292) Toksiki ur zamanı mədə-bağırsaq traktı tərəfindən hansı dəyişikliklər müşahidə olunmur?
A) İştahanın dəyişilməsi ( xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması və ya azalması)
B) Qəbizlik
C) Mədə şirəsi sekresiyasının dəyişilməsi (xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması və ya azalması)
D) Tez-tez defekasiya aktı
E) Mədədə və bağırsqda ağrı tutmaları
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
293) Tireotoksikoz zamanı mərkəzi və periferik sinir sistemində aşağıdakı klinik dəyişikliklərdən hansı biri baş vermir?
A) Kəskin biruzə olunan qırmızı dermoqrafizm
B) Bütün bədənin və onun ayrı-ayrı hissələrinin əsməsi
C) Əzələ zəifliyi
D) Vətər reflekslərinin artması
E) Patoloji reflekslərin olmaması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
294) Miasteniya ilə birgə müşahidə olunan toksik ur zamanı hansı əlamət müşahidə edilmir?
A) Göz almalarının əzələlərində zəiflik
B) Çeynəmə əzələlərində zəiflik
C) Udqunmanın pozulması
D) Ətrafların proksimal hissəsində xarakter zəiflik
E) Danışığın pozulması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
295) Tireotoksikoz zamanı reproduktiv sistemdə baş verən dəyişikliklərə nə aid deyil?
A) Kişilərdə libidonun və potensiyanın azalması
B) Qızlarda aybaşı siklinin və ikincili cinsi əlamətlərin əmələ gəlməsinin ləngiməməsi
C) Uşaqsalmaya və sonsuzluğa meyllilik
D) Aybaşı tsiklinin pozulması
E) Yumurtalıqlarda və uşaqlıqda gedən degenerativ və atrofik prosesslər
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
Dostları ilə paylaş: |