Газ щидратларынын тядгигаты тарихиня даир


Professor F.R.BABAYEV



Yüklə 1,62 Mb.
səhifə4/8
tarix14.03.2022
ölçüsü1,62 Mb.
#53774
1   2   3   4   5   6   7   8
S-1-24-Kitab-Qidrat-1-fasil

Professor

F.R.BABAYEV

G i r i ş

Hazırda qaz hidratları haqqında dünyanın texniki ədə­biy­yatında xeyli sayda məqalələr və məlumat xarakterli yazılar dərc edilmişdir. Bu sahədə fundamental mono­qrafiyaların sayı isə azdır. Qaz sənayesinə həsr olunan keçmiş əsrin dərslik ki­tab­larında hidratlar haqqında məlumatlar pərakəndə halda ki­çik bölmələrlə verilmişdir. Hazırda Azərbaycanın elmi-tex-niki ədəbiyyatında dilimizdə bütövlükdə qaz hidratları prob­lem­lərinə həsr edilmiş tutarlı bir əsər nəşr edilməmişdir.

Bununla əlaqədar olaraq müəlliflər qrupu qarşılarına, möv­­­­­­­­­­­­­­­cud texniki ədəbiyyatdan geniş istifadə etməklə, əsasən karbohidrogen qazlarının hidratları haqqında ümumiləş­di­ril­miş toplu halında milli dildə kitab nəşr etmək məqsədi qoy­muşdur.

Faza çevrilişləri üzrə qaz və suyun birləşərək sülb aqreqat halına keçməsi hələ XVIII əsrdə kimyaçılara məlum olmuşdur. Hidratların dərindən tədqiq edilməsinə isə XX əsrin əvvəl­lə­rin­­dən, qaz və qaz-kondensat yataqlarının istismar edilməsi ilə başlanılmışdır. Bu sahədə keçmiş SSRİ-nin Ümumittifaq Elmi-Tədqiqat Qaz İnstitutunda, Moskva Neft və Kimya İns­ti­tu­tunda və Azərbaycanda Ümumittifaq Elmi-Tədqiqat və Layihə Qaz İns­­ti­­­tutunda geniş miqyasda tədqiqat işləri aparıl­mışdır.

Karbohidrogen qazlarının hidratlarına həsr edilmiş bu ki­ta­­­bın yazılmasında həmin elmi-tədqiqat təşkilatının əmək­daş­larının: Y.F.Makoqonun, S.Ş.Bıkın, V.İ.Fominanın, E.B.Bux­qalterin, F.A.Trebinin, Y.P.Korotayevin, P.M.Musa­ye­vin, A.H.Əli­yevin, N.A.Trivusun, A.C.Cavadovun və bir sıra di­gər müəlliflərin hidratlara aid texniki ədəbiyyatda dərc edil­miş əsərlərindən geniş surətdə istifadə edilmişdir.

Kitabın birinci fəsli – hidratların tədqiqat edilmə tarixinə, ikinci fəsli – hidratların xassələrinə, üçüncü fəsli – hidratlara qarşı mübarizəyə, dördüncü fəsli – hidratların təbiətdə ya­ran­masına, beşinci fəsli isə hidratyaranma texnologiyasının müx­təlif sənaye sahələrində istifadə edilməsinə həsr edilmişdir.

Bu kitabı hidratlara aid milli dildə yazılmış ilk nəşrlərdən birisi hesab etmək olar. Hazırda respublikanın neftlə yanaşı, böyük qaz-kondensat yataqlarına malik olması və Xə­zər dəni­zində qaz-hidrat yataqlarının mövcudolma ehtimalı hid­ratlara daha artıq diqqət verilməsini tələb edir.

Qaz və qaz-kondensat yataqlarının işlənilməsi və istismarı sahəsində uzun illər çalışan müəlliflərin qaz hidratları üzrə ümumdünya elmi-texniki ədəbiyyatdan istifadə edilməklə ya­zılmış bu kitabı respublikamızın qaz sənayesində işləyən yerli kadrlar üçün köməkçi vəsait ola bilər.



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin