Fİrma iQTİsadiyyati



Yüklə 14.9 Kb.
tarix04.06.2017
ölçüsü14.9 Kb.
FİRMA İQTİSADİYYATI”

I KOLLOKVİUM SUALLARI

  1. Marketdə satışa qoyulan minlərlə əmtəələri və bu əmtəələrin alıcısı olan insanları düşünün. Bunların əsasən ahəng, nizam və tarazlıq halında olmalarında qiymət mexanizmi necə rol oynayır? Nümunələr verərək açıqlayın.



  1. Tələb həcmində dəyişmə ilə tələbin dəyişməsi anlayışları arasında fərq vardırmı? Bir qrafik üzərində izah edin.



  1. Tələv cədvəli ilə tələb əyrisi nə deməkdir? Aralarında necə əlaqə var?



  1. Tələb qanunu nə deməkdir? Tələb əyrisinin aşağı doğru meylli olması necə izah olunur?



  1. Fərdi tələb əyrilərindən bazar tələb əyrisinin əldə edilməsini nümunələrlə izah edin.



  1. Bir əmtəənin qiyməti ilə tələb edilən miqdarları arasında əlaqənin araşdırılmasında sabit qəbul edilən “digər faktorlar” hansılardır?



  1. Aşağıdakılardan hansı tələb əyrisi boyunca hərəkəti, hansıları tələb əyrisindəki sürüşməni əks etdirir?

İstehlakçının gəlirindəki artım

İstehlakçının zövq və seçimlərinin dəyişməsi

Gələcəkdə o əmtəənin qiymətində gözlənilən dəyişmələr

Əmtəənin qiymətindəki dəyişmə

Ölkə əhalisinin artması

Əmtəənin əvəzedicilərinin qiymətinin dəyişməsi



  1. Aşağıdakılardan hansı təklif əyrisi boyunca hərəkəti, hansıları təklif əyrisində sürüşməni əks etdirir?

İstehsal texnologiyasında inkişaf

İstehsalda istifadə olunan xamamlın qiymətinin dəyişməsi

Rəqib əmtəələrin qiymətinin dəyişməsi

Hökumətin istehsalçılara subvensiya ödəməsi və ya yeni vergilər qoyması

Əmtəənin qiymətinin dəyişməsi

Əmtəənin qiymətinin qısa müddətdə dəyişəcəyinin gözlənilməsi



  1. Bazar tarazlığı nə deməkdir?Bazar tarazlığının təmin olumasını qrafik vasitəsilə göstərin.



  1. Hər hansı bir səbəblə qiymətin tarazlıq səviyyəsindən sapması halında ortaya çıxacaq dəyişmələri açıqlayın. Təklif artıqlığı və təklif qıtlığı nə deməkdir, qiymətə necə təsir göstərirlər?

  2. Ümumi mənada elastiklik nə deməkdir, nəyi ölçür? Tələbin qiymət elastikliyi, tələbin gəlir elastikliyi və çarpaz tələb elastikliyi anlayişlarını açıqlayın, hər birinin hansı məqsədlərlə istifadə edildiyini qeyd edin.



  1. Tələb elastikliyinin sonsuz, sıfır və vahid olması nə deməkdir?Tələb elastikliyi hansı halda yüksək, hansı halda aşağı qəbul edilir?



  1. Tələb elastikliyini müəyyən edən amillər hansılardır? Aşağıdakı cüt əmtəələrin hansılarının tələb elastikliyi sizcə daha yüksəkdir və nə üçün?

Su və pivə

Dərslik və roman

Çorək və dondurma

Siqaret və kino



İstiot və avtomobil

  1. Mənzil, geyim və duz qiymətləri çox müxtəlif məhsullardır. Bu məhsulalrın tələb elastikliklərini necə müqayisə etmək olar?



  1. Tələb elastikliyinin hesablanmasında orta nöqtə yanaşması nədir, bu yanaşmaya nə üçün ehtiyac vardır?



  1. İstehsal etdiyi məhsulun tələbi elastik olan bir firmaya məcmu satış gəlirlərini artırmaq üçün qiymət endirimi yoxsa qiymət artımı tövsiyə etmək olar və nə üçün?



  1. Balıqçıların ovladıqları artıq balıqları dənizə atmaları iqtisadi baxımdan necə izah oluna bilər?



  1. Hökumətlər hansı səbəbdən tavan qiyməti mexanizmini tətbiq edirlər? Bu siyasətin hansı nəticələri olur?



  1. “Qara bazar” nədir, hansı səbəbdən ortaya çıxır?Onun qarşısını almağın ən yaxşı yolu nədir?



  1. Bir məhsul üzərinə satış vergisi tətbiq edilməsi halında ortaya çıxacaq qiymət və miqdar təsirlərini qrafik üzərində açıqlayın. Satış vergisi bütövlükdə alıcıların üzərinə qoyula bilərmi? Bunun üçün hansı şərtlər tələb olunur?



  1. Kirayə haqqlarının dondurulması sizcə mümkündürmü?Bu siyasət xüsusilə yeni mənzil tikintisi baxımından hansı problemlər yarada bilər?



  1. Tələb və təklif qrafikindən istifadə edərək, tarazlıq qiymətini, tarazlıq miqdarını və istehsalçıların əldə etdiyi məcmu gəliri göstərin.



  1. Mərc edib 100 dollar qazandınız. Pulu dərhal xərcləmək yaxud onu 5 faiz gəlir gətirən bank hesabına bir illik müddətinə qoymaq qərarını verməlisiniz. 100 dolları dərhal xərcləməyin alternativ dəyəri nədir?



  1. Təklif əyrisinin yuxarı doğru (pozitiv) meylli olması necə izah oluna bilər?



  1. Təklif miqdarında dəyişmə ilə təklifin dəyişməsi arasında nəfərq var? İzah edin.



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə