78
tədrici soyutma sistemləri ilə təchiz oluna bilərlər.
Qəza vəziyyətində prosesə olan mənfi amillərin
qarşısını almaq üçün, soba ehtiyyat sistemləri ilə
təchiz olunur. Məsələn, ayrilan üzvi maddələrin
miqdarı ilə kameraya verilən hava arasında nisbət
pozularsa, təzyiq dəyişərsə və s. sistemdə olan
vericilər vasitəsi ilə informasiya aktiv təhlükəsizlik
sisteminə ötürülür.
Bəzi sobalarda enerjiyə qənaət etmək üçün onlar
əlavə olaraq, çıxış qazlarının enerjisindən istifadə edən
rekuperatorla təchiz olunurlar. Bununla kameraya
daxil olacaq hava ilkin olaraq qızdırılır.
Atmosferə atılan zəhərli ixrac qazlarının mənfi
təsirlərini azaltmaq üçün sobalar əlavə olaraq, termik
və ya katalizatorlu təmizləyici sistemlərlə təchiz
olunmalıdır.
Qeyd olunan texnikanı və texnologiyanı əyani
təsvir etmək üçün, bəzi sobaları və vasitələri nəzərdən
keçirək.
Dostları ilə paylaş: