Gigiyena ixtisası üzrə yeni nümunəvi test sualları 14. 03. 13 – cü il tarixində əlavə edilmişdir


) Uşaqların sağlamlıq vəziyyətinin kompleks qiymətləndirilməsi və hər bir uşağın müvafiq sağlamlıq qrupuna aid edilməsi hansı yaşda olan uşaqları əhatə edir?



Yüklə 255 Kb.
səhifə3/4
tarix16.02.2017
ölçüsü255 Kb.
#8626
1   2   3   4

106) Uşaqların sağlamlıq vəziyyətinin kompleks qiymətləndirilməsi və hər bir uşağın müvafiq sağlamlıq qrupuna aid edilməsi hansı yaşda olan uşaqları əhatə edir?
A) 1 yaşdan 16 yaş daxil olmaqla

B) 3 yaşdan 16 yaş daxil olmaqla

C) 3 yaşdan 17 yaş daxil olmaqla

D) 1 yaşdan 14 yaş daxil olmaqla

E) 1 yaşdan 17 yaş daxil olmaqla
Ədəbiyyat: Ədəbiyyat: В.Р. Кучма. Гигиена детей и подростков. Москва 2010
107) Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsil müəssisələrinə hansılar aiddir?
A) peşə məktəbləri, peşə liseyləri, bədii yaradıcılıq mərkəzləri, kolleclər

B) peşə məktəbləri, peşə liseyləri, texniki yaradıcılıq mərkəzləri

C) peşə məktəbləri, kolleclər, texniki yaradıcılıq mərkəzləri, peşə liseyləri

D) peşə məktəbləri, peşə liseyləri, kolleclər

E) peşə məktəbləri, peşə liseyləri
Ədəbiyyat: Ədəbiyyat: “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu
108) Azərbaycan Respublikasında ümumi təhsil müəssisələrinə hansılar aiddir?
A) ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, gimnaziyalar, kolleclər, liseylər

B) ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, liseylər, kolleclər

C) ibtidai, orta və tam orta məktəblər, peşə məktəbləri, peşə liseyləri, kolleclər

D) ibtidai, orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri, istedadlı şagirdlər üçün məktəblər, kolleclər, liseylər, gimnaziyalar

E) ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, gimnaziyalar, liseylər
Ədəbiyyat: Ədəbiyyat: “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu
109) Təhsil müəssisələrində iaşə xidməti hansı qaydada həyata keçirilir?
A) Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş qaydada

B) Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada

C) təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında

D) təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş

E) valideynlərlə razılaşdırılmaqla təhsil müəssisəsinin rəhbərliyinin müəyyənləşdirdiyi qaydada
Ədəbiyyat: Ədəbiyyat: “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu
110) Fiziki və əqli inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi ümumtəhsil internat məktəblərdə bir yataq otağı neçə uşaq üçün nəzərdə tutulur?
A) 3 uşaq

B) 6 uşaq

C) 4 uşaq

D) uşaqların yaşı nəzərə alınmaqla müəyyənləşdirilir

E) 2 uşaq
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
111) Fiziki və əqli inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi ümumtəhsil internat məktəblərində dərs ilinin başlanması və qurtarması, tətillərin (kanikul) müddəti, imtahanların keçirilməsi, tədris məşğələlərinin vaxtı və müddəti ümumtəhsil müəssisələrindən nə ilə fərqlənir?
A) dərs ili daha tez başa çatır

B) heç bir fərqi yoxdur

C) dərs ili daha gec başlayır

D) internat məktəblərində imtahanlar keçirilmir

E) yay tətillərinin müddəti daha çoxdur
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
112) Xüsusi ümumtəhsil internat məktəblərində şagirdlərin fərdi məşğələləri üçün ayrılmış otaqların sahə ölçüsü necə nəzərdə tutulur?
A) 1 şagird üçün 5 kvadrat metr

B) 1 şagird üçün 4 kvadrat metr

C) 1 şagird üçün 3 kvadrat metr

D) 1 şagird üçün 6 kvadrat metr

E) 1 şagird üçün 3,5 kvadrat metr
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
113) Əqli cəhətdən qüsurları olan uşaqlar üçün xüsusi ümumtəhsil internat məktəblərində dərs otaqlarının sahə ölçüləri necə nəzərdə tutulur?
A) 1 şagirdə 3,0 kvadrat metr

B) 1 şagirdə 3,8 kvadrat metr

C) 1 şagirdə 3,5 kvadrat metr

D) 1 şagirdə 2,2 kvadrat metr

E) 1 şagirdə 4,0 kvadrat metr
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
114) Xüsusi ümumtəhsil internat məktəblərində, əqli cəhətdən qüsurları olan və poliomielit nəticəsində serebral iflici olan uşaqlar istisna olmaqla, digər şagirdlər üçün dərs otaqlarının sahə ölçüləri necə nəzərdə tutulur?
A) 1 şagirdə 2,2 kvadrat metr

B) 1 şagirdə 3,5 kvadrat metr

C) 1 şagirdə 3,0 kvadrat metr

D) 1 şagirdə 4,0 kvadrat metr

E) 1 şagirdə 3,8 kvadrat metr
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
115) Xüsusi ümumtəhsil internat məktəblərində əmək təlimi hansı ardıcıl mərhələlərə bölünür?
A) əmək təliminin ardıcıllığı və mərhələləri internat məktəbin kontingentinin xüsusiyyətlərinə uyğun təşkil edilir

B) istehsalat-əmək hazırlığı, əl əməyi, ümumtexniki əmək

C) əl əməyi, ümumi texniki əmək, istehsalat-əmək hazırlığı

D) ümumtexniki əmək, əl əməyi, istehsalat-əmək hazırlığı

E) ümumtexniki əmək, əl əməyi, xüsusi əmək hazırlığı
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
116) Peşə məktəblərinin şagirdləri üçün yataqxanaların yaşayış otaqlarında çarpayıların uzun tərəfləri arasında minimal məsafə nə qədər nəzərdə tutulur?
A) 0,5 metr

B) 2,0 metr

C) 1,0 metr

D) 0,65 metr

E) 1,5 metr
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
117) Peşə məktəblərinin şagirdləri üçün yataqxanaların yaşayış otaqlarında çarpayıların baş tərəfləri arasında minimal məsafə nə qədər nəzərdə tutulur?
A) 0,5-0,6 metr

B) 0,3-0,4 metr

C) 1,2-1,4 metr

D) 1,3-1,5 metr

E) 1,0-1,2 metr
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
118) Peşə məktəblərinin şagirdləri üçün yataqxanaların yaşayış otaqlarının mərkəz keçidlərində çarpayılar arasındakı minimal məsafə nə qədər nəzərdə tutulur?
A) 1,5 metr

B) 1, 0 metr

C) 1,6 metr

D) 1,4 metr

E) 1,1 metr
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
119) Peşə məktəblərinin şagirdləri üçün yataqxanaların yaşayış otaqlarında bir şagird üçün nəzərdə tutulan sahə nə qədərdir?
A) 4 kvadrat metr

B) 5 kvadrat metr

C) 6 kvadrat metr

D) 8 kvadrat metr

E) 5,2 kvadrat metr
Ədəbiyyat: Ədəbiyyat: Cборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
120) Uşaq sanatoriyalarının (kurort zonasında olanlar istisna olmaqla) mərtəbəliliyi necə olmalıdır?
A) yalnız 1 mərtəbə

B) 1-2 mərtəbə

C) 1-3 mərtəbə

D) 1-4 mərtəbə

E) yalnız 2 mərtəbə
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
121) Uşaq sanatoriyalarının yataq, müalicə-diaqnostik və tədris otaqlarının minimal hündürlüyü nə qədər nəzərdə tutulur?
A) 3,5 metr

B) 3,3 metr

C) 2,8 metr

D) 3,0 metr

E) 2,5 metr
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
122) Uşaq sanatoriyalarında (vərəm sanatoriyaları istisna olmaqla) yeməkxana və mətbəx kimlərin qidalanması üçün nəzərdə tutulur?
A) işçi heyəti üçün xüsusi yer ayrılmadan uşaqların və işçi heyətinin

B) uşaqların və xüsusi yer ayrılmadan yeməkxana işçilərinin

C) uşaqların və yalnız mətbəxdə qidalanma şərti ilə yeməkxana işçilərinin

D) uşaqların və ayrı girişi olan xüsusi yer ayrılmaqla yeməkxana işçilərinin

E) uşaqların və işçi heyətinin (işçi heyəti üçün ayrı girişi olan xüsusi yer ayrılmaq şərti ilə)
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
123) Uşaq sanatoriyalarının palata seksiyalarında (vərəm sanatoriyaları istisna olmaqla) valideynlərin gətirdikləri yeməyin qəbulu üçün hansılar vacibdir?
A) xüsusi yer və soyuducular

B) hər bir palatada qəbul edilmək üçün soyuducu

C) yeməklərin bilavasitə və vaxtında palatalara çatdırılması üçün işçilərin nəzərdə tutulması

D) valideynlər tərəfindən yeməklərin gətirilməsinə yol verilmir?

E) bilavasitə valideynlər tərəfindən uşaqlarını qidalandırmaq üçün xüsusi şəraiti (soyuducu və yemək qızdırmaq üçün) olan xüsusi yerin ayrılması.
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
124) Uşaq sanatoriyalarında (məktəb yaşlı uşaqlar üçün) sinif otaqlarının tutumu ən çoxu neçə şagird üçün nəzərdə tutulur?
A) 18 nəfər

B) 25 nəfər

C) 30 nəfər

D) 15 nəfər

E) 20 nəfər
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
125) Uşaq sanatoriyalarında məktəb yaşlı uşaqlar üçün sinif otaqlarının sahə ölçüləri hansı hesabla nəzərdə tutulur?
A) 1 nəfərə 2,2 kvadrat metr

B) 1 nəfərə 2,8 kvadrat metr

C) 1 nəfərə 2,5 kvadrat metr

D) 1 nəfərə 4,0 kvadrat metr

E) 1 nəfərə 3, 2kvadrat metr
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
126) Uşaq sanatoriyalarında izolyator hansı hesabla nəzərdə tutulur?
A) sanatoriyanın tutumunun 10%-i qədər

B) sanatoriyanın tutumunun 3%-i qədər

C) sanatoriyanın tutumunun 5%-i qədər

D) sanatoriyanın tutumunun 4%-i qədər

E) sanatoriyanın tutumunun 6%-i qədər
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
127) Uşaq sanatoriyalarının izolyatorlarında Melser bokslarında yer sayı izolyatorun ümumi yer sayının neçə faizini təşkil etməlidir?
A) 15-20 %-ni

B) 50 %-ni

C) izolyator 100% Melser bokslarından ibarət olmalıdır.

D) 10-15 %-ni

E) 25-30 %-ni
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
128) Uşaq sanatoriyalarında hazır xörəklərin paylanmasına hansı halda yol verilmir?
A) sanatoriyanın tibb işçisi tərəfindən xörək nümunələrinin sutkalıq nümunəsinin götürülmədiyi halda

B) sanatoriyanın tibb işçisi tərəfindən xörəyin keyfiyyətinin orqanoleptik göstəricilərinin qiymətləndirilməsi aparılmadığı halda

C) tibb işçisinin nəzarəti altında sanatoriyanın rəhbərliyi tərəfindən xörəyin keyfiyyətini orqanoleptik göstəricilərinə görə qiymətləndrilməsi aparılmadığı halda

D) Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisi tərəfindən xörəkdən nümunə götürülmədiyi halda

E) bilavasitə xörək hazırlayan aşbaz tərəfindən xörəyin keyfiyyətinin orqanoleptik göstəricilərinə görə qiymətləndirilməsi və bu barədə xüsusi jurnalda qeydiyyat aparmadığı halda
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
129) Uşaq sanatoriyalarında izolyatorlardan istifadənin məqsədi nədir?
A) Yüksək yayılma təhlükəsi yaradan yoluxucu xəstələrin yoluxucu xəstəxanaya göndərilənədək müalicəsi və izolyasiyası, digər yoluxucu xəstəliklərin tam müalicəsi

B) yoluxucu xəstəliyi olan uşaqların xəstəxanaya göndərilməsinə zərurət yaranan müddətədək müalicəsi və izolyasiyası

C) yoluxucu xəstəliyə şübhəli olan uşaqların son diaqnoz qoyulanadək izolyasiyası

D) yoluxucu xəstəliyi olan və yoluxucu xəstəliyə şübhəli uşaqların yoluxucu xəstəxanaya göndərilənədək saxlanması

E) yoluxucu xəstəliyi olan uşaqların müalicə və izolyasiyası
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемическим вопросам. Том 3. 1992
130) Fiziki-tərbiyə və idman məşğələlərinin təşkili üçün məktəblərdə sağlamlıq vəziyyətinə görə şagirdlərin hansı tibbi qrupları müəyyənləşdirilir?
A) yüksək, orta və aşağı sağlamlıq qrupları

B) əsas, hazırlıq və xüsusi qruplar

C) sağlam, şərti sağlam və praktiki sağlam qruplar

D) ümumi, xüsusi və fərdi məşğələlər üçün qruplar

E) belə qruplar müəyyənləşdirilmir
Ədəbiyyat: Ədəbiyyat: В.Р. Кучма. Гигиена детей и подростков. Москва 2010
131) “hipokineziya” anlayışı nədir?
A) hərəkətlərin azlığı

B) adrenalin ifrazının pozulması (azalması)

C) qalxanvari vəzinin funksiyasının pozulması

D) cinsiyyət vəzilərinin inkişafdan qalması

E) ağ ciyərlərin fəaliyyətinin zəifləməsi
Ədəbiyyat: Ədəbiyyat: В.Р. Кучма. Гигиена детей и подростков. Москва 2010
132) “hiperkineziya” anlayışı nədir?
A) ağ ciyərlərin fəaliyyətinin yüksəlməsi

B) adrenalin ifrazının pozulması (yüksəlməsi)

C) qalxanvari vəzinin funksiyasının pozulması

D) cinsiyyət vəzilərinin sürətli inkişafı

E) həddən artıq hərəkətlilik
Ədəbiyyat: Ədəbiyyat: В.Р. Кучма. Гигиена детей и подростков. Москва 2010
133) “Əhalinin sağlamlığının qorunması haqqında” Az. Resp. Qanununun 24-cü maddəsi pasiyentin sanitariya-gigiyena məsələlərinə dair hansı hüquqlarını təsbit edir?
A) yalnız əlillərin, hamilə qadınların və uşaqların müalicə və müayinə ediləcəyi tibb müəssisəsinin sanitariya-gigiyena vəziyyəti haqqında tam məlumat əldə etmək

B) müalicə və müayinə edildiyi tibb müəssisəsinin sanitariya-gigiyena vəziyyətini bilavasitə qiymətləndirmək

C) sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq

D) müalicə və müayinə olunduğu tibb müəssisəsinin sanitariya-gigiyena vəziyyəti barədə məlumatları gizli saxlamaq

E) müalicə və müayinə olunduğu tibb müəssisəsinin sanitariya- gigiyena vəziyyətinə dair müəssisə rəhbərliyindən rəsmi arayış almaq
Ədəbiyyat: Ədəbiyyat: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
134) “Əhalinin sağlamlığının qorunması haqqında” Az. Resp. Qanununun 8-ci maddəsi fiziki və hüquqi şəxslər tərəfindən hansı istiqamətdə tədbirlər kompleksinin həyata keçirilməsini nəzərdə tutur?
A) tibbi-sosial

B) müalicə-profilaktik

C) ekoloji

D) tibbi-sanitariya

E) gigiyenik-əksepidemik
Ədəbiyyat: Ədəbiyyat: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
135) “Əhalinin sağlamlığının qorunması haqqında” Az. Resp. Qanununun 11-ci maddəsi vətəndaşların hansı hüququnu təsbit edir?
A) sağlamlığa təsir göstərən amillər haqqında müntəzəm və düzgün məlumat almaq

B) sağlamlığını qorumaq və tibbi yardım almaq

C) sanitariya-gigiyenik tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq

D) güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq

E) əmək qabiliyyətini itirdikdə tibbi-sosial yardım almaq
Ədəbiyyat: Ədəbiyyat: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
136) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsi vətəndaşların hansı hüququnu təsbit edir?
A) epidemioloji vəziyyət və radiasiya şəraiti haqqında məlumat almaq hüququnu

B) ətraf mühitin vəziyyəti haqqında məlumat almaq hüququnu

C) əlverişli ətraf mühitdə yaşamaq hüququni

D) sanitariya normaları və qaydaları, gigiyena normativləri haqqında məlumat almaq hüququnu

E) əhalinin xəstələnmə dərəcəsi haqqında məlumat almaq hüququnu
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
137) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 8-ci maddəsi vətəndaşların hansı hüququnu təsbit edir?
A) əlverişli ətraf mühitdə yaşamaq hüququnu

B) əhalinin xəstələnmə dərəcəsi haqqında məlumat almaq hüququnu

C) sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi hüququnu

D) ətraf mühitin vəziyyəti barədə məlumat almaq hüququnu

E) epidemioloji vəziyyət və radiasiya şəraiti haqqında məlumat almaq hüququnu
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
138) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 14-cü maddəsi dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, idarələrin və vətəndaşların hansı vəzifələrini təsbit edir?
A) radiasiya təhlükəsizliyini təmin etmək sahəsində vəzifələrini

B) layihələşdirmə və tikinti dövründə vəzifələrini

C) obyektlərin istismara qəbulu dövründə vəzifələrini

D) sadalanlardan heç biri

E) təsərrüfat-içməli su təchizatı sahəsində vəzifələrini
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
139) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsi hansı vəzifələri təsbit edir?
A) dövlət orqanlarının, müəssisələrin idarələrin və vətəndaşların radiasiya təhlükəsizliyini təmin etmək sahəsində vəzifələrini

B) tibbi müayinələrdən keçmək vəzifələrini

C) təsərrüfat-içməli su təchizatı sahəsində vəzifələri

D) dövlət və işçi qəbul komissiyalarının obyektlərin istismara qəbul edilməsi dövründə vəzifələrini

E) dövlət orqanlarının, müəssisələrin, idarələrin və vətəndaşların layihələşdirmə və tikinti dövründə vəzifələrini
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
140) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsi hansı vəzifələri təsbit edir?
A) dövlət və işçi komissiyaların obyektlərin istismara qəbul edilməsi dövründə vəzifələrini

B) təsərrüfat-içməli su təchizatı sahəsində vəzifələri

C) layihələşdirmə və tikinti dövründə dövlət orqanlarının ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin və vətəndaşların vəzifələrini

D) normativ-texniki sənədləri hazırlayan dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin və vətəndaşların vəzifələrini

E) dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin və vətəndaşların radiasiya təhlükəsizliyini təmin etmək sahəsində vəzifələrini
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
141) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsi hansı qaydada sanitariya nəzarətinin həyata keçirilməsini nəzərdə tutur?
A) idarə sanitariya nəzarəti

B) dövlət sanitariya nəzarəti

C) ictimai-sanitariya nəzarəti

D) dövlət və idarə sanitariya nəzarəti həyata keçirərkən qarşılıqı əlaqəni

E) istehsalat sanitariya nəzarəti
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
142) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 34-cü maddəsi kimlərin hüquqlarını təsbit edir?
A) yerli idarəetmə orqanlarının

B) dövlət sanitariya-epidemioloji xidmətinin vəzifəli şəxslərinin hüquqlarını

C) bələdiyyələrin

D) dövlət orqanlarının

E) idarələrin, müəssisələrin, ictimai birliklərin və vətəndaşların
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
143) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 39-cu maddəsi hansı məsuliyyəti nəzərdə tutur?
A) vəzifəli şəxslərin və vətəndaşların sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyətini

B) dövlət sanitariya-epidemioloji xidmətin mütəxəssislərinin məsuliyyətini

C) dövlət sanitariya-epidemioloji xidmətin vəzifəli şəxslərinin məsuliyyətini

D) idarə sanitariya nəzarətini həyata keçirən xüsusi sanitariya xidmətlərinin vəzifəli şəxslərinin məsuliyyətini

E) istehsalat nəzarətini həyata keçirən vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətini
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
144) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 38-ci maddəsi hansını təsbit edir?
A) vəzifəli şəxslərin və vətəndaşların sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyətini

B) idarə sanitariya nəzarətini həyata keçirən xüsusi sanitariya xidmətlərinin vəzifəli şəxslərinin məsuliyyətini

C) dövlət sanitariya-epidemioloji xidmətin mütəxəssislərinin məsuliyyətini

D) dövlət sanitariya-epidemioloji xidmətin vəzifəli şəxslərinin məsuliyyətini

E) sanitariya sahəsində hüquq pozuntuları və onları törətməyə görə məsuliyyətin növlərini
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
145) Azərbaycan Respublikasının Sanitariya qanunvericiliyinin pozulması hallarında istifadə edilən sənədlərin tərtibi və tətbiqi qaydaları hansı sənədlə təsdiq edilmişdir?
A) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi

B) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

C) Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmri

D) Azərbaycan Respublikası Konstitusiyası

E) Azərbaycan Respublikası Prezidentinin fərmanı
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
146) Sanitariya-epidemioloji sahədə inzibati xəta haqqında protokol neçə nüsxədə tərtib olunmalıdır?
A) 1 nüsxədə

B) 3 nüsxədə

C) 2 və ya 3 nüsxədə

D) 2 nüsxədə

E) 1 və ya 2 nüsxədə
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
147) Sanitariya-epidemioloji sahədə inzibati xəta haqqında protokol inzibati xəta faktı aşkar edildikdən sonra hansı müddətdə tərtib edilir?
A) dərhal

B) vaxtın əhəmiyyəti yoxdur

C) dərhal və ya 2 günədək müddətdə

D) 3 günədək müddətdə

E) 2 günədək müddətdə
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
148) İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan sonra hansı müddətdə dövlət sanitariya nəzarəti xidmətinin vəzifəli şəxsinə təqdim edilir?
A) üç günədək müddətdə

B) dərhal

C) iki günədək müddətdə

D) vaxtın əhəmiyyəti yoxdur

E) bir günədək müddətdə
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
149) İnzibati Xətalar Məcəlləsinin 64-68-ci maddələrində nəzərdə tutulan inzibati xətaya inzibati cərimənin tətbiq edilməsi haqqında qərar kim tərəfindən qəbul edilir?
A) Ərazi icra şöbəsinin rəhbəri

B) Göstərilənlərin hər biri tərəfindən qəbul edilə bilər

C) Məhkəmə orqanları

D) Dövlət sanitariya nəzarəti xidmətinin vəzifəli şəxsi

E) Inzibati xəta haqqında protokolu tərtib edən şəxs
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
150) Sanitariya-epidemioloji sahədə inzibati xəta törətmiş şəxsi izahat verməsi üçün kim çağıra bilər?
A) Göstərilənlərin hər biri

B) Dövlət sanitariya nəzarəti xidmətinin yoxlama aparmış hər bir mütəxəssisi

C) Dövlət sanitariya nəzarəti xidmətinin vəzifəli şəxsi

D) Dövlət sanitariya nəzarəti xidmətinin inzibati xəta haqqında protokolu tərtib etmiş mütəxəssisi

E) Dövlət sanitariya nəzarəti xidmətinin vəzifəli şəxsi və ya inzibati xəta haqqında protokolu tərtib etmiş mütəxəssisi
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004


Yüklə 255 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin