Seçilmiş əsərləri X
123
mizdə keçirilən poeziya festifalları və müsabiqələrinin qalibi
kimi ədəbi mükafatlara layiq görüldüm. Şeirlərimdən nümunə-
lər ingilis (Amerikada), rus, Ukrayna, türk, özbək, gürcü, fars,
fransız dillərinə tərcümə olundu. Özüm də rus, özbək, türk, ta-
cik və fars dillərindən bədii tərcümələr etdim.
1998-ci ildə Tanrı mənə Həcc ziyarəti nəsib etdi.
2008-ci ildə bir illik prezident təqaüdçüsıı oldum.
2012-ci ildə “Tərəqqi” medalı ilə, 2017-ci ildə “Qızıl
kəlmə” mükafatı ilə təltif edildim.
Daha bundan o yana nə edə bilərdim. Nə bacardımsa,
əsirgəmədim. Bacardığım isə sən demə elə bunlarmış...
2018
Firuzə Məmmədli
124
ĠKĠ MAHNI
(esse)
İki mahnı haqqında danışmaq istəyirəm: iki «Sevgilim»
mahnısı haqqında. Biri xalq mahnısı kimi məşhurdur. O birinin
yaradıcıları – xalq şairimiz Süleyman Rüstəm və gözəl bəstə-
karımız C.Cahangirovdur.
Bu musiqi sözsüz də öz sözünü deyə bilərdi. Bu müğənni
(İlhamə Quliyeva) bu mahnının səsində, sözündə yanan, qıvrı-
lan, naləsi ərşə dirək olan səməndər quşuna bənzər: «Sevgilim,
söyləmə vəfasız mənə...» Görəsən bu sözlər olmasaydı, səssiz,
həzin bir duyğudan asta-asta oyanan, pillə-pillə həsrətin, yanğı-
nın zirvələrinə ucalan və ən yüksək pilldə «Səninçin gəlmişəm
bu dünyaya mən», deyib, «Mənimçün yaradıb yaradan səni»
qənaəti ilə təsəlliyə doğru meyllənən giley dolu, həsrət dolu,
vəfa, etibar dolu fəryad bəstəkarın fikrindən, qəlbindən, gözün-
dən barmaqlarına necə yol tapar, piaonun dillərində necə əks-səda
verər, nota necə köçürülərdi?!
Görəsən həsrətli bir aşiqin həzin duyğularının ifadəçisinə,
həmdəminə, təsəllisinə, ümidinə çevrilən bu həzin musiqi olma-
saydı, hamıya, hər kəsə doğma olan, tanış olan, hamının, hər
kəsin ürək simlərində oxunan bu şeir müğənni ifasında necə
səslənər, minlərin, milyonların qəlbinə necə yol tapardı?!
Sevginin özü qədər cazibədardır, müəmmalıdır bu suallar.
Bu suallar cavab istəməz, bu sualların fəlsəfi mühakimələrə eh-
tiyacı yoxdur. Dünyanın əzəlindən başlayıb sonuna qədər onu
mənalandıran, şirinləşdirən, acısına, əzabına, dözülməzliyinə
belə cazibə verən bir qüvvənin sehri-sədasıdır bu sualların ca-
vabı. İnsanda insanı kəşf edən, kəşf etdiyindən heyrətə düşüb,
heyrətinə vurulan batinin ancaq fəhmlə duyulan, qavranılan,
hisslərə, duyğulara hopdurulan sehri-sədasıdır bu sualların ca-
vabı. Bizi bu qədər heyrətdə qoyan bütün varlığımızla, vücudu-
muzun ən xırda hüceyrəsi ilə eşitdiyimiz, duyduğumuz, içdiyi-
|