15
Şəkil 1.1
1
(4)
Hər Ģeydən əvvəl vacib funksiya kimi risk funksiyası özünü göstərir. Belə ki,
ikilər həmiĢə meydana gələ bilər və hətta fasiləsiz olaraq hər il təkrarlana bilər.
Sığortanın qarĢısına qoyulan hədəflərə uyğun olaraq sığorta təĢkilati zərərçəkmiĢ
təsərrüfat obyektlərinə pul yardımı göstərməlidir. Bu sərhədlər daxilində fəaliyyət
göstərən sığorta riski funksiyası yenidən bölgü münasibətlərini həyata keçirir. Dəyərin
pul formasında yenidən bölgüsü, təsadüfi sığorta hadisələrinin baĢ verməsilə əlaqədar
olaraq sığorta iĢtirakçıları arasında aparılır. Yenidənbölgü münasibətləri sığortanın
mahiyətini əks etdirməklə bərabər, sığortanın risk funksiyasının reallaĢdırılmasında da
mühüm rol oynayır.
Sığortanın öncədən xəbər vermə və ya xəbərdaredici funksiyası əsasən sığorta
fondunun vəsaitlərinin müəyyən olunmuĢ hissəsi hesabına sığorta risklərinin
dərəcəsinin aĢagı endirilməsinin tədbirlərinin maliyyələĢdirilməsinə istiqamətlənir.
Xəbərdarlıq funksiyası, əhalinin və ya təsərrüfat subyektlərinin öz mümkün itkilərinin
nəticələrini aradan qaldırmağa çağırıĢ olmaqla bütün fəaliyyətin obyektin sağlamlığın
və s. sığorta olunmasını bildirir. Yəni sığorta ehtimal olunan itkilərin kompensasiya
olunmasıdır. Həyat sığor tası növlərində sığorta kateqoriyası, məsələn, ĢərtləĢdirilmiĢ
sığorta məbləğinin həmiĢəlik sığorta müqaviləsi üzrə yığılması zamanı kredit
1
B.A.XankiĢiyev Sığorta hamı üçün .Bakı ,2005, 73səh.
16
kateqoriyasına yaxınlaĢır. Sağlamlığın, həyatın sığortalanması vasitəsilə pul
məbləğinin qənaətlə yığılması, ailə gəlirinin sığorta müdafiəsinə olan ehtiyacı ilə
əlaqədardır. Həmçinin sığorta, əmanət funksiyasına da malik ola bilər.
Sığorta üçün ayırmalar sığorta fonduna cəlb olunduğu üçün sığorta həm də
yığım funksiyasını reallaĢdırır. Sığortanın köməyi ilə kifayət qədər miqdarda pul
vəsaitlərinin yığılmasının finans siyasəti baxımından çox böyük əhəmiyyəti vardır.
Sığortanın baĢqa bir funksiyası olan nəzarət funksiyası yuxarıda göstərilən üç
funksiyanın nəticəsi kimi çıxıĢ edir və konkret sığorta münasibətləri zamanı həmin
funksiyalarla birlikdə meydana çıxır. Nəzarət funksiyası sığorta fondu vəsaitlərinin
formalaĢdırılması və istifadəsi ilə əlaqədardır. Sığorta nəzarətinin qanunvericilik
sənədləri əsasında həyata keçirilməsi maliyyə nəzarətinin həyata keçirilməsinin tərkib
hissəsi kimi çıxıĢ edir.
Sığortanın ictimai istehsalın daimiliyini , tarazlığının və müntəzəmliyinin təmin
olunmasında mühüm rol oynayır . Son nəticə dedikdə əsasən, zərərlərin zamanında
aradan qaldırılmasında sığorta əməliyyatlarının inkiĢaf göstəricilərində sığorta
sahələrinin optimallaĢdırılması, sığorta əməliyyatlarının inkiĢaf göstəriciləri;gəlirlə
zərər və itkilərin tam olaraq ödənilməsində; ictimai istehsalın fasiləsizliyinin,
müntəzəmliyinin və tarazlığının təmin olunmasında; sığorta təĢkilatlarının investisiya
fəaliyyətində sığorta fondunun sərbəst vəsaitlərinin müvəqəti formada iĢtirak
etməsində; ölkənin dövlət büdcəsinin gəlirlərinin sığorta gəliri və digər təsərrüfat
əməliyyatlarından alınan gəlir hesabına tamamlanmasında özünü göstərir. Müasir
dövrdə iĢçilərin sağlamlı\ında problemlərin yaranması, əmək qabiliyyətindən məhrum
olma i, ailə baĢçısının dünyasını dəyiĢməsi zamanı onların sosial sığorta müdafiəsini
təmin etmək üçün, sosial sığorta fondu və pensiyafondlarının formalaĢması və
istifadəsi metodunu daha məqsədəuyğun edir. Bu zaman sığorta haqlarını (sosial
sığortaya ödənilən haqları) iĢçilər deyil, onların iĢlədiyi müəssisəvə təĢkilatlar ödəyi və
s. nəzərdə tutulur.
Beləliklə, sığorta iqtisadi və sosial sferanın ayrı düĢünülməyən tərkib hissəsi,
bazar infrastrukturunun mühüm elementidir. O, cəmiyyətin və təsərrüfat subyektlərinin
|