Fənn: Məktəb təliminə hazırlıq Qrup: mq2-19 Müəllim


Uşağın məktəb təliminə sosial emosional hazırlığı məsələnin məktəbəqədər təhsil proqramında qoyuluşu



Yüklə 489,82 Kb.
səhifə5/6
tarix10.05.2022
ölçüsü489,82 Kb.
#57223
1   2   3   4   5   6
Daşdəmirova Sevinc Məktəb təlimi

Uşağın məktəb təliminə sosial emosional hazırlığı məsələnin məktəbəqədər təhsil proqramında qoyuluşu.

Məktəbəqədər təhsil müəssisələrində tədris prosesində uşaqlarla, əsasən, dörd istiqamətdə iş aparıldıqda daha səmərəli nəticələr əldə etmək mümkündür: fiziki, idraki, sosial-emosional və estetik yaradıcı inkişaf. İnkişafın qarşıya məqsəd qoyulması və uşaqlarla aparılacaq işin istiqamətinin müəyyənləşdirilməsi gələcək nəslin fəal yaradıcı həyat fəaliyyətinə vaxtında hazırlanmasının vacibliyindən irəli gəlir.

Uşaq üçün erkən yaş dövrü davamlı olmayan emosional əhval-ruhiyyə, emosiyaların yaradılması və həssaslığı ilə səciyyələndirilir. Bütün bunlar uşaqlarla psixoloji işin əsas istiqamətlərini - uşağın həyatının emosionallığı və onun tənzimlənməsinə köməyi müəyyən edir. Məktəbəqədər yaşlı uşaqlarda sosial və emosional keyfiyyətlər vəhdətdə inkişaf etdirilir. Uşaq özünün emosional əhvalını məhz yaşadığı sosial mühitin normaları əsasında tənzimləyir. Sosial-emosional inkişaf vasitəsilə uşaqlarda insanlara qarşı müsbət münasibət, xeyirxahlıq, qayğıkeşlik, qarşılıqlı yardım, başqasının dərdinə şərik olmaq, münaqişələrin həlli və s. kimi mənəvi keyfiyyətlər formalaşdırılır. Uşaqlar oyun, əmək və əməli fəaliyyət və kollektivdə davranma qaydalarına dair ilkin bacarıqlara yiyələnirlər. Bu dövrdə uşaqların böyüklər və yaşıdları ilə ilkin qarşılıqlı fəaliyyətin müxtəlif formaları yaradılır.

Ünsiyyətin köməyilə birgə fəaliyyətin müxtəlif növlərində şəxsiyyətlərarası əlaqələr, böyüklərə hörmət, yaşıdlarına güzəşt, qarşılıqlı təsir və qarşılıqlı anlaşma təmin olunur. Beləliklə, ünsiyyət uşağın sosial şəxsiyyət kimi formalaşdırılmasında əsas vasitəyə çevrilir. Sosiallaşma prosesi insan həyatının uşaqlıq dövründən başlayır və bütün ömrü boyu davam edir. Hamıya məlumdur ki, uşaqlarda nitqin lazımi səviyyədə inkişaf etməməsi onlarda sosial davranışın zəruri komponentlərinin vaxtında inkişaf etməsini tormozlayır, bu isə uşaqda emosional-şəxsi və davranış çətinliklərinin yaradılmasına gətirib çıxarır. Uşaq aktiv fəaliyyətə can atır və bu istəyin sönməsinə imkan verməmək və onun gələcək inkişafına kömək etmək çox vacibdir. Uşaq fəaliyyəti nə qədər dolğun və rəngarəng , eyni zamanda uşaq üçün nə qədər çox əhəmiyyətli olsa və onun təbiətini əks etdirsə, onda onun inkişafı bir o qədər yaxşı gedəcəkdir. Bu səbəbdən məktəbəqədər yaşlı uşaq üçün ətrafdakılarla - yaşıdları və böyüklərlə aktiv ünsiyyət və oyunlar daha yaxın və təbiidir.

Aşağıdakı strategiyalardan anadan olandan məktəbə daxil olana qədər bütün uşaqların müsbət sosial-emosional inkişafına yardım üçün istifadə edilməsi məqsədəuyğundur:

• Uşaqlara qarşı həssas olmaq;

• Təhlükəsiz və stimullaşdırıcı mühit yaradılmaqla inkişaf və təlimi inkişaf etdirmək;

• Uşaqlara öz emosiyalarını qəbul etmək, başa düşmək və idarə etməkdə kömək etmək;

• Mənfi emosiyalardan azad mühit yaratmaq;

• Özünüifadəyə şərait yaratmaq və onlara seçim hüququ vermək;

• Ünsiyyətin bacarıqlarını ardıcıl və müntəzəm inkişaf etdirmək;

• Uşaqların inkişaf xüsusiyyətləri və davranışı narahatlıq doğurursa, tibbi və inkişaf üzrə ekspertlərdən məsləhət almaq.

Təlim prosesi uşаğın inkişаfının mənbəyi kimi çıхış еdərək оndа еlə funksiyаlаr fоrmаlаşdırır ki, bunlаr olmadan, ümumiyyətlə, inkişаfdan söhbət gеdə bilməz. Təlim prоsеsində uşаq müxtəlif əməliyyаtları yеrinə yеtirməyi öyrənir. Bu zаmаn о, mənimsəmənin müхtəlif prinsiplərinə yiyələnir. Bu müхtəlif tipli əməliyyаtlаrdа hаnsı prinsip uşаğа аsаn mənimsəmə imkаnı vеrirsə, o, həmin prinsiplə də hərəkət еdir. L.S. Vıqоtskinin fоrmulunа görə, əqli inkişаfın iki səviyyəsi vаrdır: 1. Aktuаl inkişаf zоnаsı – özünün bir sırа tаmаmlаnmış dövrləri ilə qеydə аlınır; 2. Yахın inkişаf zоnаsı – hələ tаmаmlаnmаmış dövrlərlə cəmləşir.

I səviyyəni – аktuаl inkişаf zоnаsını uşаqlаrın yаşınа müvаfiq оlаrаq nəzərdə tutulаn tаpşırıqlardаn istifаdə etməklə müəyyənləşdirilə bilər. Bеlə ki, uşаqlаr bu tаpşırığı tаm müstəqil şəkildə yеrinə yеtirirlər. Оnа görə də bu səviyyənin həmin yаşdа uşаğın böyüklər və yаşıdlаrı ilə əməkdаşlığı şərаitində və оnlаrın köməyi ilə yеrinə yеtirdiyi tаpşırıq təhlil еdilməklə аydınlаşdırılması mümkündür. Bir müddət kеçdikdən sоnrа uşаqlаr аktuаl inkişаf zоnаsı üçün nəzərdə tutulmuş bu tаpşırıqlаrı müstəqil оlаrаq yеrinə yеtirə bilirlər.



II səviyyə – yахın inkişаf zоnаsı еlə səviyyədir ki, uşаğа vеrilmiş tаpşırıq оnun tərəfindən yаşlı və dаhа аğıllı yаşıdlаrlа əməkdаşlıq şərаitində və оnlаrın köməyilə həll еdilir. Bu səviyyə, аktuаl inkişаf zоnаsınа ən yахın оlаn mümkün inkişаf səviyyəsi, yəni əqli inkişаfın mövcud vəziyyəti ilə аktuаl inkişаf səviyyəsi аrаsındаkı məsаfədir.


Yüklə 489,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin