ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   2   3   4   5   6   7   8   9   ...   53

22

 

– hər iki modeldə ilk söz “q” səsi ilə  başlanır ki, bu da onları alli-



terasiya xəttində birləşdirir (qaba, qağan); hər iki modeldəki söz-

lərdə yalnız qalın “a” saiti işlənir (a-a-a-a; a-a-a-a), eyni zamanda 

hər iki modelin ikinci komponenti məhz qalın “a” saiti ilə başlanır 

ki, bu da onları assonans xəttində birləşdirir (ağac, aslan); hər iki 

modeldəki sözlər ikihecalıdır (qaba, ağac, qağan, aslan). Maraqlı-

dır ki, bu oxşarlıq “a” səsinin assonansı müşahidə olunan “Ata-

ğuzlu Aruz” antroponimik modelini də əhatə edir. Bu isə həm də o 

deməkdir ki, təhkiyəçi Qaba Ağac, Qağan Aslan və Aruz adlarını 

assonans və alliterasiya xəttində birləşdirməklə misraların melodi-

yalılığını təmin etmiş, ən əsası isə poetik mənanı qüvvətləndirmiş-

dir;  semantika baxımından – qorqudşünaslıqda həmin sözlərin 

məna yükü əsasən belə səciyyələndirilir: qaba – uca, iri, bərk; Qa-

ba Ağac – həyat ağacı; qağan – böyük başçı, kükrəmiş, qızmış; as-

lan – güclü, qüvvətli, çevik; Aruz – dağ, döyüş, vuruşma, xoşbəxt, 

işıq, od ... Müqayisələr göstərir ki, bu vahidlər  əsasən eyni se-

mantik yuvaya daxil ola bilir. Deməli, Qaba Ağac→Qağan Aslan 

→Aruz adları  həm də semantik dinamika xəttində birləşir, yəni 

Qaba Ağac da, Qağan Aslan da Aruz adını qüvvətləndirməyə 

xidmət edir. Burada bir məqam da yada düşür: Təpəgöz Basatın 

atası Aruza qan qusdurub. Bəlkə, elə buna görə də Basat atasının 

adını birbaşa yox, metaforik adlar (Qaba Ağac, Qağan Aslan) 

kontekstində, ya da ki öz adı daxilində (Mənim adım sorarsaŋ, - 

Aruz oğlı Basatdır) deyir; 

– altıncısı, Aruz Basatın cəmiyyətdəki atasıdır (bu, “Ki-

tab”da aydın şəkildə ifadə olunub: Mənim adım sorarsaŋ, - Aruz 

oğlı Basatdır), “Qaba Ağac” Basatın totem atasıdır (“Kitab”ın 

ümumi semantik yükü və digər mənbələr bu nəticəni söyləməyə 

imkan verir. Digər tərəfdən, qeyd etdiyimiz kimi, mifoloq 

S.Rzasoy da bu fikirdədir), “Qağan Aslan”da Basatın totem ata-

sıdır (mətndə Basatın totem atasına birbaşa işarə olunur: “Qaçub 

gedərkən Aruz qocanıŋ  oğlancığı düşmüş, bir aslan bulup götür-

miş, bəsləmiş”). 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

23

 

– yeddincisi, XI boyda Qazanın dilindən totem hesab olunan 



bir neçə varlığın adı verilir: qaplan, aslan, qurd, ağ sunqur quşu. 

Sonra isə onun cəmiyyətdəki  ən yaxın qohumları  təqdim olunur: 

oğlu Uruz, qardaşı Qaragünə. Sintaktik bütövə diqqət yetirək: 

 

Ağ qayanıŋ qaplanının erkəgində bir köküm var, 



Ortac qırda siziŋ keyikləriŋüz turğurmıya. 

Ağ sazıŋ aslanında bir köküm var, 

Qaz alaca yunduŋı turğurmıya. 

Əzvay qurd ənügi erkəgində bir köküm var, 

Ağca bəkil tümən qoyunıŋ gəzdirmiyə. 

Ağ sunqur quşı erkəgində bir köküm var. 

Ala ördək, qara qazuŋ uçurmıya. 

Qalın Oğuz elində bir oğlum var, - Uruz adlu 

Bir qartaşım var, - Qaragünə adlu. 

Bu sıralanmada semantik dinamika kök, totem hesab olunan 

varlıqların adı ilə (qaplan, aslan, qurd, ağ sunqur quşu) başlanır, 

yaxın qohumluq terminləri ilə tamamlanır (oğul, qardaş). Bu 

mənada bəhs etdiyimiz yazılış  şəkillərinin məhz “atam” şəklində 

transkripsiyası olduqca təbii qarşılanır:  

Atam adın sorar olsaŋ, –  Qaba Ağac! 

Atam adın deirsəŋ, –  Qağan Aslan 

Mənim adım sorarsaŋ, – 

Aruz oğlı Basatdır... 

Qazan və Basat obrazlarının dilindən verilmiş parçaların 

tipologiyasına sintaktik-semantik müstəvidə diqqət yetirək: hər iki 

parçada biri digərini forma və semantika baxımından tamamlayan 

paralel cümlə konstruksiyalarına, sintaktik paralelizmə  təsadüf 

olunur; hər iki parçada əvvəlcə kök, totem hesab olunan varlıq-

ların adları sadalanır. Basatın dilində: atam Qaba Ağac, atam Qa-

ğan Aslan; Qazanın dilində: köküm erkək qaplan, köküm aslan, 

köküm qurd balası, köküm ağ sunqur quşu... Sonra isə cəmiyyət-

dəki qohumluq əlaqələri ifadə edilir: Basatın dilində – Aruz oğlı 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

24

 

Basat; Qazanın dilində – oğlum Uruz, qartaşım Qaragünə (burada 



Qazanın atası Ulaşın adının çəkilməməsi birbaşa sintaktik mühitlə 

bağlıdır); Qazanın dilindən verilmiş qaplanın erkəgi, qurd ənügi 

erkəgi, ağ sunqur quşı erkəgi kimi söz birləşmələrində kişi cinsinə 

aid fərd anlamlı “erkəg” sözü bir təyinedici kimi çıxış edir (həmin 

sistemdəki semantik dinamika aslanın da  erkəyindən danışmağa 

əsas verir). Bu semantik dinamika sintaktik bütövün sonuna qədər 

davam edir, daha dəqiqi, kişi cinsini ifadə edən qohumluq termin-

ləri ilə tamamlanır: oğul (oğlum Uruz), qardaş (qardaşım Qara-

günə). Basatın dilindən verilmiş parçada da həmin semantik dina-

mika özünü göstərir: atam Qaba Ağac = kişi, erkək (ata sözünə 

görə); atam Qağan Aslan = kişi,  erkək  (ata sözünə görə); Aruz 

oğlı Basat = kişi, erkək (qohumluq bildirən oğul sözünə  və kişi 

şəxs adlarına görə); hər iki  parçada obrazların qohumluq münasi-

bətləri təbiət və  cəmiyyət kontekstində  təqdim olunur ki, bun-

lardan da birincisi mifik, ikinci realdır. “Kitab”da mifik və real 

qohumluq  əlaqələrinin sintez şəklində  təqdimi isə  məhz real qo-

humluğu qüvvətləndirməyə xidmət edir. 

Yuxarıdakı qeydlər göstərir ki, mübahisə predmetinə 

çevrilmiş misraları məhz aşağıdakı kimi qəbul etmək lazımdır: 

 

Atam adın sorar olsaŋ, – Qaba Ağac! 



Atam adın deirsəŋ – Qağan Aslan! 

Haqqında geniş  şəkildə  bəhs etdiyimiz misralardakı “ata” 

sözünün məna yükü və  mətn daxilindəki funksiyasını  həm də 

sintaktik bütövlər müstəvisində  təhlil etmək zərurəti yaranır. Bu 

mənada Təpəgözlə Basatın dialoquna diqqət yetirək: 

Təpəgözün dilində: 

                 Qalarda – qoparda yigit, 

                                         yeriŋ nə yerdir? 

                         Qaranŋu  dün içində yol azsaŋ 

                           umuŋ  nədir? 

                         Qaba ələm götürən xanıŋuz kim 

                         Qırış Güni ögdin? 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

25

 

Ağ saqallu babaŋ adı nədir? 



Alp ərən ərdən adın 

                    yaşurmaq eyb olur, 

Adıŋ nədir, yiğit, degil maŋa! – dedi. 

Basatın dilində: 

Qalarda – qoparda 

             yerim Günortac! 

Qaranŋu dün içrə yol azsam, 

                  umum allah! 

Qaba aləm götürən xanımız – 

                   Bayındır xan! 

Qırış güni ögdin dəpən alpımız 

                    Salur oğlı Qazan 

Atam adın sorar olsaŋ, - Qaba Ağac 

Atam adın deirsəŋ - Qağan Aslan! 

Mənim adım sorarsaŋ, - 

Aruz oğlı Basatdır, - dedi. 

İlk olaraq qeyd edək ki, burada baba və ata sözlərinin müva-

ziliyi müşahidə olunur (Təpəgözün dilində: baba – Ağ saqallu ba-

baŋ adı nədir? Basatın dilində: ata – Atam adın sorar olsaŋ, - Qaba 

Ağac!...). Ən əsası isə parçalar mifoloji məzmun daşımasına bax-

mayaraq, atanın böyüklüyü, müqəddəsliyi və kimliyi Oğuz cə-

miyyəti, Oğuz dövləti kontekstində canlandırılır. Daha dəqiqi, bu 

parçaların ümumi semantik yükündən aydın olur ki, Oğuz dövlə-

tinin  ərazisi, başçısı (xanı), sərkərdəsi, bayrağı var. Aruz oğlu 

Basat da bu dövləti qoruyanların sırasındadır. Yeri gəlmişkən, 

Basat “Kitab”da ən yenilməz, ən məğlubedilməz qəhrəman statu-

sundadır. O hətta döyüş günü öndə gedən Salur Qazandan da 

üstündür. Faktlara müraciət edək: özünün daha güclü olduğunu 

bəyan edən Qazan xan Təpəgözü öldürə bilmədiyini etiraf edir: 

 

“Qağan aslan qopdı Dəpəgöz,  



Qalıŋ sazlarda çevirdim, alamadım, Basat! 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

26

 

Ər olsaŋ, yeg. 



Olsaŋ, mərə, mən Qazanca olmıyasan, Basat!” 

Basat isə  Təpəgözə qalib gəlir: “Basat qaqıb yerindən turı 

gəldi. Buğra kimi Dəpəgözi dizi üzərinə çökürdı. Dəpəgözüŋ 

kəndü qılıcilə boynını urdı. Dəldi, yay kirişinə taqdı…”. Həm də 

bu adi qələbə deyil. Belə ki, atı vurub-basan, qanını sümürən 

Basat igidlərin başçısı Qazana zərbə vuran, Qaragünəni  əlində 

əzən, Bığı qanlı Bəgdüz Əməni əlində döyən,  ağ saqqallı Aruza 

qan qusduran, bığ yeri tərləmiş cavanları,  əlləri xına qızcığazları 

yeyən, Oğuz yurdunu əsir-yesir edən Təpəgözə qalib gəlir, Oğuz 

ellərini, Oğuz bəylərini ən böyük fəlakətdən qurtarır. 

Maraqlıdır ki, Təpəgözün və Basatın dilindən verdiyimiz 

parçalar forma və semantikasına görə Əyrək və Səyrəyin dilindən 

verilmiş parçalarla oxşardır: Təpəgözün dilində - “Alp ərən ərdən 

adın yaşurmaq eyb olur, adıŋ nədir, yigit, degil, maŋa!”…; Əyrə-

yin dilində - “Alp ər  ərdən adın yaşurmaq eyb olur, adıŋ  nədir, 

yigit?” Burada xüsusi olaraq qeyd etmək lazım gəlir ki, həmin 

parçalardakı bir sıra cümlələr nəinki oxşardır, hətta bütün 

parametrlərinə görə eynidir: Basatın dilində - “Qaba aləm (ələm – 

Ə.T.) götürən xanımız – Bayındır xan!”; Səyrəyin dilində - “Qaba 

ələm götürən xanımız – Bayındır xan!” Heç şübhəsiz ki, bu cür 

oxşarlıq və eyniliklər boyları bir-birinə bağlayan detallardandır. 

 “يدما” Drezden nüsxəsinin 232-ci səhifəsindəki bu yazılış 

şəkli müxtəlif mənalı sözlər kimi transkripsiya olunub: 

O.Ş.Gökyayın nəşrində: imdi. İmdi kardaşuz, kıyma maŋa, 

dedi (İstanbul, 2000); 

M.Erginin nəşrində: imdi. İmdi kardaşuz, kıyma maŋa didi 

(Ankara, 1958); 

H.Araslının nəşrində: imdi. İmdi qardaşlar, qıyma maŋa! – 

dedi (Bakı, 1977); 

F.Zeynalov və S.Əlizadənin nəşrində: əmdi. Əmdi qardaşlar, 

qıyma maŋa! – dedi (Bakı, 1988). 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

27

 

V.V.Bartold həmin yazılış şəklini “imdi” kimi başa düşdüyü-



nə görə “тогда” (onda, o vaxt, o zaman) kimi  tərcümə edib (Кни-

га Моего Деда Коркута. Москва-Ленинград, 1962). 

S.Əlizadə hazırda, bu anda, hazırkı vaxtda və s. anlamlı 

“imdi” (indi) sözünün mətnlə  səsləşmədiyini, həm də Drezden 

nüsxəsində “indi” anlamlı  “şimdi” sözünün işləndiyini nəzərə 

alaraq yazır: “...birinci sözü “əmdi” kimi oxuyub başa düşmək 

olar. Müasir dil üçün də təbii görünməyən “əmdi” feli ismi “əm-

zik” mənasında işlənmişdir. Belə quruluşda feli isimlərə başqa ya-

zılı abidələrdə və müasir türk dillərində də təsadüf edilir”

1

. Burada 



bir cəhəti də qeyd edək ki, “Kitab”ın 1988-ci il Bakı  nəşrində 

“əmdi qardaşlar” ifadəsi “süd qardaşıyıq”  şəklində sadələşdiril-

mişdir. 

Heç  şübhəsiz ki, fərqli transkripsiyalara münasibət bildi-

rərkən, ilk növbədə, mətnin semantik yükünə  əsaslanmaq lazım 

gəlir. Bu mənada Təpəgözlə Basatın dialoquna diqqət yetirək:  



Basatın dilində:  

“...Atam adın deirsəŋ - Qağan Aslan 

     Mənim adım sorarsaŋ, -  

     Aruz oğlı Basatdır, dedi”. 



Təpəgözün dilində: 

     “Əmdi qardaşlar, qıyma maŋa!” – dedi” 

Bu qarşılaşdırma birbaşa diktə edir ki, həmin yazılış  şəkli 

“imdi” kimi oxunsa belə, yenə  də söhbət Basatı özünə qardaş 

hesab edən, onu aldadaraq məhv etmək istəyən Təpəgözdən gedir. 

Bu isə öz təsdiqini ən azı “qıyma maŋa” ifadəsində tapır.  Çünki 

qardaş qardaşa qıymaz, öldürməz. Bəs Təpəgözlə Basat necə 

qardaşlardır? 

“Kitab”da Təpəgözün atası və anası konkret olaraq göstərilir: 

atası – Sarı çoban, anası  Pəri qızı. Deməli, Təpəgözlə Basat nə 

qandaş (atabir qardaş), nə də ki ikdişdirlər (anabir qardaş). Bu mə-

                                                            

1

 S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud, Bakı, 1988, s.249. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

28

 

nada “süd qardaşı” anlamlı “əmdi” sözü mətnlə səsləşir. Belə ki, 



Aruzun dilindən verilmiş “Xanım, munı maŋa, veriŋ, oğlum. Ba-

satla yaşlıyayın!” cümləsinin, eyni zamanda  təhkiyəçinin dilində 

işlənmiş “Aruz Dəpəgözi aldı, evinə gətürdi. Buyurdı bir dayə gəl-

di.  Əmcəgini ağzına verdi” cümlələrinin  semantik yükü “Təpə-

gözlə Basat eyni dayədən süd əmmişdir” qənaətini söyləməyə im-

kan verir.  Bu məsələyə nisbətən başqa bucaqdan yanaşan M.Ka-

zımoğlu maraqlı mülahizələr irəli sürür: “...Mətnin alt qatında 

Basat aslan balaları ilə qardaş olduğu kimi, müəyyən mənada Tə-

pəgözlə də qardaşdır... Nə qədər çətin olsa da (neçə dayənin canını 

alandan sonra əcaib uşağa qazan-qazan süd içirmək lazım gəlsə 

də), Təpəgözü Basatla bir yerdə  bəsləyib boya-başa çatdırmaq 

mümkün olur... Oğuz elinə düşmən kəsilən Təpəgöz hardasa 

Basatı özünə qardaş bilir və qardaş bildiyi adama qarşı vuruşur... 

Hərəkətləri Alp Aruzun niyyətinə uyğun gəlməyən Təpəgöz Basa-

tın həqiqi yox, yalançı qardaşına çevrilir”

1

. Deməli, həmin yazılış 



şəklinin məhz “süd qardaşı” anlamlı  “əmdi” kimi transkripsiyası 

daha real görünür. Yekun olaraq onu da qeyd edək ki, “Kitab”dakı 

“əmdi” sözü fonetik tərkibi və semantikasına görə M.Kaşğarinin 

“Divan”ındakı “süd qardaşı” anlamlı  “əmikdəş” sözü ilə eyni 

xətdə birləşir: “Eyni məmədən əmən iki uşağa “əmikdəş” deyilir, 

“əmmədə arkadaş” deməkdir” (MK. I c., Bakı, 2006, s.405). 

M.Qıpçaq “əmdi” sözündəki “di” hissəsinə başqa prizmadan yana-

şıb: “Dədə Qorqud kitabı”nın dilində  əmdi sözü “bir anadan süd 

əmən”, “süd qardaşı mənasında işlənir... əmdi sözü əmmək felinə 

sözdüzəldici -di şəkilçisinin artırılması yolu ilə  əmələ  gəlmişdir. 

Əmdi sözünü əmələ gətirən -di şəkilçisinin tarixən sifət düzəldən 

şəkilçi kimi işlənən -dik şəkilçisindən sonuncu “k” səsinin  

düşməsi nəticəsində yaranmasını güman etmək olar”

2

.  



                                                            

1

 M.Kazımoğlu. Epos, nəsr, problemlər. Bakı, 2012, s.32-34.     



2

 M.Qıpçaq. “Dədə Qorqud kitabı”nın dilində əlamət və keyfiyyət bildirən sözlər. 

Bakı, 2012, s.53. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

29

 

 ينازق   Drezden nüsxəsinin 256-cı  səhifəsində verilmiş bu 



yazılış şəklinin transkripsiyası və izahına diqqət yetirək: 

O.Ş.Gökyayın nəşrində: kızanı – genc; deliqanlı; erkek 

cocuk; qız cocuk (İstanbul, 2000); 

M.Erginin nəşrində: kızanı – cocuk, erkek cocuk... (Ankara, 

1958); 

F.Zeynalov və S.Əlizadənin nəşrində: qızanı – qızla (Bakı, 



1988); 

V.V.Bartold yuxarıdakı yazılış  şəklini “içində xörək 

bişirmək, su qaynatmaq və s. üçün böyük girdə metal qab” anlamlı 

“qazan” (котел) kimi tərcümə edib (M.,-Л., 1962). 

Göründüyü kimi, həmin yazılış  şəkli dörd cür mənalandı-

rılıb: dəliqanlı; erkək cocuq; qız; qazan (qab-qacaq). A.Hacıyev 

bu izahlardan birinə - daha dəqiqi, O.Ş.Gökyayın təqdim etdiyi 

dörd variantdan (genc; deliqanlı; erkek cocuk; qız cocuk) ikin-

cisinə üstünlük verərək yazır: “... Göstərilən cümləyə kompleks 

yanaşdıqda onun sadə, aydın bir fikri ifadə etdiyi müəyyənləşir: 

«Gördü ki, yetim oğlan bir dəliqanlıyla çəkişir (yaxalaşır)”

1

. Bu 



qeydlərin hər biri ilə müəyyən  mənada  razılaşmaq da olar. Am-

ma həmin yazılış  şəkli işlənmiş sintaktik bütövün semantikası 

problemə başqa bucaqlardan baxmağı diktə edir. İlk olaraq qeyd 

edək ki, həmin yazılış şəkli təkcə kızanı, qızanı yox, həm də “qa-

zanı” kimi oxunur. “Qazanı” oxunuş formasının düzgünlüyünü isə 

belə arqumentləşdirmək olar: M.Kaşğarinin “Divan”ındakı kazğan  

( نغ زق) (MK.II, Bakı, 2006, s.249) sözünün ilk hissəsi (زق) Drez-

den nüsxəsindəki həmin yazılış şəklinin ilk hissəsi iləزق  eynidir; 

V.V.Bartold həmin yazılış şəklini “qazan” (qab-qacaq) kimi başa 

düşdüyündən “котел” kimi tərcümə edib. 

“Qazan” feli sifətinə diaxronik müstəvidə münasibət bildirən 

Q.Bağırov türkoloji araşdırmalara istinad edərək yazır: “...abidə-

lərdə qazan – qazğan felinin işlənməsi bu sözün ta qədimdən 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, s.193. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

30

 

yayılıb ümumtürk dillərinin zonasında işlənən bir söz olduğunu 



göstərir.  

S.Y.Malov Gültəkin abidəsinin böyük mətnində  və Tonyu-

kuk abidəsində bu felin qozğan variantını göstərərək, onun əldə 

etmək (приобработать, добывать), əldə etmək üçün hərislik gös-

tər, qibtə et və qısqanclıq göstərmək (ревновать) mənalarında iş-

ləndiyini və oradaca Radlova əsaslanaraq qazğan felinin yeni 

dövrlərdə qazan şəklinə düşdüyünü qeyd edir. ...çox güman ki, 

qazan feli möhtəkirlik anlayışı ilə bağlı olan bir  prosesdən əmələ 

gəlmişdir”

1

.  



Bu izahlardakı hərislik göstərən, qısqanclıq göstərən, möhtə-

kirlik edən  anlamlı “qazan” (qazğan) sözü “Kitab”dakı “qazanı” 

(yeni təqdim etdiyimiz transkripsiya) sözünün semantikası ilə 

səsləşir; “...Yemək-içmək etdilər. Səgrək məst oldu. Tışra ayaq 

yoluna çıqdı. Gördi kim, öksüz oğlan bir qazanı  çəkişür. “Mərə 

noldıŋız?” deyü bir şillə birinə, bir şillə birinə urdı... Biri aydır: 

“Mərə, mizim öksüzligimiz yetməzmi, bizi niyə urarsan?..” (D-

256). Bu parçanı belə səciyyələndirmək olar: hər iki oğlan yetim-

dir; hər ikisi şadlıq məclisini kənardan seyr edir; hər  ikisi şadlıq 

məclisi qurtardıqdan sonra əldə edəcəkləri ərzağı (yeməyi) səbir-

sizliklə gözləyir; Çox güman ki, onların çəkişməsi də bu motivlə - 

süfrədə qalan yeməyə kimin sahib çıxa bilməsi ilə bağlıdır. Bu 

mənada həmin yazılış şəklinin “qızanı” (qız) formasında transkrip-

siyası, eyni zamanda qab-qacaq anlamlı “qazan” kimi başa düşül-

məsi mətnin semantikasına ziddir. O ki qaldı “kızanı” (qızanı) 

şəklində transkripsiya və onun “dəliqanlı” mənasında yozulması-

na... Bu da mətnin semantik yükünə yapışıqlı görünmür: ona görə 

ki ikinci yetim “dəliqanlı” olsa idi, Səyrəyin  şilləsini cavabsız 

qoymazdı. Ən azı şillə ilə cavab verərdi. Çünki “dəli nərə dəliqan-

lılığın  ən qabarıq,  ən nümayişkaranə  və  ən parlaq ifadə forması-

                                                            

1

 Q.Bağırov.Azərbaycan dilində fellərin leksik-semantik inkişafı.Bakı, 1971, s.103. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

31

 

dır”



1

. Bu da o deməkdir ki, həmin ac-yalavac yetimlər Səyrəkdən 

ən azı üç-dörd yaş kiçik uşaqlardır. 

Nəyisə  əldə etməyə  həris, paxıl, qısqanc anlamlı “qazanı” 

sözünün sonundakı “-ı” isə -la morfemi funksiyasında çıxış edir. 

Diqqətçəkən məqamlardan biri də budur ki, həmin yazılış şəklini 

müxtəlif cür  yozanlar da “-ı”  şəkilçi morfemini (birgəlik – alət 

halın arxaikləşmiş forması) məhz “-la” kimi sadələşdirib: qızla 

(F.Zeynalov və S.Əlizadə); dəliqanlıyla (A.Hacıyev). 

 

 



                                                            

1

 K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.108. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

32

 

QORQUDŞÜNASLAR, DİLÇİLƏR YAZIR,                             



“DƏDƏ QORQUD KİTABI” TƏKZİB EDİR 

 

Son  əlli ildə araşdırma obyekti olan abidələrimiz sırasında, 

heç şübhəsiz ki, “Kitab”ın  yeri birincidir. Nə qədər qəribə görün-

sə  də, biz “Kitab”ı öyrəndiyimiz, araşdırdığımız kimi, “Kitab”da 

bizi öyrədir, bizə borclu qalmır, mənəvi dünyamızın qaranlıq 

səhifələrinə  işıq salır. Bu məqamda Kamal Abdullanın bir fikri 

yada düşür: “Bu gün də  hətta bir çox mənəvi bəşəri dəyərləri o 

uzaq Qorqud dövrünə aparmaq necə də cəlbedici görünür... Oğuz 

cəmiyyətində  hər hansı  bir keyfiyyəti və ya dəyəri mütləq tam 

şəkildə, bütün mənfi-müsbəti ilə, hərtərəfli götürməliyik. Çünki 

yalnız belə olarsa, obyektiv həqiqət  ortaya çıxa bilər”

1

. Bu 



baxımdan “Kitab”ın ən mötəbər mənbə olduğu unudulmamalı, ona 

zərgər dəqiqliyi ilə yanaşılmalı, onun nəinki mikro və makromətn-

ləri, hətta hər sözü, səsi belə diqqətdən yayınmamalıdır. Təəssüf 

ki, bəzən bunun əksini görürük. Konkret desək, düzgün olmayan 

transkripsiyaların, “Kitab”da öz çəksini real olaraq tapmayan bir 

sıra məsələlərin “Kitab”a zorla aid edilməsinin, “Kitab”a istinad 

olunmadığı üçün çıxarılmış  nəticələrin qeyri-dəqiqliyinin  şahidi 

oluruq. Açığını deyim ki, bir sıra yazılarımda həmin məsələlərə az 

da olsa münasibət bildirmişdim... Amma “Kitab”la bağlı qeyri-

dəqiq fikirlərin  əhatə dairəsinin genişlənməsi problemə yenidən 

qayıtmaq zərurəti yaradır. İlk olaraq qeyd edim ki, bu vaxta qədər 

müəyyənləşdirdiyim  nöqsanların, daha doğrusu, yanlış izahların 

bir hissəsi aşağıdakılardır: 

–  “Kitab”ın nə Drezden, nə də ki Vatikan nüsxəsində “Gəli-

nə ayran demədim mən Dədə Qorqud” misrası ilə başlanan  şeir 

parçası yoxdur. Alimlərimizin bəziləri isə  həmin  şeir parçasının 

“Kitab”da olduğunu göstərir

                                                            

1

 K.Abdulla. Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 2009, s.302. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

33

 

–  bir sıra qorqudşünasların fikrincə, “Kitab”da dağ qayınata 



statusunda çıxış edir, Oğuz qadını dağı görəndə yaşmaqlanır. 

Halbuki “Kitab”da bu cür hadisələrin təsvirinə rast gəlinmir; 

–  təkcə sadə vətəndaşlarımız yox, hətta bəzi elm adamları-

mız “Dədə Qorqud” filminə  əsaslanaraq deyirlər ki, “Kitab”da 

Günel və Tural obrazları var. Bu səhvi etməmək üçün “Kitab”a 

müraciət etmək, onu oxumaq lazımdır; 

–  “Uruz xub söylədi, şəkər yedi” cümləsindəki gözəl danış-

maq, xoş danışmaq anlamlı “şəkər yemək”  ifadəsinin şirni, şəkər, 

şirin  şey mənasında, yaxud “Bədəvi atlar issin görüb oğradıqda” 

cümləsindəki kişnəmək anlamlı “oğramaq” sözünün oğru (başqa-

sına məxsus  əşyanı gizlincə götürüb mənimsəmək) mənasında 

təqdiminə  təsadüf olunur. Heç şübhəsiz ki, bu, birbaşa “Kitab”ı 

linqvopoetik baxımdan normal mənimsəməməklə  bağlıdır; 

– qön (gön) sözünün “qum” (D-176), atam sözünün “anam” 

(D-232)  şəklində  təqdimi “Kitab”ın bütün nəşrlərində müşahidə 

olunur ki, bu da həmin tip cümlələrin semantikasını olduğu kimi 

qavramağa imkan vermir; 

–  Buğac adının izahı “Kitab”da tam aydın şəkildə verilsə də 

(Bir buğa öldürmüş  səniŋ  oğlıŋ, adı Buğac olsun), bəzi alimləri-

miz heç bir əsas olmadan onu “buğaya qalib gələn xaç – od” kon-

tekstində izah edir... 

–  Drezden nüsxəsinin 121-ci səhifəsindəki “məlikin” sözü 

“Kitab”ın 1988-ci il Bakı  nəşrində “bəgin” sözü ilə  əvəz edilib, 

daha dəqiqi, “Baybican məlikin” birləşməsi “Baybican bəgin” 

birləşməsi  şəklində verilib: “Baybörə  bəgiŋ  oğlancuğı Beyrək 

Baybican bəgin qızın aldı” (bax: Kafirlərin qohumluğu); 

Banıçiçəyin dilindən verilmiş “...bir yasduqda baş qoduğım!” 

ifadəsindəki “qodığım” feli sifəti “Kitab”ın 1988-ci il Bakı nəşrin-

də “qoyduğum” deyil, “qoyacağım” şəklində sadələşdirilib ki, bu 

da mətni olduğu kimi başa düşməyə imkan vermir (bax: Banıçi-

çəyin qohumluğu);  

– “Kitab”dakı “kişi” sözünün həm də qadının əri, həyat yol-

daşı  mənasında işlənməsinə, demək olar ki, münasibət bildiril-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin