Fesil-12. indd


Əmək məhsuldarlığı və iqtisadi artım



Yüklə 28,04 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix02.01.2022
ölçüsü28,04 Mb.
#1971
1   2   3   4   5   6   7   8   9   ...   43
Natamam  islahatlar  proqramı.  Bir  çox  orta-gəlirli  ölkələrdə  islahatlar 

prosesi hələ başa çatmayıb. Hətta nisbətən daha sürətlə genişlənən iqtisadiyyat-

larda ümumi rifah artımı və orta sinifin genişlənməsi çox zaman ölkənin daha az 

inkişaf etmiş regionlarında ana və uşaq ölümü üzrə faiz göstəricilərinin yüksək 

səviyyəsi, doyunca qidalanmama və səhiyyə xidmətlərinə kifayət qədər çıxışın 

olmaması ilə müşayiət olunur. Beləliklə, məsələ yalnız iqtisadi artımın təmin 

edilməsində və gəlir səviyyəsinin qorunub saxlanılmasında deyil. Əsas çağırış 

ondan ibarətdir ki, iqtisadi artımdan nə qədər insanın faydalanması və orta gəlir 

səviyyəsinin arxasında nəyin dayandığı müəyyən edilsin. Başqa sözlə desək, is-

lahatların gündəliyində səsləndirilməsi zəruri olan əsas məsələ -- ölkənin öz in-

kişaf problemlərinin öhdəsindən necə gəldiyi deyil, insanların bu problemlərin 

öhdəsindən necə gəlməsidir.

Bərabər və dayanıqlı artımın təmin edilməsi Minilliyin İnkişaf Məqsədlərinə 

nail  olunmasımda  ləngimələrin  daha  tez-tez  müşahidə  olunduğu  orta  gəlir 

səviyyəsindən aşağı gəlirli ölkələrdə xüsusilə aktualdır. Bu ölkələr xarici şokla-

ra daha çox məruz qalır ki, bu da əhalinin əksər hissəsinin yenidən yoxsulluğa 

düşməsinə səbəb ola bilər.

Haşiyə 1

BMT-də aparılan geniş müzakirələrə baxmayaraq, orta-gəlirli ölkələrin 

iştirakına dair Birləşmiş Millətlərin hərtərəfli strategiyasını konkret olaraq 

müəyyən edən heç bir siyasi çərçivə sənədi hələ ki, mövcud deyil. Baş As-

sambleyanın 66-cı iclasında Birləşmiş Millətlər Təşkilatının üzv-dövlətləri 

Baş  Katibin  2011-ci  il  üçün  hesabatında  əks  olunmuş  orta-gəlirli  ölkələr 

ilə əməkdaşlığın inkişaf etdirilməsi haqqında təklifləri nəzərə almış və bu 

ölkələrin dəstəklənməsini təsdiq edən qətnamə qəbul etmişdir. 2012-ci ilin 

yanvarında BMT-nin altı qurumunun İcraçı Şuralarının Birgə Yığıncağının 

orta-gəlirli ölkələr ilə Birləşmiş Millətlər arasında iş birliyi üçün razılaşdırıl-

mış çərçivə konsepsiyasının inkişaf etdirilməsi ilə bağlı müzakirələrə töhfə 

verəcəyi gözlənilirdi.




Yüklə 28,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin