Ftiziatriya Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) II B qrupunda hansı vərəm xəstələri müşahidə olunur?



Yüklə 0,93 Mb.
səhifə4/16
tarix11.01.2017
ölçüsü0,93 Mb.
#5086
1   2   3   4   5   6   7   8   9   ...   16

151) II B qrupunda hansı vərəm xəstələri müşahidə olunur?
A) Vərəm xəstəliyinin fəallığı şübhəli olan şəxslər

B) Ağciyərində keçirilmiş vərəm xəstəliyinin qalığı mövcud olan şəxslər

C) Vərəmin formasından asılı olmayaraq müalicə effekti gözlənilən xəstələr

D) Vərəmin olmasına şübhəli xəstələr

E) Vərəmin formasından asılı olmayaraq müalicə nəticəsində heç bir effekt gözlənilməyən xəstələr
: Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
152) Vərəm xəstələrinin dispanser müşahidəsinin bir qrupundan digərinə köçürülməsini kimlər yerinə yetirir?

A) Dispanserin metodik təşkilat şöbəsi

B) Dispanserin baş həkimi

C) Sahə ftiziatrı

D) Həkim məsləhət komissiyası

E) Dispanserin şöbə müdiri


: Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
153) Məişətdə və işdə infeksiya mənbəyi ilə təmasda olan yaşlı insanlar hansı dispanser qrupunda müşahidə olunurlar?

A) IV B dispanser qrupunda

B) III A dispanser qrupunda

C) IV A dispanser qrupunda

D) III Bdispanser qrupunda

E) III C dispanser qrupunda


: Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
154) Normal dispanser müşahidəsində fəal xəstələr hansı dispanser qrupuna ilkin olaraq götürülmürlər?
A) II

B) III B

C) III A

D) III C

E) I
: Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
155) Fəal vərəm nə deməkdir?
A) Spesifik iltihabi prosesin törədicisi mikroskopik müayinədə tapılmır rentgenoloji olaraq keçirilmiş vərəmin qalığı müşahidə olunur

B) Şüa diaqnostikası zamanı xəstədə spesifik dəyişikliklər, bakterioloji müayinə nəticəsində spesifik prosesin törədiciləri aşkar olunur

C) Spesifik iltihabi prosesin törədicisi tapılmır kliniki laborator şüa diaqnostikası və s. ilə xəstəlik təsdiqlənmir

D) Spesifik iltihabi prosesin törədicisi bir mikroskopik müayinədə tapılır lakin, xəstəlik kliniki laborator şüa diaqnostikası və s. ilə təsdiqlənmir

E) Spesifik iltihabi prosesin törədicisi mikroskopik müayinədə tapılmır rentgenoloji olaraq keçirilmiş vərəmin qalığı müşahidə olunur və kliniki müayinələrdə xəstəliyə şübhə olur
: Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
156) Vərəmdən kliniki sağalma nədir?
A) Kompleks müalicə tədbirləri sayəsində xəstəliyin fəallığını təsdiq edən rentgenoloji, kliniki əlamətlər itir, mikobakteriya ifrazı mikroskopik üsulla tapılmır lakin, intoksikasiya əlamətləri müşahidə olunur

B) Aparılan kompleks müalicə tədbirləri sayəsində xəstəliyin fəallığını təsdiq edən rentgenoloji kliniki əlamətlər itir, mikobakteriya ifrazı davam edir

C) Kompleks müalicə tədbirləri sayəsində xəstəliyin fəallığını təsdiq edən kliniki, laborator və rentgenoloji əlamətlərin tam itməsi

D) Aparılan kompleks müalicə tədbirləri sayəsində xəstəliyin fəallığını təsdiq edən rentgenoloji əlamətlərin tam itməsi, kliniki əlamətlərin itməməsi

E) Aparılan kompleks müalicə tədbirləri sayəsində xəstəliyin fəallığını təsdiq edən rentgenoloji əlamətlərin itməsi, kliniki əlamətlərin itməsi
: Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
157) Gecikmiş residiv nədir?
A) Kliniki sağalma ilə III A dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi

B) IV dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi

C) Vərəm xəstəliyi keçirmiş və sağalma ilə əlaqədar dispanser müşahdəsindən çıxarılmış xəstələrdə vərəmin fəallaşması

D) Kliniki sağalma ilə III C dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi

E) Kliniki sağalma ilə III B dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi
: Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
158) Erkən residiv nədir?
A) IV B dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi

B) Cərrahi müdaxilədən sonra III dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi

C) IV A dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi

D) Kliniki sağalma ilə III dispanser qrupunda müşahidə olunan xəstələrdə vərəm prosesinin fəallaşması

E) Vərəm xəstəliyi keçirmiş və dispanser müşahdəsindən çıxarılmış xəstələrdə fəal vərəmin baş verməsi
: Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
159) ÜST-nin tələbinə görə aşağıda göstərilən vərəmin kliniki formalarından hansı ağ ciyərdən kənar vərəm kimi qiymətləndirilir?
A) Fibroz kavernoz vərəm, plevranın empieması ilə fəsadlaşma

B) Kavernoz və fibroz kavernoz vərəm

C) Ocaqlı ağ ciyər vərəmi infiltrasiya mərhələsində, vərəm qoniti

D) Döş qəfəsi daxili limfa düyünlərin vərəmi, vərəm koksiti

E) İnfiltrativ ağ ciyər vərəmi dağılma mərhələsində, plevranın empieması ilə fəsadlaşma
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
160) ÜST-nin tələbinə görə göstərilən kliniki formalardan hansı ağ ciyərdən kənar vərəmə aiddir?

A) Fibroz kavernoz vərəm, bel fəqərələrinin vərəm osteomieliti

B) İnfiltrativ vərəm və vərəm artriti

C) Vərəm perikarditi, vərəm plevriti, vərəm limfadeniti

D) Ocaqlı vərəm, ekssudativ plevrit ilə fəsadlaşma

E) Kavernoz vərəm, plevranın empieması ilə fəsadlaşma


: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
161) Kliniki diaqnozun formalaşdırılması hansı ardıcıllıqla olmalıdır?
A) Vərəm spondoliti, soyuq abseslə fəsadlaşma, fibroz kavernoz vərəm, empiema ilə fəsadlaşma

B) Vərəm artriti, oynaqda kontraktura və ocaqlı vərəm dağılma mərhələsiində ekssudativ plevritlə fəsadlaşma

C) Vərəm koksiti soyuq abseslə fəsadlaşma, infiltrativ vərəm

D) Vərəm koksiti soyuq abseslə fəsadlaşma, kavernoz vərəm, vərəm empieması ilə fəsadlaşma

E) Vərəm koksiti, soyuq abseslə fəsadlaşma, ağ ciyərində keçirilmiş vərəmin qalığı
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
162) Aşağıda göstərilən kliniki formalardan hansı daha təhlükəlidir?
A) Ocaqlı vərəm VMB (-) ekssudativ plevrit, vərəm spondiliti, soyuq abseslə fəsadlaşma

B) Kavernoz vərəm VMB (-), spontan pnevmotoraksla fəsadlaşma

C) Fibroz kavernoz vərəm VMB (+) monorezistent forma

D) İnfiltrativ ağ ciyər vərəmi dağılma mərhələsində VMB (+), monorezistent forma

E) İnfiltrativ ağ ciyər vərəmi VMB (+) multirezistent forma
: Ədəbiyyat: Лечения туберкулеза. Рекомендация для национальных программ. ВОЗ 1998.
163) ÜST-nin təsnifatına əsaslanaraq aşağıdakı kliniki formalardan ağ ciyərdən kənar vərəmə hansı aiddir?

A) Kavernoz vərəm

B) Ocaqlı vərəm

C) İnfiltrativ ağ ciyər vərəmi

D) Miliar vərəm

E) Fibroz kavernoz vərəm


: Ədəbiyyat: Лечение туберкулеза. Рекомендация для национальных программ. ВОЗ 1998.
164) Ağırlıq dərəcələrinə görə üstünlük təşkil edən kliniki formalar hansılardır?
A) Fibroz kavernoz vərəm, tənəffüs çatışmamazlığı

B) İnfiltrativ vərəm dağılma mərhələsində

C) Ocaqlı ağ ciyər vərəmi, meningitlə fəsadlaşma

D) Səpələnmiş ağ ciyər vərəmi ekssudativ plevritlə fəsadlaşma

E) İnfiltrativ vərəm spontan pnevmatoraksla fəsadlaşma
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
165) DOTS proqramına görə tənəffüs orqanlarının vərəminə aşağıda göstərilənlərin hansı aid deyil?
A) İnfiltrativ ağ ciyər vərəmi

B) Fibroz kavernoz vərəm

C) Səpələnmiş ağ ciyər vərəmi

D) Kazeoz pnevmoniya

E) Döş qəfəsi daxili limfa düyünlərinin vərəmi
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
166) DOTS proqramına qörə ağ ciyərdən kənar orqanların vərəminə sayılanlardan hansı aid deyil?
A) Perikardit

B) Döş qəfəsi daxili limfa düyünlərinin vərəmi

C) Miliar vərəm

D) Ekssudativ plevrit

E) Ağ ciyərin kavernoz vərəmi
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
167) Vərəm prosesinin inkişaf mərhələsinə görə hansı ardıcıllıq doğrudur?
A) Dağılma, infiltrasiya, səpələnmə

B) İnfiltrasiya, dağılma, səpələnmə

C) İnfiltrasiya, səpələnmə, dağılma

D) Dağılma, səpələnmə, infiltrasiya

E) Səpələnmə, infiltrasiya, dağılma
: Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
168) Vərəm prosesinin sorulma mərhələsinə görə hansı ardıcıllıq doğrudur?
A) Bərkimə, sorulma, çapıqlaşma, kirəcləşmə

B) Sorulma, çapıqlaşma, kirəcləşmə, bərkimə

C) Bərkimə, sorulma, kirəcləşmə, çapıqlaşma

D) Sorulma, kirəcləşmə, çapıqlaşma, bərkimə

E) Sorulma, bərkimə, çapıqlaşma, kirəcləşmə
: Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
169) Ağırlıq dərəcəsinə görə hansı kliniki forma üstünlük təşkil edir?
A) Ocaqlı ağ ciyər vərəmi, koksit, ətrafların qısalması

B) Fibroz kavernoz ağ ciyər vərəmi, ağ ciyər ürək çatışmazlığı, böyrək amiloidozu

C) İnfiltrativ ağ ciyər vərəmi, tənəffüs çatışmazlığı, meningitlə fəsadlaşma

D) Kavernoz ağ ciyər vərəmi, spontan pnevmotoraks, plevranın empieması

E) Səpələnmiş ağ ciyər vərəmi, ekssudativ plevritlə fəsadlaşma, perikardit
: Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
170) Səpələnmiş ağciyər vərəminin yayılma yolları hansılardır?
A) Sputogen yol ilə

B) Hava damcı yolu ilə

C) Alimentar yol ilə

D) Cinsi əlaqə ilə

E) Hematogen, limfogen, bronxogen
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988

Bölmə 3.Ftiziatriyanın nəzəri əsasları

171) Mikobakteriyaları aşkar etmək üçün hansı materialdan istifadə edilməlidir?
A) Bütün sayılanlar

B) Plevral maye

C) Mədə və bronxların yuyuntu suları

D) Qan və bioptat

E) Bəlğəm, sidik və şişdən gələn ifrazat
: Ədəbiyyat: M.A.Şıxlinskaya, Y.Ş.Şıxəliyev, E.N.Məmmədbəyov, M.B.Qurbanova. Turşuya davamlı mikoakteriyaların aşkarlanması üçün mikroskopik tədqiqatın aparılması üsulları (metodik təlimat) Bakı 2006.
172) Mikroskopik müayinənin effektivliliyini artıran hansı müayinə metodu var?
A) Təkrari bakterioskopiya

B) Biokimyəvi müayinələr.

C) Kultural əkmə üsulu

D) İmmunoloji müayinələr

E) Flotasiya
: Ədəbiyyat: M.A.Şıxlinskaya, Y.Ş.Şıxəliyev, E.N.Məmmədbəyov, M.B.Qurbanova. Turşuya davamlı mikoakteriyaların aşkarlanması üçün mikroskopik tədqiqatın aparılması üsulları (metodik təlimat) Bakı 2006.
173) Vərəm mikobakteriyaları aşağıda göstərilənlərdən hansına transformasiya edə bilirlər?
A) Viruslara

B) Rikketsiyalara

C) Kokklara

D) Transformasiya etmirlər

E) L-formalara və filtrdən keçən virusa oxşar formalara
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
174) Mikobakteriyaların kultural müayinə metodları hansılardır?
A) Luminissent mikroskopiya

B) İmmunoloji hüceyrə zəncirinin aşkarı

C) Sadalanların heç biri

D) Elektron mikroskopiya

E) Fenotipik və genotipik müayinələr
: Ədəbiyyat: М.И.Перельман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
175) Atipik mikobakteriyalar harada yaşayır?
A) Quşların orqanizmində

B) Bütün cavablar düzgündür

C) Heyvanların orqanizmində

D) Torpaqda

E) Su hövzələrində
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
176) Atipik mikobakteriyaların törətdiyi ağ ciyər mikobakteriyozu ilə vərəmi hansı əlamətlərə görə diferensasiya etmək mümkündür?
A) Xəstəliyin kliniki gedişatına görə

B) Aşkar edilmiş törədicinin növünə görə

C) Bütün cavablar düzgündür

D) Xəstəliyin rentgenoloji əlamətlərinə görə

E) Ayırd edilmir
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
177) Təcrübədə mikobakteriyaların spesifik dərmanlara həssaslığını hansı üsulla aşkar etmək olar?
A) Bioloji metodla

B) Kultural üsul ilə

C) Biokimyəvi üsulla

D) İmmunoloji üsulla

E) Hamısı ilə
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
178) Aerogen yoluxma zamanı vərəm mikobakteriyalarını ilkin olaraq hansı hüceyrələr fagositoz edir?
A) Eritrositlər

B) Limfositlər

C) I –ci sıra alveolositlər

D) II –ci sıra alveolositlər

E) Makrofaqlar və neytrofillər
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
179) Mikobakteriyaların spesifik dərmanlara davamlığı hansı üsulla təyin edilir?
A) İmmunoloji üsulla

B) Kultural üsul ilə

C) Bioloji metodla

D) Biokimyəvi üsulla

E) Sadalanların hamısı ilə
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
180) Kultural metodla 7-8 gün müddətində cavab əldə etmək üçün mikobakteriyalar hansı mühitdə əkilməlidir?
A) Levenşteyn-Yensen qidalı mühitdə

B) Qris mühiti

C) Aqar-Aqar

D) BAKTEK 960 MGİT duru qidalı mühitdə

E) Bərk qidalı mühitdə
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
181) Vərəmin ikincili formaları hansı orqanlarda gizli yerləşən ocaqlarının reaktivasiyası nəticəsində əmələ gəlir?
A) Ağ ciyər parenximasında

B) Plevrada və digər orqanlarda (böyrəklər, sümüklər, oynaqlar və s.)

C) Bronx divarının membran qışasında

D) Bütün qeyd edilən orqan və toxumalarda

E) Divararalığı limfa vəzlərində
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
182) İlkin vərəm lokalizasiyası hansılardır?
A) Bronxlar

B) Ağ ciyər toxuması və döş qəfəsi daxili limfa vəziləri

C) Bütün göstərilənlər mümkündür

D) Ağ ciyər toxuması

E) Döş qəfəsi daxili limfa vəziləri
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
183) Vərəmin ikincili formaları dedikdə nə nəzərdə tutulur?
A) Vərəmin xroniki formaları

B) Vərəmin ağ ciyərdə lokalizasiyası

C) Yaşlı insanlarda vərəm

D) Orta yaşlı insanlarda vərəm

E) İlkin yoluxma ocaqlarının endogen reaktivasiyası və ekzogen superinfeksiya nəticəsində əmələ gələn vərəm
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
184) Vərəmin müasir klasifikasiyası nəyin əsasında qurulmuşdur?
A) Morfoloji prinsiplər

B) Kliniki –immunoloji prinsiplər

C) Rentgenoloji prinsiplər

D) Kliniki rentgenoloji prinsiplər

E) Patogenetik prinsiplər
: Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
185) Ağ ciyərlər ardıcıl olaraq hansı anotomik vahidlərə bölünür?
A) Pay, seqment, asinus

B) Zona, pay, seqment

C) Pay, seqment, zona

D) Pay, asinus, seqment

E) Seqment, pay, asinus
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
186) Ağ ciyərin anatomik quruluşunun vahidi nədir?
A) Zona

B) Seqment

C) Paycıq

D) Pay


E) Asinus
: Ədəbiyyat: М.И.Перелман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
187) Sağ ağ ciyərin neçə seqmenti var?
A) 2

B) 8


C) 10

D) 7


E) 6
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
188) Sol ağ ciyər neçə seqmentdən ibarətdir?
A) 7

B) 5


C) 6

D) 8


E) 9 (10)
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
189) Ağ ciyərin orta payının lateral hissəsində neçənci seqment yerləşir?
A) IV seqment

B) I-II seqment

C) VI seqment

D) V seqment

E) III seqment
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
190) Sol ağ ciyərin yuxarı payının linqulyar hissəsində neçənci seqmentlər yerləşir?
A) V-VI seqmentlər

B) I-II seqmentlər

C) IV-V seqmentlər

D) IX-X seqmentlər

E) III-IV seqmentlər
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
191) Ağ ciyərin aşağı payının yuxarı hissəsində neçənci seqment yerləşir?
A) IX seqment

B) X seqment

C) VI seqment

D) VIII seqment

E) VII seqment
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
192) Sol ağ ciyərin yuxarı payının arxa şöbəsində neçənci seqment yerləşir?
A) II seqment

B) I-II seqment

C) I seqment

D) IV-V seqment

E) II-III seqment
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
193) Sol ağ ciyərdə onurğa sütununun IV-VI döş fəqərələrinin ön proyeksiyasında yerləşən seqment hansıdır?
A) X seqment

B) VI seqment

C) VIIseqment

D) VIII seqment

E) IX seqment
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
194) Tənəffüs yolların bütün şöbələrinin ümumi funksiyası hansılardır?
A) Havanın keçirilməsi

B) Yad cisimlərdən təmizləmə

C) Kondisə etmə (isitmə, nəmləşdirmə)

D) Bütün sayılanlar

E) Havanın bölünməsi
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
195) Yuxarı tənəffüs yollarının başlanğıcı sayılan burunun tənəffüs aktında hansı funksiyası var?
A) Havanı qəbul edir,soyudur

B) Havanı soyudur

C) Havanı qəbul edir,qızdırır,nəmləndirir

D) Havanı nəmləndirir,soyudur

E) Sadalanların heç biri düz deyil
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
196) Tənəffüs yollarından seliyin ağız boşluğuna nəqlində əsas rolu nə oynayır?
A) Sadalananların hamısı doğrudur

B) Öskürək

C) Tənəffüs zamanı havanın hərəkəti

D) Kirpikli epitelinin kirpikciklərinin ehtizazı

E) Seliyin osmotik təzyiqindəki fərq
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
197) Ağ ciyərlərin üzərini örtən plevra necə adlanır?
A) Visseral plevra

B) Parietal plevra

C) Fassiya

D) Sadalanların heç biri

E) Zərif birləşdirici toxuma
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
198) Kirpikli epitelinin hərəkəti nəticəsində iri bronxlardan seliyin yerdəyişməsinə nə səbəb olur?
A) Seliyin öz formasını saxlaya bilmə qabiliyyəti

B) Sadalananların heç biri

C) Bütün sayılanlar

D) Seliyin yapışqanlığı

E) Seliyin gərginliyi və elastikliyi
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
199) Sağlam insanlarda havanın kondensləşməsi hansı şaxələnmə səviyyəsində başa çatır?
A) Membran bronxlarının başlanğıc şöbələrində

B) Seqmentar bronxlarda

C) Subseqmentar bronxlarda

D) Tənəffüs bronxlarında

E) Pay bronxlarıda
: Ədəbiyyat:
200) Sağ ağ ciyərin orta payında hansı seqmentlər yerləşir?
A) IV-V seqment

B) I-III seqment

C) VIII-IX seqment

D) VI seqment

E) II-IV seqment
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
201) Döş qəfəsi daxili plevra necə adlanır?
A) Visseral

B) Fassiya

C) Parietal

D) Aponevroz

E) Zəif birləşdirici toxuma
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
202) Asinusu drenaj edən bronx hansıdır?
A) Membran bronxiol

B) Sadalananların heç biri

C) Terminal bronxiol

D) I-II sıra bronxları

E) Respirator bronxiol
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
203) Yad cismin makrofaqlar tərəfindən faqositozu necə başa çatır?
A) Yad cismin dağılması ilə

B) Heç biri doğru deyil

C) Makrofaqın zədələnməsi ilə

D) Yad cismin sitoplazmada tapılması,bronxlar və limfa damarları vasitəsi ilə xaric olması ilə

E) Bütün cavablar doğrudur
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
204) Doş sümüyü ilə hansı qabırğalar birləşmir?
A) Birləşməyən yoxdur

B) I –II qabırğa

C) IX-X qabırğa

D) V-VI qabırğa

E) XI-XII qabırğa
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
205) Bronx ağciyər aparatının kökündə böyümüş limfa düyünləri hansı xəstəliklərdə müşahidə oluna bilər?
A) Xroniki pnevmoniya

B) Vərəm və şişlərdə

C) Xroniki bronxitdə

D) Ürəyin kəskin işemik xəstəliklərində

E) Kiçik qan dövranında durğunluq zamanı
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
206) Plevral səhifələr hansı funksiyanı yerinə yetirmir?
A) Bronxial arteriyalar sistemində qanın hərəkətinin bərabərliyinin təmini

B) Plevral şırımlarda mayenin kapilyar təbəqəsinin saxlanmasını

C) Baryer funksiyası

D) Plevradaxili təzyiqin qorunub saxlanılması

E) Ağ ciyər parenximasının bərabər ventilyasiyasının təmini
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
207) Plevra boşluğunda olan təzyiq necə qiymətləndirilir?
A) Müsbət təzyiq

B) Təzyiq olmur

C) Atmosfer təzyiqi

D) Mənfi təzyiq

E) Normal təzyiq
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988 г
208) İltihabi mənşəli ekssudativ plevritlər zamanı plevral bitişmələrin əmələ gəlməsinin qarşısını necə almaq olar?

A) Xəstəliyin erkən diaqnostikası

B) Plevral boşluğa eksudatın evakuasiyasından sonra plevral bitişmələrin əmələ gəlməsinin qarşısını alan preparatların (qlükokortikoid hormonlar, lidaza) yeridilməsi

C) Ekssudatın aşkar olunduğu an evakuasiyası

D) Bütün cavablar doğrudur

E) Ekssudatın təkrar evakuasiyası


: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988 г
209) Aşağıdakılardan hansı immunitetin əsas qolu sayılmır?
A) Neyroendokrin

B) Makrofaqial-faqositar sistem

C) Hüceyrə

D) Sadalananların heç biri

E) Humoral
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988 г
210) Ağciyərin həyat tutumu hansı cihaz vasitəsilə təyin olunur?
A) Rentgenoqraf

B) Audimetr

C) Tomoqraf

D) Spirometr

E) Angioqraf
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin