struktur dəyişikliklərinin hüquqi və iqtisadi baxımdan dəstəklənməsi makroiqtisadi
baxımdan uğurlu nəticələrə, torpaq və su ehtiyatlarından məqsədyönlü istifadəyə
gətirib çıxarmışdır.
Ölkə tərəfindən hazırlanmış «Azərbaycan Respublikası regionlarının sosial-
iqtisadi inkişafı Dövlət Proqramları»nda (2004-2008; 2009-2013; 2014-2018)
hazırlanmış
tədbirlərin həyata keçirilməsi torpaq ehtiyatlarından kənd
təsərrüfatında səmərəli və intensiv istifadəyə, səmərəli təsərrüfat formalarının
yaradılmasına, artmaqda olan əhalinin əmtəəlik və rəqabət qabiliyyətli qida
ehtiyatlarına olan tələbatının və respublikanın qida təhlukəsizliyinin təmininə
səbəb olmuşdur. Eyni zamanda ölkəmizdə 2015-ci il «Kənd təsərrüfatı ili» kimi
qeyd olunmuşdur. Belə kompleks tədbirlərin əsasını aqrokompleksdə, əkinçilikdə
torpaq və su sərvətlərindən yüksək kompleks istifadə və həmçinin məhsulun maddi
əhəmiyyətinin yüksəldilməsi məsələləri təşkil edir ki, həmin məsələlər Kür-Araz
iqtisadi rayonu üçün daha xarakerikdir. Torpaqlardan istifadənin iqtisadi
səmərəliliyinin artırılmasına, yeni torpaq münasibətlərinin formalaşdırılmasının
hüquqi və sosial-iqtisadi əsaslarına, torpaqların ekoloji problemlərinin həllinə
iqtisadi rayonda xüsusi diqqət yetirilir. Bu baxımdan yerinə yetirilən magistr
dissertasiya işində torpaqdan istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi,
şoranlaşma,bataqlıqlaşma,çirklənmə və eroziya ilə mübarizə və s. problemlərinin
həlli problemləri öz şərhini tapmışdır ki, bu da mövzusunun akuallığını və praktiki
əhəmiyyəini şərləndirir.
Dissesrtasiya işində torpaqların potensial məhsuldarlıq imkanlarının
müəyyənləşdilməsi, onların kadastı,yəni keyfiyyətcə və keyfiyyət baxımdan
qiymətləndirilməsi, əkinçilik sisteminin yenidən qurulması, torpaqlardan kompleks
istifadənin planlaşdırılması, gələcək inkişafı və digər eyni məsələlərin aradan
qaldırılmasına və torpaqdan isifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi
problemlərinin tədqiqinə xüsusi əhəmiyyət ayrılmışdır.
Dostları ilə paylaş: