi-riyazi model həll edildikdən sonra tapılır.

Modellər tərtib edilən zaman bu modellərdə iştirak edən endogen parametrlərin çoxvariantlı alternativ qiymətlərə malik olmaları təmin edilir. Yəni bu parametirlərin mümkün qiymətləri çoxluğu mövcud olur. Odur ki, bu parametirlərin mümkün qiymətlərini bir-biri ilə müqayisə etmək yolu ilə onların içərisindən qarşıya qoyulmuş məqsədə ən yaxşı cavab verənləri seçmək problemi ortaya çıxır. Belə bir müqayisəni aparmaq üçün müxtəlif keyfiyyət kriteriyalarından istifadə edilir( məsələn maksimum mənfəət, minimum istehsal xərcləri, minimum daşınma xərcləri və s.). Bu keyfiyyət göstəricilərinin riyazi ifadələrinə optimallıq kriteriyaları deyilir və onlar iqtisadi riyazi modellərin tərkibinə məqsəd funksiyası şəklində iştirak edirlər.

İqtisadi-riyazi modelləri həm bir kriteriyalı şəkildə, həm də çox kriteriyalı şəkildə tərtib etmək olar. Qeyd edək ki, yalnız bir kriteriyalı halda modelləri həll etmək mümkün olur. Odur ki, çox kriteriyalı modelləri xüsusi yanaşmalar əsasında bir kriteriyalı modellər şəklinə gətirmək lazım gəlir. Bu yanaşma aşağıdakılardır:

Modelin verilmiş kriteriyalarından hər hansı biri priaritetli kriteriya kimi seçilir və qalan bütün kriteriyalar bu kriteriyaya tabe edilir. Qeyd edək ki, bu yanaşmadan yalnız o halda istifadə etmək olar ki, baxılan kriteriyalar arasında heç bir ziddiyyət olmasın. Məsələn modeldə optimallıq kriteriyaları olaraq maksimum mənfəət, maksimum gəlir, maksimum rentabellik kimi kriteriyalardan istifadə edilmişdirsə, onda bu kriteriyalardan birini, tutaq ki, maksimum mənfəət kriteriyasını priaritetli kriteriya kimi seçmək olar. Çünki bu kriteriyaya görə tapılmış optimal strategiya qalan kriteriyalar üçün də optimal strategiya olacaqdır.

Modelin mövcud optimallıq kriteriyalarından hər birinə onların qarşıya qoyulmuş məqsədə çatma baxımından vacibliyini əks etdirən çəki əmsalları verilir (belə hesab edəcəyik ki, bu əmsalların qiymətləri oblastında dəyişir. Qarşıya qoyulan məqsəd baxımından hansı kriteriya daha vacib hesab olunursa onun əmsalı vahidə yaxın götürülür, hansı ikinci dərəcəlidirsə əmsal «0» yaxın götürülür. Sonra isə bu çəki əmsalları əsasında vahid optimallıq kriteriyası sintez edilir.

Burada verilmiş fərdi optimallıq kriteriyalarıdır.

Misal: fərz edək ki, modeldə optimallaşdırma



optimallıq kriteriyalarına görə aparılır və birinci kriteriya müəssisənin fəaliyyətinin səməriləşdirilməsi baxımından vacib hesab edilir. Odur ki, həmin kriteriya üçün , ikinci üçün isə çəki əmsalları seçək, onda alırıq:

Çoxkriteriyalı modelin həlli kompromiss (suboptimal) həllin tapılmasına gətirir. Bu zaman optimallaşdırma fərdi optimal kriteriyalarının qiymətlərini ekstremal qiymətlərdən nisbi kənarlaşmasını əks etdirən əlavə dəyişənə görə aparılır, fərdi optimal kriteriyalarının optimal qiymətləri isə modelin məhdudiyyət şərtlərinə çevrilir.

Hər bir model modelləşdirmə prosesinin məhsuludur. Modelləşdirmə dedikdə iqtisadi-riyazi modellərin qurulması, öyrənilməsi və tətbiq edilməsi prosesi başa düşülür.

Modelləşdirmədə üç element iştirak edir:

Öyrənilən iqtisadi sistem (obyekt).

Tədqiqatçı (subyekt).

İqtisadi sistemin modeli (instrumentari),

Modelləşdirmə prosesinin blok sxemi aşağıdakı kimi təsvir etmək olar.

Cöründüyü kimi modelləşdirmə prosesi qarşılıqlı asılı dörd mərhələli prosesdir. Bu prosesin dialektikasını nəzərdən keçirək.

Tutaq ki, tədqiqatçının qarşısına iqtisadi sistemin səmərəli davranışını və ya inkişafını təmin edəcək optimal idarəetmə strategiyası hazırlamaq vəzifəsi qoyulmuşdur.

Modelləşdirmənin I mərhələsində tədqiqatçı maddi aləmin obyektləri içərisində elə bir obyekt axtarır ki, bu obyekt öz xüsusiyyətlərinin təzahürünə görə obyektinin modeli rolunu oynaya bilsin. Əgər belə bir obyekt tapmaq mümkün olmazsa, onda obyektinin əsas xüsusiyyətlərinin ümumləşdirilmiş təsviri olan iqtisadi-riyazi model qurulur. Beləliklə, modelləşdirmənin birinci mərhələsi sisteminin modelinin qurulması ilə başa çatır.

Modelləşdirmənin II mərhələsində modeli müstəqil tədqiqat obyekti kimi çıxış edir. Yəni tədqiqatçı real obyektin problemlərindən uzaqlaşaraq bütün diqqətini modeli üzərində cəmləşdirir. II mərhələnin məzmunu modeli üzərində model eksperimentlərinin araşdırılmasından ibarətdir. Bu eksperimenlər nəticəsində model haqqında biliklər çoxluğu olan sistemi yaranır.

Modelləşdirmənin III mərhələsində model haqqında əldə edilmiş biliklər modelin dilindən (riyazi dil) obyektin dilinə (iqtisadi dil) tərcümə edilir. Bu mərhələ iqtisadi sistem haqqında əlavə biliklər çoxluğu olan sisteminin formalaşması ilə başa çatır. Bununla da tədqiqatçı yenidən iqtisadi sistemin problemlərinə qayıdır.

Modelləşdirmənin sonuncu, IV mərhələsində tədqiq edilən obyekt haqqında əldə edilmiş əlavə biliklər dəqiqləşdirilir və optimal idarəetmə qərarı qəbul etmək məqsədi ilə istifadə edilir.

Qeyd edək ki, modelləşdirmə prosesi dövrü prosesdir. Yəni IV mərhələdən ibarət birinci dövrün arxasınca 2,3 və s. dövrlər gələ bilər.Bu dövrlük onunla əlaqədardır ki, bəzən bir dövürdən sonra əldə edilən əlavə biliklər optimal idarəetmə qərarı qəbul etmək üçün kifayət etmir.

Tutaq ki, modelləşdirmədən əvvəl tədqiqatçının iqtisadi sistem haqqında biliyi - ə bərabərdir və birinci dövürdən sonra qədər əlavə bilik alınmışdır. Onda -ci dövürdən sonra tədqiqatçının iqtisadi sistem haqqında məcmu biliyi

qədər olacaqdır.

Əgər bu bilik optimal idarəetmə qərarı qəbul etmək üçün kifayət deyilsə, onda biliyi əsasında ikinci dövr başlanır. Bu dövrlər o vaxta qədər davam etdirilir ki, sonlu sayda dövürlərdən sonra əldə edilən



məcmu bilik optimal idarəetmə strategiyasını qurmağa imkan versin.

Burada additiv funksiya olub dövrü ərzində əldə edilən məcmu biliyi, isə ci dövr ərzində əldə edilən əlavə biliyi əks etdirir.

İqtisadi-riyazi modelləri müxtəlif əlamətlərə görə təsnifata ayırmaq olar.

Funksional xüsusiyyətlərinə görə iqtisadi-riyazi modellər tənzimləmə modellərinə, mühasibat uçotu və statistika modellərinə, maliyyə-kredit əməliyyatları modellərinə, daxili və xarici ticarət modellərinə və s. ayrılır.

Ölçülərinə görə iqtisadi-riyazi modellər makro modellərə, lokal modellərə və mikro modellərə ayrılırlar. Makro modellər bütövlükdə makro iqtisadiyyat səviyyəsində tərtib edilir. Bütün makromodellərin əsasını aşagıdakı balans tənliyi təşkil edir.



Burada: makro iqtisadi sistemin daxilində istehsal edilmiş məcmu məhsulu;



istehsal funksiyası olub, məhsul istehsal etmək üçün sərf

edilmiş məcmu məhsul hissəsini;



məcmu məhsulun istehlaka gedən hissəsini;

isə məcmu məhsulun yığıma gedən hissəsini göstərir.

Lokal modellər makroiqtisadiyyatın ayrı-ayrı funksional alt sistemləri (maddi istehsal sahələri, sahə bilikləri və s.) səviyyəsində tərtib edilir və həmin alt sistemlər səviyyəsində optimal idarəetmə strategiyaları qurmağa imkan verir.

Mikromodellər isə ayrı-ayrı müəssisələr, firmalar, istehsal bölmələri səviyyəsində tərtib edilərək bu mikrosistemlərdə istehsal-təsərrüfat səviyyəsinin optimallaşdırılmasına yönəldilmiş idarəetmə qərarları qəbul etməyə imkan verir.

İstifadə edilən riyazi aparatın xarakterinə görə iqtisadi-riyazi modellər aşağıdakı kimi təsnifata ayrılır:




Yüklə 92,88 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin