F. Köçərli adına Respublika


Bəstəkarın qızı Lalə Quliyeva atası haqqında



Yüklə 223.14 Kb.
Pdf просмотр
səhifə3/3
tarix07.06.2017
ölçüsü223.14 Kb.
1   2   3

Bəstəkarın qızı Lalə Quliyeva atası haqqında: 

“Atam olduqca həssas, diqqətli, qayğıkeş bir insan idi. Özü də 

təkcə  bizə,  ailəsinə  qarşı  deyil,  hamı  üçün.  Bunu  atam 

olduğuğuna görə demirəm, bunu hamı deyir.  

Atamın pasportunda doğum tarixi 1917-ci il noyabrın 7-si qeyd 

olunsa da,  nənəm  Yaxşıxanım həmişə deyərdi: “Ay balam! Bu 

mənim  oğlumdusa,    məndən  yaxşı  biləcəksiniz?  Mən  onu 

noyabrın  5-də  dünyaya  gətirmişəm”.  Ona  görə  də  atamın  ad 

gününü ömrünün sonunadək üç gün-5, 6, 7-si qeyd edirdik.  

O,  sürpriz  etməyi  sevərdi.  Bütün  bayramlarda,  ad  günlərində 

hamımızı  səhər  tezdən  birinci  təbrik  edərdi.  Gözümüzü  açan 

kimi həmişə ürək sözləri yazılmış aşıqcalı gül dəstəsi və qeyri-

adi  hədiyyələr  görərdik.  Hami  bilir  ki,  o,  qeyri-adi  virtioz 

pianoçu  idi.  Adətən  pianoçular  texniki  formalarını  itirməmək 

üçün  saatlarla  məşq  etməlidirlər.  Atamda  pianoçu  texnikasi 

anadangəlmə  idi.  Ən  mürəkkəb  əsərləri,  improvizasiyaları  çox 

sərbəst,  qığılcım  parlaqlığı  ilə  ifa  edirdi.  Xüsusən  də  oktavalı 

passajları çox asanlıqla ifa edirdi. 

      Deyirlər  əzəzolunmaz  insanlar  yoxdur.  Yalandır.  Tofiq 

Quliyev  əvəzolunmaz  idi.  Bakımız,  Azərbaycanımız  üçün... 

Xəstəxanaya gedəndə iş otağı necə idisə, eləcə də qalib. Burdakı 

hər  şey,  atamla  bağlıdı,  bu  sükut  da  atamın  sükutudur.  O  bu 

sükutda  çox  düşünürdü...Bu  sükutu  bizim  evdə  böyüyən, 

babasına çox oxşayan oğlum, balaca Tofiqin səsi çilikləyir.” 

Qara Qarayevin xatirələrindən: 

“Yadımdadır,  Bakı  Konservatoriyasının  nəzdindəki  fəhlə 

fakultəsinin şagirdləri arasında Tofiq öz musiqi istedadı, royalda 

çox  gözəl  ifaçı,  improvizasiyaları  ilə  seçilirdi.  Onun  musiqi 

yaddaşı və qavrama qabiliyyəti hamını heyrətləndirirdi”.  


24 

 

Bülbülün  həyat  yoldaşı  Adilə  xanım  Məmmədovanın 



xatirələri: 

Tofiq Quliyevi digər bəstəkarlardan fərqləndirən cəhət onda idi 

ki, o təkcə özünün yazdığı əsərlərin əla ifaçısı olmaqdan savayı, 

ümumiyyətlə, gözəl pianoçu, virtuoz improvizator idi. O, hər bir 

musiqi əsərini yüksək səviyyədə çalmaq qabiliyyətinə malik idi. 

Onun istedadı Allah vergisi idi.  



Nəbi Xəzrinin xatirələri: 

“Əziz dostum Tofiq Quliyev və onun yaradıcılığı barədə bir neçə 

kəlmə yazmağı xahiş edəndə, bu ürəyimcə oldu. Digər tərəfdən 

bir qədər karıxdım da. Ona görə ürəyimcə oldu ki, şəxsən mən 

Tofiq  Quliyevin  mahnılarının  pərəstişkarıyam.  Mən  deyərdim 

ki, bu mahnılara olan sevgimi bir başqası ilə heç cür əvəzləndirə 

bilmirəm. Çünki həmin nəğmələrin özü əbədiyaşardır. Nə qədər 

ömrüm  çatsa    Tofiqin  nəğmələri  həmişə  ruhi-qidama 

çevriləcəkdir. Mən uzunillik əbədi yaradıcılıq ömrü yaşamışam. 

Bir şair-dramaturq kimi çox bəstəkarla yaradıcılıq ünsiyyətində 

olmuş, birgə işlər görmüşük. Tofiq qədər razı qaldığım, əla zövq 

aldığım  ikinci  bir  bəstəkarla  qarşılaşmamışam.  Çünki  Tofiq 

Quliyevin əbədi materiala necə həssaslıqla, ürəklə, canla-başla 

yanaşması qibtə doğuracaq bir keyfiyyətdir.  



Xalq artisti-Ağakişi Kazımov  

“Şərt  o  deyil  ki,  Tofiq  Quliyevlə  birgə  yaradıcılıq  təmasında 

olasan  və  beləliklə  də  onun  bu  və  ya  digər  janrda  ugurlu  işini 

səciyyələndirə  biləsən.  Ümdə  olan  budur  ki,  Tofiq  Quliyevin 

Milli Dran Teatrında səhnəyə qoyulmuş bir çox tamaşaya musiqi 

tərtibatını necə ərsəyə gətirməsinin canlı şahidiyəm. Şahidəm ki, 

o,  obrazın  ayrılmaz  atributuna  çevrilməsi  üçün  musiqi 

materialını  necə  həssaslıqla  təcəssüm  etdirir,  hər  bir  ifaçının, 



25 

 

xüsusən də quruluşçu rejissorun fikir və arzularına həssaslıqla 



yanaşır.  Tofiq  Quliyevin  şəxsiyyətini  tamamlayan  ən  önəmli 

cəhətlərdən biri, bəlkə də birincisi elə budur; kiçik olsun, yaxud 

böyük  olsun, fərq etməz, bəstələdiyi musiqi parçasına yaradıcı 

münasibət,  məsuliyyət  hissini  unutmamaq,  “mən”ini  biruzə 

vermək. Heç də  təsadüfi deyil ki,  qulagımız çəkən melodiyanı 

dərhal ayırd edə bilirik, elə ilk səslənmədəcə deyirik: “Bəli, bu, 

Tofiq musiqisidir...” 

      1998-ci ildə Tofiq Quliyev xəstəxanada yatarkən ulu öndər 

Heydər Əliyev onu yoluxmağa gələrkən demişdi: “Mən səni 80 

yaşın  tamam  olanda    “İstiqlal  ordeni”  ilə  təltif  etmişəm.    Bu, 

Azərbaycanın  ən  yüksək  ordenidir.  Mən  bu  gün  də  görkəmli 

ədəbiyyat və incəsənət xadimlərimizdən bir dəstəsinə ordenler 

təqdim  etdim.  Ancaq  mənə  dedilər  ki,  Tofiq  Quliyev 

xəstəxanadadır.  Fikirləşdim  ki,  bu  ordenləri  onlara  təqdim 

etmişəm, amma sənə təqdim etməsəm olmaz. Ona görə də birbaş 

bura,  sənin  yanına  gəldim.  Birincisi  ona  görə  ki,  səndən  hal-

əhval tutum. Görüm nə var, nə yox. İkincisi də həmin “İstiqlal 

ordeni”ni sənə təqdim edim. Bu, müstəqil Azərbaycanımızın ilk 

və yüksək mükafatıdır. Sənə cansağlığı arzu edirəm”. 

Tofiq  Quliyev  uzun  illər    Azərbaycan  Bəstəkarlar  İttifaqının 

katibi, birinci katibi, 1990-ildən isə 10 il Bəstəkarlar İttifaqının 

sədri  kimi  çalışmışdır.  Bu  uzun  illərdə  o  öz  gözəl  insani 

keyfiyyətləri, səmimiyyəti, xöş xasiyyəti, mehribanlığı ilə sənət 

adamlarının dərin rəğbətini qazanmışdır. O, hamiya xeyirxahlıq 

və qayğıkeşlik göstərən bir şəxsiyyət idi.  

       T. Quliyevin musiqi əsərləri zamanın imtahanından şərəflə 

çıxmışdır. Bir faktı qeyd etmək lazımdır ki, bəstəkarın hələ 50 

ildən  də  çox  yazdığı  mahnılar  bu  günkü  nəsil  ifaçıların 

repertuarının  bəzəyi,  xalqımızın  sevə-sevə  dinlədiyi  vokal 

miniatürlərdir. 



26 

 

      Təqvimimizdə  2000-ci  ilin  4 oktyabrı nisgilli bir  gün kimi 



əbədiləşdi.  Tofiq  Quliyevin  80  illik  yubileyindən  üç  il  sonra 

bəstəkarın səhhəti pisləşdi.  Könül nəğmələri ilə ruhumuza layla 

çalan böyük bəstəkarımız, Xalq artisti, Dövlət mükafatı laureatı 

Tofiq Quliyev dünyasını həmin gün dəyişdi. Əslində dünya onu 

sevənlər,  bəstələri  ilə  doğulanlar,  böyüyənlər  üçün  dəyişdi. 

Təsəlli isə bir-birindən gözəl, həzin, ilıq, məhrəm nəğmələrdən 

qopdu. Səsləndiyi yerdən və məkandan, dinləyici auditoriyası və 

kateqoriyasından  asılı  olmayaraq  hər  kəsin  danışdığı  dilə, 

sevdiyi  varlığa  bənzər  musiqilərə.  Xalqdan  eşitdiyi  səslərin 

“gözünü” təmizləyib çeşməyə çevirərək xalqın özünə qaytardığı 

musiqilərə. 

     Azərbaycan xalqı öz sənətkar oğlunu son mənzilə yola saldı. 

Tofiq  Quliyevin  son  mənzilə  yola  salındığı    an  xalq  şairi 

Süleyman Rüstəmin misraları sanki bir təsəlliyə çevrildi: 

 

 

 



Döndü şöhrətinlə qəlbimiz dağa, 

 

 



 

Canlı şahidiyik zəfərlərinin. 

                                    Özün qovuşsan da bu gün torpağa. 

                                    Həyatı sonsuzdur əsərlərinin.  

Tofiq  Quliyevin  simasında  bir  çox  xeyirxah  insanı,  görkəmli 

şəxsiyyəti,  qüdrətli  bir  sənət  korifeyini  itirdik  və  biz  bu  itkini 

illər ötdükcə daha dərindən hiss edəcəyik. Tanrının Azərbaycan 

musiqisinə  Tofiq  Quliyev  kimi  töhvəsi  var.  Tofiq  Quliyevin 

Azərbaycan  incəsənətinə  Eldar  Quliyev  kimi  bəxşişi.  Hər  iki 

halda  milli  sənətimizin  tükənməz  sərvətlə  zəngin  qazancı  var, 

oğurlanması,  silinməsi,  təkzibi  mümkünsüz  bir  nemət.  Bəli, 

illər, əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, o, səs, Tofiq 

Quliyev  bəstələri  yenə  səslənəcək.  Səsləndikcə  də  yaşayacaq, 

yaşadacaq... 

 


27 

 

Tədbirin sonu “Axşam mahnısı” ilə bitir.  

Qaş qaralır, kölgə tutur 

Yavaş-yavaş meşəni. 

Könlüm səsdə, gözüm yolda 

Gözləyirəm mən səni. 

 

Nəqərat: 

Səbrim getdi, harda qaldı, 

Qaş qaraldı gəlməyir, 

Bəlkə mənim könlümdəki 

Döyüntünü bilməyir. 

Suya düşür budur yaşıl 

Yarpaqların kölgəsi. 

Ürəyimdən xəbər verir 

Ötən quşların səsi. 

 

Nəqərat: 

Aydın göylər, uca dağlar

Göy meşələr, lal sular 

Sizi gördüm ürəyimdə 

Aşdı-daşdı arzular. 

 

 

 



 

 

 



 

 

 



28 

 

 



Ədəbiyyat siyahısı: 

Kitablar 

Abdullayeva  Z.  Tofiq  Quliyev  :  Ecazkar  sənətkar.  –  Bakı  : 

Çinar-Çap, 2007. – 201 s. 

Quliyev  T.  Ürək  mahnıları.  -  Bakı  :  Elçin  Əliyevin  studiyası, 

2000. -174 s. 

Dövri mətbuatda 

Tofiq  Quliyevin  100  illik  yubileyinin  keçirilməsi  haqqında 

Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı  (7  fevral 

2017-ci il) // Azərbaycan. - 2017. - 8 fevral. - № 28. - S. 2.  

Abbaslı  T.  Füsünkar,  ecazkar...  :  Tofiq  Quliyev  ad-soyadlı, 

əbədi sənət dünyalı təkrarsız nəğməkar! // Mədəniyyət. - 2014. - 

7 noyabr. - № 85. - S. 13.  

Abbaslı T. Tofiq Quliyev notları  : Azərbaycanın bütün dünya 

dinləyiciləri  üçün  ruhi  qidaları,  xoş  ovqatları  //  Mədəniyyət.  - 

2016. - 5 oktyabr. - № 75. - S. 13.  

Abbaslı  T.  Tofiq-Musiqi  -  Musiqi-Tofiq  :  bəstəkar  Tofiq 

Quliyev haqqında // Mədəniyyət. - 2012. - 9 noyabr. - № 81. - S. 

13.  


Abbaslı T. Bənzərsiz bəndə : bəstəkar Tofiq Quliyev haqqında 

// Mədəniyyət. - 2013. - 8 noyabr. - № 80. - S. 13.  

Ağaoğlu T.  Görkəmli bəstəkara ehtiram // Azərbaycan. - 2009. 

- 13 fevral. - S. 16.  

Ənvəroğlu  V.    Mahnı  piri...  :  Tofiq  Quliyevdən  başqa  söz  // 

Qobustan. - 2015. - № 4. - S. 59-60.  



29 

 

Fətullayeva P. T. Quliyev və R. Hacıyev yaradıcılığında müzikl 



janrı // Mədəniyyət.az. - 2015. - № 9. - S. 66-69.  

Kazımzadə A. Kinomuz, musiqimiz // Mədəniyyət. - 2009. - 18 

sentyabr. - № 68. - S. 10.  

Kazımzadə A. Tofiq Quliyevin kino musiqisi : kino tariximizdən 

// Kaspi. - 2012. - 17-19 noyabr. - № 426. - S. 7. 

Qarayev Ş. Tofiq Quliyev və onun yaradıcılıq fenomeninin bəzi 

sirləri // Qobustan. - 2010. - № 1. - S. 31-35.  

Nizamiqızı H. Qəlbləri səsləyən səslər : bəstəkar Tofiq Quliyev 

haqqında // Mədəniyyət. - 2011. - 5 oktyabr. - № 73. - S. 11.  

Oktay.  O, musiqimizə  öz töhfəsini verdi... :  7 noyabr bəstəkar 

Tofiq  Quliyevin  ad  günüdür  //  Yeni  Azərbaycan.  -  2013.  -  7 

noyabr. - № 210. - S. 6.  

Onun  ürək  mahnıları  :  Tofiq  Quliyev  haqqında  //  Pəncərə.  - 

2007. - № 5. - S. 14-22. 

Tofiq Quliyev (1917-2000) // Savalan. - 2012. - 6 - 7 noyabr. - 

№ 80/81. - S. 2.  

Tofiq Quliyev : görkəmli şəxsiyyətlər // Savalan. - 2016. - 22-24 

noyabr. - № 52. - S. 2.  

Tofiq  Quliyevin  90  illik  yubileyi  haqqında:  Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı  // Azərbaycan . - 2007. - 

2 iyun . - S.1.   

Zümrüd.  Sənətkarlığın  yüksək  zirvəsini  fəth  edən  bəstəkar  : 

Tofiq Quliyev // Səs. - 2015. - 7 noyabr. - № 209. - S. 12. 

 


30 

 

                                 



Könül nəğməkarı 

                                      (metodik vəsait) 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 12 

Çapa imzalanmışdır:14. 03 .2017 

 Tirajı:100 

Pulsuz 


 

 



Поделитесь с Вашими друзьями:
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə