Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi


Peşəkarlığın yaradıcı keyfiyyətləri. Şəxsi keyfiyyətlərin tərbiyə problemi



Yüklə 112,74 Kb.
səhifə32/33
tarix10.05.2022
ölçüsü112,74 Kb.
#57322
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   33
Peşə etikasının mühazirələri-1

23. Peşəkarlığın yaradıcı keyfiyyətləri. Şəxsi keyfiyyətlərin tərbiyə problemi.

Peşəkarlıq və səriştəlilik müəllim üçün vacib olan ən mühüm keyfiyyətlər sırasında ilk yerlərdən birini tutur. Bu iki keyfiyyət pedaqoji fəaliyyətin elə mühüm tərəflərini özündə birləşdirir ki,bunlar pedaqoji prosesin tamlığını, şəxsiyyətyönümlülüyünü, nəticəyönümlülüyünü təmin etməklə təhsilalanların təfəkkürünün və şəxsiyyətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir və gənc nəslin zəngin biliyə, mütərəqqi dünyagörüşə malik bir şəxsiyyət kimi formalaşmasına səbəb olur. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında birinci strateji istiqamət olan “Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması”nın əsas hədəflərindən biri kimi təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılmasıbu baxımdan mühüm əhəmiyyət kəsb edir. Müəllimin peşəkarlığı və səriştəliliyi müəllimin əslində bir müstəvidə – pedaqoji prosesdə öz fəaliyyətini peşəkarcasına yerinə yetirə bilməsi və bu prosesə səriştəli yanaşmasıdır. Başqa sözlə, yiyələndiyi peşənin bütün incəliklərini dərindən bilməsi, müəllimlik fəaliyyətini ustalıqla yerinə yetirməsi, həll edəcəyi problemi elmi şəkildə, optimal metodlarla reallaşdıra bilməsidir. Peşəkarlıqla səriştəlilik bir – biri ilə elə sıx əlaqəlidir ki, bunların birinə malik olub, digərinə yiyələnməmək mümkün deyildir. Lakin buradakı keçid və ardıcıllığı da nəzərə almaq vacibdir. Peşəkarlıq – müəllimin lazımi biliyə, bacarıqlara, şagirdlərlə yaradıcı şəkildə işləyə bilmək texnologiyalarına sahib olması, pedaqoji prosesin incəliklərinə dərindən yiyələnməsidir.” Pedaqoji prosesə səriştəli yanaşma müəllimdən dərin bilik və bacarıq tələb edir. Buna görə də peşəkarlıqla səriştəlilik birbiri ilə qarşılıqlı surətdə əlaqədardır. Müəllimin pedaqoji dəyərlərə yiyələnməsi, bu dəyərləri qoruması, pedaqoji prosesdə novator pedaqoq kimi fəaliyyət göstərməsi peşəkarlıqla səriştəliliyin əlaqəsi və pedaqoji ustalığın meyarları kimi özünü göstərir. Lakin müəllimin peşəkar fəaliyyətinin səmərəliliyi təkcə bilik və bacarıqların çoxluğundan asılı deyildir. Əsas məsələ əldə olunmuş bacarıqlardan müəyyən pedaqoji situasiyalarda düzgün və səmərəli istifadə etmək, məlumat və bilikləri müxtəlif və optimal üsullarla, çevik şəkildə şagirdlərə çatdırmaqdan ibarətdir. Düzdür, pedaqoji biliklər müəllimə kömək edir və o, şagirdlərin təlim və tərbiyə olunmalarına xidmət edir. Bunlarla yanaşı, peşəkar fəaliyyət üçün zəruri olan yüksək həssaslıq, humanizm, peşə mədəniyyəti,pedaqoji fəaliyyətin inkişafının düzgün istiqamətləndirilməsi və s. kimi xüsusiyyətlər də müəllim peşəkarlığınıxarakterizə edəncəhətlərindəndir. “Hər oxuyan Molla Pənah olmaz!”, “Çörəyi ver çörəkçiyə” və digər bu kimi atalar sözləri, N.Gəncəvinin “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”, Ə.Marağalının “Dünyanı nizama peşəkar salar, hər nizam peşədən, hünərdən olar”– beytləri və yüzlərlə bu səpkidə olan nümunələr peşəkarlığı yüksək qiymətləndirməklə insanların öz işlərini, peşələrini dərindən bilməyi, əsl peşəkar olmağı nəzərdə tutur. Birinci. Peşəkar və səriştəli müəllim bütün varlığı ilə öz peşəsinə bağlanan, işini sevən, tədris etdiyi fənnini dərindən və hərtərəfli bilən mütəxəssisdir. Onu başqa müəllimlərdən fərqləndirən başlıca cəhət də budur. Fənnini gözəl bilir və yaxşı da öyrədir. Pedaqoji yeniliklərdən xəbərdardır və yeni pedaqoji təfəkkürə malikdir.Özünə qarşı tələbkardır və öyrənməyə özündə həmişə ehtiyac hiss edir. İkinci. Peşəkar və səriştəli müəllim pedaqoji hadisə və proseslərə səriştəliliklə yanaşır, mürəkkəb pedaqoji problemləri ustalıqla həll edir. İstər təlim, istərsə də tərbiyə prosesində meydana çıxan problemlərin həllində fərqli və daha düzgün qərarlar qəbul edir, operativ metodlardan istifadə etməklə onu həll edir. Üçüncü.Peşəkar və səriştəli müəllimlər daim yeniliklər axtarması,yeniliyə meylliyi, pedaqoji prosesə yaradıcı yanaşmaları, mövcud pedaqogikanın müəyyənləşdirdiyi müasir yanaşma tərzlərindən məharətlə istifadə etmələri ilə seçilən müəllimlərdir ki, onların tədris etdikləri dərslər və apardıqları tədbirlər də özünün orijinallığı ilə seçilir. Daim yeniliklər axtarışında olmaq, standart hallarda müəyyən yeniliklər etməyi bacarmaq müəllim peşəkarlığında mühüm yer tutur. Təcrübə göstərir ki, müəllim peşəkarlığı yüksək olduqda o, bu peşəkarlığı daha da dərinləşdirməyə, yeniləşdirməyə və daim axtarışda olmağa meyilli olur. Dördüncü. Səriştəli müəllimlər təkcə bu gün üçün deyil, gələcək üçün çalışan, planlaşdırdığı işlərin nəticələrini əvvəlcədən görə bilən, hər işdə gələcəyi düşünən, şagirdlərə və pedaqoji prosesə nikbin yanaşan, onların problemlərinə laqeyd qalmayan və uşaqlara öz övladları kimi münasibət bəsləyən müəllimlərdir. Beşinci.Yüksək pedaqoji mədəniyyətə malik olmaq. Beləmüəllimlər özünün peşəkarlığı ilə seçilir və bu, peşəkar pedaqoji mədəniyyət kimi müəllimi zənginləşdirir, onun peşəkarlığının və səriştəliliyinin əsl meyarına çevrilir. Peşəkar və səriştəli müəllim dərs dediyi şagirdlərə dəyər verir, onları şəxsiyyət kimi qəbul edir. Altıncı. Peşəkar müəllimin nitqi, davranışı, mimikası, pantomimikası təsirlidir, verbal və qeyri-verbal ünsiyyət tərzləri bir-birini tamamlayır. Onun keçdiyi bütün dərslər şagirdlərin beyninə sanki daş üzərində yazı kimi həkk olunur, hətta yaxşı oxumayan və ya oxuya bilməyən şagirdlər də onun dərslərinə maraqla qulaq asır, fəallıq göstər-məyə can atırlar. Yeddinci. Peşəkar və səriştəli müəllimözünə, dediyi

sözə inamlıdır,şagirdlərinə də inam göstərir. Dediyi sözlərdə, verdiyi qərarlarda özünəinam ifadə olunur. Rəğbətləndirəndə də, cəzalandıranda da obyektivdir, ədalətlidir. Cəza verildikdə uşağın özünü deyil, onun düzgün olmayan hərəkətini tənqid edir. Pedaqoji səriştəlilik müəllimdən yaradıcı düşüncə, yenilikçilik meylləri, tələbatlar, pedaqoji fəaliyyət üçün xüsusi bacarıqlar, müstəqillik, həvəs, məsuliyyət və peşəsinə sevgi tələb edir. Bunları özündə təcəssüm etdirə bilən müəllim özünün fəaliyyəti ilə təkcə qarşısındakı uşaq, yeniyetmə və gənci şəxsiyyət kimi formalaşdırmaqla qalmır. O, eyni zamanda, fəaliyyəti ilə də bir müəllim kimi özünü təqdim edir və həmçinin bir şəxsiyyət kimi reallaşdırır, bir vətəndaş kimi dəyərləndirir. Belə bir həqiqəti də unutmaq olmaz ki, müəllimin fəaliyyətindəki çatışmazlıqlar, müəllim səriştəsizliyi və işinə məsuliyyətsiz yanaşma ilk növbədə onun özünə qarşı inamsızlıq yaradır, bir şəxsiyyət kimi dəyərini aşağı salır, bir müəllim kimi nüfuzunun itməsinə səbəb olur. Müəllimin pedaqoji peşəkarlığıpedaqoji fəaliyyətə hazırlıq və onun həyata keçirilməsi prosesində baş verən hadisədir. Pedaqoji dəyərlərə yiyələnmə də belədir. Müəllim peşəkarlığı təkcə onu bir müəllim, peşəkar pedaqoq kimi dəyərləndirmir, həm də bir şəxsiyyət, bir vətəndaşkimi fəallaşdırır, ona vətəndaş mövqeyi aşılayır. Pedaqoji bilik və bacarıqlara malik olmaq müəllimin pedaqoji ustalığında əsas amil olduğu halda, müxtəlif pedaqoji situasiyalarda onlardan vaxtında, yerində və yaradıcı şəkildə istifadə edə bilmək pedaqoji peşəkarlığın əlaməti kimi özünü göstərir. Pedaqoji fəaliyyətə hazırlıq (ixtisas təhsili zamanı) və pedaqoji fəaliyyət dövründə mənimsənilmiş bacarıqlardan istifadə edə bilmək bu baxımdan olduqca vacib məsələlərdəndir. Bunlar müəllimdən təşəbbüskarlıq, müstəqillik, yaradıcılıq, məsuliyyət, özünüfəallaşdırma, özünütəkmilləşdirmə kimi peşəkar keyfiyyətlərin yaranması ilə müşayiət olunur. Bunlar isə müəllimin peşəkar pedaqoji mədəniyyətinin əsas komponentləri kimi müəllim yaradıcılığında əsas yer tutur. Müəllimin öz işinə peşəkar münasibəti onun işindən, uşaqlarla işləməkdən zövq almasına, böyük həvəslə fəaliyyət göstərməsinə və məhsuldar işləməsinə stimul verir, yeni – yeni nailiyyətlərə ruhlandırır. Belə müəllimlər dərsdən, işdən, şagirdlərdən heç vaxt şikayət etmirlər. Əksinə, dərsdə, şagirdlərlə ünsiyyətdə böyük emosional əhval-ruhiyyədə olurlar. Maraqlıdır ki, şagirdlər də belə müəllimlərin dərslərində böyük həvəslə iştirak edir, gərginlikdən uzaq olmaqla yanaşı,öyrənməyə, yeni biliklər almağa maraqlı olurlar.




Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin