ƏZİZ ƏLƏKBƏRLİ elbrus qaraqoyunlu



Yüklə 2.55 Mb.
Pdf просмотр
səhifə1/46
tarix18.05.2017
ölçüsü2.55 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   46

 

ƏZİZ ƏLƏKBƏRLİ 



ELBRUS QARAQOYUNLU

 

 

 

 

 

 

 

 

TÜRKMƏNŞƏLİ

 

ERMƏNİ

 

SOYADLARI

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2016

 

 

BAŞ MƏSLƏHƏTÇİ:   Əli Şamil oğlu HƏSƏNOV 

                                         Qaçqınların və Məcburi Köçkünlərin  

                                         İşləri Üzrə Dövlət Komitəsinin sədri 



 

 

REDAKTORLAR: 

Nizami CƏFƏROV 

         AMEA-nın müxbir üzvü 

 

          filologiya üzrə elmlər doktoru, professor 



 

Buludxan XƏLİLOV

 

          filologiya üzrə elmlər doktoru, professor 



 

 

RƏYÇİLƏR: 

 

Sərlan HƏSƏNOV

 

             

     filologiya üzrə fəlsəfə doktoru

 

 



 

 

 

Cəlal Allahverdiyev 

 



    filologiya üzrə fəlsəfə doktoru 

 

 

Əziz Ələkbərli, Elbrus Qaraqoyunlu. Türkmənşəli erməni 

soyadları, Bakı, “Qaya”, 2016. -512 səh.

 

 



 

ISBN-9-789952-81089-9

 

 

 

Kitabda bu gün dünyanın erməni kimi tanıdıığı, lakin özləri özlərini 

erməni yox, hay adlandıran, etnik cəhətdən qarışıq və qeyri-yekcins bir 

toplumun əslini-kökünü üzə çıxarmaq üçün çox vacib  olan soyad  mə-

sələsi  araşdırmaya  cəlb  edilmiş,  bu  məqsədlə  türkmənşəli  erməni  so-

yadlarının lüğəti tərtib olunmuş, 1001 erməni soyadının elmi şərhi ve-

rilmişdir.  

 

      3202050000 



Ə ------------------ Qrifli nəşr

 

       098 - 2016

 

© Ə.Ələkbərli, 2011

 

© Ə.Ələkbərli, 2016

 

 

ERMƏNİ SOYADLARI  



ERMƏNİLƏRİN TARİXİ KİMLİYİNİN  

GÜZGÜSÜDÜR 

 

Ermənilər (haylar) kimdir, mənşələri nədir, hansı etnik- 



mədəni sistemə daxildirlər, hansı coğrafi məkanda və nə vaxt 

tarix səhnəsinə çıxıblar, Yaxın Şərqə  və Qafqaza nə  vaxt gə-

liblər, necə olub ki, bütün dünyaya səpələniblər? Bu və bu kimi 

suallar yüzillər boyudur ki, alimləri düşündürür, lakin dəqiq bir 

cavab, ortaq bir fikir yoxdur. Ona görə yox ki, elm bu suallara 

cavab verməkdə acizdir, ona görə ki, birincisi, söhbət normal 

bir  etnik  toplumdan,  xalqdan,  millətdən  getmir,  dünyanın  er-

məni kimi  tanıdıığı,  lakin özləri özlərini erməni  yox, hay ad-

landıran, dillərinə hay dili, əcdadlarına Hayk, atalarına hayrik

vətənlərinə Hayrenik, ölkələrinə Hayastan deyən, etnik cəhət-

dən çox mürəkkəb, qarışıq və qeyri-yekcins bir toplumdan ge-

dir. İkincisi də ona görə ki, ermənilər necə ki, lap qədim dövr-

lərdən  üzü  bəri  qəbilələrin,  tayfaların,  xalqların  oyuncağı 

olublar, indi də böyük dövlətlərin və millətlərin əl ağacından, 

dirijor  çubuğundan  başqa  bir  şey  deyildirlər.  Bunu  onların 

özünə və başqalarına başa salmaq bu gün heç kəsə sərf eləmir, 

bu gün bütün dünyaya o sərf edir ki, ermənilər var və onlarla 

istədikləri  vaxt  istədikləri  kimi  davranır,  onlardan  istədikləri 

şəkildə  istifadə  edirlər  və  ən  vacibi  də  odur  ki,  ermənilərin 

özləri də buna çox həvəslə gedirlər. 

Maraqlıdır ki, kimlikləri barədə düşünən ermənilərin öz-

ləri belə bəzən özlərindən baş açmırlar. Məsələn, erməni alimi, 

akademik Manuk Abeqyan yazır: “Erməni xalqının əsli nədir, 

necə  və  nə  vaxt,  haradan  və  hansı  yollarla  o,  buraya  gəlib, 

erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, 

onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əli-

mizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur”  


 

Akademik M.Ağanbekyan da eyni fikri təsdiq edir: "Er-



məni dili hibrid (calaq) dildir. O  biri yandan erməni qəbiləsi 

də hibriddir”. 

Erməni şairi M.Nalbandyan isə erməniləri ümumiyyətlə 

bir etnik varlıq kimi şübhə altına alır: “Mən ermənilərin yaşa-

dıqları  bir  çox  yerləri  gəzmişəm.  Daima  xalis  ermənicə  olan 

bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər 

yerinə yetirilməyib”. 

Belə misalların sayını istənilən qədər artırmaq olar.  

Lakin məsələ düşündüyümüz qədər də sadə və aydın deyil. 

Məsələ ondadır ki, bizim bu gün erməni dediyimiz millət ermə-

nilər deyil, haylardır. Üstəlik, bugünkü ermənilər etnik cəhətdən 

yekcins  olmadığı  üçün  onların  damarlarında  regionun  bütün 

qədim və müasir xalqlarının, o cümlədən albanların, ermənilərin 

(ərmənlərin), qaraçıların, kürdlərin, farsların, talışların, tatların, 

ərəblərin, yunanların, aysoruların, gürcülərin, azərbaycanlıların, 

rusların və s. qanı axır, ən çox da qıpçaq türklərinin. Onlar etnik 

toplum yox, kilsə ətrafına yığılmış dini toplumdur. Ona görə də 

dünən olduğu kimi, bu gün də onları kilsə idarə edir.  

Əlbəttə,  bu  tezisi  əsaslandırmaq  üçün  ən  azı  üç  suala 

cavab  vermək  lazımdır: 1) Ermənilər kimdir  və Qafqazda nə 

vaxtdan yaşayırlar? 2) Haylar kimdir və Qafqazda nə vaxtdan 

yaşayırlar? 3) Qafqazda və Yaxın Şərqdə yaşayan ən müxtəlif 

xalqların nümayəndələri bu kiçik etnik toplumun içində necə 

əriyib haylaşdılar? 

Biz  də  elə  bu  suallara  cavab  vermək  istəyirik.  Öncə 

ermənilər.  

Əvvəla, Qafqaz tarixində erməni deyilən bir xalq yoxdur, 

heç alban deyilən bir xalq da yoxdur. Bütün bu ərazilər xüsusilə 

iki böyük Türk qövmü arasında bölüşdürülüb – Oğuz alplarının 

məskunlaşdıqları ərazilərə Alpan, Alp eli, Albaniya, yəni “Alp-

ların  ölkəsi”,  qeyri-oğuz  türk  boylarının  –  Qıpçaq  ərlərinin 



 

məskun  olduqları  coğrafiyaya  isə  Arman//Ərmən,  Armani-



ya//Arminiya//Ərməniyə, yəni “Ərlərin ölkəsi” deyiblər.  

Başqa  sözlə,  ermənilər  və  ya  ərmənlər  ən  qədim  za-

manlardan üzü bəri Cənubi Qafqazda və Yaxın Şərqdə yaşayan 

oğuzlar,  qarqarlar,  qamərlər,  saklar,  işquzlar,  qıpçaqlar,  bul-

qarlar,  gögərlər  (quqarlar),  hunlar,  kasbilər,  xəzərlər,  şadlılar 

və b. kimi türk boylarından biri  yox, onların bütöv bir qrupu-

nun  ümumiləşmiş  adıdır,  alpanlar//albanlar  kimi,  yəni  subet-

nosdur. Ona görə də bütün tarixi mənbələrdə bu coğrafiyada az 

qala  dövlət  səviyyəsində  iki  coğrafi  məkanın  adı  çəkilir  – 

Albaniyanın və Ərməniyyənin. Üçüncüsü də var – İberiya, o da 



Ərlər boyu anlamındadır (İb-er//Bi-er və ya Eb-er), lakin hələ 

ondan burada danışmırıq, o, başqa söhbətin mövzusudur. 

Ümumiyyətlə, Cənubi Qafqaz və Yaxın Şərq tarix boyu 

Türk  ərlərinin//alplarının  anayurdu  olduğundan  bu  coğrafi-

yadakı bütün qədim dövlətlərin adında ərmənlərin də mənsub 

olduğu  həmin  Ərlərin//Alpların  (Ər-manların//Alp-anların  – 

“Ər kişilərin”) adı keçir: Şumer//Subar, Xarxar//Qarqar, Arat-

ta, Ararat, Alpan, Arman, Aran, İber və s. 

Sasani  hökmdarları,  daha  sonra  ərəblər  bu  bölgəni  Ər-

məniyyə adlı dörd inzibati  vahidə böləndə də bugünkü ermə-

niləri  yox,  Türk Ərlərinin  yaşadıqları coğrafiyanı nəzərdə  tu-

turdular.  Tarixi  Ərməniyyə  isə  qədimdən  qıpçaq  türklərinin 

anayurdu idi. Və 405-ci ildə Mesrop Maştots “erməni əlifbası” 

deyilən  əlifbanı  həmin  ermənilər  –  xaçpərəst  qıpçaq  türkləri 

üçün  tərtib  etmişdi  və  bu  gün  yüzlərlə  qıpçaq  mətni  həmin 

əlifbada  günümüzə  qədər  gəlib  çatmışdır.  Görkəmli  türkoloq 

alim,  professor  Aleksandr  Karkavetsin  “Erməni-qıpçaq  yazı-

ları”  kimi  dünya  elmi  ictimaiyyətinə  təqdim  etdiyi  həmin 

mətnlər  ən  müxtəlif  yönlərdən,  xüsusilə  Qafqazın  tarixi  ilə 

bağlı  yuxarıda  irəli  sürdüyümüz  konsepsiya  baxımından  öz 

ciddi elmi tədqiqini hələ də gözləməkdədir. 


 

Ərmən-qıpçaq türkləri ilə Oğuz türkləri arasında mövqe, 



mənsəb və ərazi davaları, təbii olaraq, həmişə olub və bunun ən 

bariz nümunəsini “Kitabi-Dədə Qorqud” dastanlarında görürük. 

Bu dastanda yerli “kafir” Qıpçaq türklərinin vətəni olan Ərmə-

niyyənin yenicə islamı qəbul etmiş gəlmə Oğuz türkləri (sonrakı 

tarixdə:  türkmanlar)  tərəfindən  məskunlaşdırılmasının,  başqa 

sözlə, oğuzlaşdırılmasının tarixi mənzərəsini görürük. 

Ərmənlərin ən böyük tarixi faciəsi də elə həmin dövrdə, 

Qafqazın islamlaşması ilə başladı. Bu işdə ərəblərin günahı da 

az olmadı. Ərəblər atəşpərəstliyini qoruyan və ya tanrıçılığı öz 

dini inancı hesab edən yerli və gəlmə xalqları (türkləri) «imana 

gətirmək» adı ilə qılıncdan keçirdilər, «qılınc müsəlmanı» elə-

dilər. Qıpçaq ərmənlərin və Oğuz albanların bir hissəsi isə «dini 

və Allahı» olan xalqlar kimi bu təzyiqdən qismən kənarda qal-

dılar,  hələ  bəzən  bəhrələndilər  də.  Nəticədə  bir  xalq  iki  yerə 

bölündü: müsəlmanlara və xaçpərəstlərə. Zaman-zaman islamın 

adından danışan bəzi yerli din xadimlərinin başqa dindən olan-

lara aqressiv münasibəti, onları cəmiyyətdən kənar etmələri so-

nucda  eyni  bir  xalqın  dinayrı  iki  qanadının  bir-birinə  düşmən 

kəsilməsinə, ən azı nifrət etməsinə gətirib çıxardı. Əvvəl-əvvəl 

öz ata-baba (IV yüzildən bəri) dinlərini (xaçpərəstliyi) qoruyan 

soydaşlarımız tədricən ayrı bir dini-sosial-iqtisadi-mədəni züm-

rəyə çevrildilər. Çoxları buna dözmədi, davam gətirmədi və bu 

zümrə sürətlə öz sıralarını seyrəltməyə başladı, hələ də xaçpə-

rəstliyini  saxlamış  soydaşlarımızın  bir  hissəsi  azlıqda  qalan 

xaçpərəst  düşərgəsindən  islam  düşərgəsinə  keçib,  çoxluğa  qo-

vuşdular. Əslində, XVIII-XIX  yüzillərə  qədər  davam  edən  bu 

proses XIII-XIV yüzillərdə başa çatmalı idi. Lakin həmin dövr-

də  Qafqazı  bürüyən  monqol-tatar  yürüşləri  və  onların  Cənubi 

Qafqazdakı Hülakülər hakimiyyəti nəinki bu prosesin qarşısını 

aldı, əksinə, Hülakü xanın övladları (Qazan xana qədər!) xaç-

pərəstliyə  dayaq  durdular  və  Cənubi  Qafqazda  xristianlığın 


 

dini-iqtisadi mövqeləri daha da möhkəmləndi.  



Hülakülərdən  sonra  Əmir  Teymur  Cənubi  Qafqazda 

xaçpərəstliyin  belini  sındırsa  da,  sonrakı  yüzillərdə  Qaraqo-

yunlu, Ağqoyunlu və Səfəvi hökmdarları xaçpərəstliyə xüsusi 

önəm verdilər və ondan siyasi məqsədlərlə istifadə etməyə baş-

ladılar. Müsəlman cahangirləri bir-birlərinə qarşı mübarizədə 

xaçpərəst ölkələr arasında özlərinə müttəfiq axtarmaq və bu za-

man  öz  xaçpərəst  təbəələrinin  imkanlarından  bəhrələnmək 

yolu  tutdular.  Hətta  bəzən  özlərini  xaçpərəstliyə  daha  yaxın 

göstərmək  üçün  bir-birləri  ilə  yarışa  da  girdilər.  Ən  böyük 

səhvi  isə  1441-ci  ildə  Qaraqoyunlu  hökmdarı  Cahanşah  etdi. 

O,  Qafqazda  fəaliyyət  göstərən  alban-oğuz  və  ərmən-qıpçaq 

kilsələri  olmağına  baxmayaraq,  Kilikiyanın  Sis  şəhərindən 

hay-xristian  dini  kafedrasının  İrəvan  yaxınlığındakı  yarımda-

ğılmış Üçkilsə ərmən-türk xaçpərəst məbədinə köçürülməsinə 

icazə  verdi.  Bununla  da  Yaxın  Şərqdən  hay-xristian  missio-

nerlərinin İrəvan xanlığı ərazilərinə axını başladı.  

Az  sonra  Üçkilsə  xaraba  qalmış  ərmən-türk  xaçpərəst 

məbədlərini  bərpa  etməyə,  onları  haylaşdırmağa  start  verdi. 

Lakin  bu  ərazilərdə  xaçpərəstliyini  hələ  də  qoruyub  saxlamış 

az  sayda  ərmən  türklərini  öz  tərəfinə  çəkmək  üçün  Üçkilsə 

təkcə xristianlığı təbliğ etməklə kifayətlənmir,  həm də bunun 

üçün tarixi-ideoloji zəmin hazırlamaq barədə düşünürdü. Be-

ləliklə,  kilsələrə  cəlb  edilmiş  katiblər  tarixi  kitabların  üzünü 

köçürür, onları ümumxristian tarixi ilə uzlaşdırır, ərmən və al-

ban xaçpərəst tarixini hay-ərmən xristian tarixi kimi formalaş-

dırırdılar. Kitabların orijinalları isə məhv edilirdi.  

Kilsənin ikinci funksiyası yaradılmış bu saxta tarixi kilsə 

məktəblərinə cəlb edilmiş uşaqlara öyrətmək idi ki, bununla da 

saxta tarixlə zəhərlənmiş yeni nəsil yetişdirilirdi. Maraqlıdır ki, 

kilsədə  bütün  bu  işlər  «qədim  erməni  dili»  deyilən  qrabarda 

həyata  keçirilirdi.  Əslində,  bu,  yerli  ermənilər  (türk  ərmənlər) 


 

üçün tamam yad bir dil idi. Bu dil Hind-Avropa dil sisteminə 



daxil olan (flektiv) dil idi və bu dili kilsədə tədris edənlərdən və 

öyrənənlərdən  başqa  heç  kəs  bilmirdi.  Hətta  erməni  tədqiqat-

çıları da etiraf edir ki, kilsə erməni əhalinin bu dili öyrənməsini 

qəti qadağan etmişdi. Yəni kilsə xaçpərəst türk-erməni əhalinin 

kilsənin apardığı antimilli (antitürk) siyasətini başa düşüb ondan 

üz döndərə biləcəyindən qorxurdu. Hər şeyi gizli aparırdı. Lakin 

müsəlman dünyasının ortasında bu gizli oyunların sonu yox idi. 

Bunu özləri də başa düşür, buna görə də xristian dövlətlərindən 

dəstək almaq üçün elçilər göndərir, dəridən-qabıqdan çıxır, hi-

mayəçi axtarırdılar. Nəhayət, belə bir dəstək XVIII yüzilin əv-

vəllərində çar Rusiyası tərəfindən verildi, çünki çar Rusiyasının 

Qafqazda  və  Yaxın  Şərqdəki  siyasi  maraqları  ilə  hay-erməni 

kilsəsinin dini-milli maraqları üst-üstə düşürdü. 

XIX yüzilin əvvəllərində Qafqazın Rusiya tərəfindən iş-

ğalı ilə əlaqədar Ön Asiyadan Cənubi Qafqaza çoxlu hayların 

(onların böyük bir hissəsi türkləşmiş bizans-yunan-aysoru tör- 

töküntüləri idi) köçürülüb gətirilməsi buradakı  ərmənlərin  və 

albanların (xaçpərəst qıpçaq və oğuz türklərinin) haylaşmasına 

sonuncu təkan oldu. Lakin XIX  yüzilin əvvəllərində Qafqaza 

gələnlər  etnik  cəhətdən  yekcins  olmadığı  kimi,  onların  vahid 

dili də  yox idi. İrandan gələnlərin çoxu fars-türk, Türkiyədən 

gələnlər türk dilində, yerli ərmənlər isə Azərbaycan türkcəsin-

də danışırdılar. Gəlmələrin danışıqlarında hay kəlmələri azlıq 

təşkil edirdi. Kilsə icmaları azsaylı olduqları üçün onların dili 

(qrabar)  xalq  üçün  artıq  məqbul  deyildi.  Yeni  erməni  ədəbi 

dilinin (aşxarabar) banisi Xaçatur Abovyanın etiraf etdiyi kimi, 

«dünyada iki elə dil tapmaq mümkün deyildir ki, onlar arasın-

da qədim erməni (kilsə) dili (qrabar) ilə yeni erməni (xalq) dili 

(aşxarabar) arasındakı fərq qədər fərq olsun». 

Buna görə də yeni erməni dili türk dil sistemi və türk dili 

leksikası əsasında formalaşdı. Yerli xaçpərəst ərmən türkləri-


 

nin  (türk  ermənilərin)  dili  ilkin  mərhələdə  bu  dilin  formalaş-



masında mühüm rol oynadı. Buna görə də bu gün erməni təd-

qiqatçıları təəccüb edir ki, nə üçün qədim erməni-hay dili olan 

qrabardan  fərqli  olaraq  çağdaş  –  XIX  yüzil  erməni-hay  dili 

olan  aşxarabar  bu  qədər  Azərbaycan-türk  dilinə  yaxındır. 

1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji qurultayda çı-

xış  edən  məşhur  erməni  dilçisi  Hraçya  Açaryan  da  çıxışında 

etiraf  edirdi  ki,  türk  (Azərbaycan)  dilinin  erməni  dilinə  təsiri 

çox böyükdür, bir dildən başqa dilə, adətən, isimlər, az halda 

sifətlər  və çox nadir hallarda  feillər keçdiyi, saylar, bağlayıcı 

və zərflər isə qətiyyən keçmədiyi halda, nədənsə türk dilindən 

erməni dilinə bu nitq hissələrinə aid sözlər bərabər səviyyədə 

və hətta 70-90 faiz səviyyəsində keçmişdir, hətta elə cümlələr 

var ki, bütövlükdə türk sözlərindən ibarətdir.  

Əslində, H.Açaryan bilməmiş deyildi ki, bu, hayların dili 

yox,  XVIII-XIX  yüzillərdə  gəlmə  hayların  kobud  sözləri  ilə 

zibillənmiş  ərmən-qıpçaq  və  alban-oğuz  xristian  türklərinin 

dilidir. 1836-cı ildə çar tərəfindən alban kilsəsinin rəsmi olaraq 

ləğv  edilib  erməni  kilsəsinə  tabe  etdirilməsi  alban  və  ərmən 

xristian türklərinin haylaşdırılmasını qəti olaraq başa çatdırdı. 

Bununla da ermənilərin (hayların) etnogenezində Azərbaycan- 

türk  faktoru daha da gücləndi. Lakin  az sonra  – XIX  yüzilin 

ortalarından başlayaraq Yaxın Şərqdən o qədər hay köçürülüb 

Qafqaza gətirildi ki,  tədricən nəinki erməni dili  güclü şəkildə 

haylaşmağa məruz qaldı, həm də erməni milləti öz etnogene-

zindəki  türk  elementlərini  itirərək  hay  etnosistemində  əriyib 

yox oldu. Dənizdə bir damla su kimi!.. Elə o  vaxtdan tarixdə 

erməni  deyilən  bir  xalq-millət  yoxdur,  ermənilər  (xaçpərəst 

qıpçaq türkləri) Qafqazın latın xalqı olaraq  tarix səhnəsindən 

silinib getdilər. Lakin tarixdə onların çoxlu izləri, mənbələrdə 

adları, bütün Qafqaz və Yaxın Şərq boyu səpələnmiş yeraltı və 

yerüstü mədəniyyət nümunələri qaldı. Xaçpərəst türk ərmən-


10 

 

ləri öz içlərində əridən haylar bu dəfə də fürsətdən ustalıqla ya-



rarlandılar, ərmənlərin//türk ermənilərin nəinki adına, həm də 

tarixinə,  mədəniyyətinə  yiyələndilər,  minillər  boyu  yaratmış 

olduqları maddi və mənəvi dəyərlərini mənimsədilər. Özlərini 

“hay” adlandıra-adlandıra dünyaya “erməni” kimi çıxdılar. 

Bəs, əslində, haylar kimlər idilər? 

Başlanğıcını Assuriya və Urartunun qul koloniyalarından 

götürüb,  bu  koloniyalarda  müxtəlif  peşələrə  yiyələndirilib, 

sonra da qul bazarlarında dünyanın hər tərəfindən gələn tacir-

lərə ixtisaslaşmış (oxu: sənətkar!) qullar kimi satılan, etnik cə-

hətdən yekcins olmasa da, Hayasa şəhər-vilayətinin adı ilə hay 

(yəni Hayasa qulu) adlanan indiki ermənilərin XV yüzilə qədər 

Cənubi  Qafqaza  heç  bir  dəxli  olmayıb.  Bu  barədə  dünya  və 

hətta erməni alimlərinin özü də kifayət qədər yazıb. 

Özlərinin milli heç nəyi olmayan bu qullar (sonrakı tarixi 

dövrlərdə nökərlər, kənizlər, işçilər, daha sonra sənətkarlar, ta-

cirlər,  bacarıqlı  xidmətçilər)  cəmiyyətdən  kənarda,  cəmiyyətin 

alt qatında yaşadıqca tədricən bir etnik toplum təşkil edir, köləsi 

olduqları xalqların maddi-mənəvi dəyərlərindən, xüsusilə mət-

bəxindən, musiqisindən, dilindən, dinindən, folklorundan və s. 

gündəlik həyatlarında istifadə edir, özləri hibrid millət olduqları 

kimi, həm də hibrid bir mədəniyyət formalaşdırırdılar.  

Lakin elə buradaca dünya ermənişünaslığının ya bilərək-

dən,  ya  da  bilməyərəkdən  dolaşdırdığı  bir  məsələyə  aydınlıq 

gətirmək  istərdik.  Məsələ  ondadır  ki,  tarixdə  ermənilərin  ya-

ramaz  bir  millət  olmaları  barədə  yazılan,  qədim  mənbələrdən 

gğtürülən  fikirlərin  əksəriyyəti,  əslində,  Cənubi  Qafqazın  və 

Yaxın  Şərqin  tarixi  sakinləri  olan  qədim  ermənilər  (türk  ər-

mənlər)  barədə  deyil,  bu  gün  «erməni»  adlandırdığımız,  lakin 

erməni yox, hay olan bir millət haqqındadır. Ermənilərdən (türk 

ərmənlərdən)  fərqli  olaraq,  haylar  Hind-Avropa  dilli  xalqdır, 

qədimdə Balkanlarda  yaşamış,  sonra  Aralıq  dənizinin  şərq  sa-


11 

 

hillərinə gəlib çıxmış friqlərin törəmələridir. Lakin onlar ancaq 



friqlər  də  deyildirlər.  Qul  koloniyalarında  friqlərlə  yanaşı,  bir 

çox xalqların nümayəndələri də vardı ki, onların da hamısı, yu-

xarıda  dediyimiz  kimi,  Hayasa  şəhər-vilayətinin  adı  ilə  “hay” 

adlanırdılar. Bu hayların içərisində friqlər üstünlük təşkil etdiyi 

üçün qalanlar onların içərisində assimilyasiya olunurdu.  

Nəhayət,  belə  bir  məsələyə  də  aydınlıq  gətirmək  lazım 

gəlir ki, Qafqazda və Yaxın Şərqdə yaşayan müxtəlif xalqların 

nümayəndələri onlardan qat-qat zəif olan “hay” adlı bu kiçik 

etnik toplumun içində necə əriyib haylaşa bildi? 

Əvvəla, oradan başlayaq ki, hayların,  yəni indiki ermə-

nilərin  Cənubi  Qafqaza  gəlişi  1431-ci  ildən  –  erməni  kilsəsi 

üçün  indiki  Eçmiədzin  ərazisinin  pulla  satın  alımasından  və 

1441-ci ildə erməni dini kafedrasının Kilikiyanın Sis şəhərin-

dən bura köçürülməsindən başlayır. Qafqazın haylaşdırılması 

prosesini də həmin tarixdən başlamaq lazımdır.  

Lakin  bölgədə  bu  proses  bir  o  qədər  də  asan  getməyib, 

hətta Azərbaycan tarixinin ən ağrılı dövrünü təşkil edir. Həm də 

o  qədər  ağrılı  ki,  xalq  öz  folklorunda  obraz,  motiv,  süjet,  janr 

şəklində bu mövzuya dönə-dönə müraciət edib, ortaya Əsli-Kə-

rəm,  Xumar-Şeyx  Sənan,  Bahadur-Sona,  Əli-Nino  dastanları 

çıxıb. Burada belə bir incə məqama da xüsusi diqqət yetirmək 

lazımdır ki, həmin dastanların hamısında müsəlman oğlan xaç-

pərəst qızını sevir və dastanların heç birində xaçpərəstliyə nifrət 

yoxdur,  əksinə,  bu  gənclərin  sevgisi  timsalında  üstüörtülü  bir 

hüsn-rəğbət  var. Bu hüsn-rəğbət keçmişində xaçpərəstlik  olan 

bir  xalqın  tarixi  yaddaşından  və  bu  xalqın  dinayrı  iki  xalqa 

çevrilmə ağrısından qaynaqlanırdı. 

Araşdırmalarımız göstərir ki, Qafqazın erməniləşdirilməsi 

prosesi  bir  neçə  istiqamət  üzrə gedib.  İlkin  mərhələdə  region-

dakı  bütün  xaçpərəst  türk  tayfaları  iki  subetnos  arasında  dife-

rensiallaşıb: xaçpərəst  oğuzlar daha  çox  albanlaşmaya,  xaçpə-


12 

 

rəst qıpçaqlar isə erməniləşməyə məruz qalıblar. Bu iki qanadın 



haylaşması prosesi də iki istiqamət üzrə cərəyan edib: albanların 

bir  hissəsi  erməniləşərək sonrakı  mərhələdə ermənilərin  tərki-

bində haylaşıb, digər hissəsi isə birbaşa hayların tərkibinə daxil 

olub.  Bu  proses  XIX  yüzilin  ortalarında  başa  çatıb  və  bundan 

sonrakı dövrlərdə bölgəyə köçürülən digər qeyri-müsəlman və 

qeyri-türk  xalqların  nümayəndələrinin  –  aysoruların,  qaraçıla-

rın, yezidi kürdlərin və b.-nın haylaşması davam edib. 

Beləliklə,  tərkibinə  regiondakı  çoxlu  sayda  etnik  qrup-

lardan qopub-ayrılan qırıntıların da daxil olduğu bugünkü er-

mənilər,  yəni haylar, əsasən,  ən çox iki etnik toplumdan iba-

rətdir: haylardan və haylaşmış ermənilərdən. 

Lakin  bunu  etiraf  etməsələr  də,  tarixən  qul  olaraq,  öz-

lərinin milli heç nəyi olmayan, xaçpərəst türklər sayəsində xalq 

və  millət  kimi  formalaşan  haylar  sonralar  da  türk  izini  nə  ta-

rixlərindən  silə  bildilər,  nə  dillərindən,  nə  məişətlərindən,  nə 

musiqilərindən, nə mətbəxlərindən, nə də hətta soyadlarından.  

Amma  təəssüf  ki,  tarixən  kin-küdurət  püskürən  haylar 

yerli  erməniləri,  o  cümlədən  albanları  (özləri  onları  nifrətlə 

«şurdvas»,  yəni  dönmə,  türkdən  dönmə  adlandırsalar  da) 

Azərbaycan  türklərinə  qarşı  düşmənçiliyə  sövq  edib,  Qafqazı 

müharibə  çanağına  çevirdilər.  Halbuki  həmin  yerli  ermənilər 

və albanlar tarixin müəyyən mərhələsində dini fərqliliyinə görə 

müsəlman türklərdən qopub ayrılmış və haylaşdırılmışlar. 

Qoy  onlar  bu  kitabı  bir  də  oxusun  və  öz  soyadlarını 

araşdırsın,  əcdadlarının  kimliyi  üzərində  uzun-uzadı  düşün-

sünlər...  Bilsinlər  ki,  tarixlərini  nə  qədər  saxtalaşdırsalar  da, 

özlərini və övladlarını uydurma hay nağıllarına nə qədər inan-

dırmağa çalışsalar da, soyadları onları həmişə düşünməyə məc-

bur edəcək, şüurlarının bir küncündə şübhə toxumu kimi yatıb 

qalacaq, özünün cücərməsini gözləyəcək: niyə Darbinyan yox 



13 

 

(darbin-



դարբին-dəmirçi) – Damirçiyan, niyə Dertşakyan yox 

(dertşak-դերձակ-dərzi), Darzyan və s... Həm də 1001 dəfə... 

 

*  *  * 


Ermənilər  soyadına  “azqanun”  deyirlər,  “azq”  ermənicə 

soy,  nəsil, “anun”  isə  ad  deməkdir. Lakin bu  söz sonradan  ya-

ranma, qondarma olduğundan  keçmişdə ermənilərin soyadında 

işlənməmişdir. Erməni alimlərinin iddiasına görə, keçmişdə er-

mənilərdə  soy,  nəsil  mənsubiyyətini  bildirmək  üçün  “i”  (dili-

mizdəki -nın

4

 şəkilçisi əvəzinə) şəkilçisindən və ya ev anlamında 

olan  “tun”  sözündən  istifadə  olunmuşdur.  Məsələn,  Amatuni, 

Arsruni, Baqratuni,  Rştuni  və s.  Lakin  bu fikir növbəti erməni 

saxtakarlığından başqa bir şey deyil. Əvvəla, ona görə ki, çağdaş 

erməni dilində “i” şəkilçisi Azərbaycan dilindəki -nın

4

 şəkilçi-

sini əvəz etsə də, yuxarıdakı Amatuni, Arsruni, Baqratuni, Rştu-

ni və s. soyadlarında soyad düzəldən suffiks kimi iştirak etmir, 

buradakı soyad düzəldən şəkilçi “i” yox, “uni”-dir (dilimizdəki 



-nın

4

 şəkilçisi əvəzinə). Buna görə də ermənilərin soyad düzəl-

dən suffiks kimi, erməni dilində “ev” anlamında işlədilən “tun” 

sözünü ortaya atmalarının heç bir elmi əsası yoxdur. 

Erməni  soyadlarında  tez-tez  rast  gəlinən  “yants”  (янц) 

suffiksi (sonralar “ts” (ruscada: «ц») şəklinə düşərək), əslində, 



“lar”  anlamında  başa  düşülmüşdür.  Məsələn,  Tiqranyants  – 

yəni  “Tiqranlar”.  Yeri  gəlmişkən,  bu  suffiksli  soyadların 

məhz Zəngəzur mənşəli ermənilərin soyadında müşahidə edil-

məsi də onun alban mənşəliliyindən xəbər verir. 

Erməni soyadlarının böyük bir hissəsi peşə bildirən söz-

lərdən yaranmışdır ki, bu da onların “sənətkar” xalq olmasın-

dan irəli gəlir. Lakin maraqlıdır ki, bu sözlərin əksəriyyəti türk-

mənşəlidir və həmin peşələrin ermənicə adında soyad yox də-

rəcədədir, tək-tək olanlar isə ya qondarmadır, son illərin məh-


14 

 

suludur,  ya da  yanlış  yozuma əsaslanır. Məsələn, ermənilərin 



izahına görə, guya  Kartaşyan soyadı erməni dilində  “daş us-

tası”  (ruscada:  “каменщик”)  mənasını  verir,  guya  burada 

“kar” – ermənicə “daş” sözündəndir (erməni  dilində “daş”a 

həqiqətən “kar” deyirlər). Onda adamdan soruşarlar, əgər bu, 

doğrudan da “daş” anlamını verən “kar” sözündəndirsə, onda 

ikinci “daş” sözünün burada nə  yeri var? İkincisi, eyni  məna 

daşıyan  “kar”  və  “daş”  sözlərinin  “daş  ustası”  (“kamenşik”) 

peşə adına nə dəxli var? Üçüncüsü ermənilər nəzərə almır ki, 

heç bu “kar” sözü də ermənicə deyil axı, bu gün də Azərbaycan 

türkcəsində  “karxana”  sözü  var  və  buradakı  “kar”  sözü  “iş” 

anlamında  “kargüzar”,  “kar  aşmaz”,  “sənətkar”,  “xidmətkar” 

və s. şəklində bu gün də dilimizdə geniş işlənir. Digər tərəfdən, 



Kartaşyan soyadının erməni dilində “daşçı”, “daş ustası” an-

lamında işləndiyini iddia edən ermənilər unudur ki, erməni di-

lində Daşçıyan soyadı da var. Və o da qəribədir ki, darıdan fil 

düzəltməkdə  çox  mahir  olan  erməni  alimləri  necə  olur  ki 



Kartaşyan soyadının “qardaş//kardaş” anlamını görmürlər?! 

Biz  yuxarıda  hayların  qul  mənşəyinə  işarə  vurduq  (bu 

barədə başqa yazılarımızda daha ətraflı bəhs etmişik), bu, on-

ların psixologiyasına da güclü təsir edib və bu psixologiya on-

ların  öz  soyadlarına  münasibətində  də  özünü  aydın  göstərir. 

Belə  ki,  ermənilər  öz  soyadlarının  transkripsiyasını  ağaları 

olan millətlərin dillərinə çox asanlıqla uyğunlaşdırırlar. Məsə-

lən, birincisi, ermənilər son iki yüzildə (Rusiyanın himayəsinə 

keçəndən  sonra)  öz  adlarını  sürətlə  ruslaşdırırlar.  Məsələn, 

Ohanes, Hovanes  erməni  adları (o cümlədən bu adlardan dü-

zələn soyadları) kütləvi şəkildə “İvan”laşdırılır, Mikael – Mi-

xailləşdirilir,  Aşot  –  Aleksandrlaşdırılır,  Yeprem  Yefremləş-

dirilir və s. Həm də bu proses iki şəkildə davam edir: həm adlar 

birbaşa rus adı ilə əvəz edilir, həm də bir adam iki ad daşıyır, 

məsələn,  1918-ci  ildə  yaradılmış  erməni  daşnak  Ararat  Res-


15 

 

publikasının ilk baş naziri Aleksandr Ohanesi Xatisyan tarixdə 



üç fərqli ad daşıyır: erməni mənbələrində 1) Aleksandr Oha-

nesi Xatisyan, 2) Aleksandr Ovannesi Xatisyants, rus  mənbə-

lərində isə 3) Aleksandr İvanoviç Xatisov.  

Digər bir fakt. Avropa Şurasının insan haqları üzrə eksper-

ti, hüquq elmləri doktoru Qriqor Mikaeli Badiryan beynəlxalq 

arenaya çıxanda olur Qriqori Mixayloviç Badiryan

O cümlədən, çar generalı Foma İvanoviç Nazarbekov, əsl 

adı: Tovmas Ohanesi Nazarbekyan.  

O cümlədən, sovet general-polkovniki, fizika-riyaziyyat 

elmləri doktoru Georgi Stepanoviç Narimanov, əsl adı: Gevork 

Stepani Narimanyan

O cümlədən Bakı doğumlu aktrisa, Ermənistanın Əmək-

dar artisti  Nina  Yefremovna Abalyan, əsl adı: Nvard  Yepremi 

Abalyan.  




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   46


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə