Enerjinin saxlanmasi qanunu


Elektrolitik dissosiasiya nəzəriyyəsi. 29



Yüklə 36,57 Kb.
səhifə8/8
tarix02.01.2022
ölçüsü36,57 Kb.
#36354
1   2   3   4   5   6   7   8
28.Elektrolitik dissosiasiya nəzəriyyəsi.

29.Zəif və qüvvətli elektrolitlər.

30.Turşu, əsas və duzların dissosiasiyasi.

Turşuların dissosiasiyası- Elektrolitik dissosiasiya nəzəriyyəsinə görə məhlulda Hidrogen və turşu qalığı ionlarına dissosiasiya edən elektrolitlərə turşu deyilir.

HNO3 = H+ + NO3-

Çoxəsaslı turşular pilləli dissosiasiya edir.

H3PO4 = H+ + H2PO4-

H2PO4-= H+ + HPO42-

HPO42- = H+ + PO43-

Çoxəsaslı turşuların turş duz əmələgətirməsi onların pilləli dissosiasiyası ilə əlaqədardır.

Əsasların dissosiasiyası- Elektorilitik dissosiasiya nəzəriyyəsinə görə məhlulda metal və hidroksid ionlarına dissosiasiya edən elektrolitlərə əsas deyilir.

Çoxturşulu əsaslar pilləli dissosiasiya edir.

Ca(OH)2 = (CaOH)++OH-

(CaOH)+ =Ca2++OH-

Amfoter hidroksidlər suda həll olmayan,lakin turşu və qələvilərlə duz əmələgətirən birləşmələrdir. Amfoter hidroksidlərin ikili xassə daşıması onunla izah olunur ki,onlar şəraitdən asılı olaraq həm turşu,həm də əsas kimi dissosiasiya edir.

2H++[Zn(OH)4]2- =[Zn(H2O)4](OH)2 =[Zn(H2O)4]2+ +2OH-

Tarazlıq halında məhlul neytraldır. Məhlula turşu əlavə etsək ZnOH özünü əsas kimi aparır və tarazlıq sağa doğru dəyişir. Qələvi əlavə etdikdə isə o,turşu kimi dissosiasiya edir.

Duzların dissosiasıyası- Elektrolitik dissosiasiya nəzəriyyəsinə görə məhlulda metal (yaxud NH4+) və turşu qalığı ionlarına dissosiasiya edən elektrolitlərə duz deyilir.

BaCl2 = Ba2+ + 2Cl-

NH4NO3 = NH4++NO3-

Duzların kristal qəfəsi ion tipli olduğundan dissosiasiya 1 pilləli olur. Turş və əsasi duzlar isə mərhələli olur:

NaHSO4=Na++ HSO4-

HSO4-= H++SO42-

Cu(OH)Cl=Cu(OH)++ Cl-

Cu(OH)+=Cu2++OH-

İkiqat duzlar məhlulda bütünlüklə dissosiasiya edir:



NaKC2O4 = Na++ K++C2O42-

(NH4)2Fe(SO4)2=2NH4++ Fe2++2SO42-
Yüklə 36,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin