70
Bu qəbildən olan kreditlərin alınması mexanizmi belədir: Müəssisə
krediti bankdan alır və onu özünün İşçisinə verir. Daha sonra kreditin ödənilməsi
üçün onun əmək haqqından tutulmalar həyata keçirilir və yaxud İşçi nağd pulla
kassaya ödənişlər edir. Bankla, əməliyyatları isə krediti alan müəssisə həyata
keçirir.
Müəssisə tərəfindən İşçiyə borc verilməsi haqda müqavilə ödənilmə qaydası
və müddəti göstərilməklə yazılı formada bağlanılır. Belə müqavilələrin fəaliyyət
müddəti haqda məhdudiyyət qanunvericilikdə nəzərdə tutulmamışdır. İşçi işdən
çıxarıldıı halda borcun vaxtından əvvəl ödənilməsi qaydasını müqavilədə nəzərdə
tutmaq məqsədə uyğundur.
Əgər borc müqaviləsində borcalanın aldıı vəsaitin hansı məqsədlərə istifadəsi
nəzərdə tutulmuşdursa, onda borc verən təşkilat həmin vəsaitin məbləğindən
istifadəyə nəzarət həyatda keçirmək hüququna malikdir. İşçi öz növbəsində aldıı
borcu nəyə və hansı müddətdə istifadə etməsi haqda müəssisəyə informasiya
verməlidir. İşçiyə verilən borc müqavilədə nəzərdə tutulan məqsədə istifadə
olunmamışdırsa, onda verilmiş borcun vaxtından əvvəl geri qaytarılması haqda
düşünmək lazımdır.
Müəssisə
İşçiləri
üçün
alınan
bank
kreditlərinin
hərəkəti
haqda
informasiyaları əks etdirmək məqsədilə mühasibat uçotunun vahid hesablar
planında 502 “İşçilər üçün qısamüddətli bank kreditləri” adlı hesab nəzərdə
tutulmuşdur. Həmin hesab balansa münasibətinə görə passivdir və aşaıdakı
struktura malikdir:
Dostları ilə paylaş: