Entomofaqlari



Yüklə 3.59 Kb.
PDF просмотр
səhifə1/12
tarix29.05.2017
ölçüsü3.59 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
AZƏRBAYCAN RESPUBLİKASI 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI  
 
 
 
 
 
 
 
 
 
 
NAXÇIVAN MUXTAR 
RESPUBLİKASINDA 
ÇƏYİRDƏKLİ MEYVƏ 
AĞACLARINA ZƏRƏRVERƏN 
HƏŞƏRATLAR VƏ ONLARIN 
ENTOMOFAQLARI  
 
 
 
 
 
AMEA Naxçıvan Bölməsinin Rəyasət heyətinin 
11  mart  2015-ci  il  tarixli  03/10  nömrəli  qərarı 
(protokol № 03) ilə çapa tövsiyə olunmuşdur.  
 
 
 
 
 
 
 
Naxçıvan-2015 

 
Elmi redaktor: 
Məmmədov Zəkəriyyə Məhərrəm oğlu  
 
Biologiya elmləri doktoru  
 
Rəyçilər: 
 
Quliyev Varis Muxtər oğlu  
Aqrar elmləri üzrə elmlər doktoru, dosent  
 
Quliyev Camal Alqulu oğlu  
Biologiya üzrə fəlsəfə doktoru  
 
 
 
 
 
Monoqrafiyada  son  illərdə 
Naxçıvan  Muxtar  Respublikasının
  meyvə 
bağlarında  aparılmış  entomoloji  tədqiqat  işlərinin  nəticələri  ümumiləşdirilmiş, 
bölgə  bağçılığında  üstün  yer  tutan  çəyirdəkli  meyvə  ağaclarının  zərərverici 
həşəratlarının  və  onların  təbii  düşmənlərinin  (entomofaqlarının)  müasir  zooloji 
nomenklaturaya  uyğun  sistematik  tərkibi  verilmişdir.  Kitabda  növlərin  bioloji  və 
ekoloji  xüsusiyyətləri  haqqında  ətraflı  məlumatlar  öz  əksini  tapmış,  təsərrüfat 
əhəmiyyətli  entomofaq  növlərinin  bioloji  mübarizə  tədbirlərində  istifadə 
perspektivliyi işıqlandırılmışdır.  
 
Monoqrafiya  kənd  təsərrüfatı  mütəxəssisləri,  entomoloqlar,  aqronomlar, 
fermerlər,  bağbanlar,  gənc  alimlər,  biologiya  ixtisası  üzrə  təhsil  alan  universitet 
tələbələri,  orta  məktəblərin  yuxarı  sinif  şagirdləri,  həmçinin  muxtar  respublikanın 
zəngin növmüxtəlifliyinə malik həşəratlar aləmi ilə maraqlanan geniş oxucu kütləsi 
üçün nəzərdə tutulmuşdur.  
 
 
 
 
 
 
 
 
Qasımov  Aqil  Qadir  oğlu.  Naxçıvan  Muxtar  Respublikasında  çəyirdəkli  meyvə 
ağaclarına  zərərverən  həşəratlar  və  onların  entomofaqları.  Naxçıvan-2015, 
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 144 səh. 
 
 
4700000000 
  053-2015 

 “Əcəmi” 2015.
 

 

GİRİŞ  
 
Respublikamızda  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  məsələlə-
rindən biri də kənd təsərrüfatında keyfiyyətli meyvə sortlarının  yaradılması 
və  məhsuldarlığının  artırılmasından  ibarətdir.  Azərbaycanda  və  onun  ayrıl-
maz  hissəsi  olan,  qədim  bağçılıq  ənənələrinə  malik  Naxçıvan  Muxtar  Res-
publikası ərazisində qiymətli meyvə ağacları becərilir. Yeni və xalq seleksi-
yaçıları  tərəfindən  yaradılmış,  böyük  təsərrüfat  əhəmiyyətli  çəyirdəkli 
meyvə  sortlarından  ibarət  meyvə  bağlarının  sahəsi  ildən-ilə  artırılır.  Bu 
tədbirlər  kompleksində  meyvə  ağaclarına  zərərverən  həşəratların  aşkar 
edilməsi və onlara qarşı səmərəli mübarizə tədbirlərinin aparılması günün ən 
vacib təsərrüfat əhəmiyyətli məsələlərindən biridir.  
Təbiətdə  müxtəlif  bioloji  proseslərdə  mürəkkəb  funksional  fəaliy-
yətləri ilə fərqlənən həşəratların müəyyən növləri yaşayış sahəsi kimi meyvə 
ağaclarına üstünlük verir. Bu həşəratlar əvvəllər müxtəlif yabanı ağac və kol 
bitkilərinin  vegetativ  və  generativ  orqanları  ilə  qidalanmış,  sonra  mədəni 
ağac  növlərinə  keçib  orada  yaşamağa  uyğunlaşmış  və  təhlükəli  meyvə 
zərərvericiləri sırasına daxil olmuşlar.  
Zərərvericilər  məhsulun  70-80%-ni,  bəzən  də  hamısını  məhv  edir. 
Beləliklə,  meyvə  ağaclarının  məhsuldarlığı  azalır,  onların  əmtəə  keyfiyyəti 
aşağı  düşür.  Bu  baxımdan  meyvə  zərərvericilərinə  qarşı  səmərəli  bioloji 
mübarizə  işlərini  təşkil  etmək  üçün,  ilk  növbədə  onların  növ  tərkibini, 
bioekoloji  xüsusiyyətlərini,  vurduqları  zərəri,  təbii  düşmənlərini  və  areal-
daxili yayılmasını bilmək lazımdır.  
Bu  məqsədlə  təhlükəsiz  kimyəvi  insektisidlərdən  səmərəli  istifadə 
etməklə  yanaşı  ekoloji  təmiz  məhsul  yetişdirmək  kimi  məsələlərə  daha 
böyük  üstünlük  verilməlidir.  Naxçıvan  Muxtar  Respublikasında  çəyirdəkli 
meyvə ağaclarının zərərvericilərinin və onların entomofaqlarının bioekoloji 
xüsusiyyətlərini  öyrənməklə  yanaşı,  zərərvericilərə  qarşı  bioloji  mübarizə 
tədbirlərinin  elmi  əsaslarının  işlənib  hazırlanması  aparılmış  entomoloji 
tədqiqat işlərinin əsas mahiyyətini təşkil etmişdir.  
 
 
 
 
 
 
 
 
 
 

 

I
I
 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ  
FİZİKİ-COĞRAFİ XARAKTERİSTİKASI  
 
Relyefi.  Naxçıvan  Muxtar  Respublikasının  sərhəd  xəttinin  ümumi 
uzunluğu  398  kilometrə  bərabərdir.  Muxtar  respublika  cənubdan  İran, 
qərbdən  isə  Türkiyə  ilə  həmsərhəddir.  Onunla  İran  arasındakı  sərhəd 
xəttinin  uzunluğu  163  km,  Türkiyə  ilə  isə  11  kilometrə  bərabər  olub  Araz 
çayı  boyunca  uzanır.  Muxtar  respublika  şimaldan  və  şimal-şərqdən  224 
kilometr  Ermənistan  ilə  həmsərhəddir.  Bölgənin  Ermənistanla  sərhəd  xətti, 
demək  olar  ki,  Dərələyəz  və  Zəngəzur  dağlarının  suayırıcıları  boyunca 
keçir. Kiçik Qafqazın cənub hissəsini tutan Naxçıvan Muxtar Respublikası 
tipik  dağlıq  ərazi  hesab  olunur.  Araz  vadisinə,  bəzi  yerlərdə  genişlənmiş 
enli, bəzi yerlərdə isə dar keçidlər əmələ gətirən düzənliklərə də (ortasından 
kəsilmiş  sıra  dağların  qayalıqlı  qolları)  mahiyyətcə,  dağlıq  ərazi  kimi 
baxmaq  olar.  Onun  ən  aşağı  sahələrinin  Kotam  kəndi  ərazisində  dəniz 
səviyyəsindən  hündürlüyü  600  m-ə,  dağlarının  hündürlüyü  isə  3906  m-ə 
(Qapıcıq zirvəsi) çatır. Naxçıvan Muxtar Respublikası ərazisində Dərələyəz 
sıra  dağlarının  Qaraquş  yüksəkliyinin  hundürlüyü  2500  m-dən  3200  m-ə 
qədərdir, aşırımlarda isə 2000 m-dən aşağı olmur. Dərələyəz sıra dağlarının 
ən  yüksək  nöqtələri  Küküdağ  və  Kecəldağ  yüksəklikləridir.  Küküdağın 
hündurlüyü  3120  m,  Keçəldağın  hündürlüyü  isə  3141  m-dir.  İri  dağ 
massivləri  ilə  yanaşı,  öz  başlanğıcını  buzlaqlardan  almış  dağ  çayları 
arasında  geniş  vadilər  də  vardır.  Dərələyəz  sıra  dağlarından  cənubda  orta 
Araz  çökəkliyinin  şərq  əraziləri  yerləşir  ki,  geomorfoloji  olaraq  Arazyanı 
düzənliklərlə təmsil olunur. Arazyanı düzənliklər özlərinin şərq hissələri ilə 
Naxçıvan  düzənliyinə  keçərək,  Naxçıvançay  və  Cəhriçay  çaylarının  aşağı 
axınlarının ərazilərini tuturlar. Naxçıvan düzənliyinin orta yüksəkliyi dəniz 
səviyyəsindən  890  m-dir.  Bəzi  yerlərdə  bu  düzənlik  alçaq  təpəliklər  və 
hündür yüksəkliklərlə kəsişir [7, s. 43-54].  
Darıdağ  sıra  dağlarından  cənub-şərqə  doğru  Əlincə  çayının  aşağı 
axarında  Gülüstan  və  Culfa  düzənlikləri  uzanır.  Zəngəzur  sıra  dağlarının 
qolları  və  onun  cənub-şərq  yamacları  Araz  çayınadək  uzanaraq  Ordubad 
düzənliyini əmələ gətirir. Naxçıvan Muxtar Respublikasının ərazisi 5,5 min 
kv.  km  olub  aşağıda  adları  çəkilən  rayonlara  bölünür:  Sədərək,  Şərur, 
Kəngərli, Babək, Şahbuz, Culfa və Ordubad inzibati rayonları . 
İqlimi.  Bölgədə  iqlim  fitosenozların  əmələgəlmə  xarakterinə  təsir 
göstərən ən güclü ekoloji amillərdən biridir. İqlim elementləri bitki forma-
siyalarının  tipini  və  strukturunu  müəyyən  edir,  bitkiliyin  müxtəlif  həyat 
formalarının  əmələ  gəlməsinə  təsir  gostərir.  İqlimin  əsas  elementlərinin 

 

müxtəlif miqdarına münasib bitki aləmi uyğunlaşmışdır. İqlimin mövsümlər 
üzrə kəskin dəyişilməsi, burada fəaliyyət  göstərən meyvə zərərvericilərinin 
və entomofaqların yaşayış tərzinə də əsaslı təsir göstərmişdir.  
Quru iqlim zonasına, əsasən Arazyanı ovalıq və dağətəyi yerlərin bir 
hissəsi daxildir. Bu yerlərin yayı uzun müddət davam edən quru və çox isti, 
qışı  isə  sərt  soyuq  olur.  İsti  keçən  ayların  sayı  6-7  olmaqla,  ən  çox  istilər 
əsasən iyul-avqust aylarına təsadüf edir ki, bu zaman havanın sutkalıq orta 
temperaturu 25-30
0
C-ə çatır.  
Ərazi  üçün  havanın  mütləq  minimum  temperaturu  -30
0
C-dən  aşağı 
düşür. Belə temperatur şəraitində bəzi zərərvericilər donmuş torpaqda məhv 
olurlar,  növbəti  ilin  yaz  aylarında  qışlayan  zərərvericilərin  və  onların 
entomofaqlarının  sayı  azalır.  Geniş  dağətəyi  və  dağlıq  qurşaqların  aşağı 
hissələri  üçün  daha  mülayim  iqlim  xarakterikdir.  Burada  üç  ay  (iyun,  iyul, 
avqust) isti  keçir,  yağıntının ümumi  miqdarı 400-500 mm-ə  çatır. Bu zona 
eyni  cür  olmayıb,  şaquli  istiqamətdə  yarımzonalara  bölünmüş  və 
yarımzonalar da öz daxilində, en dairəsi istiqamətində ayrı-ayrı kiçik iqlim 
zonalarına  ayrılmışdır.  Yağıntıların  əsas  hissəsi  yaz  və  payız  aylarına 
təsadüf edir. Ovalıqda yay aylarında və hətta sentyabr ayında demək olar ki, 
quraqlıq  keçir.  Naxçıvan  Muxtar  Respublikası  üçün  temperatur  rejiminin 
xarakterik  əlamətlərindən  biri  də  istiliyin  dövr  etməsidir.  Xüsusilə  də, 
ovalıq,  dağətəyi  və  orta  dağlıq  qurşaqlarda  bu  dövretmə  temperaturun 
yüksək  amplitudada  dəyişilməsinə  səbəb  olur.  Yüksək  dağlıq  yerlərdə 
istiliyin dövr etməsi orta səviyyədə olur [60, s. 129-130].  
Naxçıvan  Muxtar  Respublikasında  küləyin  gücü  və  istiqaməti  ilin 
fəsillərindən  asılıdır.  Bu  küləklər  havanın  rütubətinə  və  xüsusilə  də  yay 
aylarında  bitkilərin  transpirasiyasına  və  həşəratlar  aləminə  əsaslı  təsir 
göstərir.  Çox  zaman  yay  aylarında  əsən  güclü  isti  küləklər  (20  m/san-dən 
yuxarı)  havanın  nəmliyini  aşağı  salır  və  kənd  təsərrüfatına  böyük  ziyan 
vurur.  
Torpaq  örtüyü.  Naxçıvan  Muxtar  Respublikasının  Arazboyu 
düzənlik  və  alçaq  dağlıq  sahələrində  şoran,  boz,  açıq-boz,  suvarılan  boz, 
çəmən-boz,  boz-qonur  və  açıq  şabalıdı  torpaqlar  yayılmışdır.  Orta  dağlıq 
üçün  dağ-şabalıdı,  dağ-qəhvəyi,  dağ-çəmən-meşə  və  yüksək  dağlıq  üçün 
çimli,  dağ-çimli,  çəmən-çöl  və  dağ-qəhvəyi  torpaqlar  səciyyəvidir.  Bu 
torpaqlar məhsuldarlığı ilə seçilir və meyvəcilik təsərrüfatları ücün hələ lap 
qədimdən  insanlar  tərəfindən  istifadə  olunur.  Suvarılan  torpaqlarda  kənd 
təsərrüfatı məhsulları, xüsusilə də taxıl, üzüm və meyvə yetişdirilir [14].  
Hidrologiyası.  Muxtar  respublikanın  ən  sulu  çayları  Arpaçay, 
Naxçıvançay,  Gilançay,  Əlincəçay  və  Vənəndçay  hesab  olunur.  Bu  çaylar 
öz  başlanğıclarını  yüksək  dağların  cənub  yamaclarından  götürürlər.  Keçən 
əsrin  ortalarından  başlayaraq  kənd  təsərrüfatının  intensiv  inkişafı  ilə  əla-

 

qədar  olaraq  çayların  yataqları  üzərində  müxtəlif  tutumlu  su  anbarları 
(Arpaçay,  Vayxır,  Uzunoba,  Bənəniyar  və  s.)  yaradılmışdır.  İlboyu  toplan-
mış  su,  başlıca  olaraq  quru  kontinental  iqlim  zonasında  yerləşmiş  kənd 
təsərrüfatı  sahələrinin,  o  cümlədən  meyvə  bağlarının  suvarılmasına  sərf 
edilir [7, s.67-73].  
Bitki  örtüyü.  Naxçıvan  Muxtar  Respublikasının  bitki  örtüyü  floristik 
tərkibinin  zənginliyi  (170  fəsilə,  874  cins,  2835  növ)  və  bitkilik  tiplərinin 
müxtəlifliyi  ilə  fərqlənir  [65].  Ərazidə  ən  çox  yayılmış  yarımsəhra,  dağ-
kserofit, çəmən-kolluq, çəmən-bozqır (dağlıq və yüksək dağlıq), subalp və alp 
çəmən  bitkilik  tipləri  mövcuddur.  Muxtar  respublika  bağçılığında  əriyin  48, 
şaftalının 19, albalı və gilasın 23, gavalının 12, alça və göycənin isə 23 sortu 
becərilir [88].  
Respublikanın  ovalıq  və  dağətəyi  hissələrində  yerləşən  kəndlərin 
çoxu bağlarla və suvarılan mədəni sahələrlə əhatə olunur ki, əslində buralar 
vahə  hesab  olunurlar.  Vahələrə  həm  ovalıqda,  həmdə  dağlıq  qurşaqda  rast 
gəlinir.  Vahə  bitkiliyində  meyvə  və  giləmeyvə  bitkilərinin  üstünlüyü  ilə 
300-ədək  meyvə  növü  və  sortları  mövcüddur.  Son  illər  qonşu  ölkələrdən 
introduksiya olunmuş yeni meyvə sortları, o cümlədən çəyirdəklilər mədəni 
bağçılıqda əhəmiyyətli yer tutmağa başlamışdır.  
 
Muxtar respublikada vahələr üç qrupa bölünür: 
1.  Suvarılan  tarla  bitkilərinin  və  meyvə  bağlarının  üstünlük  təşkil 
etdiyi, əsasən ovalıqlarda yayılmış vahələr (Şərur sahəsi, Naxçıvan sahəsi).  
2.  Dağ  çaylarının  vadisində  yayılmış  bağların  vahəsi  (Ordubad, 
Aşağı və Yuxarı Aza, Biləv, Parağa, Çənnəb və s.).  
3. Yarımsəhralardan alınmış suvarılan əkinlərlə, bağlarla, bostanlarla 
təmsil  olunan  sahələri  əks  etdirən  qarışıq  vahələrə  ovalıq  və  dağlıq  qur-
şaqlarda rast gəlinir (Babək, Cəhri, Culfa, Əbrəqunus, Şahbuz, Keçili və s.).  
Bir çox illər ərzində suvarılan və becərilən sahələrdə istifadə edilən 
üsullar  burada  xüsusi  şərait  yaratmağa  kömək  etmişdir.  Bu  şərait  yarım-
səhralarda  istifadə  edilən  sahələrin  şəraitindən  kəskin  dərəcədə  fərqlənir. 
Vahələr-bağlar  dağlardan  Araza  tökülən  çayların  vadisində  yerləşirlər. 
Böyük  su  balansına  malik  olan  çaylara  daha  iri  vahələr  aiddir.  Vahələr 
ovalıqlardan  başlayaraq  çayların  vadisi  ilə  daha  yüksəyə  qalxırlar.  Beləki, 
Nəsirvaz,  Urmuz,  Parağa,  Pəzməri  vahələri  dəniz  səviyyəsindən  2000  m 
yüksəkliyə, bəzi yerlərdə isə daha yuxarı qalxırlar.  
Vahə-bağlarda  əsasən  çəyirdəkli  meyvə  ağacları  əkilmişdir.  Ərik 
meyvə  bağları  üçün  daha  səciyyəvi  olub,  dağlıq  yerlerdə  1800-2000  m 
yüksəklikdə yetişdirilir. Muxtar respublika şəraitində əriyin muxtəlif sortları 
olduqca yüksək məhsuldarlığı ilə fərqlənir. Ərik orta dağlıq və aralıq qurşaq 
bağlarında xüsusilə geniş yayılmışdır.  

 

Əriyin  Növrəstə,  Badamı,  Əbutalibi,  Ağ  Təbərzə,  Şalax,  Qırmızı-
yanaq  və  qonşu  ölkələrdən  gətirilmiş  yeni  sortları  bölgənin  quru  və  konti-
nental iqliminə qarşı davamlıdır. Ovalıqlarda əriyin meyvəsi iyun ayının ilk 
ongünlüyündə,  dağlarda  isə  iyul  və  hətta  avqust  ayında  yetişir.  Daha  iri, 
köhnə  vahələrdə  (Ordubad,  Biləv,  Parağa)  ərik  ağacları  heyva,  alma,  alça, 
gavalı,  albalı,  armud,  gilas,  şaftalı,  nar,  tut  ağacları  ilə  birlikdə  becərilir. 
Ordubad  rayonunda  xalq  seleksiyaçıları  tərəfindən  əriklə  şaftalının  Şərəlli 
və  Tərəlli  adlanan  hibridləri  alınmışdır.  Hibridlərin  meyvələri  çox  yüksək 
dadı və ətiri ilə seçilir və zərərverici ilə yoluxmurlar [65].  
Hələ  qədim  zamanlardan  diyarın  meyvəçiliyində  şaftalı  ərikdən 
sonra  əhəmiyyətinə  görə  ikinci  yeri tutmuşdur. Şaftalının  Salami,  Kəhrəba, 
Zəfəran,  Şirvannazı,  Qızıl  yubiley,  Nazlı,  Ağgüştü,  Məhsəti,  və  s.  sortları 
becərilir.  Bu  sortlar  çətirlərinin  formasına,  meyvələrinin  rənginə,  çəkisinə, 
dadına  və  yetişmə  müddətinə  görə  fərqlənirlər.  Şaftalı  hər  üç  yüksəklik 
qurşaqları vahələrində bol məhsul verir. Yüksək dağ kəndlərində meyvələri 
noyabr ayının ikinci yarısında yetişən şaftalı ağaclarına da rast gəlinmişdir.  
Gavalı  muxtar  respublikanın  təbii  şəraitinə  yaxşı  uyğunlaşmış,  bol 
məhsullu  və  yüksək  dad  keyfiyyətinə  malik  çəyirdəkli  meyvə  bitkisidir. 
Onun  daha  çox  becərilən  sortları  aşağıdakılardır:  Şaftalı  gavalısı,  Yaşıl 
Renklod,  Sarı  albuxara,  Xurmayı  vengerka,  İtaliyan  vengerkası  və  s.-dir. 
Yerli şəraitdə gavalının bu sortları meyvə bolluğuna görə çox hallarda yal-
nız yabanı alçadan geri qalırlar. Bu meyvə ağacının xüsusi salınmış bağla-
rına rast gəlinməmişdir. Daha çox digər meyvə ağacları ilə birlikdə becərilir. 
Hər üç yüksəklik qurşağında yayılmışdır.  
Alça  mədəni  və  yabanı  halda  çox  geniş  yayılmışdır.  Ağaclarının 
yerli şəraitə asan uyğunlaşması, az təlabkarlığı və yüksək məhsuldarlığı onu 
mədəni bitkiliyə keçirməyə şərait yaratmışdır. Alçanın Göycə adlanan yerli 
hibridinin meyvələri daxili və xarici bazarlarda dad keyfiyyətinə görə xüsusi 
tələblərlə  reallaşdırılır.  Onun  Yapon  alçası,  çəyirdəkdən  ayrılan  və  digər 
sortları geniş yayılmışdır. Alçanın cavan tingləri mədəni bağçılıqda əlverişli 
calaqaltı material kimi çox geniş istifadə edilir.  
Gilas  muxtar  respublikanın  əsasən  şərq  vahələrində  (Ordubad  və 
Culfa rayonları) daha çox əkilib becərilən meyvə bitkisidir. Onun Kəl ürəyi, 
Sarı draqon, Tezyetişən Kassini, Ağ gilas, Şirin qara, Acı qara, Əbrəşi və s. 
sort  və  formaları  geniş  sahələrdə  becərilən  əmtəə  əhəmiyətli  bitkilərdir. 
İstiliksevən olduğundan yüksək dağlıq vahələrində əkilmir.  
Albalı az tələbkar, soyuğa davamlı olduğundan bağlarda və  yaşayış 
məntəqələri  ətrafında  pöhrə  verərək  bitir  və  yayılır.  Son  illər  xüsusi  dad 
keyfiyyətinə malik meyvələri yüksək qiymətləndirilir. Albalının bütün bölgə 
ərazisində əkilib becərilən Adi albalı, Qum albalısı, Çin albalısı, Qara şpan-

 

ka,  Qırmız  şpanka  və  tamamilə  yerli  sort  olan  Külüs  gilənarı  kimi  sortları 
mövcuddur [17, s. 383-397].  
Bir  cənub  bölgəsi  kimi  xüsusi  iqlim  və  torpaq  şəraiti,  vegetasiya 
dövrünün uzun müddətliliyi və günəşli günlərinin sayı ilə fərqlənən muxtar 
respublika  ərazisində  yetişdirilən  bu  çəyirdəkli  meyvələr  xüsusi  dadı  və 
əmtəə  göstəriciləri  ilə  fərqlənirlər.  Bölgə  iqtisadiyatında  əhəmiyyətli  rol 
oynayan  meyvəcilikdə  çəyirdəkli  meyvələr  xüsusi  yer  tutur.  Meyvələr  təzə 
halda  istifadə  edilir,  qurudulur,  mürəbbə,  cem,  kompot,  müxtəlif  şirələr 
hazırlanır  və  ədviyyat  kimi  işlənilir.  Son  illər  muxtar  respublikanın  bütün 
rayonlarında böyük ərazilərə malik ərik və şaftalı bağları salınmışdır.  
Vahələrdə meyvə ağacları ilə yanaşı həm də təsərrüfat və tikinti ehti-
yacları  üçün  istifadə  edilən  ağaclar  da  bitir.  Bundan  başqa,  onlar  suvarma 
kanallarını  güclü  buxarlanmadan və  ətraf torpaqları şoranlaşmadan, meyvə 
ağaclarını  isə  küləkdən  qoruyur  və  vahələrdə  mikroiqlim  rejimi  yaratmağa 
köməklik  göstərirlər.  Belə  ağaclardan  qovaq,  qarağac,  söyüd,  göyrüş,  iydə 
və s. göstərmək olar.  
Bir çox hallarda bağlardakı torpaq yenidən becərilmədiyindən sıx ot 
örtüyü inkişaf edir, onun böyük bir hissəsi isə biçilərək quru ot əldə edilir. 
Bağlarda  ağacların  arasında  kiçik  bostanlar  salınaraq,  orada  kələm,  kartof, 
pomidor, soğan, xiyar, göyərti və s. yetişdirilir. Aşağı dağlıq ərazidə meyvə 
ağacları  üzümlüklərlə  əvəz  olunmuşdur.  Paxlalı  yem  bitkilərindən  xaşa, 
qarayonca,  şəmbələ  və  s.  əkilir.  Bağlardakı  zəngin  bitki  aləminin  mövcud-
luğu ilə əlaqədar olaraq burada, həmçinin kənd təsərrüfatı bitkilərinin çoxlu 
sayda  müxtəlif  növ  zərərvericiləri  yayılmışdır.  Elə  bu  baxımdan  da 
Naxçıvan  Muxtar  Respublikası  entomofaunası  çox  zəngindir.  Meyvə 
bağlarından toplanılmış materiallar da bunu bir daha təsdiq edir. Beləliklə, 
muxtar  respublikada  floranın  zənginliyi  faunanın  da  zənginliyinə  səbəb 
olmuşdur  ki,  bu  amil  bölgədə  geniş  elmi-tədqiqat  işlərinin  aparılmasına 
zəmin yaradır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

I
I
I
I
 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
 
ÇƏYİRDƏKLİ MEYVƏ AĞACLARININ ZƏRƏRVERİCİLƏRİ VƏ 
ONLARIN ENTOMOFAQLARININ ÖYRƏNİLMƏ DƏRƏCƏSİ  
 
Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının iqlim-
torpaq  şəraitinin  rəngarəngliyi,  əlverişli  təbii-coğrafi  mövqedə  yerləşməsi, 
müxtəlif  meyvə  bitkilərinin  becərilməsi  üçün  çox  yararlı  olması 
meyvəçiliyin böyük iqtisadi əhəmiyyətə malik olmasına imkan yaratmışdır. 
Respublikamızda  sənaye  meyvəçiliyi  Quba-Xaçmaz,  Şəki-Zaqatala, 
Naxçıvan  Muxtar  Respublikasında  daha  çox  və  qismən  də  Gəncə-Qazax 
ərazisində inkişaf etmişdir.  
Aparılan  elmi-tədqiqat  işləri  nəticəsində  müəyyən  edilmişdir  ki, 
meyvəçiliyin intensiv inkişafına və təhlükəsizliyinə mane olan başlıca amil-
lərdən biri zərərverici həşəratlardır. Onlar meyvə ağaclarına zərər verməklə, 
məhsuldarlığı xeyli aşağı salırlar. Bu zərərvericilərin meyvə bağlarına xeyli 
ziyan vurmasına baxmayaraq, onların  növ tərkibi, biologiyası,  ekologiyası, 
yayılmaları və təbii düşmənləri hələ də kompleks və ətraflı öyrənilməmişdir.  
Azərbaycanda  meyvə  bitkilərinin  zərərvericiləri  haqqında  ilk 
məlumatlar  keçən  əsrin  iyirminci  illərində  dərc  edilmiş  əsərlərdə  öz  əksini 
tapmışdır. Bu mənbələrdə Ordubad bağlarında alma qurdu haqqında mühüm 
məlumatlar vardır [85, s. 1-18].  
«Azərbaycanın  heyvanlar  aləmi»  kitabında  bağlara  və  meşələrə 
güclü ziyan vuran meyvə güvəsi, alma meyvəyeyəni, qızılqarın kəpənək, tək 
ipəksarıyan  və  s.  növlərin  adı  çəkilir  [84].  Bir  sıra  müəlliflərin  işlərində 
qismən  də  olsa  meyvə  zərərvericilərinə  qarşı  tətbiq  olunan  kimyəvi  prepa-
ratların  təsirinin  nəticələri  göstərilmişdir  [10,41].  Lakin,  bu  mənbələrdə 
həmin zərərvericilərin həyat tsikli haqqında çox az məlumat verilir.  
Ölkə  mütəxəsislərinin  elmi  işlərində  Azərbaycanda  kənd  təsərrüfatı 
bitkilərinin  zərərvericiləri,  ziyanverici  sovkalar,  meyvə  bitkilərinin  zərər-
vericiləri, yarpaqyeyən böcəklər, ziyanlı pulcuqqanadlılar, onların bioekolo-
giyası  və  yayılması  haqqında  geniş  məlumatlara  rast  gəlirik  [1,2,3,4, 
6,8,9,11, 12,13,18,19,20,32,35,37,38,39,54,61,63,64, 66,70,71,72,113].  
Z.M.Məmmədovun  2004-cü  ildə  dərc  olunmuş  kitabında  Azərbay-
canın  meyvə  bağlarında  geniş  yayılmış  zərərvericilər  haqqında  məlumatlar 
verilmişdir. Ətraflı və sistemli surətdə Azərbaycan ərazisində aparılmış en-
tomoloji  tədqiqatlar  nəticəsində  respublikanın  rayonlarında  meyvə  bitki-
lərinə zərər verən 22 fəsiləyə mənsub olan 74 növ kəpənək aşkar edilmiş, 10 
növ zərərvericinin 79 növ paraziti müəyyən olunmuşdur [94].  

 
10 
Ədəbiyyat  məlumatlarına  əsasən,  Azərbaycanda  meyvə  ağaclarına 
300  növ  həşərat  zərər  verir  [47].  Çəyirdəkli  meyvə  bitkiləri  zərərverici-
lərinin  sayının  tənzimlənməsində  zarqanadlılardan  (Hymenoptera)  Braco-
nidae,  Ichneumonidae,  Chalcidoidae,  Diptera  və  Bethylidae;  böcəklərdən 
(ColeopteraCoccinellidae və Carabidae; torqanadlılardan (Neuroptera) isə 
Chrysopidae  fəsiləsinin  nümayəndələri  əsas  yerləri  tuturlar.  Bu  növlərin 
meyvə zərərvericilərinin sayının tənzimlənməsində böyük rol oynadıqlarına 
baxmayaraq, onlar bağ aqrosenozlarında çox zəif öyrənilmişdir.  
Azərbaycan  bağlarında  yayılmış  gavalı  meyvə  qurdundan  17  növ 
parazit  aşkar  olunmuşdur.  Azərbaycanda  bağların  zərərvericilərinə  qarşı 
mübarizənin  bioloji  üsulu  ilk  dəfə  1926-cı  ildə  tətbiq  edilmişdir.  Zaqatala 
rayonunda  qanlı  mənənə  ilə  mübarizə  məqsədilə  Rəcəbli  və  Meyer  tərə-
findən İtalyadan afelinus paraziti gətirilmişdir.  
Azərbaycan şəraitində özünəməxsus növ zənginliyi ilə təmsil olunan 
bağ  zərərvericilərinin  yerli  entomofaqlarının  müəyyən  edilməsi  ilə  son  za-
manlaradək xüsusi olaraq məşğul olmamışlar. 1960-cı ildən başlayaraq Qu-
ba-Xaçmaz, Şəki-Zaqatala və Naxçıvan Muxtar Respublikası şəraitində bağ 
zərərvericiləri və onların entomofaqlarının öyrənilməsi üzrə ardıcıl tədqiqat 
işləri  aparılmışdır.  Alma  güvəsindən  17  növ  parazit  (İchneumonidae-
Agrypon  stenostiqma  Thoms.,  A.  flaveolatum  Grav.,  Agrypon  sp.,  Angitia 
chrysostiota  Gmel.,  A.  armillata  Grav., Herpestomus  brunneicornus Grav., 
Itoplectis alternans Grav., Epiurus Rotz., Pimpla turionella L., Elasmus sp
Braconidae-Bracon  sp.,  Chalcidoidae-Ageniaspis  fuscicollis  Dalm., 
Tetrostichus  sp.),  alma  çiçəkyeyənindən  isə  4  növ  parazit  aşkar  edilmişdir 
[94, s. 49-50].  
A.Ə.Abdinbəyova Quba-Xaçmaz zonasının meyvə bağları üçün 133 
növ  brakonid  qeyd  edir.  Sonra  müəllif  göstərir  ki,  Respublikanın  dağlıq 
zonasında  alma  güvəsi  4  növ  ixnevmonid  tərəfindən  yoluxur  (29,4%)  və 
digər  minicilərlə  müqayisədə  Angitia  armillata  daha  effektli  parazit  hesab 
edilir  (güvənin  parazitlə  yoluxma  dərəcəsi  22,2%-ə  çatır).  1969-1975-ci 
illərdə  müəllif  tərəfindən  alma  güvəsindən  2  növ  parazit  (Nythobia 
trochonterato  Thoms.,  Stoplectis  maculator  F.),  qızılgül  yarpaqbükənindən 
8  növ  brakonid  (Doryetodes  gollicus  Reinn.,  Habrobracon  hebetor  Say., 
Bracon  trucidator  Marsh.,  Microdus  dimidiator  Nees,  M.  rufipes  Nees, 
Balognatha nigra Tel., Microgaster meridiana H., Orgilus laevigator Nees) 
əldə edilmişdir [1, s. 350-387; 67, s. 134-158].  
Zolaqlı 
meyvə 
güvəsi 
haqqında 
ətraflı 
məlumatlar 
Z.M.Məmmədovun  əsərlərində  verilmişdir.  Aparılmış  tədqiqatlara  görə, 
meyvə  güvəsi  bir  neçə  növ  xalsid  ilə  yoluxur.  Tədqiqatçı  Quba-Xaçmaz 
zonasının  bağlarında  meyvə  güvəsinin  sayının  aşağı  salınmasında 
ageniaspisin  rolunu  göstərmişdir.  O,  Şəki-Zaqatala  zonasında  meyvə 

 
11 
güvəsinin  sayının  aşağı  salınmasında  14  növ  parazitin  rolunu  xüsusi  qeyd 
etmişdir.  Sonralar  müəllif  tərəfindən  qızılgül  yarpaqbükənindən  16  növ 
parazit əldə edilmişdir [42,68,69,95].  
1961-1967-ci  illərdə  alma  meyvəyeyəni  və  tumurcuq  fırfırası 
əleyhinə  mübarizə  üçün  trixoqrammanın  tətbiqi  üzrə  sınaqlar  aparılmışdır. 
Sınaqların nəticələrinə görə, trixoqrammanın bağlara buraxılmasından sonra 
zərərvericinin  yumurta  mərhələsinin  yoluxması  55-100%  olmuşdur.  Quba-
Xaçmaz zonası rayonlarında sincabvari güvənin tırtıl və puplarından 15 növ 
paraziti əldə edilmişdir [5].  
Sonralar  tədqiqatçı  Azərbaycanda  meyvə  bitkilərinə  zərərverən  pul-
cuqqanadlıların  parazitlərini  öyrənmişdir.  1970-ci  ildən  başlayaraq  bağ  zə-
rərvericiləri, onların  parazit və  yırtıcılarının biologiyası,  ekologiyası,  yayıl-
ması,  təsərrüfat  əhəmiyyəti  və  s.  öyrənilmişdir.  Bu  tədqiqat  işlərinin  nəti-
cələri  tədqiqatçının  əsərlərində  öz  əksini  tapmışdır.  Belə  ki,  tüklü  maral-
canın sayının aşağı düşməsində 9 növ entomofaq mühüm rol oynayır: para-
zitlərdən-Scambus colobata Grav., Scolia quadripunctata F., S. hitra Schr., 
yırtıcılardan-Nudobius  lentus  Grav.,  Tanasimus  formicarius  L.,  Coccinella 
septempunctata  L.,  C.  bipunctata  L.,  Calasoma  inquisitor  L.  növlərini 
göstərmək  olar.  Bozrəngli  böcəyin  yumurta  və  sürfələri  7  növ  entomofaq 
tərəfindən  məhv  edilir  ki,  bunlar  da  aşağıdakılardır:  parazitlər-Atanycolus 
initiator  Nees.,  Scambus  brevicornis  Grav.,  Ephialtes  cephalotes  Hal. 
yırtıcılar-Coccinella  septempunctata  L.,  C.bipunctata  L.,  Calasoma 
sycophanta L. [36,39,42,43,44,45,46].  
Z.M.Məmmədov  tərəfindən  meyvə  güvəsinin  biologiyası  və  təsər-
rüfat  əhəmiyyəti  öyrənilərkən  onun  sayının  tənzimlənməsində  8  növ  para-
zitin  rol  oynadığı  müəyyən  edilmişdir:  Braconidae  fəsiləsindən-Bracon 
hebetor Say., Microdus dimidiator Nees., Ascoqaster quadridentata Wesm., 
Apantles  fulvipes  Nees.,  Ichneumonidae  fəsiləsindən-Nuthobia  armillata 
Grav.,  Oimola  turionella  L.,  Itopectis  alternans  Grav.,  Pristomerus  vul-
nerator  Grav.  Bu  parazitlər  içərisində  Nythobia  armillata  Grav.  meyvə 
güvəsinin  2-3  yaşlı  tırtıllarını  25-30%  yoluxdurur  ki,  bu  parazitdən  meyvə 
güvəsinə qarşı bioloji mübarizədə istifadə etmək mümkündür, bu şərtlə ki, 
onun  laboratoriya  şəraitində  çoxaldılma  yolları  öyrənilsin.  Bundan  başqa, 
zolaqlı meyvə güvəsinin 27 növ parazit tərəfindən yoluxduğu göstərilmişdir. 
Bu  parazitlər  içərisində  3  növü  (Bracon  hebetor,  Nemorilla  floralis  və 
Paralitomastix  varicornis)  zərərvericinin  sayının  aşağı  düşməsində  daha 
mühüm  rol  oynayır.  Təbiətdə  qızılqarın  kəpənəyin  sayının  tənzimlənmə-
sində  ədəbiyyat  məlumatlarına  əsasən,  14  növ  parazit  müsbət  rol  oynayır. 
Bunların  içərisində  daha  effektli  sayılan  7  növdür:  Scambus  brevicornis 
Grav.,  Agrypon  flaveolatum  Grav.,  Enocospilus  undulates  Grav.,  Rogas 
geniculator  Nees.,  Meteorus  rubens  Nees.,  Monodontomerus  aereus  Wlk., 

 
12 
Aqria  mamillata  Pand.  [94,  s.  32-33].  Tək  ipəksarıyanın  sayının  tənzim-
lənməsində,  daha  doğrusu,  tırtıll  ocaqlarının  söndürülməsində,  onun  təbii 
düşmənlərinin  rolu  olduqca  böyükdür.  Azərbaycanda  tək  ipəksarıyanın 
parazit  və  yırtıcıları  aşkar  edilmişdir.  Tədqiqatçı  tək  ipəksarıyanın  sayının 
azalmasında 30 növ entomofaqın rolunu göstərir.  
Son  illər  (2000-2005)  Azərbaycanın  Böyük  Qafqaz  və  Lənkəran 
bölgəsinin  meyvə  və  meşə  təsərrüfatlarında  aparılan  tədqiqat  işləri  nəti-
cəsində tək ipəksarıyanın say dinamikasının tənzimlənməsində onun 30 növ 
təbii düşməni  aşkar edilmişdir ki,  bunlardan 23 növü parazit və  7 növü isə 
yırtıcıdır. Təbii düşmənlərdən 6 növü sahibi yumurta mərhələsində, 15 növü 
tırtıl və 9 növü isə pup mərhələsində məhv edir. Aşkar edilmiş parazitlərdən 
4  növü  (Pimpla  turionella  L.,  Meteorus  versicolor  Nees,  Apanteles 
leaviqatus  Ratz.,  Brachymeria  intermedia  Nees)  kompleks  şəkildə  sahibi 
15-25%  yoluxdurur,  yırtıcılardan  isə  2  növü  (Calosoma  sycophanta  L., 
Dermetes lardarius L.) tək ipəksarıyanın sayının tənzimlənməsində mühüm 
rol  oynayırlar.  Calosoma  və  Dermetes  fərdləri  sahibin  tırtıl  və  yumurta 
mərhələsini 25-30%, məhv edirlər [51].  
Respublikamızda  ayıcaxanım  kəpənəyinin  təbii  düşmənlərindən  3 
növü  (Ichnemon  rogenoferi  Kr.,  İch.  insidiosus  W.,  Trichionotus  fixorius 
Th.) S.Ə.Hacıyeva tərəfindən aşkar edilmişdir [11,12].  
1930-1935-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasının  ərazisinə 
təşkil  edilmiş  kompleks  zooloji  ekspedisiyaların  nəticələrini  əks  etdirən 
məqalədə  bölgənin  bağlarında  meyvə  ağaclarının  zərərvericiləri  haqqında 
qismən məlumat verilir [91].  
Muxtar respublika şəraitində uzun müddət diqqətdən kənarda qalmış 
meyvə  zərərvericiləri  keçən  əsrin  yetmişinci  illərində  öyrənilməyə  baş-
lanılmışdır. Bu dövrdə aparılmış tədqiqatların nəticəsi olaraq 19 növ meyvə 
zərərvericisi  və  57  növ  entomofaq  aşkar  olunmuşdur.  Meyvə  bitkilərinin  8 
növ  əsas  zərərvericisinin  və  bir  neçə  təsərrüfat  əhəmiyyətli  entomofaqın 
biologiyası  və ekologiyası  (yayılması, inkişaf dinamikası, qidalanma xüsu-
siyyəti,  inkişaf  müddətləri,  fenologiyası)  ətraflı  tədqiq  edilmişdir  [94,  s. 
130-164].  
Naxçıvan Muxtar Respublikasında meyvə bitkiləri zərərvericiləri və 
onların parazitlərinin öyrənilməsi 1965-ci ildən başlayaraq Z.M.Məmmədov 
tərəfindən  aparılmışdır.  Muxtar  respublika  bağlarında  8  növ  zərərvericinin 
müxtəlif  inkişaf  mərhələlərindən  42  növ  parazit  çıxarılıb  əldə  edilmişdir. 
Onlardan  8  növü-yarpaq  güvəsinin,  8-növü  meyvə  qurdunun,  19  növü-
zolaqlı  meyvə  güvəsinin,  7  növü  isə  gavalı  meyvəyeyənin  parazitidir. 
Tədqiqatcı  tərəfindən  müəyyən  olunmuşdur  ki,  bağlarda  zərərvericilərin 
Bracon  sp.,  Ascogaster  guadridentetus  Wesm.,  Orgulis  laevigator  Nees., 
Pristomerus  vulnerator  Grav.,  Perisierola  sp.,  Arrhinomiya  innoxia  Merg. 

 
13 
kimi  parazitlərlə  yoluxması  50-60%  təşkil  edir.  Tədqiqat  işlərinin 
nəticələrinə  görə  müəllif  zərərvericilərin  sayının  tənzimində  üstün  rol 
oynayan 5 növ (Bracon hebetor Say., Nytobia armillata Grav., Scanbus sp., 
Ageniaspis  fuscicollis  Dalm.,  Paralitomastix  varicornis  Nees)  parazitin 
böyük  təsərrüfat  əhəmiyyətini  xüsusi  olaraq  göstərmiş,  onlardan  bağlarda 
zərərvericilərə  qarşı  bioloji  mübarizədə  istifadə  edilməsinin  mümkün 
olduğunu təklif etmişdir [57,93,94, s. 130-161].  
Gürcüstan şəraitində meyvə güvəsinin təbii düşmənlərindən olan və 
güvənin  45-65%-ni  məhv  edən  aşağıdakı  parazitlər:  Paralitomastix  vari-
cornis  Nees,  Apaneles  xantastigma  Grav.,  Habrobracon  variogator  Spin. 
aşkar edilmişdir. Qonşu ölkənin bağlarında meyvə güvəsinin 17 növ paraziti 
müəyyən edilmiş, onlardan Ageniaspis fuscicollisNythobia armillata Grav. 
və  s.  daha  faydalı  olduğu  qeyd  edilmişdir.  Ölkə  mütəxəssisləri  tərəfindən 
meyvə  bitkilərinin  başlıca  zərərvericilərindən  41  növ  entomofaq  əldə 
edilmişdir.  Şərqi  Gürcüstanda  isə  meyvə  bitkilərinin  fəal  zərərvericilərinin 
sayının xeyli azaldılmasında üstün rol oynayan əsas parazit növləri müəyyən 
edilmişdir.  Göstərilir  ki,  tək  ipəksarıyanın  müəyyən  edilmiş  8  növ  para-
zitindən Apanteles lacteicolorRatz. bağ zərərvericilərinə qarşı bioloji müba-
rizədə də müvəffəqiyyətlə istifadə edilə bilər [122, s. 130-190].  
Qazaxıstanın Alma-Ata meyvəçilik zonası üçün meyvə güvəsi çəyir-
dəkli meyvə bitkilərinin əsas zərərvericisidir. Çoxillik tədqiqatlara istinadən 
müəyyən  edilmişdir  ki,  Qazaxıstanda  meyvə  güvəsinin  kütləvi  çoxalması 
zamanı  Pseudosarcofaga  mamillata  Pand.  milçəyi  xeyli  miqdarda  meyvə 
güvəsini məhv edir [119].  
Qazaxıstanın  Alma-Ata  vilayətində  Ascogaster  quadridentatus 
Wesm. növünün biologiyası və onun morfoloji xüsusiyyətləri öyrənilmişdir. 
Müəllif göstərir ki, bu parazit gavalı meyvəyeyəninin ilkin parazitidir. Onun 
sahibi  yoluxdurma  dərəcəsi  36-88%-dir.  Qazaxıstanın  meyvə  bağlarında 
meyvə  qurdlarının  Ephialtes  cinsinə  mənsub  minicilərlə  yoluxma  dərəcəsi 
25%-ə,  gavalı  meyvə  qurdunun  isə  Microdus  rufipes  Nees  paraziti  ilə 
yoluxma dərəcəsi 14-60%-ə çatır [129].  
Qırğızıstanın meyvə bağları üçün bağ zərərvericilərin sayının tənzi-
mində  rol  oynayan  68  növ  entomofaq  göstərilir.  Bununla  əlaqədar,  Aman-
kuton meşə yaylası şəraitində meyvə güvəsinin təbii tənzimləyicisi kimi 15 
növ parazit və  yırtıcı  göstərilir. Müəllifə görə tırtıl  və pupların  ümumi  yo-
luxması 3-4%-i keçmir. Bununla belə, bəzi yırtıcılar üçün effektlivlik dərə-
cəsi ayrı-ayrı illərdə 28%-ə çatır. Müəllif yerli entomofaunada effektli age-
niaspis  parazitinin  olmadığını  göstərir.  O,  buraya  sonradan  gətirilmiş  age-
niaspis  parazitinin  meyvə  güvəsinin  sayının  aşağı  (88%)  salınmasında 
əhəmiyyətli rol oynadığını qeyd edir. Həmin mənbədə Moldova bağlarında 
aşkar edilmiş 255 növ parazit və yırtıcı həşəratın siyahısı verilmişdir [115].  

 
14 
Tacikistanın bağ və meşələrində  yayılmış zərərli pulcuqqanadlıların 
biologiyası  haqqında  bəzi  məlumatlar  verilir,  meyvə  bağlarının  zərər-
vericilərini  müxtəlif  inkişaf  mərhələlərində  yoluxduran  20  növdən  artıq 
ixnevmonid, brakonid, xalsid və taxin milçəkləri göstərilir [123].  
Türkmənistan bağlarında çəyirdəkli meyvə bitkiləri zərərvericilərinin 
(9  fəsiləyə  mənsub  55  növ  pulcuqqanadlının)  parazitləri,  minicilərin-bra-
konidlərin  və  ixnevmonidlərin  üstünlüyü  (cəmi  36  növ)  ilə  tumlu  meyvə 
bitkilərin zərərvericilərinin 94 növ entomofaqı müəyyən edilmişdir [80].  
Türkiyə  Cumhuriyyətində  Chrysomelidae  fəsiləsinə  mənsub  olan 
Smaragdina cyanea F.,  S.limbata Stev. meyvə zərərvericilərinin bioloji xü-
susiyyətləri, zərərvermə  dərəcəsi  ətraflı  tədqiq  olunmuş, həmin zərərverici-
lərin  parazitlərinin  sahibi  yoluxdurma  dərəcəsinə  (70-75%)  aid  məlumatlar 
əldə edilmişdir. Türkiyə entomoloqları tərəfindən həmçinin ixnevnomidlərin 
erkək  fərdlərinin  sahibi  yüksək  dərəcədə  yoluxdurması  faktı  qeyd  edilmiş-
dir. Aparılmış hesablamalara görə fəal minicilərin ümumi sayının təxminən 
80%-ini erkəklər təşkil edir. Meyvə güvəsinin tırtıl və puplarının parazitlərlə 
yoluxması 66,6% təşkil etmişdir. Cumhuriyyətin əsasən şərq vilayətlərində 
aparılmış  entomoloji  tədqiqat  işləri  nəticəsində  meyvə  zərərvericiləri  və 
onların parazitlərinin zəngin kolleksiyaları yaradılmışdır [123,136,158].  
Keçmiş SSRİ ərazisində meyvə bitkilərinin zərərvericiləri və onların 
parazitlərinin  öyrənilməsinə  115  il  bundan  əvvəl  başlanılmasına  baxma-
yaraq,  ətraflı  tədqiqat  işləri  son  illərdə  həyata  keçirilmişdir.  Hələ  1886-cı 
ildə  parazitlərin  meyvə  bitkilərinin  zərərvericilərinin  sayının  tənzimində 
yüksək roluna diqqət yetirilmişdir. Belə ki, Krımda meyvə zərərvericilərinin 
sayının  aşağı  salınmasında  xüsusi  rol  oynayan  6  növ  parazit  aşkar  edil-
mişdir. Angitia armillata Erich. paraziti meyvə və yarpaq güvəsinin əsas pa-
raziti  kimi  qeyd  olunmuşdur.  Leninqrad  vilayəti  şəraiti  üçün  meyvə 
güvəsinin 22 növ paraziti aşkar edilmişdir [86].  
Rusiya  Federasiyasının  Uzaq  Şərq  bölgəsində  bağ  zərərvericilə-
rindən  13  növ  parazit  alınaraq  aşkar  edilmişdir.  Onlardan  3  növü-alma,  7 
növü-gavalı və 3 növü-şaftalı meyvə qurdunun parazitləridir. Meyvə bitki-
ləri  zərərvericiləri  və  onlarının  parazitləri  haqqında  məlumatlara  əsasən 
Baykal gölü ətrafında meyvə bitkilərinə zərərverən 11 növ yarpaqbükəndən 
17 növ parazit aşkar edilmişdir [76,77,120,155,156].  
Rusiya Federasiyasının Tver vilayətində çəyirdəkli meyvə bitkilərinə 
zərərverən  güvələrin  20  növ  paraziti  müəyyən  edilmiş,  Angitia  armillata 
Erich. və Ageniaspis fusicollis Dalm. növlərinin biotənzimləyici kimi böyük 
əhəmiyyəti  qeyd  olunmuşdur.  Bəzi  illərdə  parazit  kompleksi  tərəfindən 
zərərvericilərin 60-68%-i məhv edilir. Müəllif gavalı meyvəyeyəninin ento-
mofaqlarını  öyrənərək  aşağıdakı  effektli  parazitləri  qeyd  edir:  Ascogaster 
rufipes  Lat.,  Baeognatha  armeniaca  Tel.,  Tetrastichus.,  Pristomerus 

 
15 
vulnerator  Nees,  Trichogramma evanescens  Westw. M.N.Berim  tərəfindən 
isə  Rusiyanın  şimal-qərb  hissəsinin  bərabərqanadlıları  geniş  şəkildə  öyrə-
nilmişdir [83,121].  
Ukraynanın Kiyev ətrafında meyvə güvəsi tırtıllarının Agria mamil-
lata  Pand.  paraziti  ilə  yoluxması,  bütün  tırtılların  ümumi  sayının  15,9%-ni 
təşkil  etməsi  müəyyən  edilmişdir.  İ.A.Rubsovun  siyahısına  görə  alma  və 
gavalı  qurdunun  bütün  inkişaf  mərhələlərində  120  növ  parazit  iştirak  edir 
[114].  
M.B.Sevryukova zolaqlı meyvə güvəsinin biologiyasını öyrənmiş və 
müəyyən  etmişdir  ki,  onun  sayı  xeyli  dərəcədə  Paralitomastix  varicornis 
Nees,  Baeognatha  armeniaca  Tel.,  Nemorilla  floralis  Fall.  parazitləri  ilə 
aşağı salınır [117].  
Ukrayna  şəraitində  tək  ipəksarıyanın  tırtıllarından  7  növ  minici 
alınmışdır.  Onlardan  4  növü  (Apanteles  ocneriae  İvanov,  A.luparidis  L., 
Meteorus  cyrator  Mil.,  M.versicolor  Wesm.)  tək  ipəksarıyanın  parazitləri 
kimi  Ukrayna  üçün  ilk  dəfə  göstərilmişdir.  Əldə  edilmiş  parazitlərin 
təyinedici cədvəli verilmiş, onların biologiyası haqqında bəzi məlumatlar və 
onlara hiperparazitlərin güclü təsiri qeyd edilmişdir [90].  
A.İ.Moisenko  Belarus  bağlarında  Tmetocera  ocellona  Great., 
Cacoecia rosama L., Pandemis ribiena F. zərərvericilərindən çıxarılıb əldə 
edilmiş  5  fəsiləyə  mənsub  32  növ  parazitin  siyahısını  verir.  Onlardan 
yoluxdurma dərəcəsinə görə ən əhəmiyyətli olanları (tırtılları 20,3% pupları 
isə  21,1%  olan)  brakonidlər-Microdus  dimidiator  Nees,  Meteorus  istericus 
Nees və Itoplectis cinsinə mənsub ixnevmonidlərdir [98].  
V.İ.Tobiasın  məlumatlarına  görə,  Litvada  14  növ  çəyirdəkli  meyvə 
zərərvericiləri  üzərində  parazitlik  edən  20  növ  brakonid  göstərilir  ki, 
onlardan  başlıca  təsərrüfat  əhəmiyyəti  kəsb  edənləri  aşağıdakılardır:  On-
cophanes  lanceolator  Nees.,  Macrocentrus  linaris  Nees.,  Microdus  dimi-
dator  Nees,  Ascogaster  guadridetata  Wesm.,  A.rufipens  Wesm.,  Meteorus 
ictericus Nees, Aponteles ater Ratz., A .lomeratus L., A. juniperatae Bche., 
A. xantostigma Hal. [125,126].  
Çəyirdəkli  meyvə  zərərvericiləri  və  onların  parazitlərinin  öyrənil-
məsi haqqında ilk məlumatlar E.Neesin Almaniyada dərc olunmuş əsərində 
öz əksini tapmışdır. O, zolaqlı meyvə güvəsinin tırtıllarından parazit almış, 
onun  yeni  növ  kimi  təsvirini  verərək  Paralitomastix  (Encyrtris)  varicornis 
Nees  adını  vermişdir.  Onun  tərəfindən  İtaliyada  və  başqa  ölkələrdə  belə 
tədqiqat işləri aparılmışdır [149].  
Almaniya şəraitində Hamburq əyalətində 1953-1955-ci illərdə gavalı 
meyvəyeyənindən  bir  neçə  parazit-Tachinidae  fəsiləsindən  Arhinonniya 
tragicaIchneumonidae fəsiləsindən Trichomma enecator Ros., Pristomerus 
vulnerator  Grav.,  Braconidae  fəsiləsindən  Ascogaster  guadridentatus 

 
16 
Wesm.  və  Chalcidoidae  fəsiləsindən  Perilampus  tristis  Ros.  növləri 
alınmışdır [162].  
Avropa  ölkələrində  meyvə  zərərvericilərinin  tırtıllarından  müxtəlif 
fəsilələrə aid parazitlər alınmış, onların biologiyası, sahibi yoluxdurma dərə-
cəsi  öyrənilmişdir.  Aparılan  tədqiqat  işlərinin  nəticələrinə  əsasən  perspek-
tivli  parazit  növlərinin  süni  şəraitdə  çoxaldılıb  bioloji  mübarizədə  tətbiqi 
məsələləri araşdırılmışdır [151,152,153,154,160,161].  
Keçmiş  Yuqoslaviya  bağlarında  Paralitomastix  varicornis  Nees 
zolaqlı  meyvə  güvəsinin sayını xeyli dərəcədə (90%-dək) tənzimləyə bilir. 
Müəyyən edilmişdir ki, parazit il müddətində 2-3 nəsil verir. Paralitomastix 
varicornis  Nees,  Anarsia  lineatella  Z.  zərərvericisinin  ixtisaslaşmış  para-
zitidir.  Zolaqlı  meyvə  güvəsinin  qışlamış  tırtıllarının  parazitlərlə  yoluxma 
dərəcəsi  1968-1970-ci  illərdə  42,2-57,1%  olmuşdur.  Paralitomastix  vari-
cornis  Nees  növünün  biologiyası  və  onun  zərərverici  ilə  qarşılıqlı  münasi-
bətləri  ətraflı  öyrənilmişdir.  Aparılmış  müşahidələrə  görə,  parazitin  nəsil-
lərinin  sayı  və  uçuş  müddətləri  sahibinki  ilə  üst-üstə  düşür,  lakin  parazitin 
yaşama müddəti sahibindəkindən qısadır [159].  
İsraildə  Anarsia  linatella  Z.  tırtıllarından  yüksək  effektli  parazit-
Bracon  hebetor  Say.  əldə  edilmişdir.  Bu  parazit  zolaqlı  meyvə  güvəsinə 
qarşı mübarizə məqsədilə ABŞ-ın Kaliforniya ştatına introduksiya edilmiş-
dir. Müəlliflər parazitin, o cümlədən bəzi zərərverici sərtqanadlı növlərinin 
biologiyasını öyrənmişlər [140,141].  
ABŞ-da  Brachumeria  intermedia  Nees  tək  ipəksarıyanın  əsas  para-
ziti hesab olunur. Məlumatlara görə, bağlarda bu parazit meyvə güvəsini də 
yüksək dərəcədə məhv edir [147].  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
17 
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə