F. Köçərli adına Respublika



Yüklə 223.14 Kb.
Pdf просмотр
səhifə1/3
tarix07.06.2017
ölçüsü223.14 Kb.
  1   2   3

 

              

                           



          

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

   



 

 

   



 

                

 

   

   


                                        

  

 

 

                            Könül nəğməkarı 

 

       Bəstəkar Tofiq Quliyevin  100-illik yubileyi  münasibətilə 

       mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,  

       kənd kitabxana filialları üçün hazırlanmış  metodik vəsait 

 

 



                                         

                                       Bakı -2017 



 

 



Tərtibçi:                                          Könül Səmədzadə 

                                           

          Sevil Əhmədova  

 

Redaktor:                                         Səməd Məlikzadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 



buraxılışa məsul:                            Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



T.  Quliyev.  Könül  nəğməkarı:  metodik  vəsait  /  tərt.ed.  S. 

Könül; red. S.Məlikzadə; ix. red. və burax. məsul Ş.Qəmbərova; 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-30s.  

                                                                                                                                

  

 

 



 

 

 



   ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017 

 

 



Tofiq  Quliyevin  100  illik  yubileyinin  keçirilməsi  haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət 

Mükafatı  laureatı  Tofiq  Ələkbər  oğlu  Quliyevin  anadan 

olmasının 100 illiyi tamam olur. 

Azərbaycan  estrada  musiqisinin  yaradıcılarından  biri  Tofiq 

Quliyev  özünəməxsus  orijinal  üsluba  malik  sənətkar  kimi 

çoxəsrlik  milli  mədəniyyət  salnaməsinə  yeni  parlaq  səhifələr 

yazmışdır.  Onun  xalqımızın  mədəni  sərvətlər  xəzinəsini 

zənginləşdirən  və  müxtəlif  nəsillərə  mənsub  ifaçıların 

repertuarında  bu  gün  də  geniş  yer  tutan  ayrı-ayrı  janrlardakı 

rəngarəng əsərləri insanlarda milli-mənəvi dəyərlərə bağlılıq və 

yüksək estetik-bədii zövq aşılayır. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 

32-ci 


bəndini 

rəhbər 


tutaraq, 

Azərbaycanın 

musiqi 

mədəniyyətinin  inkişafı  və  nailiyyətlərinin  təbliği  sahəsində 



mühüm xidmətlər göstərmiş görkəmli bəstəkar Tofiq Quliyevin 

100  illik  yubileyinin  layiqincə  keçirilməsini  təmin  etmək 

məqsədi ilə qərara alıram: 

1.  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm 

Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə 

almaqla,  Tofiq  Quliyevin  100  illik  yubileyinə  həsr  edilmiş 

tədbirlər planını hazırlayıb həyata keçirsin. 

2. 


Azərbaycan 

Respublikasının  Nazirlər  Kabineti  bu 

Sərəncamdan irəli gələn məsələləri həll etsin. 

 İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 7 fevral 2017-ci il. 

 


 

                                        Tərtibçidən 



     Sənətdə ənənə yaratmaq hər  sənətkara  həmişə nəsib olmur. 

Bunun  üçün  təkcə  fitri  istedad  azdır,  gərək  həm  də  yaşadığın 

dövrün ruhunu, tələbini dərindən duymaq, onun nəbzini tutmaq 

bacarığına malik olasan. Tofiq Quliyev belə keyfiyyətlərə malik 

xoşbəxt  sənətkarlarımızdandır.  Onun  mahnı  yaradıcılığında 

musiqinin daha çox sevilən, geniş fəaliyyət və təsir dairəsi olan 

bir  janrında  qazandığı  nailiyyətlər,  yaratdığı  məktəb  musiqi 

aləmində  ənənə  hüququ  almışdır.  Azərbaycan  mahnı  sənəti 

tarixində  bəstəkarın  adı  ilə  müəlliflik  hüququ  almış  fenomen 

“Tofiq  Quliyev  fenomeni”, əvvəli bəlli,  sonu isə əbədi  davam 

edəcək bir mərhələ “Tofiq Quliyev mərhələsi” var. Milli musiqi 

sərvətimizin  nadir  inclərindən  olan  gözəl  sənət  əsərlərinin 

yaradıcısı  Azərbaycan  Respublikasının  xalq  artisti,  görkəmli 

bəstəkarımızın,  yaradıcılığı  ilə  musiqi  tariximizin  şanlı 

səhifələrini  yazan  böyük  ustadın  bu  il  100  illik  yubileyi  qeyd 

olunur.    Bu  münasibətlə  respublikamızın  hər  bir  yerində 

yubileylə  bağlı  tədbirlər  planı  hazırlanmışdır.  Belə  tədbirlər 

planının  il  ərzində  F.  Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasında da keçirilməsi nəzərdə tutulmuşdur.   Yubileylə 

bağlı  keçirilən  tədbirlərin  maraqlı  və  yaddaqalan  olması  üçün 

kitabxanada    sərgilərlə  yanaşı,  metodiki  vəsait,  biblioqrafiq 

göstərici və s. hazırlanmışdır.  Hazırlanmış  metodiki vəsaiti və 

biblioqrafik göstəricini  respublikamızın bir çox məktəblərində, 

təhsil ocaqlarında,  kənd, şəhər kitabxanalarında və s.  yerlərdə  

istifadə edə bilərlər. Ümidvarıq ki, Tofiq Quliyevin yubileyi ilə 

bağlı  hazırlanmış  hər  bir  vəsait    kitabxanaçıların  səmərəli 

şəkildə istifadə edə biləcəyi vəsaitlərdən biri olacaq.  

 

 



 

                                          BÖLMƏ I 



                                      Könül nəğməkarı 

      Sələflərinin yolunu ləyaqətlə davam etdirərək xələfləri üçün 

böyük irs, əsl məktəb yadigar qoyan xalq artisti, bəstəkar Tofiq 

Quliyev 


Azərbaycan 

mədəniyyətinin 

ən 

görkəmli 



nümayəndələrindən  biridir.  Bu  gün  unudulmaz  bəstəkarımızın 

doğum  günüdür.  Ölkə  Prezidenti  cənab  İlham  Əliyevin 

sərəncamına  əsasən  musiqisevərlər  dahi  bəstəkarın  anadan 

olmasının  100  illiyini  yüksək  səviyyədə  qeyd  edirlər.  Hələ 

saglığında  adı  dahilər  sırasında  çəkilən  Tofiq  Quliyev 

Azərbaycan  estrada  musiqisinin  yaradıcılarından  sayılır.  Onun 

musiqisi  dərin  lirizmi,  melodik  vüsətinin  genişliyi,  təsirliyi  ilə 

seçilərək Azərbaycan bəstəkarlıq məktəbinin yeni və unudulmaz 

səhifələrini  təşkil  etdi.  Ustadı  Üzeyir  Hazıbəyov  olan  Tofiq 

Quliyev  Azərbaycan  bəstəkarlarının  sırasında  elə  bir  ləyaqətli 

yerini  tutdu  ki,  bu  gün  onun  yoxluğu  duyulmaqdadır.  Çünki, 

Tofiq Quliyev sözün əsl mənasında, böyük bəstəkar idi. O, bir 

tərəfdən  nəhəng  əsərlər,  operattalar,  fortepiano  üçün  süitalar 

yaradırdısa,  digər  tərəfdən  də  qəlbi  riqqətə  gətirən,  insan 

duyğularını təsirli ifadə edən mahnılar bəstələyirdi. 

      Tofiq  Quliyev  7  noyabr  1917-ci  ildə  Bakıda    qulluqçu 

ailəsində  anadan  olmuşdur.  Onun  həyata  gəlişi  ilə  dövrün, 

zamanın ziddiyyətləri, quruluşun dəyişməsi üst-üstə düşmüşdü. 

Təbii  ki,  bu  hadisələr  onun  da  uşaqlıq  xatirələrində  dərin  iz 

salmışdı.  Orta  təhsilini  başa  vurduqdan  sonra  bütün  həyatını 

musiqiyə  bağlamışdı.  Bu  sahədə  daha  peşəkarcasına  çalışmaq 

üçün  Tofiq  Quliyev  1936-cı  ildə  Moskva  Dövlət 

Konservatoriyalarını  bitirmişdi.  Uzun  illər  Azərbaycan  

Bəstəkarlar    İttifaqına  rəhbərlik  etmişdi.  Bu  qurumda  birinci 

katiblikdən  sədr  vəzifəsinə  qədər  yüksələn  Tofiq  Quliyev 


 

həmişə  dövlətin  və  xalqın  rəğbətini  qazanan  sənətkarlardan 



olmuşdur. Ümumilli liderimiz Heydər Əliyev Tofiq Quliyevin 

musiqisini  ürəkdən  sevərək  onun  mahnılarının  adını  həmişə 

fəxrlə  çəkərdi.  Ulu  öndərin  sevdiyi  mahnılardan  biri  də  Tofiq 

Quliyevin musiqi həyatı verdiyi “Sənə də qalmaz” mahnısı idi. 

Tofiq Quliyevin bir neçə dəfə yubileyində iştirak edən ümumilli 

liderimiz 

Heydər 

Əliyev  onun  yaradıcılığını  yüksək 



qiymətləndirərək  onu  Azərbaycan  bəstəkarlarının  ən  nəhəng 

nümayəndəsi  adlandıraraq  hələ  sağlığında  dahilik  zirvəsinə 

yüksəldiyini xüsusi vurğulamışdır.  

       İstedadlı  bəstəkar  Tofiq  Quliyevin  Azərbaycan  kinosunun 

inkişafında  da  müəyyən  zəhməti  olmuşdur.  “Sevimli  mahnı”, 

“Görüş”, “Ögey ana”, “Qizmar günəş altında”, “Telefonçu qız” 

və  başqa  filmlərə  yazdığı  musiqilər  əsl  sənət  əsərləridir. 

“Nəsimi”  filminə  bəstələdiyi  musiqi  isə  böyük  şairin 

poeziyasını, onun nəhəng ideyalarını əks etdirmək baxımından 

çox uğurlu  və təsirli alınmışdı. Xalq şairi Məmməd Araz Tofiq 

Quliyev  haqqında  deyirdi:  “  Tofiq  Quliyev  bu  filmə  elə  bir 

musiqi yozumu verib ki, gözünü yumub sadəcə dinlədikdə belə 

özünü  döyüş  meydanında  hiss  edir,  həm  notda,  həm  ritmdə, 

ahəngdə  Nəsimi  sözünün  qüdrətini  duyursan.  Bu  film  həm  də 

ona görə müvəffəqiyyət qazandı  ki, Tofiq Quliyev Nəsiminin 

yaşadığı dövrün ziddiyyətlərini dərindən bilirdi. Sovet rejiminin 

sərt  diktələri  altında  milli  kökümüzlə,  mübarizəmizlə, 

itkilərimizlə  bağlı  olan  bir  filmdə  sözlə  musiqini  qovuşdurub 

tamaşaçıya  hansısa  həqiqətləri  çatdırmaq  böyük  şücaət  idi. 

Həmin  ekran  əsərində  xalq  artisti  Zeynəb  Xanlarovanın  ifa 

etdiyi  mahnı  Azərbaycan  musiqi  sənətinin  ən  qiymətli 

incilərindən biri  oldu.    “Qızılaxtaranlar”,  “Sabahın xeyir  Ella” 

kimi operattaların müəllifi olan Tofiq Quliyev Azərbaycan xalq 

mahnı  və  rəqslərinin  də  toplanılmasında,  nota  salınmasında 

gərgin  əmək  sərf  etmişdir.  Həmkarı  Zakir  Bağırovla  birlikdə 


 

“Rast və Zabul” muğamlarını nota saldıran Tofiq Quliyev həm 



də pedaqoji fəaliyyətlə məşğul olurdu. O, uzun illər Azərbaycan 

Dövlət Konservatoriyasının professoru olub.  

     Tofiq Quliyev mahnı seçimində də məsuliyyətli və tələbkar 

idi.  O,  hər  yazılan  sözə  musiqi  bəstələməzdi.  Bu  səbəbdən  də 

onun  ruhunun,  daxili  aləminin  əks-sədası  olan  mahnıları 

ölümsüzlük qazanıb. Ustad korifeylərin ifa etdiyi mahnılar  bu 

gün də dillər əzbəridir. “İlk bahar, “Sevgilim”, “Sən mənim, mən 

sənin”,  “Bəxtəvər  oldum”,  “Sənə  də  qalmaz”,  kimi  mahnılar 

illərdir  ki,  müğənnilərin  repertuarından  düşmür.  Hətta  bəzən 

uğur qazanmaq, hansısa müsabiqədə qalib çıxmaq istəyənlər də 

Tofiq Quliyevin mahnılarına üz tuturlar. Etiraf edək ki, böyük 

bəstəkardan yadigar qalan mahnılar sadəcə ifa üçün deyil. Onun 

ən  kiçik  nəğməsi  də  ifaçının  yetişməsində,  öyrənməsində, 

müxtəlif boğazlar etməsində ən təsirli vasitədir. Əlbəttə, hər kəs 

Tofiq  Quliyev  mahnılarını  dərinliyi  ilə  ifa  etməyi  bacarmaz. 

Bunun  üçün  birinci  şərt  səsdirsə,  ikinci  mühüm  amil  həmin 

ifaçının milli ənənəyə, kökə, soya bağlılığı və peşəkarlığıdır. T. 

Quliyev  bəstəkarlıq  sahəsində  yaradıcılığa  30-cu  illərdə  Q. 

Qarayev,  Niyazi,  Ə.  Bədəlbəyli,  C.  Haciyev,  S.  Rüstəmov,  Z. 

Bağırov  kimi  gənc,  istedadlı  bəstəkarlarla  başlamışdır.  Bu 

gənclər  Azərbaycan  pofessional  musiqisinin  banisi  Ü. 

Hacibəyovun  xeyir-duası  ilə  musiqi  sənətinə  qədəm  qoymuş, 

pillə-pillə  yüksəlməyə  başlamışlar.  Ü.  Hacıbəyov  və  M. 

Maqamayevin  birlikdə  professional  musiqi  sənətinin  təməlinin 

qoyulmasında, təşəkkülündə onların da müəyyən rolu olmuşdur. 

T. Quliyev ilk musiqi dərslərini Azərbaycan romansının banisi 

Asif  Zeynallıdan  almışdır.  Konservatoriyada  oxuduğu  illərdə 

xalq mahnı və rəqslərinin toplanması və nota yazılması üçün öz 

gənc  həmkarları  ilə  Bülbülün  rəhbərliyi  altında  respublikanın 

rayon  və  kəndlərində  ekspedisiyalarda  olur  və  ilk  dəfə 



 

muğamları Bakıda (“Rast” və “Segah-Zabul”) görkəmli tarzən 



M.Mansurovun ifasından nota yazır və çap etdirirdi.  

       T.  Quliyevin  istedadı,  çalışqanlığı  Ü.  Hacibəyovun 

diqqətindən  yayınmır.  Və  onu  üçüncü  kursdan  həmkarları  Q. 

Qarayev,  C.Hacıyev,  Z.Bağırovla  birlikdə  Moskavaya 

P.Çaykovski adına Konservatoriyaya təhsilini davam etdirməyə 

göndərir.  O,  Moskva  Konservatoriyasında  iki  fakültədə; 

bəstəkarlıq və dirijorluq fakultələrində oxuyur, aspiranturanı isə 

dirijorluq  sinfi  üzrə  professor  A.  Qaukun  rəhbərliyi  altında 

müvəffəqiyyətlə bitirir. T. Quliyev gözəl pianoçu olduğu üçün 

bir  müddət  o  zaman  Konservatoriyanın  rektoru,  görkəmli 

pianoçu Genrix Heyqauzun fortepoano ixtisası sinfində də təhsil 

alır. Yeri gəlmişkən onu da xatırladaq ki, üç ixtisas üzrə təhsil 

almaq,  hələ  heç  bir  Azərbaycan  müsiqiçisinə  müyəssər 

olmamışdır.  Lakin  T.  Quliyevi  estrada-caz  musiqisi  daha  çox 

cəlb  edirdi.  Buna  görə  də  o,  Moskvada  Ümumittifaq  caz 

orkestrində pianoçu vəzifəsini tutur və bu işə onu orkestrin bədii 

rəhbəri, görkəmli cazmen, bəstəkar A. Sfasman dəvət etmişdir. 

T.Quliyev  bu  orkest  üçün  ilk  caz  kompozisiyalarını,  estrada 

mahnılarını yazır. Hətta ərəb, hind, bolqar xalq nümunələrini də 

orkest  üçün  işləyir.  Tofiq  Quliyev  Azərbaycan  bəstəkarlıq 

məktəbinin  elə  bir  zirvəsində  dayanıb  ki,  bu  gün  o  ucalıqdan 

süzülən işığın, nurun təsiri səngimək bilmir.   Haqq dünyasına 

qovuşmuş  insanlar  barəsində  düşünəndə  həmişə  xiffətlə  bu 

sözləri  işlədirik:  “Kimsəyə  qalmayan  dünya!”  Amma  bu 

düşündüyümüz insan sənətkar olarsa, qəlbimizdə kədər-qarışıq 

bir  təsəlli  də  yaranır.  Sənətkar  getsə  də,  sənəti  əbədilik  qalır. 

Tofiq Quliyev də belə sənətkarlardandır. Onun min bir əziyyət 

və  zəhmətlə  yaratdığı  musiqi  əsərləri  incəsənət  tariximizin  ən 

unudulmaz  səhifələrindəndir.  Tofiq  Quliyevin  mahnılarını  hər 

gün  eşitdikcə,  onu  sevə-sevə  dinlədikcə,  bəzən  özümüz  də 



 

ifaçıya qoşulub həzin zümzümə ediriksə, deməli, Tofiq Quliyev 



yaşayır. Bəli, kimsəyə qalmayan dünya sənətə qalir!    

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               

                                    BÖLMƏ II 

               Yubiley tədbirlərinin keçirilməsi: 

      Bu  gün  görkəmli  Azərbaycan  bəstəkarı,  milli  estrada-caz 

musiqisinin banisi, respublikanın xalq artisti, dövlət mükafatları 

laureatı,  professor  Tofiq  Quliyevin  anadan  olmasının  100, 

yaradıcılığının  80  illik  yubileyi  qeyd  olunur.  Bu  münasibətlə 

respublikamızın  hər  bir  təhsil  ocağında  məktəblərdə,  lisey  və 

gimnaziyalarda,  muzey  və  kitabxanalarda  bir  çox  tədbirlərin 

keçirilməsi  nəzərdə  tutulmuşdur.  Tədbirlərin  geniş  və  maraqlı 

olması  üçün  ilk  əvvəl  F.  Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasında  sərgilərin  keçirilməsi  vacibdir.  Sərgi  müxtəlif 

başlıqlar altında keçirilə bilər. Məsələn: “Əbədiyaşar sənətkar”, 

“Lirik  musiqi  dünyamızın  kralı”,  “Sən  həmişə  bizimləsən, 

ustad”,  “Sevimli  bəstəkarımız”,  “Böyük  sənətkarı  anarkən”, 

“Görkəmli  bəstəkar-Tofiq  Quliyev”,  “Tofiq  Quliyev-100”, 

“Ecazkar sənətkar” və s.  

Başlıq: “Böyük sənətkarı anarkən” 

Foto albom 

Kitablarının nümayişi. 

Görkəmli insanların Tofiq Quliyev haqqında söylədikləri.  

Dövrü mətbuatda çap olunmuş məqalələrin kartotekası. 

Mahnılarından bir parça. 

 

Göy dəryalar dərin olur, 



Bahar yeli sərin olur, 

İnsan ömrü şirin olur, 

Əsirgəsəm onu səndən 

Namərd olum, mən ey Vətən! 

10 

 

 

   Görkəmli şəxsiyyətlərin Tofiq Quliyev haqqında 

    söylədikləri 

Azərbaycan  mahnısının  yaranmasında  Tofiq  Quliyevin  rolu 

böyükdür.  O,  Azərbaycan  bəstəkarlarının  mahnı  yaradıcılığı 

üçün  səciyyəvi  olan  ifadə  vasitələrini  genişləndirərək  və 

zənginləşdirərək  bu  janr  sahəsində  yeni  intonasiya  quruluşu 

yaratmışdır.  Tofiq  Quliyevin  mahnıları  nəinki  Azərbaycanda, 

onun hüdudlarından kənarda da çox populyardır və çox sevilir. 

                                                                 Qara Qarayev, 

                                                                       bəstəkar 

 

Tofiq  Quliyev  milli  musiqimizdə  unudulmaz  bir  səhifə  olaraq 

adı daim Azərbaycanın görkəmli bəstəkarları, ictimai xadimləri 

ilə bir sırada duracaq. Onun musiqisi daim yaşayacaq, mahnıları 

dillər əzbəri olacaq.  

                                   Fidan və Xuraman Qasımova bacıları, 

 

 

 

 

     Xalq artistləri, müğənni  

 

Mahnılarında  Azərbaycan  torpağının  şirəsi,  qızmar  günəşinin 

hərarəti  var.  Arzum  budur  onun  musiqisi  öz  aydınlığını  və 

gözəlliyini heç zaman itirməsin. 

 

 

 



 

             Mirzə Babayev, 



 

 

 

                    Xalq artisti, müğənni 

 

Tofiq Quliyev sənəti çox dəyərlidir. Onun mahnılarından bütün 

insanlar həmişə mənəvi zövq və ləzzət alacaqlar.  

 

 



 

 

           Mirzə İbrahimov, 



 

 

 

 

               Xalq yazıçısı 

11 

 

Tofiq  Quliyevin  kino  musiqisi  barədə  də  ancaq  yüksək  fikir 



deməliyik.  Bu  sahədə  də  onun  çox  uğurlu  yaradıcılıq  işi  göz 

qabağındadır.  Dünya  durduqca  Tofiq  Quliyevin  musiqisi  də 

yaşayacaqdır. Bu musiqi yaşadıqca görkəmli sənətkar da daim 

yaşayacaqdır. 

 

 

 



 

             Revaz Lagidze, 



                                            Gürcüstanın xalq artisti, bəstəkar 

 

Tofiq Quliyevin xalqımıza bəxş etdiyi misilsiz sənət nümunələri 

tarix  durduqca  yaşayacaq    və  nəsillərimizin  qəlbində  onun 

yaradıcısına əbədi məhəbbət heykəli ucaldacaqdır.  

 

 

 



 

         Oqtay Zülfüqarov, 



 

 

 

                   Xalq artisti, bəstəkar 

 

Tofiq Quliyevin mahnılarını hər gün eşidiriksə, bəzən özümüz  

də  ifaçıya  qoşulub  həzin  zümzümə  ediriksə,  deməli,  Tofiq 

Quliyev yaşayır.  



                                                            Flora Xəlilzadə, 

                                                                 Jurnalist 

 

Tofiq  Quliyev  gözəl  bəstəkar  olmaqla  yanaşı,  ictimai  xadim, 

həyata  hədsiz  dərəcədə  vurğun  bir  insan  idi.  Onun  sadəliyi, 

ziyalılığı,  təvazökarlığı  və  səmimiliyi  hamını  valeh  edirdi.  O, 

yüksək mədəniyyətə malik bir insan idi.  

                                                                 Ramiz Zöhrabov, 

                                           Əməkdar incəsənət xadimi, professor 

 

 


12 

 

Vaxtilə  Qara  Qarayev  deyirdi  ki,  bizim  aramızda  ən  istedadlı 



adam  Tofiq  Quliyevdi.  O,  böyük  əsərlər  də-opera  da,  balet  də 

yaza  bilərdi.  Ancaq  mahnı  janrına  üstünlük  verdi  və  əbədi  iz 

qoyub getdi. 

 

 



 

 

 



  Ağabəy Sultanov

 

 

 

 

 

          Professor 

 

Tofiq  Quliyev  mahnı  janrında  işləmiş  ən  yaxşı  klassiklər 

səviyyəsində olan görkəmli bəstəkardır.  

                                                                 Solmaz Qasımova, 

 

 

              Bakı Musiqi Akademiyasının professoru 

 

Artıq xeyli vaxtdır ki,  Tofiq müəllim aramızda  yoxdur.  Lakin 

onun  insanlara  sevinc  gətirən  və  düşünməyə  vadar  edən 

musiqisinin  sədalarını  eşitmək  arzusunda  olanların  sayı 

sonsuzdur. Bu, həmişə belə olacaqdır.  

                                                                     Lalə Quliyeva, 



                                                                     Bəstəkarın qızı  

 

Sərgi qarşısında kitabxanaçı “ Mahir sənətkar” adlı söhbətə belə 

başlayır: 

Elə  sənətkarlar  var  ki,  onların  əvəzsiz  yaradıcılığı  xalqın 

qəlbində    əbədi  iz  buraxır.  Xalqımızın  sevimli  bəstəkarı  Tofiq 

Quliyev  məhz  belə  şəxsiyyətlərdən  biridir.  Onun  bir-birindən 

gözəl mahnılarının sədası neçə-neçə diyardan gəlir. Elə bir adam 

yoxdur  ki,  T.  Quliyevin  “Neftçi”  mahnısını,  “Bakı”  haqqında 

mahnısını,  “Zübeydə”,  “Azərbaycan”  və  yaxud  bir  çox  başqa 

lirik  mahnılarından  xəbərsiz  olsun.  T.  Quliyevin  ilk 

mahnılarından  söhbət  düşəndə  otuzuncu  illərin  sonu,  qırxıncı 


13 

 

illərin əvvəlləri yada düşür. Axı ilk sevinc və müvəffəqiyyətlər 



o  illərdə  qazanılmışdır.  Mahir  mahnı  ustasının  yaradıcılığı 

orginallığı, bənzərsizliyi ilə seçilir. Milli xalq musiqisinin yaşarı 

ənənələrinin ümumdünya musiqisinin ən gözəl xüsusiyyətlərilə 

birləşdirən sənətkar parlaq, təkrarsız üslubuyla diqqəti cəlb edir. 

Azərbaycan  mahnı  sənətində  vals  janrını  yeni  vasitələrlə 

zənginləşdirən  bəstəkar  bu  baxımdan  mahnı  janrına  yenilik 

gətirmişdir.  

      T. Quliyevin yaradıcılığına bir daha müraciət etmək üçün F. 

Köçərli adına Respublika Uşaq Kitabxanasında kitab icmalının 

keçirilməsi məqsədəuyğundur. Bəstəkarın həyat və yaradıcılığı 

haqqında 2007-ci ildə müəllif Zemfira Abdullayeva tərəfindən 

“Çinar-cap” nəşriyyatı tərəfindən  “Ecazkar sənətkar” adlı kitab 

işıq üzü gördü. Bu kitab nəşr olunduğu bir gündən oxucuların 

stolüstü  kitabına  çevrildi.    Kitab  çox  nəfis  tərtibatda  nəşr 

olunmuşdur. 

Kitabda 


bəstəkarın 

əsərlərinin 

siyahisi, 

Azərbaycan  kino  musiqisində  tutduğu  yer,  ailə  albomu, 

görkəmli  şəxsiyyətlərlə  çəkilmiş  fotoları,  onun  haqqında 

söylənilmiş sitatlar da yer alır. Kitab demək olar ki, Azərbaycan 

xalqına bir töhvədir.  

Tofiq  Quliyevin  100  illik  yubileyi  ilə  bağlı  F.  Köçərli  adına 

Respublika Uşaq Kitabxanasında təşkil olunan tədbirlərdən biri 

də  sual-cavab  gecəsidir.  Sual-cavab  gecəsini  əsasən  orta  yas 

qrup oxucular arasında keçirmək məqsədəuyğundur.  

 

 



 

 

 



 

 


14 

 

Kitabxanaçının hazırladığı sualların nümunəsini sizlərə təqdim 



edirik: 




Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə