GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
174
müzakirəsini bir yox bir neçə dəfə iclasda müzakirə edilməsini məqsədəuyğun hesab etmişdi. Sosia-
listlər fraksiyasının nümayəndəsi İbrahim Əbilov çıxışında parlament iclaslarında 2 aydır torpaq
məsələsi yubadılır ki, məsələyə baxılmasın fikrini söylədi. Hökumətə 2 həftə vaxt verilməsini təklif
etmişdi. İclasın sonunda müzakirələrdən sonra Səməd ağa Ağamalıoğlunun 2 həftəlik Hökumətə
möhlət vermək təklifi səsə qoyulsa da, əksəriyyət səslə təklif qəbul olunmadı. [3,s.194]
9 noyabr 1919-cu il 95-ci iclasda sosialist fraksiyasının nümayəndəsi Səməd ağa Ağamalıoğlu
çıxışı zamanı Əkinçilik Nazirliyinin torpaq məsələsinin həllində möhkəm siyasətinin olmamasında
ittiham edərək əkinçilərin deyil, mülkədarların mənafeyini qorumaqda ittiham etdi. Bunun da böyük
fəlakətlərə səbəb olacağını diqqətə çatdırdı.
16 fevral 1920-ci il 125-ci iclasda
sosialisitlərlə oxşar mövqedə olan Müsavat fraksiyasının
nümayəndəsi Həsən bəy Ağayev iclasda partiyanın torpaq qanunu layihəsinin əhəmiyyətindən bəhs
edib onun torpaq komissiyası tərəfindən yubadılmamasını istədi. Torpaq komissiyasına verilən vax-
tın 10 gün olmasını təklif etdi. Sosialist fraksiyasının nümayəndəsi Hacı Kərim Saniyev 10 günlük
müddətə etiraz edərək, torpaq qanununun nə dərəcədə əhəmiyyətli olduğunu əsas gətirib müddəti 3
günə endirmək istədi. Səsvermə nəticəsində torpaq komitəsinə 10 gün vaxt verildi. Müsavat fraksi-
yasının nümayəndəsi Şəfi bəy Rüstəmbəyli müddətin 10 gün olması fikrində fraksiya yoldaşı Həsən
bəy Ağayevlə razı idi. İclasda Sosialistlər fraksiyasının nümayəndəsi Səməd ağa Ağamalıoğlu tor-
paq komissiyasını sosialistləşdirmək məqsədilə çıxış edərək torpaq komissiyasına sosialist yeni
üzvlərin seçilməsini təklif etsə də, parlament bununla razılaşmadı.
Parlamentdə fəaliyyət göstərən fraksiyalar arasında elə ilk vaxtlardan meydana çıxan ixtilaf-
lar səbəbiylə aqrar məsələ haqqında qanun layihəsinin bir iclasdan digər iclasa ötürülməsi və nəticə
olaraq heç bir qanun layihəsinin qüvvəyə minə bilməməsi Azərbaycan Xalq Cümhuriyyətinin xalq
içində nüfuzunun, ona olan inamım itirilməsində və sonda onun süqutunda az rol oynamadı. Parla-
ment tərkibində təsis edilən aqrar komissiya üzvlərinin müxtəlif partiyaları ( Müsavat, Əhrar, İtti-
had, Daşnaksütyun, Slavyan-rus cəmiyyəti, Sosialistlər bloku) təmsil etmələri aqrar komissiyanın
tərkibində fikir müxtəlifliyinə səbəb olmuşdu ki, nəticədə bu da torpaq məsələnin həllində komissi-
ya üzvlərinin ortaq məxrəcə gələ bilməməyə səbəb oldu. Ancaq buna baxmayaraq aqrar məsələnin
həlli üçün Parlament və Hökumət səviyyəsində işlər görülməsi səyləri də danılmazdır.
Dostları ilə paylaş: