GiRİŞ : Sı­ğı­na­caq­ların yerləşdirilməsi


Mü­ha­fi­zə qur­ğu­la­rı­nın ti­pi­nin se­çil­mə­si



Yüklə 0,55 Mb.
səhifə2/8
tarix02.12.2022
ölçüsü0,55 Mb.
#71899
1   2   3   4   5   6   7   8
Belge (1)

2.Mü­ha­fi­zə qur­ğu­la­rı­nın ti­pi­nin se­çil­mə­si: Hər han­sı ob­yek­tin mü­ha­fi­zə qur­ğu­la­rı­nın ti­pi is­teh­sal heyəti­nin eti­bar­lı mü­ha­fi­zə­si­ni və və­sai­tə qə­naə­ti təmin et­mə­li­dir. Mü­ha­fi­zə qur­ğu­la­rı se­çi­lər­kən ob­yekt yer­lə­şən zo­na­da eh­ti­mal olan da­ğın­tı­lar nə­zə­rə alı­nır. Bu­nun üçün əv­vəl­ki mər­hə­lə­lər­də mak­si­mal iza­fi təz­yi­qin (Pf.max) ta­pıl­mış qiy­mə­tin­dən is­ti­fa­də edə­rək ob­yekt­də ola bi­lə­cək da­ğın­tı­la­rı təyin edir və mü­ha­fi­zə qur­ğu­la­rı­nın ti­pi­ni se­çir­lər. Bu za­man iza­fi təz­yiq­dən ası­lı ola­raq zər­bə dal­ğa­sı­nın təsir zo­na­sın­da sı­ğı­na­caq­lar, ya­xud ra­dia­si­ya əley­hi­nə dal­da­la­na­caq, zər­bə dal­ğa­sı­nın təsir dai­rə­sin­dən kə­nar­da isə ra­dia­si­ya əley­hi­nə dal­da­la­na­caq­lar ti­kil­mə­si nə­zər­də tu­tu­lur.
Bi­na­dan ay­rı ti­ki­lən sı­ğı­na­caq­lar tor­pa­ğa tam də­rin­ləş­di­ril­miş və yer­dən hün­dür (tor­paq su­la­rı olan yer­lər­də) ti­ki­lə bi­lər. Be­lə sı­ğı­na­caq­lar mo­no­lit və ya yığ­ma mo­no­lit də­mir-be­ton­dan ti­kil­mə­li, üs­tü hün­dür tor­paq qa­tı ilə ör­tül­mə­li­dir. Sı­ğı­na­ca­ğın tor­pa­ğa də­rin­ləş­di­ril­miş his­sə­si üçün hid­roi­zol­ya­si­ya və dre­naj dü­zəl­dil­mə­si nə­zər­də tu­tul­ma­lı­dır.
Tor­pa­ğa tam də­rin­ləş­di­ri­lən sı­ğı­na­caq­lar bü­tün zə­də­lə­yi­ci amil­lər­dən mü­ha­fi­zə­ni da­ha eti­bar­lı təmin edir. Sığınaca­ğın üst ör­tü­yü ye­rin sət­hin­dən hün­dür ol­duq­da isə, yer­dən hün­dür di­var­la­ra zər­bə dal­ğa­sı­nın təsi­ri nə­ti­cə­sin­də dü­şən yük ar­tır və on­la­rın qo­ru­yu­cu xas­sə­lə­ri zə­if­lə­yir. Be­lə sı­ğı­na­caq­la­rın mü­ha­fi­zə qa­bi­liy­yə­ti­ni ar­tır­maq üçün on­la­rın di­var­la­rı­nı tor­paq­la ört­mək və ya is­ti­lik­dən izol­ya­si­ya qa­tı äü­zəlt­mək la­zım­dır.
Sı­ğı­na­caq­lar ley­san ya­ğış­la­rı nə­ti­cə­sin­də, elə­cə də ye­rin üzə­rin­də, üst mər­tə­bə­lər­də və qur­ğu­lar­da­kı ma­ye tu­tum­lar da­ğı­lar­kən içə­ri­yə su, di­gər ma­ye­lər ax­ma­sı eh­ti­mal­la­rın­dan mü­ha­fi­zə edil­mə­li­dir.
Əv­vəl­cə­dən ti­ki­lən sı­ğı­na­caq­lar­da əsas və yar­dım­çı otaq­lar nə­zər­də tu­tu­lur. Müa­li­cə mü­əs­si­sə­lə­rin­də­ki sı­ğı­na­caq­lar­da bun­lar­dan baş­qa bu­fet və sa­ni­ta­ri­ya otaq­la­rı da olur.
Sı­ğı­na­caq­la­rın həc­mi plan­laş­dır­ma həl­li he­sab­lan­mış zə­də­lə­yi­ci va­si­tə­lər­dən mü­ha­fi­zə tə­ləb­lə­ri­nə və qur­ğu­la­rın sülh döv­rün­də is­tis­ma­rı şərt­lə­ri­nə əsa­sən mü­əy­yən edi­lir. Bir qur­ğu­da funk­si­ya­la­rın be­lə əla­qə­lən­di­ril­mə­si həm iq­ti­sa­di cə­hət­dən sər­fə­li­dir, həm də sı­ğı­na­caq­lar fon­du­nun da­ha tez ya­ra­dıl­ma­sı­na im­kan ve­rir.
Sı­ğı­na­caq­la­rın həc­mi plan­laş­dır­ma həl­li qə­na­ət­cil, qu­raş­dır­ma ba­xı­mın­dan sa­də ol­ma­lı, sülh döv­rün­də bi­na­lar­dan iqtisadiyatın eh­ti­yac­la­rı üçün is­ti­fa­də edil­mə­nin nor­mal şə­rai­ti­ni təmin et­mə­li, dal­da­la­nan adam­la­rın otaq­la­ra asan­lıq­la gir­mə­si, yer­ləş­mə­si və bu­ra­da xey­li müd­dət qal­ma­sı­na im­kan ve­ril­mə­li­dir.
Sa­da­la­nan yar­dım­çı təyi­nat­lı otaq­lar və ora­da­kı mü­hən­dis-tex­ni­ki ava­dan­lıq dal­da­la­nan adam­la­rın sı­ğı­na­caq­da xey­li müd­dət qal­ma­sı üçün la­zı­mi şə­rai­ti təmin edir.
Bu təyi­nat­lı otaq­la­rı mü­fəs­səl nə­zər­dən ke­çi­rək (şə­kil 4):
a) Əsas təyi­nat­lı otaq­lar
Sı­ğın­ma otaq­la­rı (SO) — əha­li­nin dal­da­lan­ma­sı və yer­ləş­di­ril­mə­si üçün bir, iki və üç­mər­tə­bə­li taxt­lar (nar­lar) yer­ləş­di­ri­lən otaq­lar­dır.
R

Dal­da­la­nan adam­la­rın otur­ma­sı üçün otu­ra­caq­lar hər adam üçün 0,45 x 0,45 m, yu­xa­rı mər­tə­bə­lər­də uzan­ma yer­lə­ri isə 0,55 x 1,8 m he­sa­bı ilə mü­əy­yən edi­lir. Taxt­la­rın dö­şə­mə­dən hün­dür­lü­yü bi­rin­ci mər­tə­bə­də 0,45 m, ikin­ci mər­tə­bə­də – 1,4 m və üçün­cü mər­tə­bə­də 2,15 m ol­ma­lı­dır. Ən yu­xa­rı­da­kı mər­tə­bə­dən ota­ğın üst ör­tü­yü­nə (ta­va­nı­na) və ya ta­van kons­truk­si­ya­sı­nın aşa­ğı his­sə­si­nə­dək mə­sa­fə ən azı 0,75 m gö­tü­rü­lür (şə­kil 5).

Dal­da­la­nan adam­la­rın otur­ma­sı və uzan­ma­sı üçün yer­lər sta­sio­nar ola bi­lər (sı­ğı­na­caq ti­ki­lər­kən dü­zəl­di­lir). Əgər be­lə taxt­lar sı­ğı­na­caq­lar­dan sülh döv­rün­də tə­sər­rü­fat eh­ti­yac­la­rı üçün is­ti­fa­də et­mə­yə ma­ne­çi­lik tö­rə­dir­sə, on­la­rı sı­ğı­na­ca­ğı mü­ha­fi­zə­yə ha­zır­lûq re­ji­mi­nə ke­çi­rər­kən dü­zəl­dir­lər.


Sı­ğı­na­ca­ğın ge­niş sa­hə­li otaq­la­rı­nı 50–75 nə­fər­lik otaq­la­ra böl­mək la­zım­dır.
İda­rə­et­mə mən­tə­qə­si (İM) — ob­yek­tin rəh­bər heyəti­nin və MM qə­rar­ga­hı­nın yer­ləş­mə­si üçün­dür. Be­lə mən­tə­qə ən bö­yük iş növ­bə­sin­də 600 və bun­dan ar­tıq adam iş­lə­yən mü­əs­si­sə­lər­də sı­ğı­na­caq­la­rın ti­kil­mə­si la­yi­hə­lə­rin­də nə­zər­də tu­tu­lur. İda­rə­et­mə mən­tə­qə­si, adə­tən, mü­ha­fi­zə­li elekt­rik təc­hi­za­tı mən­bə­yi­nə ma­lik olan sı­ğı­na­caq­lar­dan bi­rin­də yer­ləş­di­ri­lir. O, iş və ra­bi­tə ota­ğın­dan iba­rət olur.
Adə­tən, ida­rə­et­mə mən­tə­qə­si­ni sı­ğı­na­ca­ğın gi­riş yol­la­rın­dan bi­ri­nin ya­xın­lı­ğın­da­kı otaq­lar­da yer­ləş­di­rir və oda­da­vam­lı­lıq həd­di bir sa­ata­dək olan ara­kəs­mə­lər­lə sı­ğı­na­ca­ğın adam­lar yer­lə­şən di­gər otaq­la­rın­dan ayı­rır­lar.
İda­rə­et­mə mən­tə­qə­sin­də iş­lə­yən şəxs­lə­rin ümu­mi sa­yı ən ço­xu 10 nə­fər, hər adam üçün 2 m2 sa­hə he­sab­la­nır.
Bəzi iri mü­əs­si­sə­lər­də na­zir­li­yin və baş ida­rə­lə­rin ica­zə­si ilə ida­rə­et­mə mən­tə­qə­lə­rin­də iş­lə­yən­lə­rin sa­yı 25 nə­fə­rə­dək ar­tı­rı­la bi­lər.
Tibb mən­tə­qə­si (TM) — sı­ğı­na­caq­da dal­da­la­nan adam­la­ra ilk tib­bi yar­dım gös­tər­mək üçün­dür. Dal­da­la­nan adam­la­rın sa­yı 900–1200 nə­fər olan­da tibb mən­tə­qə­si­nin sa­hə­si 9 m2 mü­əy­yən edi­lir. 1200 nə­fər­dən ar­tıq hər 100 nə­fər üçün tibb mən­tə­qə­si­nin sa­hə­si 1 m2 ar­tı­rı­lır.
Sı­ğı­na­caq­lar­da həm­çi­nin hər 500 nə­fər adam üçün sa­hə­si 2 m2 olan bir sa­ni­ta­ri­ya pos­tu nə­zər­də tu­tu­lur, la­kin hər qur­ğu­da ən azı bir be­lə post ol­ma­lı­dır.
Tibb mən­tə­qə­si "Mü­ha­ri­bə döv­rün­də mŠlki mü­ha­fi­zə qur­ğu­la­rı­nın is­tis­ma­rı üz­rə təli­mat"a uy­ğun su­rət­də ava­dan­lıq­laş­dı­rı­lır.
b) Yar­dım­çı təyi­nat­lı otaq­lar:
Süz­gəc­li ven­til­ya­si­ya ota­ğı (SVO) – sə­na­ye tip­li (sta­sio­nar) sü­zü­cü ven­til­ya­si­ya ava­dan­lı­ğı­nın yer­ləş­di­ril­mə­si üçün­dür (şə­kil 6).
Süz­gəc­li ven­til­ya­si­ya ota­ğı, adə­tən, sı­ğı­na­ca­ğın xa­ri­ci di­var­la­rı­nın ya­nın­da, gi­riş yol­la­rı­nın və ya qə­za çı­xış yol­la­rı­nın ya­xın­lı­ğın­da yer­ləş­di­ri­lir. Bu ota­ğın öl­çü­lə­ri ava­dan­lı­ğın öl­çü­lə­rin­dən və ava­dan­lı­ğa xid­mət et­mək üçün la­zım olan sa­hə­dən ası­lı ola­raq mü­əy­yən edi­lir.
Ən va­cib və məsuliy­yət­li mə­sə­lə ba­yır­da­kı eh­ti­mal olu­nan zə­hər­lən­mə­lər, yan­ğın­lar şə­rai­tin­də, elə­cə də her­me­tik qur­ğu­da adam­la­rın xey­li müd­dət qal­ma­sı nə­ti­cə­sin­də içə­ri­də­ki ha­va­nın tər­ki­bi pis­lə­şər­kən adam­la­rın tə­nəf­füs üçün ya­rar­lı ha­va ilə la­zı­mi miq­dar­da təmin edil­mə­si­dir.
Sı­ğı­na­caq­lar ba­yır­da­kı ha­va he­sa­bı­na ha­va ilə təc­hiz edi­lir.

Ya­ran­mış və­ziy­yət dal­da­la­nan adam­la­rı uzun müd­dət (bir ne­çə sut­ka) sı­ğı­na­caq­da qal­ma­ğa va­dar edə bi­lər. Bu isə an­caq sı­ğı­na­caq­da nor­mal sa­ni­ta­ri­ya-gi­gi­ye­na şə­rai­ti olan hal­lar­da, yəni ha­va­nın tər­ki­bin­də­ki kar­bon qa­zı­nın miq­da­rı ən ço­xu 2%, ok­si­ge­nin isə ən azı 15–16%, ha­be­lə tem­pe­ra­tur ən ço­xu 300C və rü­tu­bət ən ço­xu 85% ol­maq­la yol­ve­ri­lən həd­lər­də sax­la­nı­lar­kən müm­kün­dür. Onu da nə­zə­rə al­maq la­zım­dır ki, adam nə­fəs alar­kən sa­at­da 20–25 l ok­si­gen udur, 20 lit­rə­dək kar­bon qa­zı, təx­mi­nən 90 qram rü­tu­bət və 100 kkal is­ti­lik ya­ra­dır. Bu­nun da nə­ti­cə­sin­də her­me­tik sı­ğı­na­caq­lar­da ha­va­nın qaz tər­ki­bi, tem­pe­ra­tur və rü­tu­bət sürət­lə də­yi­şir.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin