ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   2   3   4   5   6   7   8   9   ...   53

44

 

ra əsaslanmaqla Alb Ərənin qohumlıq əlaqələrinə müəyyən qədər 



aydınlıq gətirmək olar: 

atası – İlək qoca 

anası – mətndə təsadüf olunmur 

arvadı – Çeşmə (Ağ Məliyin qızı) 

qayınatası – Ağ Məlik 

qardaşı – Dülək Uran 

qardaşı – Sarı Qalmaş 

Yuxarıdakı  bədii təyindən o da bəlli olur ki, Alb Ərən  əlli 

yeddi qalanın açarını alıb. Qardaşı Dülək Uran da məhz əlli yeddi 

qalanın açarını alan igid kimi təqdim olunur: “... əlli yeddi 

qəl`əniŋ kəlidin alan İlək qoca oğlı Dülək Uran...” . Deməli, Alb 

Ərən  əlli yeddi qalanın açarını  təkbaşına deyil, qardaşı Dülək 

Uranla birlikdə alıb. 

Alp Rüstəm. “Kitab”da Rüstəm obrazı ilə bağlı üç antropo-

nimik model müşahidə olunur: Alp Rüstəm; Dözən oğlı Alp 

Rüstəm; Toğsun oğlı Rüstəm. Bu modellərdən ikincisi daha inten-

sivdir, üçüncüsünə isə cəmi bir dəfə təsadüf edilir. Digər tərəfdən, 

ikinci və üçüncü modellərdəki sözlərdən, daha doğrusu, Toğsun 

və Dözən adlarından belə anlaşılır ki, Rüstəm adını daşıyan iki 

qəhrəman var: Toğsun oğlu Rüstəm; Dözən oğlu Rüstəm. Bəzən 

qorqudşünaslıqda da bu cür təqdim olunur. Amma Toğsun və Dö-

zən adları bir qəhrəmanın (Rüstəmin) atasının iki adla təqdimin-

dən başqa bir şey deyil. Bu, Alp Rüstəmlə Dülək Uranın birlikdə 

təqdim olunduğu sintaktik bütövlərdə daha aydın görünür: Dülək 

Uran obrazı müşahidə olunan birinci sintaktik bütövdə “Toğsun 

oğlı Rüstəm(...Əlli yedi qəl`əniŋ  kəlidin alan İlək qoca oğlı Dülək 

Uran... Üç kərrə yağı görməsə, qan ağlıyan Toğsun oğlı Rüstəm... 

D-206); ikinci sintaktik bütövdə “Dözən oğlı Alp Rüstəm” (Dö-

nəbilməz Dülək Uran, Dözən oğlı Alp Rüstəm... Bəkiliŋ evində 

içərlərdi ... D-260); üçüncü sintaktik bütövdə isə Alp Rüstəm” 

(Əmən gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəl-

sün... D-294) şəklindədir. Deməli, Toğsun və Dözən eyni qəhrə-

manın  adıdır. Başqa bir fakta müraciət edək. Toğsun oğlu Rüstə-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

45

 

min “...yağı görməsə, qan ağlıyan” bədii təyini ilə Alp Rüstəmin 



dilindən verilmiş “eki qardaş bəbəgin öldürüb zəlil gəzən” feli bir-

ləşməsi semantikasına görə,  əsasən, eyni yuvaya daxil olur: düş-

mən görmədikdə, onu öldürmədikdə qan ağlayan Rüstəm; iki qar-

daşı  uşağını öldürərək zəlil gəzən Rüstəm.  Şübhəsiz ki, burada 

ziddiyyətli məqamları da nəzərə almaq lazımdır: düşmənini öldü-

rən Rüstəm  şaddırsa, doğmasını öldürən Rüstəm kədərlidir, zəlil 

gəzir. Deməli, Toğsun da, Dözən də Alp Rüstəmin atasının adı 

kimi çıxış edir. 

Yuxarıda təqdim etdiyimiz antroponimik modellərdəki apel-

yativləri belə  səciyyələndirmək olar: dözən – tab gətirən, dözən, 

igid; toğsun – yüksəlsin, ucalsın, yaxud tokısın – vursun, döysün; 

alp – igid, qəhrəman; Rüstəm – sağlam, cüssəli, pəhləvan, qəhrə-

man. 

Alp Rüstəmin antroponimik modellərinə, eləcə  də dilindən 



verilmiş “eki qardaş  bəbəgin öldürüb zəlil gəzən” feli birləşmə-

sinin semantikasına  əsaslanaraq qohumluq əlaqələri ilə bağlı 

müəyyən fikirlər söyləmək olar: 

babası, nənəsi və anası haqqında məlumat yoxdur. 

atası – Dözən (Toğsun) 

qardaşı – mətndə ona işarə olunur 

qardaşı uşaqları – mətndə onlara işarə olunur. 

Aruz. Antroponimik modeli  bütövlükdə belədir: “At ağuzlu 

Aruz qoca”. Qorqudşünaslıqda “atağızlu” ləqəbi igid, mərd, cəsur,  

“Aruz” bəxt, səadət, xoşbəxtlik, uğurlu, “qoca” isə ağsaqqal, hör-

mətli, möhtərəm mənasında izah olunur. Onun bir sıra səciyyəvi 

cəhətləri, hətta Qazan xanla qohumluq əlaqəsi (Qazanın dayısı 

olması) bədii təyinində açıq-aydın  şəkildə ifadə edilib: “Altmış 

ərkəc dərisindən kürk eləsə, topuqlarını örtmiyən, altı ökəc dəri-

sindən külah etsə, qulaqlarını örtmiyən, qolu-budı  xırancə, uzun 

baldırları incə, Qazan bəgüŋ tayısı At ağızlu Uruz qoca...” (antro-

ponimik modeldəki “Uruz” adının “Aruz”la müvazi olaraq işlən-

diyi qeyd olunur). 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

46

 

“Kitab”da Aruzun babası və nənəsi, atası və anası haqqında 



heç bir informasiya yoxdur. Amma bir sıra dastan və rəvayətlərdə 

onun  Əfrasiyabın (Tuŋa Tegin) oğlu olduğu göstərilir. Bu istiqa-

mətdə araşdırmalar aparmış O.Ş.Gökyayın  bir fikrini eynilə təq-

dim etmək yerinə düşür: “...Efrasiyab, Türk və  İran rivayetlerine 

göre Hazer Denizi`ni kuzeyden və güneyden dolaşmıştır. Türk 

destanlarında Efrasiyabın oğlu Alp Aruz Demirkapı`yı, yeni Doğu 

– Kafkasya`dakı Derbendi açmıştır”

1

.  Şübhəsiz ki, Aruzun qo-



humluq  əlaqələrinin heç də hamısını  məhz “Kitab”a istinadən 

müəyyənləşdirmək mümkün deyil. Amma bu da var ki, Aruzun 

qohumluq  əlaqələrinin böyük bir hissəsini “Kitab”dakı sintaktik 

bütövlərdə təsadüf olunan “Mənim adım sorarsaŋ - Aruz oğlu Ba-

satdır” (Basatın dilindən). “Tayım Uruzı gördim (Qazanın dilin-

dən) tipli cümlələrin semantik yükünə əsaslanmaqla, eyni zaman-

da bu tip cümlələri digər parçaların məzmunu ilə əlaqələndirməklə 

dəqiqləşdirmək mümkündür. Məsələn, Qazanın dilindən verilmiş 

“Qartaşım Qaragünəyi gördim...”, “Tayım Urızı gördim” cümlələ-

rinin mətn semantikası müstəvisində qarşılaşdırılması Aruzla 

Qaragünənin, Aruzla Qarabudağın, Aruzla Burla xatunun, Aruzla 

Uruzun... hətta Aruzla Qam Ğanın qohumluğu barədə dəqiq fikir 

söyləməyə imkan verir. Bu mənada Aruzun qohumluq əlaqələrini 

aşağıdakı kimi sistemləşdirmək olar: 

arvadı – adı  çəkilməsə  də, oğullarına görə müəyyən etmək 

olur.  Digər tərəfdən, Beyrəyin dilində Aruzun arvadına açıq-ay-

dın işarə olunur: “Aldayuban ər tutmaq övrət işidir, Övrətiŋdənmi 

öyrəndiŋ sən bu işi qavat?! (D-297). 

oğlu - Basat 

oğlu – Qıyan Səlcik 

nəvəsi – Dondar (Tundar,Tundaz)–Qıyan Səlcikin oğlu 

gəlini – Qıyan Səlcikin arvadı, mətndə adı çəkilməsə də, ona 

birbaşa işarə olunur: “Qarındaşım Qıyanı öldürmişsən. Ağca yüzli 

yengəmi tul eləmişsən” (Basatın dilində)  

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, CXLII. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

47

 

əmizadəsi – Baybican 



əmizadəsi – Dəli Qarçar (Baybicanın oğlu) 

əmizadəsinin qudası – Baybörə (Baybicanın qudası) 

əmizadəsinin kürəkəni – Beyrək (Baybicanın kürəkəni) 

bacısı – Ulaşın arvadı, Qazanın anası 

bacısının əri – Ulaş 

bacısı oğlu – Qazan (Ulaşın oğlu) 

bacısı oğlu – Qaragünə (Ulaşın oğlu) 

bacısı nəvəsi – Uruz (Qazanın oğlu) 

bacısı nəvəsi – Qarabudaq (Qaragünənin oğlu) 

bacısı gəlini – Burla xatun (Aruzun bacısının gəlini, Qazanın 

arvadı) 

bacısı oğlunun qayınatası – Bayındır (Qazanın qayınatası) 

bacısı  oğlunun qayınatasının atası – Qam Ğan (Qazanın 

qayınatası Bayındırın atası)... 

Bir sıra araşdırmalarda Təpəgözün atası - Qoŋur qoca Sarı 

çoban  Aruzun nəslindən, qanından hesab olunur: “...Elə məsələ-

nin canı ondadır ki, Alp Aruz insana bənzəməyən məxluqu (halbu-

ki Təpəgözdən doğma atası Sarı Çoban imtina etmişdi) öz qanın-

dan hesab edib evinə gətirmişdi. Deməli, qədim insanlar onlara ta-

nış ərazidə rastlaşdıqları bütün varlıqların bir-biri ilə “qan qohum-

luğuna” inanırdılar”

1

. Bu baxımdan “Qoŋur qoca Sarı çoban” da 



şərti olaraq Aruzun əmizadəsi kimi verilə bilər. 

Aruz qoca barədə bir  cəhəti də qeyd edək ki, qorqudşünas-

lıqda onunla bağlı  işlədilmiş “toquz qoca başları” rütbəsinin se-

mantikası hələ də kifayət qədər əsaslandırılmayıb. Xalıq Koroğlu 

yazır: “...Aruz qocanın zahiri görünüşü və geyimi onun qəhrəman 

xarakterindən xəbər verir. Bir yerdə onun doqquz qoca nəslinin 

başçısı adlandırılması heç cür izah olunmur. Bəlkə, bu, Orxon-

Yenisey abidələrindəki doqquz oğuzla bağlıdır?”

2

. Bu tip suallara 



Füzuli Bayat müəyyən qədər aydınlıq gətirir. Daha doğrusu, iki 

                                                            

1

 R.Qafarlı. Mif və nağıl. Bakı, 1999, s.73. 



2

 X.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, s.177 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

48

 

fikir söyləyir: “...Doquz qoca başları” isə doqquz Oğuz tayfasının 



başçısı Qazan bəyin dayısı At ağızlı Alp Aruzdur. KDQ-dən 

bilindiyinə görə Aruz Boz Oqlara (Daş  Oğuz) daxil olan doqquz 

tayfanın – boyun başçısıdır (M.Kaşqari Boz Oqlara on boyun  

daxil olduğunu göstərir: kayı, bayat, qaraevli, yazır, döyər, 

dodurqa, avşar, qızık, bəydili, qarkın)...”

1

; “...Aruz qocanın 



ağsaqqallar Şurasına daxil olan Uşun Qoca, Qazılıq Qoca, Kanqlı 

Qoca, Duxa Qoca, Əŋsə Qoca həm də tayfa bəyləridir (kanqlı, 

usun, duxa, kazık və s. tayfalar. KDQ-də Aruza “doqquz qoca başı 

Aruz qoca” deyilməsi və onun şuraya rəhbərlik etməsi göstərir ki, 

əski doqquz Oğuz tayfa birliyi rudiment şəklində xatırlanmışdır. 

Əslində isə qocaların sayı altıdır ki, bunlar da bozok-üçok 

tayfalarının başçılarıdırlar...”

2

. Orxon-Yenisey abidələrindəki 



“toquz oğuz bəgləri” tipli ifadələrə, M.Kaşğarinin “Divan”ına, 

eləcə də “Kitab”a istinadən söylənilmiş bu fikirlərlə razılaşmaq da 

olar. Amma ən sanballı  mənbə elə “Kitab”ın özüdür – tezisinə 

söykənərək aşağıdakıları qeyd etmək olar:  

–  “Kitab”da qocaların sayı altı yox, on birdir: Aruz qoca, 

Buŋlu qoca, Duxa qoca, Əŋsə  qoca, Ğəflət qoca, İlək qoca, Qaŋlı 

qoca, Qazılıq qoca, Qoŋur qoca, Uşun qoca, Yapağlu qoca. Bu 

qocalardan Qoŋur qoca daha çox mifik obrazlarla (Pəriqız, Tə-

pəgöz) bağlı təsvir olunduğu üçün həmin sistemdən kənarda qala 

bilər. Aruz qoca isə “doqquz qoca”nın başçısıdır, yəni özündən 

başqa doqquz qoca var. Deməli, “toquz qoca başları” rütbəsindəki 

“doqquz qoca” “Kitab”ın poetik strukturunda paylanmış  vəziy-

yətdədir. “Başçısı” anlamlı “başları” sözü isə Alp Aruzun Oğuz 

cəmiyyətindəki statusu ilə  səsləşir. Bu detal da “toquz qoca baş-

ları” rütbəsinin “Kitab”ın ümumi semantik yükü ilə bağlandığını 

təsdiqləyir; 

– yuxarıdakı izahlarda İlək qoca, Ğəflət qoca, Buŋlu qoca və 

Yapağlu qoca nəzərə alınmadığı üçün qocaların sayı altı götürü-

                                                            

1

 Kitabi-Dədə Qorqud ensiklopediyası. II cild, Bakı, 2000, s.90. 



2

 Yenə orada, s.91 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

49

 

lüb. Qeyd edək ki, qorqudşünaslıqda  Ğəflət qoca “qoqar”, İlək 



qoca isə ilik (eliq) etnonimi ilə əlaqələndirilir. Buŋlu qoca ilə Ya-

pağlu qoca isə, əslində, adi adamlar deyil. ən azı ona görə ki, Tə-

pəgöz kimi qaniçənin yemək bişirəni statusunda çıxış edirlər. Həm 

də bu statusu reallaşdıran müdriklər müdriki Dədə Qorquddur: 

“Dədə Qorqud döndi. Oğuza gəldi. Aydır: “Buŋlu qoca ilə Yapağ-

lu qocayı Dəpəgözə verüŋ, aşın pişürsün!” (D-220).  

– “toquz qoca başları” rütbəsindəki “toquz” uğurlu, sakral bir 

rəqəm kimi düşünülə bilir. Bu da M.Kaşğarinin “Divan”ında iş-

lənmiş “tokuz tuğluğ xan=doqquz tuğlu xan və ya xaqan” ifa-

dəsindəki “tokuz” sözü ilə eyni xətdə birləşir: “Xanın vilayəti nə 

qədər çox, dərəcəsi nə qədər yüksək olursa-olsun, tuğu doqquzdan 

artıq ola bilməz. Çünki bu, uğurlu rəqəmdir” (MK. III, Bakı, 2006, 

s.135.). 

Basat. VIII boyun əsas qəhrəmanlarından biridir; XII boyda 

da müşahidə olunur. Basat adının mənası barədə 1999-cu ildə 

“boy”un semantik tutumuna əsasən söylədiklərimi cüzi dəyişmə-

lərlə yenidən təqdim etməyi məqsədəuyğun bilirəm: “İgidlik sim-

vollu Basat şəxs adında “at basubən” feli birləşməsinin (“...apul-

apul yürüyişi adam kibi. “At basubən, qan sümürər” cümləsindəki 

birləşmə  nəzərdə tutulur) sintaktik-semantik yükü daşlaşmış  və-

ziyyətdədir. Dəqiq desək, “at basubən” birləşməsində -uban feli 

bağlama  şəkilçisi ellipsisə uğramış, qeyri-müəyyən təsirlik halda-

kı “at” zooleksemi isə “bas” felindən sonra işlənmişdir: at basu-

bən=at bas=basat (Basat)”

1

. Bir sıra ifadələrdə Basatın səciyyəvi 



cəhətləri göstərilir, igidliyi qabardılır. Onun bədii təyini kimi çıxış 

edən bəzi misralara diqqət yetirək: 

 

Avcına sığmayan əlüklü oxlı, 



Ərdil təkə buynızından qatı yaylı 

İç Oğuzda, Taş Oğuzda adı bəllü, 

Aruz oğlı xanım Basat, maŋa mədəd! 

                                                            

1

 Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”un söz dünyası. Bakı, 2007, s.68. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

50

 

Bu misralarda Basatın iki keyfiyyəti açıq-aydın görünür: 



lələkli oxu ovucuna sığmır, bərk yayı təkə buynuzundandır; adı İç 

Oğuz və Daş Oğuzda məşhurdur. 

“...Mənim adım sorarsaŋ – Aruz oğlı Basatdır” cümləsinin 

məna yükü Basatın qohumluq əlaqələrini dəqiqləşdirməyə, əsasən, 

kifayət edir (bax: Aruzun qohumluq əlaqələri). Amma dəqiq-

ləşdirmə prosesində Basatın dilindən verilmiş bir sıra cümlələrin 

də rolunu inkar etmək olmaz. Belə ki, həmin cümlələrdə Basat 

doğma qardaşı “Qıyan”ın adını konkret olaraq ifadə edir: “Qarın-

daşım Qıyanı öldür-mişsən”. Basatın dilindən verilmiş bu misraya 

sintaktik bütöv daxilində nəzər salaq:  

 

“Mərə qavat! Ağ saqallu babamı ağlatmışsan,  



Qarıcıq ağbirçəklü anamı bozaltmışsan. 

Qarındaşım Qıyanı öldürmişsən. 

Ağca yüzlü yengəmi tul eləmişsən. 

Ala gözlü bəbəklərin öksüz qomışsan....” 

Məhz bu tip parçaların sintaktik-semantik tutumuna söykən-

məklə bir neçə məsələyə aydınlıq gətirmək olar: Təpəgöz Basatın 

atasını ağladıb, anasını incidib, Qıyan adlı qardaşını öldürüb, yen-

gəsini (böyük qardaşının arvadını) dul, uşaqlarını yetim qoyub... 

Burada bir cəhəti də qeyd etmək lazım gəlir: digər sintaktik bü-

tövlərdə Qıyan Səlcikin arvadı və uşaqları barədə informasiyalara 

təsadüf olunmur. Beləliklə, Basatın qohumluq əlaqələri barədə 

aşağıdakıları söyləmək olar: 

atası – Aruz 

anası – adı  çəkilməsə  də, mətndə ona işarə olunur (qarıcıq 

ağbirçəklü anam) 

qardaşı – Qıyan Səlcik 

qardaşı oğlu – Dondar (Qıyan Səlcikin oğlu) 

qardaşı arvadı, yengəsi – Qıyan Səlcikin arvadı (mətndə ona 

birbaşa işarə edilir ... ağca yüzlü yengə) 

bibisi – Aruzun bacısı, Qazanın və Qaragünənin anası 

bibisinin əri – Ulaş 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

51

 

bibisi oğlu – Qazan (Ulaşın oğlu) 



bibisi oğlunun arvadı, bibisi gəlini – Burla xatun 

bibisi oğlunun qayınatası – Bayındır 

bibisi oğlu – Qaragünə (Ulaşın oğlu) 

bibisi oğlunun oğlu, bibisi nəvəsi– Uruz (Qazanın oğlu) 

bibisi oğlunun oğlu, bibisi nəvəsi - Qarabudaq (Qara-

günənin oğlu) 

bibisi oğlunun qızı, bibisi nəvəsi – Qazanın qızı, Qarabuda-

ğın arvadı (“...gəlübən Qazanıŋ  qızın  ərliklə alan... Qarabudaq). 

Bu cümlənin semantikası obrazların qohumluq şaxəsini bir az da 

genişləndirməyə imkan verir: Qarabudaq Qazanın təkcə qardaşı-

oğlu yox, həm də kürəkənidir; Basatın bibisi nəvələri ailə qurub 

(Qaragünənin oğlu ilə Qazanın qızı); Basatın bibisi oğulları quda-

dır (Qazan və Qaragünə) 

əmizadələri – Baybican, Dəli Qarçar, Banıçiçək 

Şübhəsiz ki, Basatın Oğuz cəmiyyətindəki rolunu həm də bu 

cür qohumluq əlaqələri kontekstində  işıqlandırmaq mümkündür 

(sonrakı səhifələrə bax). 

Baybörə. “Kitab”da Qam börə, daha çox isə Baybörə  şək-

lində  işlənmişdir. Qorqudşünaslıqda bu adın komponentləri belə 

izah olunur: qam-şaman, börü-qurd, bay-varlı, dövlətli. “Qam  bö-

rəniŋ oğlı Bamsı Beyrək” modelində onun Beyrəyin atası olması 

birbaşa görünür. “Baybican bəg aydır: ...mənim qızım Baybörə 

bəg oğlına beşikkərtmə yavuqlı olsun!” cümləsində isə Baybörə 

ilə Baybicanın quda olacağına açıq-aydın işarə olunur. Baybörənin 

qohumluq münasibətlərinə  də  məhz bu tip detallar kontekstində 

aydınlıq gətirmək olar:  

babası, nənəsi, atası  və anası haqqında məlumatlara rast 

gəlinmir 

arvadı – mətn kontekstində anlaşılır (...Beyrəgiŋ atası-anası 

aydır...) 

oğlu – Beyrək 

qızları – mətndə adları  çəkilmir, amma onlara işarə edilir: 

“Beyrək dəxi yedi qız qarındaşını yedi yigidə verdi”. Bu cümlənin 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

52

 

semantik yükü “Baybörənin yeddi kürəkəni olub” fikrini də real-



laşdırır. 

gəlini – Banıçiçək (Baybicanın qızı) 

qudası – Baybican  

oğlunun qaynı – Dəli Qarçar (Baybicanın oğlu) 

qudasının  əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Dondar 

(Qıyan Səlcikin oğlu) 



Bayındır xan. Bu ad Drezden nüsxəsində iki cür yazılıb:  

Bayandar, Bayındır. Semantik yükü daha çox “varlanmaq”, “var-

landırmaq” kimi izah olunur. Atasının adı antroponimik mode-

lində konkret olaraq verilir: “Qam Ğan oğlı xan Bayındır”. “Xan 

qızı Boyı uzun Burla xatun Qazanın gəldügin eşitdi” cümləsi, eyni 

zamanda Qazanın bədii təyinlərindən biri kimi işlənmiş “Bayındır 

xanıŋ göygüsü” ifadəsi qızı Burla xatun və kürəkəni Qazan barədə 

müəyyən təəssürat yaradır. Bayındır xanın qohumluq əlaqələri də 

həmin detallar və ümumən “Kitab”ın poetik  strukturu kontektində 

açılır ki, bu da, əsasən, aşağıdakıları əhatə edir: 

babası, nənəsi və anası haqqında heç bir detala təsadüf 

olunmur 


arvadı – mətndə görünmür, amma Burla xatuna görə  bərpa 

oluna bilər 

atası – Qam Ğan 

qızı – Burla xatun 

qudası – Ulaş (Qazanın atası) 

kürəkəni – Qazan 

nəvəsi – Uruz (Qazanın oğlu) 

nəvəsinin əri – Qarabudaq (Qazanın qardaşı oğlu, Qaragünə-

nin oğlu) 

kürəkəninin qardaşı – Qaragünə (Qazanın qardaşı)  

kürəkəninin qardaşı oğlu – Qara budaq (Qaragünənin  oğlu) 

kürəkənin dayısı – Aruz (Qazanın dayısı) 

kürəkənin dayısı oğlu – Basat 

kürəkənin dayısı oğlu – Qıyan Səlcik 

kürəkənin dayısı nəvəsi– Dondar (Qıyan Səlcikin oğlu) 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

53

 

kürəkənin dayısının əmizadələri – Baybican və onun övladla-



rı: Dəli Qarçar; Banıçiçək... (Aruzun əmizadələri) 

Uruzla bağlı sintaktik bütövlərdə  dədə (baba) və baba (ata) 

sözlərinin mənasına aydınlıq gətirilir, daha doğrusu, Qazanın ata, 

Bayındırın isə baba statusunda çıxış etməsi obrazlı şəkildə canlan-

dırılır: “Məgər sən xan Qazanın oğlı degilsən?” – dedi. Uruz qaq-

dı, aydır: “Mərə qavat, mənim babam Bayındır xan degilmidir?” 

Ayıtdı: “Yox, ol, ananıŋ  babasıdır, səniŋ dədəŋdir”. Bir cəhəti də 

qeyd edək ki, Drezden nüsxəsinin 67-ci səhifəsində Qarabudaq 

Bayındır xanın oğlu kimi təqdim olunur:  “Bayındır xanıŋ qarşu-

sunda oğlı Qarabudaq bay tayanub turmışdı”. M.Ergin Vatikan 

nüsxəsində Qarabudağın məhz  Qaragünənin oğlu kimi verildiyini 

göstərir: “Hanuŋ karşusında Kara Göne oğlı Kara Budak yay ta-

yanup turmış – idi” (Ankara, 1958, s.116). Bu mənada Qarabudaq 

Bayındırın yox, Qaragünənin oğlu kimi təhlil olunmalıdır. 



Baybican. Müxtəlif formalarda transkripsiya olunub: Baybe-

can, Pay Piçen, Baybican. Semantikasına görə biçən, kəsən, doğ-

rayan anlamlı “peçeneq” etnonimi elə eyni xətdə birləşir. Onun 

qohumluq münasibətlərini daha çox “...mənim qızım Baybörə bəg 

oğlına beşikkərtmə yavuqlı olsun!...”; “...bu otağ Baybican bəg 

qızı Banıçiçəgiŋdir”; “Ay oğul, Banıçiçəgiŋ bir dəli qartaşı vardır, 

adına Dəli Qarçar deyirlər” kimi cümlələrin məna tutumu əsasında 

müəyyənləşdirmək olar: 

babası  və  nənəsi, atası  və anası barədə heç bir informasiya 

yoxdur 


arvadı – mətn kontekstində anlaşılır (...Baybican bəgə bir qız 

verdi...) 

oğlu – Dəli Qarçar 

qızı – Banıçiçək 

kürəkəni – Beyrək 

qudası – Baybörə 

əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Dondar (Qıyan Səl-

cikin oğlu) 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

54

 

Beyrək. Balaca qurd mənasında izah olunur, bədii  təyinində 

bir sıra keyfiyyətləri qabardılır: “Parasarıŋ Bayburd hasarından 

parlayıb uçan, ap-alca gərdəginə qarşu gələn, yedi qızıŋ umıdı, 

Qalın Oğuz imrəncisi, Qazan bəgin yınağı, Boz ayğırlu Beyrək...” 

(D-61). Oğuz igidi Beyrəyin qohumluq münasibətlərini bir sıra 

cümlələrin semantikasına əsasən dəqiqləşdirmək  mümkündür:   

“Qam börəniŋ  oğlı Bamsı Beyrək boyını  bəyan edər...” (D-

66) – atasının adı birbaşa ifadə olunur;  

“Oğıl, məgər sən istədigiŋ  qız Baybican bəg qızı Banıçiçək 

ola?!” (D-81) – qayınatası Baybicana işarə olunur. Bu qohumluq 

dərəcəsi boyun sonunda tam real şəkildə təqdim edilir: “Baybörə 

bəgiŋ oğlancuğı Beyrək Baybican məlikin qızın aldı...” (D-121). 

Bu nümunələrə, eyni zamanda “Kitab”dakı  digər sintaktik 

bütövlərə istinad edərək Beyrəyin qohumluq əlaqələri ilə bağlı 

aşağıdakıları söyləmək olar:  

babası və nənəsinin kimliyi barədə məlumatlara rast gəlinmir  

atası – Baybörə 

anası – adı  çəkilmir, amma mətndə epizodik bir obraz kimi 

görünür: “Beyrəgiŋ anası – atası aydır: Dilüŋ içün öləyiŋ gəlinci-

güm!” (D-117) 

bacıları – adları çəkilməsə də, onlara “Kitab”da açıq şəkildə 

işarə olunur: “Beyrək dəxi yedi qız qarındaşını yedi yigidə verdi” 

(D-121). Bu cümlənin semantik tutumu Beyrəyin yeddi yeznə-

sindən də bəhs etməyə imkan verir. 

arvadı – Banıçiçək (Baybicanın qızı) 

qayınatası – Baybican 

qaynı – Dəli Qarçar 

qayınatasıının əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Don-

dar  


qayınatasının əmizadəsinin bacısı oğulları – Qazan, Qaragü-

nə (Baybicanın əmizadəsi Aruzun bacısı oğulları) 

qayınatasının  əmizadəsinin bacısı  nəvələri – Uruz, 

Qarabudaq... (Baybicanın əmizadəsi Aruzun bacısı nəvə-ləri)... 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin