Ərik kompotu və ağcaqayın siropu ilə şirin fransız tostları



Yüklə 5.07 Kb.
Pdf просмотр
tarix26.05.2017
ölçüsü5.07 Kb.

Ərik kompotu və ağcaqayın siropu ilə şirin fransız tostları

Ərik kompotu və ağcaqayın siropu ilə şirin fransız tostları 

  

Tələb olunan ərzaqlar:

ərik - 450 qr.

 qəhvəyi şəkər tozu - ½ stəkan

 su - ¼ stəkan

 üyüdülmüş darçın - 1 ç.q.

 muskat cevizi - ½ ç.q.

 yumurta - 5 ədəd

 süd - ½ stəkan

 vanil - 1 ç.q. 

 yumurtalı çörək - 8 dilim

 kərə yağı - 3 x.q. 

 ağcaqayın siropu - zövqə görə 

Hazırlanma qaydası:

    


1. Sobanı 150*C qızdırın. Ərik, qəhvəyi şəkər tozu, su, darçın və muskat cevizini kiçik qazanda

qarışdırın. Orta alovda arada qarışdıra-qarışdıra təxminən 15 dəqiqə, kompot qatılaşana kimi

bişirin.

2. Yumurta, süd və vanili çalıb bpyük formaya tökün. Üzərinə çörək  dilimlərini düzün. Təxminən

5 dəqiqədən sonra çevirin, məhlul tamamilə  çörəyə hopmalıdır.

3. 1,5 qaşıq kərə yağını tavada vam alovda əridin. 4 dilim çörəyi qızılı  rəng alana kimi, hər

üzünü təxminən 5 dəqiqə qızardın. Formaya düzüb  sobaya qoyun ki, çörəklər soyumasın.

Prosesi çörək bitənə kimi  təkrarlayın. 

 4. İsti çörəkləri ərik kompotu və ağcaqayın siropu ilə süfrəyə verin.

  

Nuş olsun!



 1 / 1



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə