Qiymətləndirmə sistemi
- Kollokvium keçirilən gün üçün jurnalda iştirak edən tələbəyə “i/e”, etməyənə “q/b” yazılır. “q/b” yazılan tələbəyə kollokvium qrafasında “0” yazılır.
- Kollokvium qiymətləri jurnaldakı kollokvium bölümündə qeyd edilir və tələbənin əvvəlki seminarlarda aldığı qiymətlərə aidiyyatı yoxdur.
- Orta qiymət semestrin sonunda çıxarılacaq-yəni 3 kollokvium qiyməti+ seminarda alınan qiymət= toplam qiymətə, bu nəticə qiymətlərin sayına bölünür və 3-ə vurularaq vahid bir rəqəm alınır. Məsələn, tələbənin kollokviumlardan aldığı qiymət 6+7+9=22, seminarlardan aldığı qiymət 8+7=15-dir. Beləliklə, 22+15=37, bunu 5-ə bölsək(qiymətlərin sayı) 7,4 düşür. Bunu 3-ə vurmaqla 22 alırıq. Deməli tələbənin semesterdə seminardan qazandığı bal 22 dir.
Bal bölgüsü
Seminardan qazanılan bal 30 bala qədər
Sərbəst iş 10 bala qədər
Dərslərə dəvamiyyət (dekanlıq qiymətləndirir) 8-10 bal
Yekun imtahan 50 bala qədər
|