GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
28
tifadə olunurlar[ 3,4]. Bu birləşmələr antibakterial, antimalyariya, xərçəng əleyhinə, anti-HİV, anti-
iltihab, analgetik, antiallergik, antidiabetik və s. kimi əhəmiyyətli bioloji aktivliyə malikdirlər
[5,6,7]. İmidazol halqası histidin, histamin, purin, nuklein turşusu və
s.
bir neçə təbii məhsulların
tərkib hissəsi kimi mövcuddur [8]. Halqa əsasən çay yarpaqları və qəhvə dənəciklərində rast gəlinən
teofilin molekulunun tərkib hissəsinə daxildir belə ki, mərkəzi sinir sistemini stimullaşdıran təsiri
vardır. Bunlarla yanaşı imidazol törəmələrinin sənayedə müxtəlif tətbiq sahələri vardır. Bir çox me-
talların elektrik keçiriciliyində bu birləşmələr kooroziya inhibitoru kimi tətbiq olunmaqdadırlar. Xü-
susilə sulu sistemlərdə korroziyaya görə misin keçiriciliyi azaldığı üçün korroziyanın qarşısının
alınmasında imidazol törəmələri istifadə edilir. Tərkibində imidazol saxlayan texniki və sənaye əhə-
miyyətli bir çox maddələr vardır. Tərkibində benzol halqasına birləşmiş imidazol halqası saxlayan
polibenzimidazol yüksək termostabilliyə malikdir və yanğının söndürülməsində istifadə olunur.
İmidazol halqasına həmçinin fotoqrafiya və elektronikada istifadə edilən müxtəlif birləşmələrin tər-
kibində rast gəlinir [9,10].
Dostları ilə paylaş: