Fakültə : Kimya və Biologiya İxtisas : Kimya və Biologiya müəllimliyi



Yüklə 43,48 Kb.
səhifə8/8
tarix05.01.2022
ölçüsü43,48 Kb.
#51016
1   2   3   4   5   6   7   8
infiz-1

Sinir sistemi (lat. Systema nervosum) — heyvanlar təkamül etdikcə onlarda qıcığa qarşı yaranan reaksiyalar mürəkkəbləşmiş və nəticədə həmin reaksiyaları yerinə yetirən və orqanizim  işini qaydaya salan xüsusi elementlər meydana çıxmışdır. Bunlara sinir elementləri (sinir sistemi) deyilir.

Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir. Bu özəllik həyati təzahürlərdən biri olub, qıcıqlanma adını daşıyır. İbtidai canlılarda  qıcıq qəbuledici özəl törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma  ifa edir. Örnək olaraq birhüceyrəlilərdə – amöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq qaynağına yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis və ya tropizim deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət taksis,qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyili.. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd edilir. Məsələn, kimyəvi maddələrə qarşı reaksiyaya – xemotaksis, işığa qarşı reaksiyaya – fototaksis, suya qarşı reaksiyaya – hidrotaksis, havaya qarşı reaksiyaya – aerotaksis, elektrik qıcıqlarına qarşı reaksiyaya – qalvanotaksis deyilir.

Sinir sisteminin ilk elementlərinə bağırsağboşluqlularda təsadüf edilir. Bunlardan başlayaraq sinir sistemi tədricən təkamül etmiş, mürəkkəbləşmiş və onurğalılarda, xüsusilə insanda  yüksək inkişaf dərəcəsinə çatmışdır.

Sinir (lat nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; binlar xaricdən lat endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunm1uşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat nervus, ya sinir kötüyü – lat truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat epineurium deyilən sərt birləşdirici qişa ilə örtülü olur. Sinirlərin daxilində olan birləşdirici toxuma qatları onların istinad elementini təşkil etməklə bərabər, eyni zamanda qan və limfa damarlarını (lat vasa nevrosum) və sinir kötüyünü innervasiya edən sinir liflərini (lat nervi nervosum) müşayiət edir. Adətən kiçik sinirlər bir dəstədən, böyük sinirlər isə bir neçə dəstədən əmələ gəlir. Sinirlər şaxələndikcə onları təşkil edən dəstələrin miqdarı azalır.

Sinir sistemi sinir toxumasından təşkil olunmuşdur. Sinir toxuması yüksək dərəcədə diferensiasiya etmiş toxumadır. Bunun əsas xüsusiyyəti onun oyanma (qıcığı qəbul etmə) və naqillik (keçiricilik) qabiliyyətinin olmasıdır. Sinir toxuması sinir hüceyrələrindən, onların çıxıntılarından və qliya adlanan stromadan təşkil olunmuşdur. Sinir hüceyrəsi öz çıxıntıları və onların uc (hərəki və hissi) aparatları ilə birlikdə neyron adlanır. İnsan beynində neyronların sayı 15 milyarda çatır.

Mövzu 5: Böyrəklərin sidikyaradıcı fəaliyyətinin mexanizimi .

Böyrəklər 3 əsas funksiya yerinə yetirir; sidik əmələgətirmə, homeostaz və endokrin.

Sidik əmələgətirmə prosesi. Böyrəklər mübadilənin son məhsullarını, lazımsız maddələr və artıq birləşmələri orqanizmdən xaric edir. Hər gün böyrəkdən süzülən 1,5 / ikincili və ya son sidik sidik çıxarıcı yollarla orqanizmdən kənar edilir. Mübadilənin son məhsullarına sidik cövhəri, sidik turşusu, kreatin, bilirubinin çevrilməsindən əmələ gələn maddəni amiak, polaminlər, hormonlar və onların metabolitləri daxildir.

Homeostazın tənzimi. Böyrəklər sidiklə orqanizm üçünzərərli olan maddələri kənar etməklə, mayenin həcmi və tərkibini, elektrolit, turşu-qələvi, natrium, kalium, xlor, fosfor və s. maddələrin müvazinətini sabit saxlayır.

Endokrin funksiyası. Böyrəklər bir sıra kimyəvi maddələr sintez edir. Böyrəklər həm qan cərəyanına daxil olan hormonları (eritropoetin, kalsitriol), həm də lokal fəaliyyət göstərən vazokonstriktorları (damar daraldan) və vazodilatatorları (damar genəldən) sintez edir (məsələn, arteriyal qan təzyiqinə təsir göstərən renin, hipertonzin). Yukstaqlomerulyar aparatın dənəli hüceyrələri müxtəlif amillərin təsirindən renin ifraz edir. Angiotenzin II damar daraldıcı təsiri ilə yanaşı, al- dosteron ifrazını və susuzluq hissiyatını gücləndirir, o həm də kanalcıqlarda natriumun geri sorulmasmı tənzim edir. Lakin böyrəklərin əsas funksiyası sidik əmələ gətirmək və bədəndən xaric etməkdir.

Filtrasiya (süzülmə), reabsorbsiya (geriyə sorulma), sekresiya (ifrazetmə) və böyrək daxili metabolizm (maddələr mübadiləsi), böyrəyin sidik ifrazetmə və homeostatik funksiyaları ardıcıl prosesin nəticəsidir: filtrasiya, reabsorbsiya, sekresiya və həmçinin böyrək daxili metabolizm kimi əsas proseslər böyrəyin qan kapillyarı və böyrək borucuqlarmm mənfəzi arasında baş verir.

Yumaqcıq filtirasiyası (ultra filtrasiya,) yumaq- cıq kapillyarların mənfəzindən (birinci kapillyar toru) böyrək cisimciyində epitelial kapsulun mənfəzində baş verir və birincili ilk sidiyin ultrafiltratının əmələ gəlməsinə səbəb olur. Hər gün yaşlı adamların böyrəyi 180 / ilk sidik hazırlayır.

Borucuq adsorbsiyası böyrəyin borucuqların- dan sonra qan kapillyarlarının ikincili kapillyar torunun mənfəzində baş verir. Reabsobsiyanın sutkalıq həcmi 179 l qədər olur.

Borucuq sekresiyası. Böyrək borucuqlarmm epitel hücey- rələri ultrafiltrata hüceyrə mənşəli olmayan maddələrdən və peritubulyar kapillyarlarda (ikincili kapillyar toru) və ya bo- rucuqların epitel hüceyrələrində əmələ gələn bir sıra kimyəvi maddələri ifraz edir.

Sidik ifrazat sistemi. Soldan: bu sistemə böyrəklər, sidik axarları, sidik kisəsi, sidik kanalı (uretya) aiddir. Sağ böyrəyin tərkibinə daxildir: 1- böyrək ləyəni; 2-böyrəyin beyin maddəsi; 3-böyrəyin qabıq maddəsi. Sağdan: böyrək cisminin tərkibində - yumaqcıq kapillyarlar (qan gətirici arteriyalardan yumaqcıqlara tökülür, çıxarıcı arteriollar ilə oradan çıxarılır), Bauman-Şimlyanski kapsulunun xarici epitelial qatı. Kapsulun epitelial daxili qatı (kapillyarların daxili qatının hüceyrələri) foqositlərlə verilmiş qan kapillyarların mənfəzindən epitelial kapsulun boşluğuna süzülür, filtrat-birincili və ya ilk sidik), nefronla- rın borucuqları və toplayıcı borucuqlar, hansı ki, böyrək kanalcıqlar ilə böyrək cismindən ilk sidik axır. Sidik borucuqlarında reabsorbsiya və sekresiyadan sonra nefronla- rın borucuqları və toplayıcı borucuqlar, hansı ki, böyrək kanalcıqlar ilə böyrək cismindən ilk sidik axır. Sidik borucuqlarında reabsorbsiya və sekresiyadan sonra son sidik (ikincili) əmələ gəlir və böyrək ləyəninə daxil olur.

Sidik-ifrazat sisteminin əsas funksiyası insan və heyvan orqanizmində maddələr mübadiləsinin gedişində əmələ gələn zərərli maddələrin artıq miqdarının orqanizmdən xaric edilməsini təmin etməkdir, istər yaşlı, istərsə də uşaq orqanizmində qanın osmotik təzyiqinin (izoosmiya) və ion tərkibinin (izoioniya) sabitliyinin saxlanılmasında əsasən ağciyərlər, tər vəziləri, mədə- bağırsaq traktı və əsas ifrazat üzvi olan böyrəklər iştirak edir.



Ağciyərlər orqanizmdə karbon qazı, su, efir, xloroform və spirt buxarlarını, bağırsaqlar ağır metal duzların xaric edilməsində, dəri suyun buxarlanmasında iştirak etməklə, tər vəziləri təri kənar etməklə bədən temperaturunun və orqanizmin daxili mühitinin sabitliyini qoruyub saxlayır.

Süd vəzilərinin ifaraz etdiyi süd uşağın gündəlik qida- lanmasına, piy vəzilərinin ifraz etdiyi piy dərini nəm və yumşaq saxlamağa xidmət edir.
Yüklə 43,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin