Əsrlər boyu davam edən – Soyqırım – Xocalı faciəsi



Yüklə 15.16 Kb.
tarix22.05.2017
ölçüsü15.16 Kb.
1235648332_bakunights.net_xocali.jpg

Əsrlər boyu davam edən – Soyqırım – Xocalı faciəsi

Tarixlər boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlar zaman-zaman rus-erməni cəlladlarının həyata keçirdikləri məkrli, hiyləgər siyasəti olmuşdur. Bu qanlı siyasət biz azərbaycanlıların-uşaqdan tutmuş qocalarımızın, körpələrimizin başında çatlamışdır. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxmış, 2 ildən sonra Azərbaycanın xəzəryanı ərazilərini işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini görmüş və “erməni kartından” istifadə etmişdir. Azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Bakıda və Dərbənddə ermənilərin məskunlaşdırılmasına göstəriş vermişdir. I Pyotrun ünvanladığı tarixi vəsiyyət təkcə Rusiya imperiyasının deyil, bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etdi. Vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamiliyi barədə fərman verdi. 1802-ci ildə çar I Aleksandrdan Qafqaz canişini A. Sisianov isə konkret təlimat aldı ki, Azərbaycan xanlıqlarını ələ keçirtməkdə ermənilərdən istifadə etsin. Bu vaxt Azərbaycan torpaqlarının işğalının təməli qoyuldu. 1813-cü ildə və 1828-ci ildə Gülüstan, Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi, Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi sürətləndirildi. 1828-ci il mart ayında imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində dərhal ermənilər yerləşdirildi. Ermənistan dövlətinin təməli qoyuldu. Həmin vaxt 40 min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürüldü. XIX əsrin II yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmışdır, ardıcıl terror və qırğın aksiyaları tez-tez baş vermişdir. 1905-1907-ci il inqilabından sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi örtülü şəkildə davam edirdi. Türkiyə ərazisindən İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda erməni əhalisi köçüb gəlmişdilər.

Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca Qarabağda, Azərbaycanın bölgələrində azərbaycanlılara divan tutmağa başladılar. 1917-ci il dekabrda RSFSR Xalq Komissiyaları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasəti həyata keçirmək və Türkiyədə “Ermənistan” yaratmaq səlahiyəti verilmişdir. Ermənilər get-gedə azğınlaşdılar. Şaumyan bəhanələr edərək ruslarla erməniləri azərbaycanlılara qarşı mübarizəyə sövq etdi və Sovet hökümətinə qarşı çıxan azərbaycanlılara qarşı Bakıda görünməmiş qırğın başlandı. 3 gün ərzində 1918-ci il martın 31 də Bakıda 17 min insan qətlə yetirildi. Bakı əhalisinin 400 milyon manatlıq əmlaklarını müsadirə etdilər. Şamaxı qəzasında martın 30-da, aprelin 2-ə kimi sürən qırğında 53 azərbaycanlı kəndində ermənilər minlərlə azərbaycanlı qırdılar. Dağlıq Qarabağda 100-lərlə kəndləri tamam dağıtdılar, Şuşada görünməmiş qırğınlar törətdilər. 70 illik sovet ideologiyasının əsas hissəsi yenə də xalqımıza qarşı soyqırım siyasəti idi. Onların siyasəti milli qırğın xarakteri aldı. Göründüyü kimi azərbaycanlılara qarşı aşkar genosid həyata keçirən ermənilər bütün Azərbaycanı özlərinin ərazisi etmək istəyirdilər. Biz isə uzun illər bu gerçək tarixdən məlumatsız olmuşuq, saxta ideologiya ilə beynimizi yad istiqamətdə kökləmişdilər. Azərbaycanlıların dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilmədilər. Ermənilər isə dünyaya səpələnmiş böyük diasporu vasitəsilə, istərsədə Ermənistanda daşnak hakimiyyətin əvəz etmiş sovet hakimiyyətinin təbliğatı ilə qondarma ”soyqırım” kompaniyası geniş vüsət aldı. 70 illik sovet tarixi bizi gerçək tariximizdən uzaq saldı. Hətta dəhşətli genosidin-soyqırımın qurbanı olmuş minlərlə soydaşlarımızın uyuduğu qəbirstanlığın üstündə Kirovun möhtəşəm heykəlini qurmuş, ətrafı isə istirahət parkı etmişdilər. 1948-1953-ci ildə 100 minlərlə azərbaycanlılar Ermənistan SSR-dakı tarixi yurdlarından köçürüldü. Erməni Mikoyan türksüz Ermənistan uğrunda daimi fəaliyyətdə idi.

Nəhayət 1987-cu ildə deportasiya Ermənistanda azərbaycanlılara qarşı etnik təmizlənmə başa çatdırıldı. Məqsədləri Azərbaycanın öz ərazisində Dağlıq Qarabağda etnik təmizlənməsi idi.

Lakin hələ də dunya miqyasında ermənilərin “saxta tarixi” bizim gerçək tariximizi izləyirdi. Onların gözü yenə Azərbaycan torpaqlarında qalıbdır.

1992-ci ildə fevral ayının 25-ən 26-sına keçən gecə Xocalı şəhəri yerlə-yeksən edildi. Dəhşətli soyqırım oldu. Yer üzündə belə dəhşətlisi olmamışdır.

Zəlimxan Yaqub demiş: Töküldülər üstünə

Quduz kimi, ac kimi,

Şumladılar yer kimi

Qırdılar ağac kimi

Dağıtdılar çöllərə

Əsir, yalavac kimi...



th.jpg

Xocalıdan heç bir nişan qalmadı. Təkcə qalan qanlı azərbaycanlıların meyitləri idi. Xocalı soyqırımında 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 1000 nəfərdən artıq dinc əhalisi müxtəlif dərəcəli ağır güllə yarası almışdılar. Xocalının gül qoxulu körpələri tonqallarda yandırıldı. Əhalisini isə təmiz qırmağa başladılar.



xocali3.jpgxocali4.jpg
th (2).jpg

Dağlarda, dərələrdə minlərlə əhalisi donub öldü. Xocalıların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilməsi, şəhəri yer üzündən silmək və torpaqlarını zəbt edilməsi genosiddir, yəni soyqırımdır. Başqa sözlə Xocalıda azərbaycanlıların kökünü kəsmək deməkdir. Erməni quldurları Dağlıq Qarabağda yaşamış azərbaycanlıların kənd və şəhərlərini dağıtmaq, özlərini qırmaq və torpaqlarını ələ keçirtməyə başladılar. Azərbaycan Respublikasının Şuşa şəhərini, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarını və Ağdam, Füzuli rayonlarının bir hissəsini zəbt etmiş, sakinlərini qıraraq, öldürərək yurdlarından qovdular.



0.jpg
Azərbaycanın 20% torpağını işğal etdilər. İşğal soyqırımla nəticələnirdi. Lakin düşmənlər sevinməsinlər. Vaxt gələcək biz öz ata-baba yurdlarımıza qayıdacağıq. Yenə ocaqlarımız alovlanıb isinəcək, evlərimizin işıqları yanacaq.

Yazıb hazırlayanı:



Talıstan kənd orta məktəbinin ibtidai sinif müəllimi Cəbrayılova Surə Ziyad qızı.

10.02.2014


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə