Fizioterapiya 1 Fizioterapevtik şöbənin fəaliyyətində əsas göstərici hansıdır?


) Elektroyuxu üsulunda hansı tezlik diapazonu tətbiq edilir?



Yüklə 1,04 Mb.
səhifə4/18
tarix01.01.2017
ölçüsü1,04 Mb.
#4044
1   2   3   4   5   6   7   8   9   ...   18

215) Elektroyuxu üsulunda hansı tezlik diapazonu tətbiq edilir?
A) 1000-1500 Hs

B) 600-900 Hs

C) 1-160 Hs

D) 1600-2000 Hs

E) 170-500 Hs
Ədəbiyyat: Боголюбов В.М, Пономаренко Г. Н. Общая физиотерапия:Учебник.- М, 1999
216) Diadinamoterapiya üsulunda aparıcı amil hansıdır?
A) Düzbucaqlı formalı impuls cərəyanı

B) Daimi cərəyan

C) Sinusoidal formalı impuls cərəyanı

D) Uzadılmış eksponentli arxa fronta malik yarımsinusoidal formalı impuls cərəyanı

E) Yüksək tezlikli və gərginlikli, az şiddətə malik impuls cərəyanı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
217) Sinir-əzələ aparatının stimulyasiyası üçün diadinamoterapiya aparılan zaman cərəyan şiddəti nəyin hiss edilməsinə qədər artırılır?
A) Elektrodlar altında yanma hissiyatı

B) Orta vibrasiya

C) Stimulyasiya olunan əzələnin yığılması

D) Aydın vibrasiya

E) Zəif vibrasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
218) Amplipuls müalicəsi üsulunda aparıcı amil hansıdır?
A) Sabit cərəyan

B) Yüksək tezlikli dəyişn cərəyan

C) Düzbucaqlı formalı impuls cərəyanı

D) Aşağı tezlikli rəqslərlə modulyasiya olunan, sinusoidal formalı impuls cərəyanı

E) Az şiddətə malik, yüksək tezlikli və gərginlikli impuls cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
219) Sinusoidal modulyasiya olunan cərəyanlarla müalicə üçün hansı cihaz istifadə edilir?
A) «Интердин»

B) «Поток-1»

C) «Амплипулс-4Т»

D) «Тонус-1»

E) «СНИМ-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
220) Sinusoidal modulyasiya olunmuş cərəyanlarla müalicə prosesində ağrı sindromunun azalması zamanı modulyasiyanın tezliyi necə dəyişdirilir?
A) Artırılır

B) 100-ə keçirilir

C) Dəyişilmir

D) Azaldılır

E) 0-a keçirilir
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
221) Flüktuorizasiya zamanı hansı cərəyan növü istifadə edilir?
A) Aşağı gərginlikli aperiodik, küylü cərəyan

B) Alçaqtezlikli dəyişən cərəyan

C) Aşağı gərginlikli sabit cərəyan

D) Düzbucaqlı formalı sabit cərəyan

E) Yüksək tezlikli impuls cərəyanı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
222) Flüktuorizasiya zamanı hansı rəqs tezliyinə malik cərəyanlar tətbiq edilir?
A) 10 Hs-20 kHs

B) 2,5 kHs

C) 5000 Hs

D) 100 Hs

E) 880 kHs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
223) Flüktuorizasiya edici cərəyanların hansı növü elektroforez üçün istifadə edilə bilər?
A) Bir qütblü küylü cərəyan

B) İki qütblü simmetrik

C) Bir yarımdövrlü fasiləsiz

D) İki qütblü qeyri simmetrik

E) İki yarımdövrlü fasiləsiz
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
224) İnterferensterapiyada hansı cərəyanlar istifadə edilir?
A) Yuxarı gərginlikli və az şiddətli sinusoidal cərəyan

B) 3000-5000 Hs hüdudunda tezliyə malik sinusoidal dəyişən cərəyanlar

C) İki aşağı tezlikli daimi impuls cərəyanları

D) Aşağı gərginlikli və az şiddətli daimi cərəyan

E) 100-2000 Hs hüdudunda amplitud və tezliyinə görə nizamsız dəyişən az şiddətli və aşağı gərginlikli sinusoidal dəyişən cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
225) İnterferensterapiya aparmaq üçün hansı cihaz istifadə edilir?
A) «Амплипульс»

B) «Полюс-1»

C) «Интердин»

D) «Поток-1»

E) «Тонус-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
226) Xəstəliyin başlanğıcında ilkin elektrodiaqnostik müayinə hansı dövrdə aparılır?
A) Birinci həftədə

B) Üç həftədən sonra

C) İkinci həftədə

D) Bir ay sonra

E) Kurs müalicəsi bitdikdən sonra
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
227) Xəstəliyin başlanğıcında təkrar elektrodiaqnostik müayinə hansı dövrdə aparılır?
A) Üçüncü həftədə

B) Üç ay sonra

C) Bir ay sonra

D) Kurs müalicə bitdikdən sonra

E) İki ay sonra
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
228) Cərəyanın güc həddinin dəyişilməsi zamanı hansı elektrik oyanıqlığı pozuntuları müşahidə edilir?
A) Kəmiyyət pozuntuları

B) Elektrik oyanıqlığının olmaması

C) «B» tipli keyfiyyət pozuntuları

D) «A» tipli keyfiyyət pozuntuları

E) Tam dəyişilmə reaksiyası
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
229) Tetanizəedici və qalvanik cərəyanın qıcıqlandırıcı təsirinə sinir reaksiyası olmadıqda, həmçinin qalvanik cərəyanın təsirinə əzələnin oyanıqlığının saxlanılması zamanı aşağıdakılardan hansı baş verir?

A) Elektrik oyanıqlığının tam itirilməsi

B) Kəmiyyət dəyişiklikləri

C) «B» tipli hissəvi dəyişilmə reaksiyası

D) Tam dəyişilmə reaksiyası

E) «A» tipli hissəvi dəyişilmə reaksiyası


Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
230) Tetanizəedici və qalvanik cərəyana qarşı sinir və əzələlərdə heç bir reaksiyanın olmaması zamanı aşağıdakılardan hansı baş verir?
A) Tam dəyişilmə reaksiyası

B) «B» tipli hissəvi dəyişilmə reaksiyası

C) Kəmiyyət dəyişiklikləri

D) «A» tipli hissəvi dəyişilmə peaksiyası

E) Elektrik oyanıqlığının tam itirilməsi
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
231) Elektroyuxunun müalicəvi təsirinin əsas effektinə aşağıdakılardan hansı aiddir?
A) İltihab əleyhinə

B) Sedativ

C) Lifayırıcı

D) Desensibilizasiyaedici

E) Trofiki
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
232) Elektroyuxunun təsiri əsasən hansı mexanizmlələ bağlıdır?
A) Toxumalarda eksudasiyanın artması

B) Humoral

C) Reflektor

D) Xarici tənəffüsün səthiləşməsi və səngiməsi

E) Qabıq, beyin strukturlarına cərəyanın birbaşa təsiri
Ədəbiyyat: Улащик, В.С.Общая физиотерапия / В.С.Улащик, И.В.Лукомский.Минск. 2003
233) Elektroyuxunun təyinində hansı xəstəliklər göstərişdir?
A) Xroniki haymorit

B) Üzdə ekzema və dermatit xəstəliyinin kəskin mərhələsi

C) Nevrozlar

D) Tireotoksikoz

E) Hipertoniya xəstəliyinin üçüncü mərhələsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
234) Elektroyuxu müalicəsinin təyinatı üçün hansı xəstəliklər əks göstərişdir?
A) Fantom ağrılar

B) Nevrozlar

C) Yanıq xəstəliyi

D) Kəskin iltihabi göz xəstəlikləri

E) Enurez
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
235) Hansı xəstəlik transserebral elektrostimulyasiyanın təyinatı üçün göstərişdir?
A) Stenokardiya tutmaları

B) Tutma vəziyyətləri, epilepsiya

C) Baş beynin travmaları və şişləri

D) Elektrodların qoyulduğu nahiyyədə dəri zədələnmələri

E) Nevroz
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
236) Transserebral elektrostimulyasiyanın təyinatı hansı xəstəlik zamanı əks göstərişdir?
A) İmmundefisit vəziyyət

B) Tutma vəziyyətləri, epilepsiya

C) Alkoqol abstinent vəziyyəti

D) Diatez

E) Mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
237) Diadinamik cərəyanların ağrıkəsici təsir mexanizmində hansı amillər əsas rol oynayır?
A) Periferik sinir uclarının blokadası

B) Bioloji fəal maddələrin əmələ gəlməsi

C) Periferik sinirlərin oyanıqlığı

D) Toxumalarda eksudasiyanın artması

E) Azot və ozon oksidlərinin əmələ gəlməsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
238) Diadinamoterapiya hansı xəstəlik zamanı əks göstərişdir?
A) Obliterəedici endarteriit

B) Kökcük sindromu ilə gedən onurğaarası osteoxondroz

C) Kəskin oynaqdaxili zədələnmələr

D) Xroniki iltihabi proseslər

E) Kəskin bradikardiya şəklində ritm pozğunluğu ilə gedən ürəyin işemik xəstəliyi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
239) Diadinamoterapiyanın təyinatında hansı xəstəliklər göstərişdir?
A) Böyrək və öddaşı xəstəliyi

B) Kəskin pnevmoniya

C) Kəskin iltihabi proses

D) Bağ aparatının qırılması

E) Artrozlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
240) Diadinamoterapiyanın aparılması üçün hansı cihaz istifadə edilir?
A) «Минитерм»

B) «Поток-1»

C) «Полюс-1»

D) «Гинетон-1»

E) «СНИМ-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
241) Diadinamik cərəyanlarla sinir- əzələ aparatının stimulyasiyası üçün hansı cərəyan növləri tətbiq edilir?
A) İkiyarımdövrlü dalğalı

B) Qısa dövrlü

C) Uzun dövrlü

D) Daimi modulyasiyalı

E) Biryarımdövrlü fasiləsiz
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
242) Diadinamoterapiya zamanı " dalğavari cərəyanların " tətbiqi nə zaman göstərişdir?
A) Damar tonusunun yaxşılaşması

B) Venoz qan dövranının yaxşılaşması

C) Kapillyar qan dövranının yaxşılaşması

D) Sinir əzələ aparatının stimulyasiyası

E) Oyadıcı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
243) Sinusoidal modulyasiya olunmuş cərəyanlarla müalicə hansı xəstəliklərdə göstərişdir?
A) Kəskin tromboflebit

B) Ürək ritminin bradikardiya şəkilli pozğunluğu

C) Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

D) Böyrək və öddaşı xəstəlikləri

E) Bağ gərilmələrinin kəskin dövrü
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
244) Amplipuls müalicə zamanı modulyasiyanın dərinliyi hansı vəziyyətlərdə 100 %-dən artıq təyin edilir?
A) İltihab prosesi zamanı

B) Toxumaların qidalanmasının bərpası üçün

C) Kəskin ağrı sindromunda

D) Elektrik oyanıqlığının ağır formalı pozğunluğunda sinir-əzələ aparatının stimulyasiyası üçün

E) Hamiləlikdə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
245) Flüktuorizasiyanin müalicəvi təsiri üçün hansı cərəyan formaları tətbiq edilir?

A) Yüksək tezlikli elektromaqnit sahəsi

B) Yüksək gərginlikli, orta tezlikli dəyişən impuls cərəyanları

C) İkiqütblü simmetrik

D) Biryarımdövrlü fasiləsiz

E) İkiyarımdövrlü fasiləsiz


Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
246) Flüktuorizasiya edici cərəyanlar hansı müalicəvi təsir göstərir?
A) Analgeziyaedici

B) Antiallergik

C) Damardaraldıcı

D) Desensibilizasiyaedici

E) Hipokoaqulyasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
247) Flüktuorizasiyaedici cərəyanlar müalicə məqsədilə hansı xəstəlik zamanı tətbiq edilir?
A) Miokard infarktı

B) Hipertonik kriz

C) Menyer sindromu

D) Üz sinirinin nevriti

E) Xora xəstəliyi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
248) İnterferens terapiya hansı xəstəliklərdə təyin edilir?
A) Oynaqların degenerativ-distrofik xəstəlikləri

B) Qanaxmaya meyillilik

C) Hemartrozla müşaiyət olunan yenicə baş vermiş oynaqdaxili zədələnmələr

D) Kəskin və irinli iltihabi proseslər

E) Tromboflebit
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
249) Elektrodiaqnostikanın aparılması üçün hansı cərəyanlar istifadə edilir?
A) İmpuls

B) Yarımsinusoidal

C) Qalvanik

D) Sinusoidal

E) Eksponensial
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
250) Elektrodiaqnostikanın aparılması üçün hansı təsir sahələrindən istifadə edilir?
A) Əzələnin vətərə keçən nahiyyəsi

B) Qığırdaq toxuması

C) Əzələnin sümüyə birləşən nahiyyəsi

D) Sinirin hərəki nöqtələri

E) Dərinin fəal nöqtəsi
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
251) Elektrodiaqnostikanın aparılması üçün hansı üslub istifadə edilir?
A) Seqmentar

B) Unipolyar, bipolyar

C) Lokal

D) Reflektor

E) Reflektor-seqmentar
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
252) Elektrodiaqnostikanın aparılması üçün hansı cihaz və ya cihazlar tətbiq edilir?
A) «Тонус-1»

B) «СНИМ-1»

C) «УЭИ», «КЭД»

D) «Интердин»

E) «Боп-4»
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
253) Elektrodiaqnostik müayinə nəyi müəyyən edir?
A) Venoz qan dövranının pozulmasını

B) Arterial qan dövranının pozulmasını

C) Zədələnmənin lokalizasiyasını

D) Oynaqlarda hərəkət pozulmasını

E) Kapilyar qan dövranının pozulmasını
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
254) Elektrostimulyasiyanın təyinatı üçün hansı vəziyyətlər göstərişdir?
A) Skelet əzələlərinin parez və iflicləri

B) Sümük sınıqlarının konsolidasiyadan əvvəlki vəziyyətləri

C) Sümük sınıqları

D) Əzələlərin yüksək elektrik oyanıqlığı

E) Arterial qan dövranı pozulmaları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
255) Elektrostimulyasiya hansı vəziyyətdə əks göstərişdir?
A) Skelet əzələlərinin parez və iflicləri

B) Sidik kisəsinin funksiyasının pozulması

C) İmobilizasiyadan sonra əzələ atrofiyası

D) Daxili orqanların saya əzələlərinin atoniyası

E) Üz əzələ kontrakturasının ilkin əlamətləri
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
256) Elektrostimulyasiyanın aparılması üçün hansı cihaz istifadə edilir?
A) «БОП-4»

B) «Potok-1»

C) «Лэнар»

D) «Полюс-1»

E) «УЭИ-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
257) Tonüstü cərəyanlarla müalicə ( ultratonterapiya ) üsulunda hansı cərəyanlar tətbiq edilir?
A) Aşağı tezlikli dəyişən cərəyan

B) Daimi gərginlikli elektrik cərəyanı

C) Aşağı tezlikli impuls cərəyanı

D) Yüksək gərginlikli, az şiddətli, yüksək tezlikli cərəyan

E) Yüksək şiddətli və gərginlikli sinusoidal dəyişən cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
258) Ultratonterapiya cihazlarına aşağıdakılardan hansı aiddir?
A) «Орион» aparatı

B) «Луч-2» aparatı»

C) «Узор 2-К» aparatı

D) «Ундатерм-80» aparatı

E) «Ултратон -10-01» aparatı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
259) Tonüstü tezlikli cərəyanın təsiri nəyin köməyi ilə həyata keçirilir?
A) Vakuum elektrodlar

B) Reflektorlar

C) İnduktorlar

D) Kondensator lövhəciklər

E) Şüalandırıcılar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
260) Tonüstü cərəyanın təsiri dəridə hansı hissiyatı yaradır?
A) Yanma

B) Soyuma

C) Vibrasiya

D) İstilik

E) Əzələ yığılması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
261) " Darsonvalizasiya " müalicə üslubunda hansı cərəyan tətbiq edilir?
A) Aşağı tezlikli dəyişən cərəyan

B) Dəyişən elektrik sahəsi

C) Elektromaqnit sahəsi

D) Az şiddətli, yüksək gərginlikli, yüksək tezlikli dəyişən impuls cərəyanı

E) Aşağı gərginlikli daimi cərəyan
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
262) Darsonval cərəyanının təsiri zamanı nə istifadə edilir ?

A) Dörd elektrod

B) Üç elektrod

C) İki elektrod

D) Bir elektrod

E) Solenoid


Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
263) Darsonval cərəyanı nəyə qadirdir?
A) Dəridə hipotermiya törətmək

B) Əzələnin yığılmasını törədərək onun reseptorlarını qıcıqlandırmaq

C) Mübadilə prosesini zəiflətmək

D) Dərinin sinir reseptorlarının həssaslığını azaltmaq

E) Regenerasiyanı azaltmaq
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
264) İnduktotermiya müalicə üsulunda hansı cərəyan növü tətbiq edilir?
A) Yüksəktezlikli dəyişən elektromaqnit, əsasən maqnit sahəsi

B) Ultrayüksək tezlikli elektrik sahəsi

C) Yüksək gərginlikli daimi elektrik sahəsi

D) İfratyüksək tezlikli elektromaqnit şüalanması

E) Yüksək tezlikli dəyişən cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
265) İndukotermiya üsulunda enerjinin çatdırılması üçün nə tətbiq edilir?
A) Kondensator lövhəciklər

B) Şüşə vakuum elektrod

C) Qurğuşun elektrodlar

D) Şüalandırıcı

E) İnduktor-disk və induktor-kabel
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
266) İnduktotermiya üsulunda maqnit sahəsi hansı rəqs tezliyinə malikdir?
A) 13,56 mHs

B) 2375 mHs

C) 22,2 mHs

D) 460 mHs

E) 5000 Hs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
267) Yüksək tezlikli dəyişən maqnit sahəsinin çatdırılması zamanı toxumalarda nə baş verir?
A) Elektrik yüklənmiş hissəciklərin bir istiqamətdə yerdəyişməsi

B) Kavitasiya prosesləri

C) Elektrik yüklənmiş hissəciklərin rəqsi hərəkəti

D) Yüklənmiş hissəciklərin stabil qütbləşmə prosesləri

E) Su molekulları vasitəsilə rezonans udulma
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
268) İnduktotermiya üsulunda enerjinin udulması nəyin yaranması ilə müşaiyət olunur?
A) İstiliyin

B) Fotodinamik effektin

C) Sərbəst radikalların

D) Mexaniki enerjinin

E) Aeroionların
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
269) İnduktotermiya zamanı istilik prosesləri hansı dərinlikdə yaranır?
A) 1 mm

B) 1 sm


C) 10 sm

D) 7-8 sm

E) 5 mm
Ədəbiyyat: Улащик В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
270) İnduktotermiya zamanı enerjinin daha fəal udulması harada baş verir?
A) Dəridə

B) Birləşdirici toxumada

C) Sümüklərdə

D) Piy toxumasında

E) Əzələlərdə və parenximatoz orqanlarda
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
271) İnduktotermiya hansı xəstəliklərdə əks göstərişdir?
A) Diz oynağının artrozunda

B) Ürəyin işemik xəstəliyinin III-IV funksional sinfində

C) Xroniki hepatitdə

D) Xroniki salpinqooforitin infiltrativ dəyişikliklər mərhələsində

E) Ləngimiş pnevmoniyada
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
272) İnduktotermiya hansı cərəyan vasitəsilə həyata keçirilir?
A) «Узор-2К»

B) «ИКВ-4»

C) «Амплипулс-4»

D) «Искра-1»

E) «Поток-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
273) UYT-terapiya zamanı təsir edən fiziki amil hansıdır?
A) Ultrayüksək tezlikli dəyişən elektrik sahəsi

B) Yüksək gərginlikli daimi sahə

C) Aşağı tezlikli dəyişən elektrik sahəsi

D) İmpuls cərəyanı

E) Sabit cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
274) UYT-terapiya cihazlarının siyahısına aşağıdakılardan hansı aid deyil?
A) «АСБ-2»

B) «Ундатерм-80»

C) «Минитерм-5»

D) «Экран-2»

E) «Импулс-3»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
275) Ultrayüksəktezlikli elektrik sahəsi ilə təsir aşağıdakılardan hansı üçün istifadə edilir?
A) Elektrod

B) Şüalandırıcı

C) İşıqlandırıcı

D) İnduktor-kabel

E) Kondensator lövhəciklər
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
276) UYT elektrik sahəsinin gücünün ölçmə vahidi hansıdır?
A) Volt

B) Milliamper

C) Vatt

D) Kilovatt



E) Millitesla
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
277) Mikrodalğalı terapiya müalicə üsulu kimi nəyin istifadəsi ilə səciyyələnir?
A) Elektrik cərəyanının

B) İYT (ifrat yüksək tezlikli) diapazonlu elektromaqnit sahəsinin

C) YT (yüksək tezlikli) diapazonlu elektromaqnit sahəsinin

D) Aşağı tezlikli dəyişən maqnit sahəsinin

E) Elektrik sahəsinin
Ədəbiyyat: Улащик В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
278) Desimetr dalğalı terapiya aparatlarında elektromaqnit rəqslərinin tezliyi nə qədərdir?
A) 30 000 QHs

B) 22 kHs

C) 460 mHs

D) 2375 mHs

E) 880 kHs
Ədəbiyyat: Улащик В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
279) İYT şüalanmanın təsirinin 2375 mHs diapazon üçün keçmə dərinliyi nə qədər olmalıdır?
A) 3-5 mm

B) 1 mm


C) 10-12 sm

D) 3-5 sm

E) 10 sm
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
280) 460 Hs tezlikli elektromaqnit şüalanmanın keçmə dərinliyi nə qədər olmalıdır?
A) 5-9 sm

B) 1-2 sm

C) 5-9 mm

D) 15 sm


E) Birbaşa keçmə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
281) Santimetrdalğalı terapiya aparatlarında elektromaqnit rəqslərinin tezliyi nə qədər olmalıdır?
A) 110 kHs

B) 5000 Hs

C) 40,68 MHs

D) 2375 MHs

E) 2500 Hs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
282) İYT şüalanmanın aparılması üçün insan bədəninə nə ilə təsir edirlər?
A) Qurğuşun elektrodlar

B) İnduktorlar

C) Kondensator lövhəciklər

D) Şüalandırıcı reflektorlar

E) İşıq ötürücü
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin