Fənn: Mikrobiologiya, mıkroblolojl müayinə texnikası və epidermologiyanın əsasları ilə



Yüklə 20,67 Kb.
tarix12.10.2022
ölçüsü20,67 Kb.
#64932
WhatsApp Image 2022-09-27 at 20.15.38


Fənn: Mikrobiologiya, mıkroblolojl müayinə texnikası və epidermologiyanın əsasları ilə
*Laborator diaqnostika* Söbəsl.
II kurs, III semestr, mövzu 1
MİKROBİOLOGİYA FƏNNIİ. TlBBl MİKROBİOLOGİYANIN MƏSƏLƏLƏRİ
Mikrobiologiya biologiya elminin bir bölməsi olub, mikroorqanizmlərin həyatını, inkişaf qanunlarını öyrənir. Mikrobiologiya elmi ümumi və xüsusi hissələrə bölünür. Ümumi mikrobiologiya mikroorqanizmlərin quruluşunu və həyat fəaliyyətini, onların təbiətdə yayılmasını, irsiyyət və dəyişkənliyini, Infeksiya və immunitetini öyrənir. Xüsusi mikrobiologiya ayrı-ayrı xəstəliklərin törədicilərini və onların Iaborator - diaqnostik üsullarını öyrənir.
Mikrobiologiyanın inkişaf tarixi
Hələ qədim yunan həkimi Hippokrat əsərlərində infeksion xəstəliklərin baş verməsinə səbəb havada olan ''miazm" adlı zəhərli qazların olduğunu iddia edirdi, infeksion xəstəliklərin əmələ gəlməsinə səbəb hər hansı bir canlının olması fikrini XVII əsrin əvvəllərində A. Kirxer söyləmişdir. Mikroorqanlzmlar ilə əlaqədar olan bu fərziyyələri qəti olaraq öz təcrübələrində təsdiq edən isə A. Levenhuk olmuşdur. XIX əsrdə fransız alimi Lui Paster qıcqırma və çürümə proseslərini mikroorqanizmlər tərəfindən törədildiyini göstərmişdir. Həm də Paster mikrobların anaerob şəraitdə inkişaf etdiyini müəyyən etmişdir. Paster qarayara, quduzluğa qarşı da vaksin aldı. R.Kox (1849-1910) ilk dəfə mikroorqanizmlərin ayrı-ayrı növlərinin təmiz kulturasını almaq uçün bərk qidalı mühitləri təcrübəyə daxil etdi. Professor Minx qayıdan yatalaq, Moçutkovski isə səpkili yatalaqlı xəstənin qanını özlərinə vurmaqla törədicini qanda aşkar etmişdir.
Mikrobiologiyanın inkişaf tarixini şərti olaraq bir neçə dövrə bölmək olar:

  • Morfoloji dövr - mikroorqanizmlərin təsviri dövrü (A. Levenhuk).

  • Fizioloji dövr - L. Paster və R.Kox ilə əlaqədar olub, mikroorqanizmlərin həyat fəaliyyətini və inkişaf qanunlarının mahiyyətinin açılması dövrüdür.

  • Immunoloji dövr - Meçnikovun işləri ilə əlaqədardır.

immunologiyanın tarixi inkişafı tibbi mikrobiologiyanın inkişafı ilə sıx əlaqədardır. Immunologiyanm, eləcə də mikrobiologiyanın əsas banilərindən biri L.Paster hesab edilir, immunitetdə humoral və hüceyrə nəzəriyyələrinin əsas banilərindən iki böyük alimin - P.Erlix və İ.Meçnikovun fəaliyyəti qeyd olunmalıdır. P.Erlix və onun tərəfdarları hesab edirdilər ki, immunitetdə orqanizmin mayelərində olan humoral amillər (qan zərdabı və limfa) əsas rol oynayır. 1908-ci ildə i. Meçnikov və P.Erlix immunologiya sahəsində apardıqları işlərə görə Nobel mükafatına layiq görülmüşdür, immunologiya molekulyar biologiya, genetika , biokimya və hüceyrə biologiyası ilə sıx əlaqədardır.
Virusoloğiya- viruslar haqqında elmdir. Mikrobiologiya və immunologiya ilə birlikdə tibbi-biolojı fənnə daxil edilir. Onun sahəsi çox genişdir. 0, biologiya, genetika, molekulyar biologiya, baytarlıq və fitopatologiya sahəsində də xüsusi yet tutur. Viruslar 1892-ci ildə rus alım-bioloqu DjJvanovski tərəfindən tütünün mozaika xəstəliyinin öyrənilməsi zamanı kəşf edilmişdir.
4. R Koxun kəşfləri.

  1. elektron mikroskopunun kəşfi;

  2. antibiotikin alınması;

  3. vərəm çöpünün kəşfi;

  4. quduzluq törədicisinin kəşfi.

2. Ilk dəfə hansı xəstəliyə qarşı peyvənddən istifadə olunmuşdur?

  1. SU çiçəyi.

  2. quduzluq;

  3. taun.

  4. qrip.

1 Mikroorqanizmlərin əsas formalarını ilk dəfə göstərmişdir

  1. A. Levenhuk

  2. D. Samoyloviç

  3. E. Cenner

  4. L. Paster

Finn 'Mthroblologlya. mlhroblolojl mUayinə *Uborator OiaqnMlMH iβ∣⅛4
texnikası va epldemıologlyanın asaslan II»* Il kur».111 *'mes,rmθy'u ∣
Hazırda 2000-dən artıq virus tapılmışdır kı, bunların 600-dən ςoχu insanlarda xəstəlik törədir.
Azərbaycanda mikrobiologiya elminin inkişafı.
Azərbaycanda mikrobiologiyanın inkişafı şəhərlərdə və kəndlərdə müxtəlif infeksıon xəstəliklərin yayılması ilə sıx əlaqədardır. 1926- cı ildə professor Zdrodovskinin rəhbərliyi ilə mikrobiologiya kafedrası yaradıldı. Mikrobiologiya kafedrasına 1933-1971-ci ilədək F-Yaqubov başçılıq etmişdir. Kafedrada Ə.Səmədov, R. Bayramova, N. Əliyev, X. Əmıraslanov və başqaları müvəffəqiyyətlə işləmişlər. Yaqubov müayinənin serolojı metodlarını, Azərbaycan dilində mikrobiologiyanın terminologiyasını hazırlamışdır. Professor N. Əliyev Azərbaycan dilində ''Tibbi mikrobiologiyanın əsaslan" kitabını yazmışdır. Sonralar o. həmin kafedraya rəhbərlik’etmişdir. R. Bayramova mikrobiologiya sahəsində ilk azərbaycanlı qadın professordur. Azərbaycanda gənə ensefaliti problemini öyrənmişdir.
3. Paster mikrob kulturasını qızdırmaqla hansı xəstəliyə qarşı peyvənd hazırlamışdır?

  1. taun;

  2. vəba,

  3. quduzluq.

  4. toyuq vəbası.



Yüklə 20,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin