19
qəbul edib. Ona görə də ondan üz döndərib küsmüşdü. Get-gəlimiz belə yox idi. Ömrünün
sonlarında Tiflisdə yaşayan generala hamı “rus Ağayev” deyərmiş. Şübhəsiz ki, sonralar səhvini
başa düşən general vəsiyyət etmişdir ki, nekroloqunda ad-familiyası Fərəc bəy Ağayev kimi
göstərilsin. Onun bu vəsiyyətinə əməl olunur.
General-leytenant Fərəc bəy Ağayev füsunkar Qarabağın Şuşa şəhərində 1811-ci ildə
adlı-sanlı bəy ailəsində dünyaya gəlib. İlk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra
1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb.
Xidmətinin yeddinci ilində ən yaxşı qvardiya rotmistri Fərəc bəy eskadron komandiri kimi
Peterburqa göndərilir. Peterburqda o, birinci Nikolayın xüsusi qvardiya kazak polkunda
leybqvardiya komandiri vəzifəsinə təyin olunur. Elə burda da o, imperatorun və onun arvadı
Mariya Aleksandrovnanın sevimlisi olur.
Fərəc bəy Ağayev özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi sayəsində xidmətinin on
ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə qədər Peterburqda, xüsusi qvardiya
kazak polkunda qüsursuz xidmət edən polkovnik F.Ağayev həmin ili Əlahiddə Qafqaz
Ordusunun sərəncamına göndərilir.
1853-cü ildə Krım müharibəsi başlananda polkovnik Fərəc bəy Ağayev Qarabağın
azərbaycanlı igidlərindən ibarət süvari alayı təşkil edib, özü də onun komandiri olur. Müxtəlif
arxiv sənədləri, komandanlığa göndərilən raport və məktublar göstərir ki, Fərəc bəyin
şuşalılardan ibarət süvari polku Kürəkdərə uğrunda gedən döyüşlərdə altmış minlik korpusa qarşı
dönməz bir iradə ilə vuruşmuşdur. 1854-cü ildə osetinlərdən təşkil olunmuş milis alayı da Fərəc
bəyin alayına təhkim edilir. Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə daşıyan
eloğlumuz hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlığa görə üstündə
“Cəsurluğa görə” yazılmış qızıl xəncərlə, çoxlu hərbi ordenlərlə, həmçinin imperator tacı ilə
bəzədilmiş birinci dərəcəli “Müqəddəs Anna” ordeni və ikinci dəfə birinci dərəcəli “Müqəddəs
Anna” (qılıncla birgə) ordenləri ilə təltif olunmuşdur.
1853-56-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-mayor kimi
fəxri rütbəyə layiq görülür.
Müharibə yenicə başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ Azərbaycan süvari
dəstəsinin təşkili haqqında Peterburqa məlumat göndərən qraf Vorontsov qeyd edirdi ki,
polkovnik Fərəc bəyin sayəsində könüllü dəstələr tezliklə yığıldı. Döyüşçülər yürüşə məşhur
Qarabağ kəhərlərində və layiqincə silahlanmış halda başladılar.
Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə general-
leytenant rütbəsində istefaya çıxmışdır. Ömrünün sonuna kimi Tiflis Xeyriyyə cəmiyyətində
çalışan general-leytenant Fərəc bəy Ağayev min səkkiz yüz doxsan birinci il noyabrın iyirmi
altısında səksən yaşında Tiflisdə vəfat etmişdir.
Dostları ilə paylaş: