Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə Məktəblilərin sinifdən xaric oxusu üçün



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix02.12.2016
ölçüsü0,71 Mb.
#688
1   2   3   4   5   6   7   8   9   10

ədalətin özü də ədalətli deyil. 

 

Aysel  Qərargahdakı qızlarla dostlaşmışdı. Onlar birlikdə qadınlar üçün jurnal çap edirdilər. Bu jurnalda 



daha seksual yox daha sevimli olmağın sirrləri öyrədilirdi. Burada uzun burunu əməliyyatla kəsdirmək yox,  

uzun burunu başqalarının işinə soxmamaq öyrədilirdi. Arıqlamaq üçün də bahalı trenajorlar, dərmanlar lazım 

deyildi. Sadəcə hərdən öz eviniz təmiz olandan sonra qonşuya da  otağlarını təmizləməkdə xalçalarını yumaqda 

kömək etmək kifayət edərdi. Hər şey çox yaxşı gedirdi. Əvvəl elə bilirdim ki, bizim tərəfimizdə heç kəs 

olmayacaq. Amma bir il ərzində bu qədər gəncin bizimlə eyni düşüncəli olduğunu görəndən sonra mən artıq 

əminəm ki, biz dünyanı dəyişə bilərik. 

 

Abbas da elə bunu deyirdi. 



 

 

Uşaqlar Bakı bizim əlimizdədir. Sayımız artıq günlə yox saatla artır. Hər bir sivilizasiyanın inkişafında bir 



dayanma nöqtəsi olmalıdır. Artıq dünyada hər kəsin xoşbəxt yaşaya biləcəyi qədər texnologiyalar kəşf olunub. 

Biz bu gün buradan səsimizi dünya çatdırırıq. Və deyirik. Bəsdir.  STOP. 

Həyat çay stəkanı kimidir. Onun içinə qaynar su doldururuq. Amma həddini aşmadan. Əgər stəkana öz 

həcmindən artıq su töksək öz əlimizi yandırarıq. BƏSDİR. Danışan robotlara ehtiyac yoxdur. Xəstəxanalardakı 

lallara kömək edin. Əlavə silaha ehtiyac yoxdur. Əlavə dərmanlar istehsal edin. Kosmosda həyat axtarmaq 

lazım deyil. Kasıb ölkələrdə gündə minlərlə insan həyatı məhv olur. Onları tapmaq lazımdır. Onlarla 

dostlaşmaq lazımdır. 300 milyarda bir raket Marsdan başqa canlı gətirəcəksə həmin pula öz planetimizi elə 

gözəl edə bilərik ki, başqa canlılar özləri buraya gəlmək istəsinlər. Bəsdir. Gəlin istehsalı dayandırıb 

bölüşdürməni başlayaq. Siz evlərinizi gizli kameralarla təchiz edirsiniz. Siz cangüdənlər tutursunuz. Siz silah 

alırsınız. Çünki həyat təhlükəlidir. Hər an kimsə gəlib sizi oğurlaya, öldürə bilər. Sizi öldürən bəlkə 10 il əvvəl 



sizdən kömək istəyən yetim bir uşaq olacaq. Siz onu tərk edib həyatın qucağına atırsınız. Sabah o 

böyüyüb sizi öldürəcək. 

 

Sonra Araz çıxış edirdi. 

 

Bizə deyirlər ki, xalqımız axmaqdır, səviyyəsizdir. Bütün günü telekanallarda boş-boş şou verilişlərə baxır. 



Televiziyaların da günahı yoxdur. Tamaşaçı nəyi tələb edirsə onu da göstərir. Amma 10 il əvvəl bu cür 

proqramlar yox idi. Bəyəm 10 il əvvəl heç kəs televizora baxmırdı? Baxırdı!!! Bəs bu gün o verilişlər bağlansa 

baxan olmayacaq? Olacaq!!! Gəlin gücümüzü televiziyaya verək. Bizə öz verilişlərimiz lazımdır. Mümkün 

qədər çox əlaqə qurun. Ən əxlaqsız şouların aparıcılarının dərsini verək. Görək onda kim nə deyəcək. 

 

Sonra Aslan deyirdi. 



 

Bizim geyimimiz qara rəngdədir. Üzərində HOST-un ulduzu. Bu köynəklər yalnız bizə qoşulanlara verilir. Biz 

hər yerdə birliyimizi saxlamalıyıq. Əgər  küçədə bir HOST-çu digər HOST-çunu görürsə onunla 

salamlaşmalıdır. Əgər kömək lazımdırsa kömək etməlidir. Özünüzün buraya düşməyinizi yadınıza salın. Əgər 

bizi tapmasaydız bəlkə bu dəqiqə depressiyadan intihar etmiş olardınız. Sizin kimi yüzlərlə gənc var. Biz 


bilmirik bəlkə onlar elə bizim kimidirlər sadəcə xəbərləri yoxdur ki, tək deyillər. Gördüyümüz hər bir insana öz 

fikirlərimizi danışırıq. Öz sayımızı artırmaq üçün yox. Onları tək qoymamaq üçün. 



 

Sonra Azad deyirdi. 

 

Biz dünyada birliyin tərəfdarıyıq. Biz sərhədsiz, eyni dildə danışan, bərabər insanların dünyasında yaşamaq 



istəyirik. Süni olan heç bir şey olmamalıdır. Sərhədlər isə sünidir. Onları biz çəkirik, istəyəndə də dəyişirik. 

Quşların nə sərhədi var, nə də ki xarici pasportu. Və biz heç vaxt görməmişik ki, bir dəstə quş başqa bir dəstə ilə 

müharibə etsin. Təbiətin öz harmoniyası var. Onu pozmaq olmaz. Dünyada iki millət var. PİS insanlar və 

YAXŞI insanlar. Dünyada iki dil var  YALAN və HƏQİQƏT. Dünyada iki ölkə var CƏNNƏT və 

CƏHƏNNƏM. Ən ideal ölkə cənnətdirsə bilin ki orada nə Banqladeş var, nə İtaliya, nə də ki Kosova. Əgər 

kimsə yəhudiləri pisləyirsə bilsin ki, HZ.Musa da yəhudi olub. Əgər kimsə türkləri tərifləyirsə bilsin ki, Dədə 

Qorqud da türk idi. Amma Qıpçaq Məlik də türk idi. Hər millətin içində pis də var, yaxşı da var. İnsanlara 

insanlığına görə qiymət verək. 

 

 

Sonra Adil davam edirdi. 



 

Bizə sabah İslam terrorçusu deyəcəklər. Müsəlmanlar isə Mason deyəcəklər. Yəhudilər xristianların qurduğu 

yalançı şərq təşkilatı deyəcək. Bəziləri skinhed deyəcək, bəziləri kommunist deyəcək, bəziləri anarxist deyəcək. 

İndidən buna hazır olun. Bizdən soruşsalar siz kimsiniz. Biz də onlardan soruşacağıq.  “Bəs siz kimsiniz? Tapa 



bilmisiz?” 

   

Sonra mən deyirdim. 

 

Ola bilsin ki, içinizdə qəribə suallar var. Biz nə edirik? Bunun sonu nə olacaq? Dünyanı dəyişəcəyik, yoxsa bizi 



öldürəcəklər? Nə qədər bu qərargahlarda yığışacağıq? Bu suallar sizi qorxudur? Məni də qorxudur. Bizim 

hamımızı qorxudur. Bizim gücümüz ondadır ki, qorxularımızı gizlətmirik. Qorxulu suallar iyrənc cavablardan 

daha yaxşıdır. İyrənc cavabları bilirsiniz. Məktəb, universitet, nişan, toy, iş, uşaq, yataq, qəbir... Kim getmək 

istəyirsə qapı açıqdır. Kim qayıdacaqsa qapı yenə də açıqdır. Bizə deyəcəklər ki, siz vəhşisiz, gördüyünüz işlər 

ədalətsizdir. O yazıq fahişə qızlar, bəlkə aralarında bir yaxşı qız da var idi. O yazıq müəllimlər axı onlar da 

rüşvəti ehtiyaclarına görə alırdılar. Yazıq narkomanlar, pis insanlar, siyasətçilər, qatillər, əyyaşlar, 



sərxoşlar, mavilər axı onların hamısı pis deyil? İçlərində yaxşıları da var axı,  onda biz də cavab 

verəcəyik.  “Biz pisik, zalımıq, aqressivik, vəhşiyik, cinayətkarıq, amma siz bizə heç nə etməzsiz, düzdü? 

Axı içimizdə  yəqin yaxşılar da var”.    

 

 



 

 

 



 

 

 



 

Balığın nağılı 

 

Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə götürüb dənizə atdığını gördü. 



Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur. Yəqin səhərki güclü külək onları sahilə 

çıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı. Amma bütün sahil bu kiçik balıqlarla dolu idi. 

Kilometrlərlə sahəni kiçik balıqlar doldurmuşdu. Milyonlarla balıq. Bunu görən kişi uşağa dedi: 

- Niyə bu balıqları suya atırsan? 

Uşaq cavab verdi 

- Səhər güclü dalğalar onları quruya atdı indi dəniz sakitdi, əgər axşam əsəcək küləyə qədər onları suya 

atmasam balıqlar öləcək. 

Kişi  qışqırdı: 

- Axı bu axmaqlıqdır. Bir ətrafına bax? Burda milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək. 

Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi: 

- Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək. 

Sonra balaca balığı dənizə atdı. 

 

BİZ HƏR GÜN DÜNYANI XİLAS EDƏ BİLƏRİK. ÇÜNKİ HƏR GÜN BİR İNSANI XİLAS EDƏ BİLƏRİK. 



HƏR İNSAN DA BİR DÜNYADIR. 

 

Psixoloq məni xilas etmək istəyir, mən də dünyanı 

 

Evdə gec-gec göründüyümdən valideynlərim lap narahat olmuşdular. Onların HOST-dan xəbəri var idi. Elə 



bilirdilər ki, müxalifət partiyasıdır. Mənə deyirdilər ki, ay bala əl çək bu müxalifətçilərdən. Ən yaxşı hakimiyyət 

indiki hakimiyyətdir. Amma mən onlara başa sala bilməzdim ki, iş nə yerdədir. Mənə iki-üç dəfə psixoloqun 

yanına getməyi məsləhət görmüşdülər. Sonra yaz tətilində Türkiyəyə aparacaqlarını deyirdilər. Gündə bir paltar , 

yeni kompyuter, doberman, gitara zir-zibil hamısından alıb otağıma doldururdular ki, bəlkə mənim başım 

qarışdı və sektadan çıxdım. Bunlar da kömək etməyəndə məni söyməyə başladılar, sonra atam bir-iki şillə vurdu. 

Bütün ümidləri öləndə anam ağlamağa başladı. Amma bu da mənə təsir etmirdi. Dünyanın taleyini anamın göz 

yaşına qurban verə bilməzdim. Tam biganəliyimi görəndə sonuncu üsula əl atmışdılar. 

 

Evə gələndə qapının açıq olduğunu gördüm. İçəri daxil olub anamı səslədim. Cavab gəlmirdi. Sonra 



atamı, sonra bacımı  çağırdım. Səs gəlmirdi. Böyük otaqdan dəhlizə orta yaşlı kök bir kişi çıxdı. Bu mənim 

anam deyildi. Atam da bir günə bu boyda şişə bilməzdi. Ağ qəribə uzun bığları lap Nitşeni xatırladırdı. Mənə 

baxıb gülümsündü: 

 - Anar oğlum, keç içəri. 

Mən çaşbaş qaldım 

- Siz kimsiz ki? 

Kişi dedi: 

- Mən sənin psixoloqunam. Məni dost çağıra bilərsən. Mən sənə kömək etməyə gəlmişəm. 

Aha, məsələ aydın idi. Yenə valideynlərimin fokusları. Ehhh.. Bir təhər yola verməli idim. 

- Yaxşı dost, necə kömək etmək istəyirsən? 

- Oğlum qarşıdakı divanda rahat əyləş, dərindən nəfəs al.  

Mən onun dediklərini etdim. Kişi mənə elə baxırdı ki, güya bir baxışdan məni kitab kimi oxumuşdu. 

- Oğlum, valideynlərin deyir ki, son vaxtlar özünü pis hiss edirsən. Həyatında nə isə baş verib? Sevgilindən 

ayrılmısan bəlkə? Sənin yaşda uşaqlar üçün bu çox təbii haldır. 

Mən onun danışıq tərzindən çox əsəbiləşmişdim. 

- Heh, maraqlıdı sizə nə qədər pul veriblər. Hə? 

Kişi bu sualı gözləmirdi. 

- Oğlum, bu önəmli deyil. 

- Aydaaa... Önəmi olmasaydı indi burda klounluq eləməzdiniz. Əgər səmimi olmağımı istəyirsizsə özünüz də 

səmimi olun. Nə qədər pul veriblər? 

- Hmm, mənim seanslarımın saatı 200 manatdır. 

- Ooo.. Bu başqa məsələ.. Deməli birinci sinifdən əlaçı olan cənab Nitşe, bu gün kök qarnının piyini bir az da 

artırmaq üçün bizə qonaq gəlib. 

- Oğlum , davam et. Ürəyini boşalt.  

- Ehh..Dayday. Mənim heç bir psixoloji problemim yoxdur. Hər şey əladır. Gedə bilərsiniz. 

 - Oğul, mən görürəm ki, sənin içində bir sıxıntı var. 

- Hə? Görürsünüz? Düzdü var. Mənim sıxıntılarım var. 

- Onda de, mən də sənə kömək edim. Danış. Bəlkə bir çarə tapdıq. 

- Siz doğrudan mənə kömək edəcəksiniz? 

- Hə, oğlum, söz verirəm. 

- Hhmm. Onda başlayaq. Birinci sıxıntım Perudakı su problemidir. Kəndlərə hələ də su çəkilməyib. İkincisi 

Fələstindəki döyüşlərlə bağlıdır. Zəhmət olmasa onu dayandırın. Sonra Ozon qatının deşilməsinin də qarşısını 

alsanız lap yaxşı olar. Ya da qonşumuz üçün hər ay bazarlıq eləsəniz. Necədi? Başqalarını da danışım? Sizin 

eviniz yəqin ki, bina evidir hə? Pəncərənizlə üzbəüzdə başqa bir bina görünür. Amma siz orada yaşayanları 

görmürsünüz. Siz binanın işıqlarına baxıb siqaretinizi çəkirsiniz. Bircə siqaretlə arvadınızla dalaşdığınız günü 

unuda bilirsiniz. Binanın işıqlarına baxıb xəyallara qapılırsınız. 

- ıı. Olur hərdən. Amma.... 

- Zəhmət olmasa pəncərənin qırağına gəlin. Qorxmayın özümü atmaq istəmirəm. İstəyirəm sizə daha bir 

sıxıntımı göstərim. Daha doğrusu sizdən nə ilə fərqləndiyimi. Baxın. Üzbəüzdəki binanı görürsünüz. Orada 50 

mənzil var. Mənim əlaqələrim yaxşı olduğundan çox şeydən xəbərim olur. Baxın binaya. Siz nə görürsünüz? 

- Hmm. Pəncərələr... Nə görməliyəm ki? Orada da hansısa insanlar yaşayır. Kimlərinsə pəncərəsidir. 

- Aha. Düzgün dediniz. Bu sizə xas olan bir düşüncə tərzidir. Kimlərsə yaşayır. Hansısa insanlar. Kim, Hansı. 

Hansısa, necəsə, niyəsə...  Siz də hamı kimi bu sualları artıq sual kimi yox, adi cümlədə işlədirsiniz. Fərqimiz də 

bundadır. Mən demirəm orada hansısa insanlar yaşayır. Mən soruşuram - orada hansı insanlar yaşayır?  Baxın 

fərqimiz bundadır. 


- Oğlum, səni başa düşürəm. 

- Ee, heç nə başa düşmürsüz... 

Sağ tərəfdən birinci pəncərə - Türkan. Sevgilisi onu atıb. Hər gün axşam telefonundakı mahnılara qulaq asa-asa 

pəncərədən baxır. Oğlan indi zibilçənin biri ilə gəzir. Türkanı isə bir il istifadə edib atdı. 

Sağdan ikinci pəncərə -Tofiq kişi, şəkər xəstəsidir. Gecələr durub ayaqyoluna gedir. 2 saat oradan çıxa bilmir. 

Bilirsiz niyə çünki işəyə bilmir. İki saatdan sonra sidiy qanla çıxır. Qanlı tumanını gecə dəyişib yerinə uzanır. 

Növbəti pəncərə - bu cavan ailənin bir günü də davasız keçmir. Televizor üstündə hər axşam dalaşırlar. Oğlan 

futbolçudur. Qız isə nazirlikdə işləyir. 

O biri pəncərə -  Fuad. Kitabı çıxmayan şair. Öz şeirlərini yüz nəşriyyata göndərib, amma hamısında deyiblər ki, 

sənin şeirlərin heç kəsə maraqlı deyil. Amma Fuadın bu şeirlərdən başqa heç nəyi yoxdur. 

O biri pəncərə - Ağamirzə kişi. Qarabağ əlili. 

 O biri -  Tükəzban xanım, əyyaş ərin sədaqətli xanımı. 

O biri –  fahişə, hər günorta qonşuluqdakı oğlanlardan biri onlara qonaq gedir. Və işə başlayırlar. Anası evə 

qayıdanda isə qız kitab oxuyur. 

O biri – Dilarə xanım. Dul arvad. Gecələr porno filmlərə baxır. Sonrakı pəncərə tək yaşayan qoca nənədir. İki 

dəfə pristupu olanda telefona əli çatmayıb. Mən həkimlərə zəng etmişəm. O biri pəncərədə Əli qalır. O birində 

Qədir. O birində Samir. Başa düşürsünüz indi mən demək istəyirəm? 

Bizim baxdığımız eyni yerdir. Amma gördüyümüz başqa şeylərdi. Siz hansısa insanları görürsünüz. Amma mən 

gedib onların kim olduğunu öyrənirəm. İnsanın gözləri açılanda sevinməyə çox az şey qalır... 

 

O donub qalmışdı. Cənab bığlı professor nə deyəcəyini bilmirdi. Amma nə isə deməli idi. 



- Oğlum, sənin dediklərin doğrudur. Ola bilsin ki,  insanların çoxlu problemləri var. Amma bu problemləri sən 

həll etməməlisən ki, dünyanı xilas edəcək qəhrəman sən deyilsən. Oğlum, gözlərini aç, dünyanı dəyişə 

bilməyəcəksən. Öz həyatını yaşa. Özünü düşün. Başqaları heç səni düşünmür?  Sən niyə onları düşünürsən ki? 

Ailə qur, pul qazan, istirahət elə. Əslinə qalsa hamı xoşbəxtdir. Hətta dilənçilər də öz içlərində xoşbəxtdilər. 

- Dilənçilər? Siz heç bilirsiniz dilənçilər necə olur? 

- Niyə bilmirəm? Mən psixoloqam. Mən onlarla söhbət eləmişəm. 

- Bravo bravo. Əla. Söhbət eləmisiniz... Bəs özünüz heç dilənmisiniz? 

- Yox, yox. he he.. 

- Onda  bilmədiyiniz şeylərdən danışmayın. Dilənən adam xoşbəxtdir? O bilirsiniz sizə necə baxır? O dilənçi. 

Bilirsiniz? Əgər küçədə ona 100 dollar da versəniz  ürəyində sizi söyəcək. O sizə nifrət eləyir. Sizə, mənə, hər 

kəsə. Dünyaya nifrət eləyir. Mən dilənmişəm. Mən bilirəm bu necə olur. Gözəl paltarları yandırmaq, təmiz 

sifətləri cırmaq istəyirsən. 

- Oğlum,  səni başa düşürəm. Çalış bir neçə gün istirahət elə. Mən sənə bu dərmanları yazım. Səndə sinir 

rahatsızlığı var. Çalış daha çox əylən, qızlarla daha çox vaxt keçir. Sənə seks lazımdır. Bir az da komediyalara 

bax.. 

 

Kişini söymək istəyirim. Birdən Balu və Sutanın nağılı yadıma düşdü. Mən əmin olduğum şeyləri ona 



sübut etmək istəyirdim. Yenə də eyni səhvi buraxıram. Olmaz. Bu insanı dəyişə bilməyəcəm. Vaxtımı ona sərf 

etməyim. 

- Yaxşı dayı. Başa düşdüm. Siz düz deyirsiniz. Mənə bir az əyləncə lazımdır. Düz deyirsiniz. Çox saq olun ki, 

məni özümə gətirə bildiniz. Sizə dərdlərimi danışdım. İndi özümü çox rahat hiss edirəm. 

Elə bil ki, bütün içim boşalıb. Çox saq olun. 

Kişinin uzun bığlarının altından dişləri parıldamağa başladı. O öz missiyasını yerinə yetirmişdi. Bir az da nə isə 

danışıb papağını götürüb getdi. Mən də arxasıyca əl elədim. Üzünü çevirəndən sonra isə “ortancıl barmaq”. 

 

 



Psixoloqlar deyir ki, heç kəsə fikir vermə, rahat yaşa. 

Siyasətçilər deyir ki, bayraq və himn hər şeydən müqəddəsdir. 

Dindarlar deyir ki, görmədiyinə inan. 

Alimlər deyir ki, görmədiyinə inanma. 

Millətçilər deyir ki, bizim millətin birləşməsi uğrunda ölmək lazımdır. 

Həkimlər deyir ki, hər şeydən əvvəl sağlamlığınızı düşünün. 

Lamalar deyir ki, Tibetdən başqa bütün dünya səhv yoldadır. 

MTV deyir ki, yaşa və yaşamaqdan ləzzət al. 

Dərvişlər deyir ki, ən böyük ləzzət bütün ləzzətlərdən əl çəkəndə gəlir. 

Adi insanlar deyir ki, ailə səadəti xoşbəxtlikdir. 

Tarixçilər deyir ki, bədbəxt ol, amma tarixə düş. 


Xeyriyyəçilər deyir ki, ömrün boyu başqalarına kömək elə. 

Eqoistlər deyir ki, ancaq özünü düşün. 

Hippilər deyir ki, narkoman ol, həyatın dadı bundadır. 

Vegetarianlar deyir ki, başqa canlıları öldürmə. 

Şairlər deyir ki, səhər açılanda günəşin çıxmasına bax. 

Astroloqlar deyir ki, günəş közərmiş ulduzdur, burda qeyri-adi heç nə yoxdur. 

İngiltərə kraliçası deyir ki, siqareti alışqanla yox, kibritlə yandırın. 

Diana deyirdi ki, necə istəyirsiniz elə də yandırın. 

Kürdlər deyir ki, azad olmaq istəyirik. 

Türklər deyir ki, kürdlər qələt eləyir. 

Ben Laden deyir ki, Amerika qələt eləyir. 

Amerika deyir ki, İran qələt eləyir. 

İran deyir ki, İsrail qələt eləyir. 

İsrail deyir ki, hamınız qələt eləyirsiz. 

 

 

Həyətdə Azad məni gözləyirdi. Mən avtomobilə minib psixoloqla söhbətimi danışdım. Bir az güləndən 



sonra mənə təzə xəbərləri dedi. 

- Anar, qəribə şeylər olur. Bizim qərargahda sakitçilikdi. Amma o biri qərargahlardan birində A üzə çıxıb. 

Təsəvvür eləyirsən? Hamının qarşısında çıxış edib. HOST-çular az qala dəli olmuşdular. Qızlar ağlayırdı, 

oğlanlar titrəyirdi. Abbas indi ora gedib ki, hamını sakitləşdirsin. 

Mən inana bilmədim: 

- A çıxıb? Axı o gizlənirdi ki, üzdən onu heç kəs tanımasın?  

- Hə, əvvəl elə eləyirdi. Amma bu gecə gəlmişdi. Gedək Qərargaha  görək Abbas gəlib çıxıb ya yox. O bizə hər 

şeyi danışar. 

 

Qərargahda basabas idi. Hamı A-nın  gəlişindən danışırdı. Aysel mənə yaxınlaşmaq istəyirdi. Amma 



başa düşürdü ki, indi camaat bizim danışacağımızı, açıqlama verməyimizi gözləyir. Azadla bir yerdə Abbasın 

otağına daxil olduq. Abbas küncdə qısılıb oturmuşdu. Bizi görüb başını yellədi. 

Azad dedi: 

- Danış görəy o yanda nə baş verib? 

Abbas baxışını yerdən qaldırmayıb dedi: 

- Uşaqlar danışırlar ki, gecə saat 3-də həmişəki kimi söhbətləşirmişlər. Birdən Qərargahın işığı sönüb. Otağa 

hündürboy bir adam daxil olub. Qaranlıqda üzünü seçə bilməyiblər. O özünü təqdim edib. Sonra çıxış edib. O 

biri otaqdakı uşaqlar da bu nəriltili çıxışın səsinə yuxudan oyanıblar. Hamı ağlayırmış. Elə şeylər danışıb ki. 

Uşaqlara yeni hədəflər verib. Xəritələr, planlar. Nə bilim nələr. Sonra pəncərəni açıb aşağı tullandı. 9-cu 

mərtəbədən. 

Mən dedim: 

- Necə yəni 9-cu mərtəbədən? 

- Vallah heç özüm də bilmirəm. Axır vaxtlar A-nı tanıya bilmirəm. Elə bil içində hansısa bir heyvan oyanıb. 

Pəncərədən tullanıb. Uşaqlar tez onun dalınca baxıblar. Asvalta uzanıbmış. Bir az sonra ayağa qalxıb qaçmağa 

başlayıb.. 

- Yox. yox... Ola bilməz. Gic-gic danışma. Necə yəni tullanıb? Bəlkə gözlərinə görünüb. Ola bilməz. Nağıldı.. 

Abbas ayağa qalxıb qapını açdı. Qapının ağzından o biri uşaqlar qulaq asırdı. Onlar da Abbasın dediyinə inana 

bilmirdilər. 

- Necə yəni gözlərinə görünüb. Ən azı 7 şahid var. Qızlar hələ də özlərinə gəlməyiblər. Camaat onun seçilmiş 

olduğundan danışır. Deyirlər ki, müqəddəsdir. Uça bilir. 

Azad dedi: 

- Yaxşı tutaq ki, belədir. Amma axı biz bilirik ki, o adi oğlandır. Sənin kimi, mənim kimi.. Uşaqlıqdan tanıyırıq 

bir-birimizi. 

Mən dözə bilməyib dedim: 

- Bəlkə siz axır A haqqında nə isə danışasınız. Harada doğulub? Kimdi, nəçidi? Neçə yaşı var?  

Digər uşaqlar da mənə dəstək verdilər: “Düzdü danışın. Biz bilmək istəyirik ki, başçımız kimdi. Danışın. 

Danışın!” 

Abbas Azada baxdı, Azad Aslana. Sonra Abbas danışmağa başladı. 

 

 


 

 

 



 

 

“A”-nın Nağılı 



A ilə həyətdə tanış olmuşdum. Lap uşaqlıqdan biz bir yerdə oynayardıq. O bizim həyətə qonşu binadan gəlirdi. 

Uşaqlıqdan bir az qəribə uşaq idi. Biz oynayanda qıraqda oturardı. Novruzda tonqaldan tullanmazdı. Qar 

yağanda qar topu oynamazdı. Gəlib həyətimizdəki pişikləri yedizdirirdi. Bir neçə il bizim həyətə gələndən sonra 

deyəsən onların evlərində yanğın baş verdi. Bütün ailə yandı. Təkcə A-dan başqa. Onun da bu hadisədən sonra 

dili tutulmuşdu. Deyəsən ağlını da itirmişdi. Ona görə onu dəlixanaya qoydular. Şayiələr gəzirdi ki, evi özü 

yandırıb. Ondan sonra A-dan xəbər çıxmadı. Bir də 10 il sonra mən məktəbi bitirəndə A ilə görüşdüm. Tamam 

dəyişmişdi. Uşaq vaxtı eybəcər uşaq idi, indi yaraşıqlı oğlan olmuşdu. Bir az söhbət elədik. Mən özüm 

dərslərimi yaxşı oxuyurdum. Amma onunla söhbətdə özümü lap 5 yaşlı uşaq kimi hiss edirdim. Hər şeydən 

xəbəri  var idi. Bir kitabın adını mən çəkirdimsə beş kitabın adını o çəkirdi. Nədənsə xəbəri olmayanda da bir 

gün içində onu öyrənə bilirdi. Soruşanda ki, bəs o evin yanması ilə bağlı nə deyə bilər? Deyirdi ki, “Mən onları 

yandırmamışam, onlar özləri özlərini yandırdılar”. Sonra dəlixanadakı xəstələrdən, xəstə dostlarından danışırdı. 

Deyirdi ki, əslində onlar dəli deyil. Sadəcə beyinləri başqa nisbətdə işləyir. Əslində onlar çox ağıllıdılar. Tez- 

tez gedib dostlarına baş çəkirdi. Hərdən mən də onunla gedirdim. Bir dəqiqə dəli ilə üzbəüz oturandan sonra 

başını tutub qışqırırdı. Mən deyirdim ki, yəqin onda da az-maz dəlilik qalıb. Yanğının travması. Amma sonra 

gülə-gülə otaqdan çıxırdı. Yolda mənə dəli ilə olan söhbətini danışırdı. Deyirdi ki, filan dəli bu gün mənə o 

qədər şey öyrətdi ki, gəl görəsən. Mən də deyirdim ki, yəqin zarafat eləyir. Bir qəribə xüsusiyyəti var idi. Bütün 

qızlar onu sevirdi.Vəziyyət elə alınmışdı ki, onunla heç bir qız rəfiqəmi tanış eləmək istəmirdim. Bilirdim ki, bir 

günə A-ya vurulacaq. Bir gün A xahiş elədi ki, gedib onun əsl valideynlərini tapaq. Sən demə onu saxlayanlar 

ögey imişlər. Nə isə getdiy lazım olan yerlərə, məlum oldu ki, filan uşaq evindən götürübmüşlər. Amma uşaq 

evinə gedəndə orada bizə məlumat verən olmadı. Dedilər ki, onu elə uşaq evinin qabağına atmışdılar. 

Xanımlardan biri səsini eşidib bayıra çıxıb. Görüb ki, zibil yeşiyinin içində uşaq var. Nə adı bilinirdi, nə soyadı. 

Bircə boynundan A medalyonu asılmışdı. Mən soruşanda, bəs niyə orada sənə  adi ad qoymayıblar deyirdi ki,  

ad qoymuşdular amma səsləyəndə cavab vermirdi. Uşaq olandan ancaq A adına cavab verirdi. O vaxtdan da elə 

A çağırırdılar. Tələbəlik illərimdə onunla lap yaxın olmuşdum. Mənə həyat haqqında düşüncələrini danışırdı. 

Dərslərimdə kömək edirdi. Amma özü heç yanda oxumurdu. Vəsiqəsi olmadığından nə tələbə ola bilirdi, nə 

əsgərliyə aparırdılar, nə də ki bir şey. Elə həyətdəki pişikləri yedizdirirdi. Pulu isə həmişə bol idi. Soruşanda 

pulun haradandı. Deyirdi ki, pul haradan olar? Allah verir dəə. Day dərinliyə getmək istəmirdim. Mən MTN-də 

işləyəndə aramız bir az dəydi. Amma sonra. Çıxandan sonra yenidən düzəldi. Son 3 ildə o mənə tez-tez 

planlarını danışırdı. Deyirdi ki, belə bir dəstəmiz yaranacaq. O hər şeyi qabaqcadan ölçüb biçmişdi. 

 

Bu hekayə bizi bir az rahatladı. Axır ki, heç olmasa kiçik bir təsəvvürümüz yaradı. Amma yenə də başa düşə 



bilmirdim ki, keçən gecə o biri qərargahda nə baş verib. Söhbətimizin şirin yerində otağa Araz daxil oldu. 

- Tez eləyin gəlin bura. Uşaqlar, A-nın yeni planı. Bu səhər üçüncü qərargahda üzə çıxıb. Uşaqlara göstəriş 

verib. Şəhər dağılır. HOST-çular vəhşi kimi hər yerə hücum edirlər. Alkoqol dükalarını yandırırlar, barları 

yandırırlar. Əmrindən 4 saat keçib, artıq 17-ci dükan yanır. 

Abbas yerindən sıçradı. Necə yəni? Bu nə məsələdir? Hamımız çaşıb qalmışdıq. Azad uşaqları səslədi: 

- Hamı dağılışsın, yol verin biz keçəy. O biri qərargaha getmək lazımdır. 

Uşaqlar yolumuzu açdılar. Azadla həyətə düşdük. Aslanla Araz Qərargahda qaldı. Abbas isə dedi ki, gedir A-nı 

axtarmağa. Maşın az qala işıq sürəti ilə gedirdi. Şəhəri xaos bürümüşdü. İnsanlar küçəyə tökülüşmüşdülər. Hər 

addım başı bir HOST-çuya rast gəlirdik. Qərargaha çatanda bir neçə Oğlanla görüşdük.Onlar A-nın yeni planı 

haqda məlumat verdilər. Əllərində xəritə vardı. Üzərində müxtəlif işarələr. Biz yuxarı qalxdıq. İçəridə gənclər 

şənlənirdilər. Biz soruşanda ki, nə baş verib onlardan biri dedi:  

- A deyib ki, bütün lazımsız və xeyirsiz yerləri yandıraq. Uşaqlar da onun dediyini edir. Siz belə düşünmürsüz 

ki? 

Əslində biz də elə düşünürdük. Amma bu təhlükəli ola bilərdi. Kimsə ölə bilərdi. Biz qatil deyilik. Amma oğlan 



deyəsən fikirimizi oxuyub cavab verdi: 

- Yox, narahat olmayın.Yandırılan yerlərin hamısı boşdu. Bir insan da zərər çəkmir. Özü də ancaq varlı 

biznesmenlərin zərərli müəssisələri yandırılır. Bu dünyanın nəzərini cəlb edəcək. Əslində bu reklamdır. 

 

Həmin gün çox qarmaqarışıq keçdi. Sonrakı günlər də elə onun kimi. Gündə bir yer yanırdı. Xarici kanallar 



Bakıdakı bu qəribə aksiyaları işıqlandırıdı. Xaricdə bu xəbər işıqlandırılan kimi, bir həftənin ərzində Bakıya 

Borçalıdan, Türkiyədən, Güney Azərbaycndan, Rusiyadan gənclər axışmağa başladı. Onlar qərargahlara gəlib 

bizim sıralarımıza qoşulurdular. İndi biz sevinirdik. Çünki gücümüz elə artmışdı ki,  heç nə bizim qarşımızı ala 

bilməzdi. Xaricilər gələn kimi birdən birə pulumuz on qat artdı. Hansısa gizli qüvvələr bizə yardım edirdilər. 

Abbas dedi ki, A onların bizə qoşulmasını alqışlayır. HOST millətçilərin, vətənpərvərlərin, ya da islamçıların 


cəmiyyəti deyil, HOST azad insanların, fərqli insanların birliyidir. Hər kəs eynidir. Bu sözdən sonra pul bir az 

da artdı. Artıq bu bizə şəxsi mühafizəçi dəstələri tutmağa imkan verirdi. İndi bizim qərargahları muzdlu 20 

cangüdən qoruyurdu. Maliyyəmiz 10 milyonu keçmişdi. Hər həftə bu qədər də artırdı. Deyəsən bizə yardım 

edənlər çox varlı şirkətlər idi. Biz yığışıb böyük bir yer tikdirmək qərarına gəldik. Adını da EPİSENTR qoyduq. 

HOST zəlzələsinin episentri. Bu nəhəng tikili iki aya hazır oldu. 4 mərtəbəli yuxarıdan içi ulduzlu dairəni 

xatırladan bir formada idi. Böyük zirzəmisi vardı. EPİSENTR-in üzərində peyklə bir başa kontaktda olan 

antennalar, böyük internet şəbəkə. Otaqlar Qərargahlardan qat-qat geniş, rahat və səliqəli idi. Ayrıca uzun bir 

dəhliz Episentrin tam mərkəzinə - A-nın otağına gedirdi. Bu otağın divarları da qalın dəmirdən idi. Əsl bunker. 

Episentrin ürəyi bu otaq idi. Ora heç kəs buraxılmırdı. Evdəkilər artıq mənə heç nə demirdilər. İndi saysız-

hesabsız internet səhifələrimiz yaranmışdı. Türkiyə, Rusiya, Ukrayna, İran və Gürcüstana dəstə-dəstə uşaq 

göndərmişdik. Onlar bizim ideyaları yayırdılar. A haqqında danışırdılar. Bir neçə aydan sonra xaricdən yaxşı 

xəbərlər gəldi. ”Əziz dostlar biz Ankarada ilk Qərargahımızı yaratmışıq. Sayımız 100-ə çatıb”. 

“Moskvada işlər pis gedir, amma Peterburqda 70 nəfər tərəfdarmız var”,  “Sayımız artır, bizə bir az pul 

göndərin”, “Salam uşaqlar, burda işlər əladır, 200 nəfərik”. Abbas HOST-u artıq qanuni partiya kimi 

rəsmiləşdimək istəyirdi. Bir neçə gün o işlərlə məşğul oldu. Azad Türkiyəyə getmişdi. İndi bütün seminarları 

Aslan aparırdı. Bütün ideoloji söhbətləri o yayırdı. Onun səsi cd-lərə yazılır, iclasları videoya çəkilirdi. Amma 

ən qəribəsi mənim başıma gəldi. Gücümüzün çox vaxtında məni heç nə təəccübləndirə bilməzdi. Amma ən 

inanılmaz şey baş verdi. A məni otağına çağırdı. Son vaxtlar o hamıyla yalnız kompüter vasitəsi ilə əlaqə 

saxlayırdı. Amma niyəsə məni görüşə çağırdı. Tir-tir əsirdim. Bilmirdim nə deyəcək. Hamı məni təbrik edirdi. 

 

A və MƏN 



 

Uzun dəhlizin sonuna çatıb qapını sakitcə döydüm. Həyatımın ən vacib anı gəlib çatmışdı. Qapı öz-özünə açıldı. 

Mən yavaşca içəri daxil oldum. Otaq mağaraya oxşayırdı. Çox qaranlıq və səliqəsiz. Hər yerdə cırıq kağızlar, 

qəribə alətlər, fiqurlar, şəkillər, şamlar vardı. Masanın üzərində qırmızı pentaqramm çəlimişdi. Künclərdəki 

böyük külqabılardan şirin tamlı tüstü qalxırdı. Otağın o biri başında A dayanmışdı. İşıq onun arxasından 

düşdüyü üçün üzünü seçə bilmirdim. Uzun paltar geyinmişdi. Saçları çiyninə çatırdı. Mən içəri keçən kimi qapı 

arxamca bağlandı. Otaqda bizdən başqa heç kəs yox idi. A və mən. Ondan o qədər şey soruşmaq istəyirdim ki, 

amma heç nə ağlıma gəlmirdi. Mən onunla görüşümü dəfələrlə təsəvvür etmişdim. Hər gecə yuxuda onu 

görürdüm. Ondan bütün bu işlərin sirrini soruşurdum. Amma indi dilim tutulmuşdu. Tüklərim biz-biz idi. 

Qarşımda ölümdən qorxmayan bir insan dayanmışdı. Onun uzun saçları üzünə tökülürdü. Bir neçə saniyəlik 

sükutda sonra A dedi: 

- Sən  kitab yazacaqsan! 

Donub qalmışdım. Başımı qaldırıb üzünə baxa bilmirdim. 

- Sənin kitabın bütün dillərdə yayılacaq. İnsanlar bu kitabı oxuyub ona əməl edəcəklər. Onu gözəl yazacaqsan. 

Onda bir dənə də səhv olmayacaq. 

Mən  gücümü toplayıb soruşdum: 

- Nə kitabı? 

A dedi: 


- Sonuncu kitabı. Sən sonuncu kitabı yazacaqsan. 

Mənim əllərim titrəməyə başladı: 

- Necə yazım? 

A dedi: 


- Hava Od Su Torpaq. Onları birləşdir. 

Bu sözlərdən sonra otaqda elə parlaq işıq yandı ki, gözlərim az qala kor olacaqdı. A-ya baxa bilmirdim. Hər 

yerdən işıq gözlərimi qamaşdırırdı. Gözlərimi yumub geri çəkildim. Arxadan qapının açıldığını eşitdim. Sonra 

A-nın səsi gəldi: “Gedə bilərsən”. 

Otaqdan çıxanda hər şeyi dumanlı görürdüm, başım gicəllənirdi. Yer ayağımın altından qaçırdı. Divarlar üstümə 

gəlirdi. Hər şey qarışırdı. Dəhlizdə balaca qız gördüm. Sonra dəhliz qırmızı rəngə boyandı. Qıraqda qağayılar 

donub qalmışdı. Yerdə çay axırdı...... 

 

Yenidən Doğuluş 



 

Anar...Anar dur..Anar..Oyan..Anar...Anar... 

Gözlərimi açanda ətrafımda qəribə adamlar gördüm. Baxışlarım aydınlaşanda onları seçməyə başladım. Abbas, 

Aslan, Aysel, bir də bir neçə uşaq. Mən yataqda uzanmışdım. Həkim nəbzimi yoxlayırdı. Aysel yanağımı 



sığallayır, əllərimdən öpürdü. Yavaş-yavaş özümə gəlirdim. Deyəsən ürəyim getmişdi, yerə yıxılmışdım. Aslan 

dedi: 


- Anar, narahat olma, həkim deyib ki, heç bir problem yoxdu. Bir günə özünə gələcəksən. Danış görək A ilə 

söhbət nə oldu? 

Mən onlara baxıb dedim: 

- Bilmirəm,  mənə dedi ki, kitab yazmalısan. Sonuncu kitabı... 

Abbas dedi: 

- Sonuncu kitab? A mənə bu haqda demişdi. HOST-un kitabı. Demişdi ki, onu içimizdən ən təmizi yazmalıdır. 

- Bəs niyə o özü yazmır?  Ən təmiz o deyil ki? 

- Bəlkə özü yazsa onun dərin düşüncələrini heç kəs başa düşməz. Ona görə yəqin istəyir ki, adi bir adam yazsın. 

Hər kəsin başa düşə biləcəyi dildə.. 

Mən soruşdum: 

- Adi bir adam? Bəyəm o adi adam deyil? 

 Aslanla Abbas bir-birlərinə baxdı. Sonra Abbas dedi: 

- Uşaq vaxtı onunla gizlənpaç oynayanda  ən gec onu tapırdıq. Daha doğrusu tapmırdıq. Özü çıxırdı. Mən də bir 

gün gözümü yumanda kipriklərimin arasından baxdım  görüm harada gizlənir ki, heç kəs onu tapa bilmir. 

Gördüm ki, uşaq otağındakı şkafın içinə girdi. Tez qaçıb şkafın qapısını açdım. Amma orada deyildi.  Mən 

indiyə kimi bunu heç kimə danışmamışam. Heç onun özünə də deməmişəm. Sonra qışqırdım ki, A, çıx, səni 

tapa bilmirəm. Gördüm ki, şkafın qapısı açıldı və A oradan çıxdı... 

Aysel bu sözü eşidib dedi: 

- Boş-boş danışmayın, elə şey ola bilməz.  

Sonra əlini yelləyib otaqdan çıxdı. 

Mən donub qalmışdım. Doqquzuncu mərtəbədən tullanmaq,  otaqındakı qəribə işıq, uşaq vaxtı evlərində yanğın. 

Heç nə başa düşə bilmirdim . A kimdi? Hər şeydən bezmiş adi oğlan yoxsa...Yoxsa... 

 

  

Kitab... Sonuncu kitab... Hava  Od Su.. Hmmm.. Kitab.. Birləşdirmək..Yazmalıyam. Mənim missiyamdır. Mən 



kitabı yazmalıyam. İlk cümlə..İlk cümlə.. 

                                      

                                          SƏNƏ ÖYRƏDİLƏN HƏR ŞEYİ UNUT  

 

A ilə görüşdən sonra otağımdan bir dəqiqə də çıxmırdım. Əlimdə qələm kitab yazırdım. Saysız hesabsız 



statistikalar, mifologiyalar, tarix, gizli faktlar , A-nın dedikləri, bizə yazılan məktublar. Hər şeyi bir-bir 

incələyirdim. H.O.S.T. nədir? Məqsədi nədir? İdeologiya, yol , nəsihətlər və pozulmaz qaydalar. Həyat tərzi... 

Bu A-nın son əmri idi. Deyilənə görə mənimlə görüşdən sonra heç kəslə danışmayıb. Bircə Abbasa deyib ki, 

Anar indiyə qədər gördüyümüz işlərdən ən təhlükəlisini, ən çətinini görəcək. Ona şərait yaradın. Nə istəsə edin. 

Kitab tez bir zamanda hazır olmalıdır. Bütün varlığımla qələmə sarılmışdım. Saçım uzanırdı, üzümü saqqal 

basırdı, günlərlə çimmirdim. Otağımda kitablardan başqa heç nə yox idi. Ancaq yemək yeyəndə qələmdən 

ayrılırdım. Hərdən yeməyi də unudurdum. Yüz minlərlə insan mənim kitab yazmağımı gözləyirdi. Yüz minlərlə 

insan. Bilirsiniz bu nə deməkdir? 10 yox, 70 yox, min yox... Bu çox ağır yük idi. İnsanların haqsızlığından 

yazırdım. Onların səhv yolda olduqlarından. Haqqın tapdanıb, nahaqqın sevildiyindən. Yalanın həqiqətdən 

üstün olduğundan. Əslində həqiqət qeyri adi bir şey deyil. İnanılmaz gücə malik tilsimli cümlələr deyil ki, 

onları yalnız alimlər başa düşsün. Həqiqət o qədər sadədir ki, onu hər kəs anlaya bilər. Amma ona əməl etməyi 

hər kəs bacarmır. Hər kəs bilir ki, qanadı olan uça bilər. Amma ancaq quşlar həqiqətən bilir ki, uçmaq necə olur. 

Əsl həqiqət də ona əməl edəndə üzə çıxır. Yanğın qığılcımdan başlayır. Bu kitab da qığılcım olacaqdı. Hər 

sətrini, hər sözünü ölçüb biçəcəm. Hər səhifəsini gözdən keçirəcəm. Mənim kitabım. Bizim kitabımız. Sonuncu 

kitab. Hava od su torpağı birləşdirməli idim. Onları birləşdirməli idim. Otağımda artıq gəzmək mümkün deyildi. 

Hər yer səhifələrlə dolu idi. Aşağı düşməliyəm.. Aşağı.. Həyətə.. Mənə bir az torpağ lazımdır. Su var Od var.. 

Aşağı düşməliyəm... 

 

Dəlilik ya Dahilik 



Həyətə düşüb  bir ovuc torpaq götürdüm, indi otağımda içinə su tökəcəkdim sonra da yandıracaqdım. Hava od 

su torpağı birləşdirmək... Bu mənə kömək edə bilərdi... Amma otağıma qalxanda nə isə dəyişmişdi. Deyəsən 

anam otağa girmişdi. Qapını bağlamaq yadımdan çıxıbmış.Yerdəki lazımlı səhifələr yox idi. 

- Ana... Ana... 

Anamın səsi  mətbəxdən gəldi: 

- Hə bala, indi gəlirəm. 



Yerdəki səhifələr... Yüz faiz anam buranı dağıdıb töküb. Qapı açılanda əlində süpürgə mənim otağıma girmək 

istəyirdi.. 

Səsimi istəmədən qaldırdım. 

-Ana, yerdəki vərəqlər hanı?  

Anam əli ilə masanı göstərdi - Niyə ora qoymusan ki? Axı mən demişdim ki, mənim otağıma heç kəs girməsin. 

Anam dedi: 

- Ay bala nə olacaq ki? Gör nə gündədir otağın. Bir güzgüyə bax gör özün nə günə düşübsən! 

- Sən hər şeyi zibil elədin. Qatdın səhifələri bir-birinə. İndi nə bilim hansı səhifə neçəncidir? 

- Əşşi nə var ee orda.. De bunlar yerdə idi də. 

- Əl vurma! Əl vurma, mənim kitabıma!.. Çıx.. Çıx bayıra! Tez elə.!!!! 

- Oğul nə danışırsan. Mənim oğlumsan e, bu nə danışıqdır? 

- Tez elə çıx bayıra. Onları birləşdirməliyəm.. Kitabım üçün.. 

- Allah sənə ağıl versin. Özünü gic yerinə qoymusan. Bir həftədir otaqdan çıxmırsan. Nə olub axır vaxtlar sənə? 

Səsə atam gəldi. 

 - Yenə nə olub orada..? 

Aha, bir dənə atam çatışmırdı... Amma nənəm də gəldi. Elə bil ki, səhərdən hamısı bunu gözləyirdilər ki, səsim 

çıxsın keçsinlər hücuma. 

- Anar, ananın sözünə qulaq as. Sənə qadağan eləyirik birdə o adamlara qoşulmağı. Onlar səni gic eləyiblər. Gül 

kimi uşaq idin. Gör nə günə düşmüsən. Saqqalına bax, saçına bax.. Bu nə otaqdı.. 

Qışqırdım: 

- Əl çəkin məndən!!! 

Atam dedi: 

- Bağırma, ağlın deyəsən özünə gedib. Mən səninçün... 

- Sən mənimçün heçnəsən. Siz hamınız heçnəsiniz. 100 illiy insanlar. 100 il sonra sizi heç kəs tanımayacaq. Heç 

kəs. Yazıqlar. Öz həyatınız yoxdu. Başqalarına da yaşamağa mane olursunuz. 

Anam bağırdı: 

- Sən nə danışırsan? Hansıza zibil səhifələrə görə valideynlərinə qarşı çıxırsan? 

- Zibil səhifələr? Zibil səhifələr? Bu səhifələr bütün dünyanı dəyişçəcək.. Siz nə bilirsiniz ki? Yazıq insancıqlar! 

Nənəm dedi: 

- Qoduğ, kəs səsini. 

- Nənə get serialına bax daa. 

Nənə: 


- Ədə mən səni.. 

Ata: 


- Cavab qaytarma!!! 

Ana: 


- Südüm sənə haram olsun!!! 

Nənə: 


- Axmağ .... 

Ata: 


- Qudurmuş! 

Ana: 


- Nankor.. 

Artıq heç kəsi eşitmirdim. Bu evdə bir dəqiqə də qalan deyildim. Səhifələri ovuc-ovuc yığıb çantama 

doldururdum. Qaçmaq. Qaçmaq. Başqa yol yox idi. Qapının ağzını tutmuşdular. 

- Səni heç yana buraxan deyilik. 

Çantamdan yapışıb var gücümlə qapıya tərəf qaçdım. Onları itələyib otaqdan çıxdım. Episentrə.. Bütün yollar 

Episentrə gedir!!! 

Gözətçilər əvvəl məni tanımadılar. Amma yaxınlaşan kimi içəri buraxdılar. Dəhlizdə Azadla rastlaşdım. 

Türkiyədən qayıtmışdı. Təzə xəbərləri vardı. Orada böyük bir cəmiyyət qurublar.. Məni sakit bir otağa apardı. 

Dedi ki, burada sənə heç kəs mane olan deyil, rahat işlə. İlk olaraq Hava od su torpağı birləşdirdim. Amma heç 

nə.  Mənasız bir şey. Kibrit yaş torpağa dəyən kimi söndü.. Heç nə.. Burda nə isə başqa bir məna var idi. 

Kitabın yarısını yazmışdım, amma nə isə çatışmırdı. 

Hava, od, su, torpaq... Episentrə gəlməyim yaxşı oldu. Bir neçə gün kağızların qarşısında düşündükdən sonra 

ağlıma əla bir fikir gəldi. Bu kitabı bitirməyə də kömək edərdi. HOST-un nə olduğunu bilmək üçün ona 

qıraqdan baxmalı idim. Necə? Axı Host-da hamı məni tanıyır. Hamı bilir ki, mən Anaram – HOST-un kitabını 

yazan. Ona görə qrimə ehtiyacım var idi. Tez qaçıb Azadı tapdım və ona fikrimi dedim. Azad razılaşdı. Biz 


Episentrdən çıxıb Azadgilə getdik. Evdə mənə atasının köhnə paltarlarını verdi. Sonra saçımı rənglədi. İndi mən 

tamam başqa adama oxşayırdım. Həm də çox əziyyət çəkmək lazım deyildi. Onsuz da üzdən məni o qədər də 

yaxşı tanımırdılar ki, əsas sözlərimlə onları şübhələndirməyim. 

 

 



 

 

 



 

 

Təğyiri-Libas 



 

İlk dəfə əynimdə Ulduzlu köynək olmadan şəhərə çıxmışdım. İndi camaat mənə heç baxmırdı. Onlar 

üçün adi adam idim. Heç kəsin baxışlarında qorxu görmürdüm. Onlar məndən qorxmurdular. Onlar məni 

sevmirdilər. Onların vecinə deyildi.. Yavaş-yavaş şəhərin daha çox A-nın tərəfdarları yığışan hissəsinə getdim. 

Parklardan birində bir neçə ulduzlu köynək görüb onlara yaxınlaşdım. Oğlanlar mənə tərs-tərs baxırdılar. 

Sakitcə salamlaşıb yanlarında oturdum. Onlardan biri məndən soruşdu: 

- Nə lazımdı sənə? 

Dedim: 


- Heçç.. Siz HOST-dansız? 

Oğlan dedi: 

- Hə... Nədir ki? 

- Mənə bir az danışa bilərsiz? Özümü son vaxtlar çox pis hiss edirəm. Hər şey maraqsızdı, heç nə etmək 

istəmirəm. Amma sizə baxanda elə bilirəm ki, həyatınızın mənası var. Nədir sizin həyatınızın mənası? 

 Oğlan dedi: 

- Həyatın mənası olmur. Bu günəşin çıxması kimidir. Günəş çıxanda göyün üzü qızarır, çəhrayı rənglər, ağ ilə 

maviyə qarışır. İnsanlar bu mənzərəyə baxanda sevinirlər. Onların bu mənzərədən xoşu gəlir. Amma soruşanda 

ki, niyə xoşun gəlir? Cavab verə bilmir. Çünki bunun izahı yoxdur. Ya da meyvə kimi, kimsə alma xoşlayır 

kimsə armud. Soruşanda niyə yenə izahı yoxdur. Bu belədir. Həyat da sadəcə var. Boş səhifə kimi. Dəftər kimi. 

Dəftərin mənası var? Yox. Dəftərin içi boş olanda onun heç bir mənası olmur. Həmin dəftərə şeir yazsan olacaq 

şeir dəftəri, şəkil çəksən olacaq albom, nə gəldi yazsan olacaq qaralama. Həyat boş bir səhifədi. Nə 

yazacağımızı isə ancaq özümüz seçə bilərik. Mənasız cümlələrdən tutmuş, konstitutsiyaya qədər. Keçmişinə 

bax. Onda biləcəksən ki, həyatın indiyə kimi nə dəftəri olub. Amma həyatın dəftərdən bircə fərqi var, köhnə 

səhifələrini cıra bilməzsən. 

- Yaxşı, bəs siz nə edirsiniz? Nə yazırsınız bu dəftərdə? 

- Biz, A dediyi kimi sinifdə müəllim mühazirə yazdıranda öz dəftərimizin arxa səhifəsində nə istəyiriksə onu 

yazırıq. Müəllim deyəni yox. Ürəyimiz nə istəyirsə onu yazırıq. Kimsə şeir, kimsə sevdiyi futbol komandasının 

cədvəlini, kimsə sevgilisinə məktub... Başqa nə ağlına gəlirsə hamısı.. Düzdü bizə digərləri ikiçi, avara deyəcək. 

Amma dərsi öyrənmək lazım olanda biz hər zaman parta yoldaşımızdan onun dəftərini götürə bilərik. Öz 

dəftərimizdə isə doğma bir şey olacaq. 

 

Hmm. Bu uşaqlar elə rahat danışırdılar ki, bir anlıq özümüzlə fəxr etməyə başladım. Biz insanlara nə isə 



öyrədə bilmişik. 

- Bəs A kimdi? 

Oğlan ətrafa baxıb sakitcə pıçıldadı: 

- A sonuncu qəhrəmandır. Sonuncu seçilmiş, Sonuncu elçi.  

Başıma elə bil qaynar su tökdülər. Bunlar nə danışırlar?  

-  Necə yəni? Siz nə danışırsınız? Kim deyib bunu sizə? 

Uşaqlar dedi: 

- Kimsə deməlidir ki? Özümüz görmürük bəyəm? 

- Necə görürsüz?  

Oğlan bir az da yaxınlaşıb dedi: 

- Onun vəsiqəsi yoxdur. Onu çox az adam görüb. Gecələr biz yatırıq. Səhər oyananda onun artıq min səhifəlik 

planı olur. Gündüzlər üzə çıxmır.. 9 mərtəbədən aşağı tullanıb. Valideynləri naməlumdur.. Özü naməlumdur. 

Adı naməlumdur. Heç kəs onun qarşısını ala bilmir. Zibil yeşiyindən tapıblar. Deyilənə görə onu mələklər 

gətirib. 

Mən dinləyirdim. Oğlan bir az fikirləşib davam etdi: 

- Bilirsən, biz çox düşünürdük ki, niyə məhz Azərbaycan? Niyə sonuncu qəhrəman buradan çıxmalı idi. Axır 

anladıq ki, onun gəlməyi üçün buradan yaxşı yer ola bilməzdi. Çünki Azərbaycan dünyanın mərkəzində yerləşir. 

Nə şərqdir, nə qərb. Nə islam ölkəsidir, nə xristian ölkəsi. Nə inkişaf etmişdi, nə geridə qalmış. Nə ənənəyə 

bağlıdır, nə müasir. Azərbaycanın ideologiyası yoxdur. Bax, bizim bircə fikrimiz var. Qarabağı qaytarmaq. 

Başqa heç nə. Azərbaycanlıları birləşdirən başqa heç nə yoxdur. Indi təsəvvür elə ki, Qarabağ da qayıtdı. Hə.. 

Bəs sonra?  Sonra nə etmək lazımdır. İnkişaf eləmək? Bu ideologiya ola bilər? İnkişaf.. Demokratiya? Yoxsa 

nə? Nə istəyir azərbaycanlılar. Özləri bilir? Yox. Azərbaycan gah geriyə gah irəliyə gedir, gah yerində sayır. 



Gah İslama qayıdır. Gah efirdə soyunur. Gah deyir ki, türk dövlətidir, gah deyir ki dünyəvidir. Deyirlər ki, 

dahilər, qəhrəmanlar çiçək kimidir. Onların yaxşı yetişməsi üçün çoxlu peyin lazımdır. Azərbaycanda da peyin 

çoxdur. Ona görə də A yetişdi. Gəldi ki, bizi sonra dünyanı xilas etsin.  

 

Deməli hamı A-nın qeyri-adi olduğunu düşünür. Yəqin bu doğrudan da belədir. Amma nə isə inandırıcı 



gəlmir. Mən tam inana bilmirdim. Məncə A sadəcə çox ağıllı və güclü bir şəxsiyyət idi. Mən bunu yazmalı idim. 

Kitabın sonunda A-nın sonuncu qəhrəman olduğunu yazacaqdım. Ona görə də Episentrə yollandım. Yol boyu 

dağıdılmış mağazalar, daşlanan fahişələri görürdüm. Xaos getdikcə daha da böyüyürdü. Və bu mənim xoşuma 

gəlirdi. Küləklər şəhərinə Qasırğa gəlmişdi. 

 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin