FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə137/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   133   134   135   136   137   138   139   140   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
105


formalaşmış  qiymətinin  tərkibində  ƏDV-nin  payını  müəyyən  edir.  O, 
aşağıdakı kimi təyin olunur: 
 
100% - ƏDV nəzərə alınmadan əmtəənin qiyməti; 
 
18% - ƏDV-nin məbləği; 
 
118% - ƏDV nəzərə alınmaqla son qiymət. 
 
Son  qiymətin  tərkibində  ƏDV-nin  payını  müəyyən  etmək  üçün 
aşağıdakı tənasübü quraq: 
118% - 100% 
18% - X% 
 
X = 
 
Azərbaycan  Respublikası  Vergi  Məcəlləsində  ƏDV-nin  iki 
dərəcəsi  nəzərdə  tutulmuşdur:  18%  və  0%  dərəcələri.  Aşağıdakı  işlərin 
görülməsinə,  xidmətlərin  göstərilməsinə  və  əməliyyatların  aparılmasına 
görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur: 

xarici  ölkələrin  diplomatik  və  analoji  nümayəndəliklərinin 
rəsmi  istifadəsi,  həmçinin  bu  nümayəndəliklərin  diplomatik,  inzibati  və 
texniki  işçilərinin,  o  cümlədən  onlarla  yaşayan  ailə  üzvlərinin  şəxsi 
istifadəsi  üçün  nəzərdə  tutulan  mal  və  xidmətlər;  (bu  hal  o  ölkələrlə 
münasibətdə  tətbiq  edilir  ki,  həmin  ölkələ  tərəfindən  göstərilən  iş, 
xidmət və əməliyyatlara görə ƏDV sıfır dərəcəsi ilə tətbiq edilsin). 
-  xaricdən  alınan  əvəzsiz  maliyyə  yardımları  (qrantlar)  hesabına   
malların  idxalı,  qrant  üzrə  resipiyentlərə  malların  təqdim  edilməsi, 
işlərin görülməsi və xidmətlərin göstərilməsi
 
- malların və aşağıda göstərilən xidmətlərin ixracı:  
 
a)  patentlərin,  lisenziyaların,  ticarət  markalarının,  müəlliflik  və 
digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi
 
b)  məsləhət,  hüquq,  mühasibat,  mühəndis  və  ya  reklam 
xidmətlərinin,  həmçinin  məlumatların  işlənməsi  üzrə  xidmətlərin  və 
digər analoji xidmətlərin göstərilməsi
 
c) işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi
 
ç)  daşınan  əmlakın  icarəyə  verilməsi  (nəqliyyat  müəssisələrinin 
nəqliyyat vasitələri istisna olmaqla); 
 
d)  müqavilənin  əsas  iştirakçısı  adından  yuxarıda  göstərilən 
xidmətlərin  yerinə  yetirilməsi  üçün  hüquqi  və  ya  fiziki  şəxsi  cəlb  edən 
agentin xidmət göstərməsi. 
 
-  Azərbaycan  Respublikasının  Milli  Bankına  qızıl  və  digər 
qiymətlilərin göndərilməsi

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin