Əlşir NƏVAİ FƏrhad



Yüklə 4.51 Kb.

səhifə1/17
tarix02.07.2017
ölçüsü4.51 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

Əlşir NƏVAİ 
 
 
 
 
FƏRHAD  
VƏ 
 ŞİRİN 
Tərcümə 
 
 
Ə. A. VAHİD,  
M.   DİLVAZİ,  
Ə. ZİYAQAY, M. RAHİM  
N.  RƏFİBƏYLİNİNDİR. 
 
Müqəddamə, şərh və redaktə 
 
filologi elmlər doktoru HƏMİD   ARASLININDIR. 

BÖYÜK ŞAİR 
Əlişir Nəvai böyük özbək xalqının XV əsrdə yetirdiyi sənətkarlar 
içərisindo dünyəvn bir şöhrət qazanıb, bütün Yaxın  Şərq xqlqları 
tərəfindən sevilən, şair, alim, mütəfəkkir, bacarıqlı dövlət xadimi və 
mədəniyyət hamisi kimi təqdir edilən körkəmli şəxsiyyətdir 
Həyatını  xalqın səadəti uğrunda mübarizəyə sərf edib, yorulmaq 
bilmədən çalışan Əlişir Nəvai (1441-1501) XV əsrdə çiçəklənməkdə 
olan özbək mədəniyyətinin  ən mühüm ədəbi abidələrini yaradan 
qüdrztli bir sənotkardır. 
Hələ  kiçik yaşlarından bir çox mühüm siyasi hadisələrin  şahidi 
olub böyüyən  şair, məktəb yoldaşı Hüseyn Bayqaranın hakimiyyəti 
zamanı, dövlət vəzifəsinda olduğu illərdə bütün imkanlardan istifadə 
edərək xalqın mənafeyi və  mədəniyyətin inkişafı üçün çalışmışdır. 
Zənkin bir irsə malik olan Nəvai ta.çam gəlirini elm və mədəniyyətin 
inkişafına, məktəb və  mədrəsələrin tikilməsinə  və ehtiyacına sərf 
etmiş, bir sıra elmi asərlərin yaranmasına imkan yaratmışdır. Öz 
xeyirxah məsləhətlərilə ölkənin siyasi qüdrətini möhkəmləndirməyə 
çalışan Navai, həyatı dəfəlarlz təhlükədə olsa belə, yenə də əzmindən 
dönməyən bu alovlu vətənpərvər xüsusən özbək  ədəbi dilinin 
osaslanıb təkmilləşməsi uğrunda daha ciddi mübarizə aparıb, bu dili 
Yaxın Şərqdə ən körkəmli dillər səviyyəsində şöhrətləndirmişdir. 
Nəvai sonsuz bir məhəbbətlə sevdiyi ana dilini himayə edib, bu 
dilin üstünlüklərini özünün «Mühakimətül -lüğəteyn» adlı kitabında 
elmi dəlillərlə sübut etdiyi kimi, həmin dildə cahanşümul əsərlər də 
yaratıışdır. 
Nəvai,  Şərqin.  ən məşhur lirik şairlərinin  əsərləri səviyyəsində  
duran qəzəlləri ilə bütün sələflərindən fərqlənmişdir. Onun «Xəzanül-
məani» adlandırdığı özbək dilində yaratdığı dörd divan bütün türk 
dilli xalqların  ədəbiyyatına qüvvətli tə'sir göstərmişdir. Təsadüfi 
deyildir ki, şair öz sənətkarlıq qüdrətini dərk edərək yazmışdır:  
 
İstərsə ola bir, istərsə min bir,  
Bütün turk elləri ancaq mənimdir  
Xətadən başlayıb Xorasanadək,  
Ellər fərmanımla ömür sürəcək.  
Şiraz da, Təbriz də mənim yerimdir,  
Orda şöhrətlənən söz şƏgərimdir...  
Hansı  bir diyara fərman apardım  
Onu almaq üçün «divan» apardım. 
Şairin ürəklər fəth edən söz orduları dahi sənətkarın xatnrəsini də 
diri saxlamışdır. Nəvainin fars dilində yazdığı qəzəllər Divani-Fani» 
adlı əsərində toplanmışdır. 
Nəvai özünün «Məhbubil-qülub» adlı əsərilə özbək bədii nəsrinin 
osasını qoymuşdur. «Məcalisünnofais» adlı  təzkirəsində dövrünün 
şairləri haqqında qiymətli mə'lumat vermişdir. Dahi sənətkar 
«Xəmsə» müəllifləri sırasında hörmətli bir yer tuta bilmişdir. 
Dahi sənətkar «Heyrətül-əbrar», «Fərhad və  Şirin», «Leyli və 
Məçnun», «Səb'eyi-səyyar» və «Səddiİskəndəri» adlı körkəmlp 
poemalarında özünün dərin siyasi, ictimai, fəlsəfi,  əxlaqi fikirlərini 
canlandırmış, dövrünün qabaqcıl ideyalarını bu mə'nalı əsərlərdə əks 
etdirib özbək xalqının mə'nəvi qüdrətini tərənnüm edə bilmişdir. Bir 
sıra elmi əsərlər, tərcümələr müəllifi olan Nəvai, xüsusən «Xəmsə»yə 
daxil olan poemaları ilə özbək  ədəbiyyatının ölməz abidələrini 
yaratmışdır. 
Nəvai yaradıcılığında «Xəmsə» mühüm yer tutursa, «Xəmsə»yə 
daxil olan poemalar içərisində  də «Fərhad və  Şirin» mərkəzi 
əhəmiyyətə malik bir sənət əsəri olaraq nəzərdiqqəti cəlb edir. 
Poemanın  əsil qəhrəmanı  Fərhaddır.  Şair, bütün arzularını bu 
surətin mübarizəsində əks etdirib, bu ideal insanın faciəsində göstərir. 
Fərhad surəti  ədəbiyyatda Nəvai ilə başlamır. Hələ  Nəvaidən üç 
əsr əvvəl yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi «Xosrov və 
Şirin» adlı poemasında  əsərin  əsas qəhrəmanı olan Xosrova qarşı 
duran  əməkçi insan surəti olaraq Fərhadı seçmiş, ondan sonra Əmir 
Xosrov Dəhləvi, Arif Ərdəbili və Marağalı Əşrəf bu surəti dəfələrlə 
işləmişlər. Xüsusən XIV əsr Azərbayçan şairi Arif özünun «Fərhad-
namə» adlı poemasında Fərhadı  əvəzsiz bir sənətkar kimi təsvir 
etmişdir. 
Lakin Nəvai bu surəti  əsərin qahrəmanı seçdiyi zaman bütün 
sələflərindən fərqlənir. Bu isə  şairə öz zəngin fikirlərini  ətraflı 
göstərmək üçün imkan yaratmışdır. 
Nizaminin  əməkçi insanlar sırasından seçib, sadə bir daşyonan 
olaraq göstərdiyi Fərhad əsprdə ikinci dərocəli surətlərdən biridir. O, 
əsərə geç daxil olub, tez də məhv olur. Oxucu Fərhadı çox görmür, 
ancaq bu qısa tanışlıqda Fərhad surəti  əbədiləşdirilir.  Şair onu 
unudulmaz mərkəzi suratlər səviyyəsinə qaldırır. 
Nəvai isə  Fərhadı bir şahzadə kimi göstərib onu nazne'mətlər 

içində böyütsə  də  şahlara,  şahzadələrə xas səçiyyəli  şəxsiyyət kimi 
deyəl, bəlkə öz arzularını ifadə edən ideal bir insan kimi çanlandırır. 
Şair, özünün bu ideal surətində bütün müsbət xüsusiyyətləri toplayır. 
Fərhad, hər şeydən əvvəl əməyi sevir, ona hörmət bəslzyir. Onun ilk 
mühüm məziyyəti tişə  və külünk işlətməyi sevməsindz və 
bacarmasında görülür, Fərhadın əməyə olan məhəbbəti onun əməkçi 
insanlara olan məhəbbətinin asasını taşkil edir. O həmişə  əməkçi 
xalqı düşünür, onun ağır həyatına ürəyi yanır. Öz məharətilə xalqının 
əməyini yungülləşdirməyə çalışır və müvəffəq də olur. 
Geniş  və susuz çöllərdə min bir əziyyətlə güzəran edən özbək 
kəndlilərinin həyatına ürəkdən açıyan və bu ucsuzbucaqsız düzlərə 
arx çəkib həyat və şənlik arzulayan Nəvai öz arzularını fe'lən həyata 
keçirmək imkanına malik olmadığından bu işi qəhrəmanının  əlilə 
gördürür. 
Fərhad Ərmən-Zəminə gəldiyi zaman ağır zəhmət ilə arx qazıyıb 
sərt qayalar döşündən yol açmaq istəyən çamaatı gördükdə 
kədərlənnr: 
 
Fərhad bu zəhməti, bu əziyyəti  
Görüncə kəsildi səbrn, taqəti.  
Qəm, kədər yağaraq baxışlarından  
Bu dəstə içinə qarışdı haman.  
Dedi:-Ey mən kimi bəla çəkənlər,  
Fələkdən qəlbiniz olmuş mükəddər...  
Görüb halınızı qəlbim alışdı  
Alovu, tüstüsü başımdan aşdı. 
 
O xalqı əzabdan qurtarıb arxı təkbaşına çəkir. Nəticə e'tibarilə bu 
arx yanıq çöllərə can verir: 
 
Bu zaman çağladı sel kimi kur su,  
Baş alıb yeridi saraya doğru...  
Sarayın başına vuraraq dövrə,  
Axdı çan verməyə yanıq çöllərə. 
 
Fərhad eyni zamanda cəsur bir ikid, səadət düşməni olan əjdahalar 
və əhrimənlərlə vuruşan bir mübarizdir. 
Nəvai, qəhrəmanının döyüş  səhnələrihi təsvir edəndə, onun ox 
atmaqdakı  məharətini, qılınc vurmaqdakı  şüçaətini göstərəndə 
ürəkdən sevinir. Xüsusən Xosrov orduları qarşısında  əyilməz dağ 
vüqarı ilə dayanan dağçapanı qalibiyyət rəmzi kimi dalğalandırır. Bu 
qüdrət, qüvvət və  cəsarət ilə  şöhrətlənən qəhrəman həm da saf bir 
məhəbbətlə sevən sadiq və fodakar bir aşiqdir. 
Lakin Fərhad bütün bu qüdrət və  əzəmətilə  bərabər sadədildir, 
həddindən artıq insanpərvərdir.  Əhrimənlərə qalib kəlib,  əjdahalar 
öldürən qəhrəman öz sadəliyi üzündən aciz bir hiyləgərin  əlnndə 
məğlub olur, Fərhad imkan olduğu halda öz düşməni Xosrovu 
öldürmür. Zindandan qaça bilmək imkanına malik olduğu halda 
qaçmır, gözətçilərin cəzalanacağını nəzərə alır, öz xeyri üçün bir çox 
günahsızların məhv olmasına razı olmur. O, həddindən artıq 
şikayətlənir, hər zaman özünə cəfa verir. 
Bütün bunlar onun məhv olmasına səbəb olur. 
Nəvai Şirin surətini də maraqlı işləmişdir. Nizamidə Şirin qiyabi 
bir məhəbbətə tutulur, ölənə  qədər Xosrova sadiq bir mə'şuqə 
olmaqla bərabər,  ədalətli bir şah, bir hökmdar kimi də göstərilir. 
Nəvai Şirini tam mə'nası ilə Fərhadı sevən bir mə'şuqə, sadiq, vafalı 
və fədakar bir mə'şuqə olaraq tərənnüm edir. 
Şirin, hünərini gördüyü Fərhadı sevdikdən sonra bu məhəbbəti 
həyatı bahasına qoruyur. Adsız, sansız, lakin qüdrətli bir sevgilini 
hamıya tərcih edir. Böyük bir ölkənin hökmdarı olan Xosrovun 
məhəbbətini rədd edir. O, vardövlət,  şanşövkət istəmir, həqiqi 
məhəbbəti hər  şeydən üstün tutub, bu məhəbbət uğrunda da intihar 
edir. 
Navai, dərin bir məhəbbətlə sevdiyi Şirinin daxili iztirablarını 
bacarıqla təsvir edib, bu vəfalı mə'şuqənin xarici gözəlliyi ilə mə'nəvi 
yüksəkliyini eyni səviyyzdə göstərir. Xüsusən intihar fəslində  Şirin 
tədbirli bir qadın kimi nəzərdiqqəti cəlb edir. 
Əsərdə  Şapur və  Bəhram surotlori birbirlərini tamamlayan yaxşı 
dost, vəfalı sirdaş olaraq göstərilir. Bu həqiqi dostlar qəhrəmana 
qardaşdan da yaxındırlar. 
Fərhadın atası öldükdon sonra xaqan olan qardaşı  Fərhadı 
axtarmır, bəlkə öz şahlığından nigaran olub, onun gəlib təxt və tacı 
alacağı haqqında fikirləşir. Bəhramdan da ehtiyat etdiyi üçün onun 
getməsinə icazə verir. Lakin Şapur Fərhada təsadüf etdiyi ilk gündən 
e'tibarən ölənə  qədər ona kömək edir. Onun şad günündə sevinir, 
qəmli dəqiqələrində kədərlənir. Heç bir təmənnası olmadan Fərhadın 

yolunda olmazın əziyyətlər çəkir. Dəfələrlə hayatını təhlükəyə atır. 
Bəhram da eyni yolla hərəkət edir. O, uşaqlıq dostu Fərhadın 
Məğrib-Zomində fəlakətə düşdüyünü eşidən kimi, ordu toplayıb onun 
köməyinə gəlir. Dostunun faciəsini eşidib müqəssirlərə divan tutmaq 
stəyir. Hər işi öz yoluna qoyduqdan sonra dostunun qəbri üzərində 
qalıb, geri qayıtmır. 
«Fərhad və  Şirin»  əsorində müsbət surətlərə qarşı qoyulan əsas 
mənfi şəxsiyyot Xosrovdur. 
Xosrov-Pərviz  əsərdə yekanə tarixi simadır. Nizami poemasının 
əsas qəhrəmanı olub, əsər boyu məhəbbətin tə'siri ilə  tərbiyə edilən 
bu surət Nəvai tərəfindən məhəbbətə yabançı,  şöhrət və  şəhvət 
düşgünü, azğın bir istilaçı kimi göstərilir. Nəvai, Xosrov simasında 
zülmkar bir şah surəti yaradıb, şahlığın mənfi xüsusiyyətlərini onun 
şəxsiyyətində göstərməyə çalışıışdır. 
Hələ ilk tanışlıqda Xosrovu: 
Bu mə'lumdur eşqə tutulanlara,  
Tacidarlıq hara, məhəbbət hara?- 
deyə oxuculara təqdim sdən şair onun yürüş bəhsşş saqiyə müraçiətlə 
belə bitirir: 
Saqi piyalə tut məst olaq, inan  
Bir içim mey xoşdur padşahlıqdan.  
Ver içim kəlməsin şahlıq közümə,  
Xalqa zülm edinco, edim özümz. 
Elə  təkcə bu misralar şairin zülmkar şahlara olan münasibətini 
müəyyənləşdirir. 
Nəvai, Xosrovu dəfələrlə  Fərhadla qarşılaşdırır, oxuçu bu 
 
müqayisədə Xosrovun mə'nəvi düşgünlüyü ilə tanış  olur. 
Fərhad  şücaiəti, mə'nəvi qüdrəti, hətta xariçi gerGəmi ilə 
Xosrovdan qat-qat üstün göstərilir. Xosrov onu vuruş meydanında 
mər-dmərdana məğlub etməkdən aciz qalıb, hiyləyə müraçiət edir. 
Hiylə ilə  əsir aldığı  Fərhadın kəskin çavabları  və haqlı  tələbləri 
önündə özünü itirir, onu dar ağacı ilə susdurmaq istəyir. 
Özünün haqsız olduğunu dəfələrlə  dərk edən Xosrov, şöhrət və 
şəhvət təhrikilə öz cinayətlərini dərinləşdirməya çalışır. Fərhadı 
ortadan götürmək üçün tədbirlər görür. 
Şair yeri gəldikçə  şahlığın mənfi xüsusiyyətlərini Xosrova 
münasibətində göstərir. O, bütün şər qüvvələri Xosrovun xidmətinə 
verir. Büzürgümmid və satqın, xain, tamahkar, hiylƏgər qarı ona 
kömək edib, Fərhadı məhv edirlər. 
Nəvai göstərnr ki, əgdahalarla vuruşub  əhrimənləri məhv edən, 
tilsimlər açıb səadət və xoşbəxtlik yollarını aydınlaşdıran Fərhad, öz 
əməyi ilə dağlara lərzə salan qəhrəman, hiylə  və haqsızlıq  əlində 
məhv olur. 
O eyni zamanda Xosrovun aqibəti ilə zülmün və haqsızlığın 
mükafatını da göstarir. Fərhadın intiqamını zaman alır, Xosrov öz 
doğma oğlunun əlində həlak olur. 
«Fərhad və  Şirin»  əsərinin fəlsafi mə'nası daha dərindir.  Əsərdə 
Fərhad surəti həqiqi insan timsalıdır.  İnsan bütün varlığın  əşrəfi, 
hökmdarı doğulmuşdur. Onda tükənməz energi, sonsuz bir maraq, 
dərin məhəbbət, bacarıq, qüvvət və qüdrət vardır. 
O, sadəcə elmləri bilmək, ox atmaq və  qılınc oynatmaqla 
kifayətlənmir, bəlkə yer üzündə  fəsilləri təmsil edən qəsrlər, bağlar 
yaradır, daşa-torpağa can verir. 
Mə'nəviyyatı e'tibarilə yüksək olan bu insan, əhrimənlərlə vuruşub 
qələbə çalır, bilik rəmzi olan Xızrın tə'limilə tilsimlər açıb, hikmət 
atası Sokratın ta'lnmi ilə dünya rəmzi olan qəribə güzgünün sirlərini 
öyrənə bilir. O, adi mə'nasından çox yüksəkdə duran bir məhəbbətin 
gücü ilə dağlara lərzə salır, su görməz quru torpaqlara həyat suyu 
kimi can verən arx çəkir, adi qayadan xəyali cənnət qəsri qədər gözəl 
qəsr yaradır. Lakin o öz məqsədlərinə nail ola bilmir. 
Belə bir qüdrəti,  əhrimənlərə  qələbə çalıb, ordulara müqavimət 
göstərəçək insanı ən kiçik bir hiylə məhv edir. 
«Fərhad və Şirin» əsərinin sonunda nəsihət bəhsində Nəvai yalnız 
şahzadəyə deyil, bütün kənçliyə müraciət edir, onları elm və maarifə 
çağırır. Zəmanəsnnin ayrı-ayrı elmləri haqqında söhbət açan sənətkar 
xüsusən tarixdən ibrət almağı lazım bilnr. O. «günəş olmaq üçün 
kəsb kamal st», «tə'lim görməkdən, öyrənməkdən yorulma!» deyir. 
Şair göstərir ki: 
Hər  kim ki, ta'limdən məlalət tapar,  
Alimlər yanında xəcalət tapar,  
Bilik qazanmaqda qane olma sən,  
Öyrəndikcə oxu, yenə də öyrən! 
Nəvai göstərir ki, tə'lnm heyvanı belə  həmçinslərindən fərqlən-
dirir. Tutuquşu nöqtədən xəbər tutduğu üçün «şah tuti» adlanır. An-
caq tovuz quşunun hətta başında çığası da var, lakin ona şah demirlər. 
O tarixdən misal gətirir. Özbək hökmdarlarından məşhur 

münaccim Uluğbəyi nümunə göstarir. «O nəsildən nə qədər hökmdar 
gəlib-gedibdirsə  də, heç kəs onları xatırlamır, lakin Uluğbəyi «eyni 
zamanda alim olduqundan tikdirdiyi rəsədxana, elmi-nücuma dair 
yazdığı «Zeyc-Gürkani» adlı  əsər dünya durduqca yaşadacaqdır», 
deyir. 
Şairin bu nəsihətləri də  əsərin  əsas ideyası ilə bağlıdır. Onun 
qəhrəmanı də hələ uşaqlıqdan hər şeyi bilməyə  həvəsli olub, (bütün 
elmləri inadla öyrandiyi uçun zəhmətə qatlanıb qələm, külünk və 
qılınc işlatməyi, ox atmağı, at oynatmağı bacardığı üçün bütün 
müasirlərindən seçilib hamının hüsn-rəğbətini qazanır. 
Bilik ona qüdrət və əzəmət verdiyi kini həqiqi insan sifatləri ilə də 
şöhrətlənməsinə səbəb olur. 
Əsərin sənətkarlıq xüsusiyyətləri də ayrıca tədqiqə möhtacdır. 
Nəvai hər hadisəni yeni bir sərlövhə altında verir və onu, klassik 
üsluba riayat edərək bəhs olunacaq hadisayə uyğun bədii ifadələr 
seçərək başlayır. Müəyyən  əhvalatı söylədikdən sonra şair, bəhsi, 
saqiyə müraçiətlə bitirir. Lakin bu müraçiət həmin bəhsi gələcək 
bəhslə bağlamağa yardım edir. Nəvaiyə  qədər poema yazan şairlər 
hər bəhsi saqiyə müraciətlə başladıqları zaman, bəhsin  əsas ruhunu 
bu saqinamədə canlandırırdılar. Nəvai isə bu müraciəti hər bəhsin 
sonuna salmaqla bəhsləri ustalıqla əlaqələndirir. Bu müraciət birinci 
bəhsin yekunu, gələcək bəhsin isa müqəddiməsi olur. 
Əsərdə  təbiət təsvirləri də  nəzəri cəlb edir. Nəvai teztez səhərin 
açılmasını, günəşin çıxmasını, yazda təbiətin oyanmasını, demək olar, 
bütün fəsillərn təsvir edir. Xüsusən əsərdə axşam və səhərin təsvirinə 
daha çox təsaduf olunur. Ancaq şair bu təsvirləri hər zaman buhs 
etdiyi hadisəyə uyğun bədii ifadələr taparaq canlandırır. 
O bə'zən insan vəziyyatini təsvir edanda onun daxili alami ilə 
həm-ahəng mə'na verəcək sözlər seçir. Məsələn:  Şirinin Fərhada 
yazdığı  məktub tutulub Xosrova verilərkən onun məktub oxuması 
belə təsvir olunur. 
Maktubu hökmdar əlinə aldı,  
Qaləm tək başını aşağı saldı. 
Burada məktub oxuyanın, eyni zamanda xəcalətli adamın 
vəziyyəti çox məharətlə göstərilir. 
Poemanın bütün səhifəlzrində təsadüf olunan bu xüsusiyyət onun 
ümuiş gözəlliyi ilə həm-ahang olduğundan, əsər bütünlüklə bir sənət 
nümunəsi olaraq oxucunu heyran edir. 
Nəvai irsi Azərbaycan xalqı  tərəfindon hələ XV əsrdən e'tibarən 
oxunur, sevilir. Əsrlərdən bəri xalqımız Nəvaini öz şairləri sırasında 
bilir. Hələ onun müasiri Kişvəri, Xülqi kimi lirik şairlər Nəvainin 
tə'siri altında  əsərlər yazmışlar. Böyük Füzuli də öz «Leyli və 
Macnun» əsərinin müqəddiməsində onun adını Nizami və Əbunüvas 
kimi  Şərqin dahi sənətkarları  sırasında çəkmişdir. M. F. Axundov 
məqaləlarində Nəvaini ağıllı dövlət xadimi kima xatırlamışdır. 
Azərbayçan tazkirəçilərindən Sadiq bəy  Əfşar öz «Məcməül 
xəvas» adlı əsərini Nəvainin tə'rifi ilə başlayıb, onun əsəri üslubunda 
qurmuşdur. 
Nəvainin anadan olmasının hiçri tarixdə 500 illiyi həlz 1926-çı 
ildə Bakıda təntənə ilə keçirilmişdir.  Şairin haqqında məqalələr 
yazılmış, «Münşəat» və «Vəqfiyyə» adlı əsərləri ilk dəfə Bakıda çap 
olunmuşdur. Bu zaman Hüseyi Bayqara «Divani» də ilk dəfə  nəşr 
edilmişdir. 
Azərnəşr hələ 1948-ci ildə  şairin «Fərhad və  Şirin» poemasının 
(manacat və  nə't hissələri ixtisarla) Azarbaycan dilində çap etmiş, 
Uşaqgəncnəşr onun «Sabeyi-səyyar»  əsərindən parçaları oxuculara 
çatdırmışdır. 
Azərbayçan xalqı  Nəvai yubileyini öz mədəiiyyətinin bayramı 
kimi məhabbətlə keçirmişdir. 
Oxuculara təqdim olunan bu əsar «Fərhad və  Şirin» poemasının 
ikinçi nəşridir. Azərbayçan  şairləri tərcümə zamann hətta  şairin öz 
qafiyələrini saxlamağa müvəffəq olmuşlar. 
H. ARASLI 

 
 
 
 
 
 
 
 
FƏRHAD VƏ ŞİRİN 
QƏLƏMİN TƏRİFİ, 
NİZAMİ VƏ XOSROV 
DƏHLƏVİNİN  XATIRLANMASI 
 
Qələmdir yel kimi sür'ətlə gedən,  
Əzəldən yüksəkdir yeri fələkdən,  
Vəhmin ədhəmindən daha tez çapar,  
Onun Şəbdiz kimi bir sür'əti var.  
Minmişdir üstünə şahanə barmaq,  
Buğum belbağıdır, üzüdür dırnaq,  
Quyruğunu edər çapanda ələm,  
Ayağından etmiş başını qələm.  
Şəbdiz demə, o bir quşdur xoşavaz.  
Qanadsız eyləyər hər yana pərvaz.  
Şəvədir dimdiyi, hər yerdə zahir,  
Saçar o şəvədən daim cavahir.  
Quşda ola bilməz o gözəl cisim;  
Yaratmışdır tanrı onu bir tilsim.  
Xəstəlik çəkməmiş o zəif bədən,  
Yüz-yüz mə'na saçar xəznəsi birdən.  
Yalnız bu xəznədən almışdır kamn,  
O Gəncədə yatan böyük Nizami.  
”Gəncədə olsa da aramı onun,  
Xəznələr üstədir məqamı onun.  
Ağız qapıları səs eyləmədən  
Könül xəznəsini eylədi mə'dən.  
O mə'dənə qapı-iki dodağı,  
Bir kəsin dəymasin ora ayağı.  
O hikmət me'marı söz yaradırkən,  
Daş atan yaratmış onu əzəldən. 
Kimin oqurluğu edilərsə faş,  
Fələklərdən yağar başına min daş.  
Yağdırar daşları hər yan aşkara,  
Dostu gövhər tapar, düşməni xara!  
O daş atmaq üçün xəznəni açmaz,  
Açsa xəznəsini nə gövhər saçmaz!  
Tutub gövhərləri bütün cahanı,  
Neçə ki, ulduzlar bu asimanı.  

Bu qiymətli gövhər enməz torpağa,  
Əskilməz şöhrəti düşməz ayağa.  
Elə inçi hanı, saçarkən işıq,  
Bütün qulaqlara versin yaraşıq?  
Yox! Onu sadəcə bir zinət sanma.  
Qulaqdan kənarda qalsın-inanma.  
Qulaqda bu dürrlər edərsə məskən,  
Könüllər dürcünü eyləyər məxzən.  
Könül dürcü dolsa bu dürdən nolar.  
Dəryalara töksən, dəryalar dolar.  
Bu kandan daşısan Əgər qış və yaz,  
Yenə də gövhəri, dürrü qurtarmaz.  
Kimsə onun kimi saçmamış gövhər,  
Yalnız bir hind oğlu saçmışdır şƏgər  
Hindli  yox, tutidən dili şirindir,  
Tuti nə, bülbüldən eşqi dərindir.  
Sözləri tuti tək tutmuş dünyanı.  
Bülbül tək göylərə yetmiş fəğanı.  
Ona yaşıl paltar geydirmiş sözü,  
Tuti yox, bəlgə də Xızrdır özü,  
Hindistan olmuşdur onun zülmatı,  
Axıçı sözlərdir abihəyatı.  
Əgər bülbül desən-yeri hindistan.  
Zülmət keçə desən-bir ənbərfəşan.  
Bu gecə yatmayan, nalan bülbüldür,  
Şəbistanda fəryadsalan bülbüldür.  
Ona bülbül demə, qəqnusdur ol zar,  
Səsindən qəqnuslar durmadan ağlar,  
Qəqnuslar çəksə də yüz nalə hər an,  
Onda min nalə var könül yandıran.  
Ahına ox demə, şimşək tək çaxar.  
Balıqdan aya tək yandırıb yaxar.  
Hər  dəm şö'lə salar çan kərməninə,  
Özü yox, aləm də yanar qəmnnə.  
Mə'na dəryasında saçar dalğalar, 
Doqquz fələk onun altında qalar.  
Şe'ri söz sapına inci tək düzər.  
O dürrlər fələkin bəhri öyünər.  
Yaz buludu kimi o xətt, o əş'ar.  
Ellərin başına gövhərlər saçar.  
Bir dürrdür o bulud gövhərlər ara,  
Neysan buludu da onun tək qara.  
Ona qara demə,
 
müşkü ənbərdir,  
Hər  bir qətrə saçar ondan təzə dürr.  
O dürrün tə'rifi sığmaz heç sözə,  
O qədər zərifdir, görünməz gözə,  
Dili dürrlər saçan gövhərlər taçı,  
Qarşısıida heçdir ölkə xəracı.  
Gövhər yox, mə'dəndir o fəzlə, elmə,  
Mə'nalar dağına sən mə'dən demə.  
Buludlan qorxmayan dağ deyilsə kər,  
Bəs nədən qaldırmış fələyə xəicər?  
Bu meydanda sanma asandır durmaq,  
Nizamilə pənçəpənçəyə vurmaq.  
Nizamiyə pəncə uzatsa hər kəs,  
Qırılar pənçəsi, murada yetməz.  
Şir pənçəsi gərək şirlə edə cənk,  
Bari şir olmasa, qoy olsun pələnk.  
Yığılsa bir yerə çaqqalın yüzü,  
Tüpürcəyə layiq onların üzü.  
Qorxmazsa küləkdən dərin dəryalar, 
 Yel onun bağrını min yerdən yarar.  
Şiddətli küləkdən coşar dənizlər,  
Hər  külək dənizə eyləməz əsər.  
Nizami bir fildir yox bərabəri,  
Söz inçisi ondan aldı dəyəri.  
Fil olmaq gərəkdir, şübhə yox buna,  
Fil salar xortumu fil xortumuna.  
Xortumlu olsa da ağçaqanadlar,  
Xalqa nəştər ilə verər min azar.  
Fil öz xortumunu sürtəndə hər dəm,  
Olur yarasına yüz minin mərhəm.  
Ulu filə olub hindli müqabil,  
Kiçik də olsa o, fil adlanır, fil.  
Kiçik görünsə də xalqa nişanı,  
Hind  meşəsi olmuş onun məkanı.  

Neysan buludundan bu fil qorunar.  
Əyninə geymişdir göy rəngli paltar 
Gəl, bu iki fili, allahpərəst et,  
Rəhmət şərabından onları məst et.  
Nəvaiyə dəxi şövkət əta qıl.  
İki fildən ona qüvvət əta qıl.  
İki fil tək onda məharət olsun,  
Bəlkə qızmış fil tək cəsarət olsun.  
Tapsın sərxoş olmaq peşəsini o,  
Ələ alsın sözün meşəsini o.  
Gəl, ey saqi, canım gəlibdir coşa,  
Bu iki xatirə qədəh ver qoşa!  
Onların eşqilə içim iki cam,  
Caminin mədhinə başlayım kəlam. 
 
 
 
 
DASTANIN 
YAZILMASI SƏBƏBLƏRİ 
 
Sehr yaradarkən hoqqabaz fələk, 
Hər vüçuda verər min çürə bəzək
Biri gözəl olar, biri eybəcər, 
Biri sevilməyib, biri sevilər. 
Başlanğıc işini tapmaqdır mahal, 
Könül dəftərinə girməz bu xəyal. 
İbtidayə çatmaq deyildir mümkün, 
Bu söz gizlin deyil yanında əqlin. 
Hər şey səbəblidir, düşünsən bir az, 
Dünyada səbəbsiz bir iş yaranmaz 
Məndə bu təmənna olanda peyda, 
Onun şövqi etdi könlümü şeyda. 
Canımı incilər xəyalı aldı, 
Sahili olmayan dəryaya saldı. 
Əmr etdi hörümçək toru yumaxla, 
Onunla fələyin bürçünü bağla. 
Bu bəla dağına girişəm gərək, 
Qaqumla sərt dağı mən eşəm gərək. 
Nəsrin yarpağına qələm çƏgərək, 
Fərhadla Şirini əks edəm gərək. 
Geniş bir təfəkkür lazımdır, inan, 
Yüzlərcə kül dərsin quru tikandan. 
Vermək lazım idi bu işə təğyir 
Ki, ürəklər açsın çəkdiyim təsvir. 
Bir sevgi bəlası baisdir buna, 
Qüvvət aldım, düşcək eşqin oduna. 
Onun tə'rifində dilim olub lal, 
Qoy qələm diliylə şərh edim əhval. 
O həzin canıma verdi bir bəla. 
Eşqdən başıma gəldi min həva, 
Bir ov eşqi çəkdi sinəmə yüz dağ, 
Yüksəltdi qəm daşı üstümə min dağ. 
Zülm odu yandırdı xəstə canımı, 
Qaraltdı tüstülər xanimanımı, 
O, bir ov deyildi - qan içən cəllad, 

Pəri üzlü divdi, zalım pərizad, 
Gözünün küfründən yüz cana afət, 
Din mülkunü edər kirpiyi qarət. 
Zülm ordusu ilə hücum edərkən, 
Dünyanın mulküçdən qoparar şivən. 
Könül xəznəsinə gözü salar şər, 
Kirpiyi səbr ilə əqli süpürər. 
Salıbdır aləmə hər yanda qovğa, 
Tənkə gəlmiş onun əlindən düiya, 
Firəng-pər də edib zülmdən fəğan, 
Zülmü olub Çində, Xətadə əyan. 
Şəfəq rəngli meyə o, əl uzatdı, 
Günəşin çamını alıb boşaltdı. 
O, ellər qətlinə olmuşdu mayil, 
Əçəl tiği kəfən eylər həmayil. 
O yel yerişilə bağlayarsa bel, 
Fələyin çelündə əsdirər min yel. 
Ərkövün gözəldir, əql huş alar, 
Bir az o pərinin dəliliyi var. 
Eşqi mən yazığı, ildırım sayaq, 
O afət oduna yandırar ançaq. 
Fələk zülm etmişdir mən mübtəlayə, 
Düçar etmiş məni elə bəlayə. 
Dərd ilə könlümü etmişdir məhzun, 
Bu dərdi çəkməmiş aləmdə Məcnun. 
Könlümü uçurdu möhnət quşları, 
Yağar üstümüzə tə'nə daşları. 
Sevda çəkmiş məni qəm səhrasına, 
Bəlalara salmış, qəm demə ona. 
Nə dərdli könlümə vəsli müyəssər. 
Nə ayrılıq odu söndü, müxtəsər, 
Sevgi qorxuludur,təm saçar əcəl, 
Bunlardan betərdir o rə'na gözəl. 
Naəhl ilə dostdur, vəfasızla xoş, 
Vəfalilə olur həmişə naxoş. 
Göz yaşına mələk həsrətlər çƏgər, 
O pəri divlərçin göz yaşı tekər. 
Eşqində göz yaşım gövhərlər saçar, 
O daim bədgövhər ardınça qaçar. 
Özü tovuzdan da gözəl bir quşdur, 
Heyf ki, yoldaşı o şum bayquşdur. 
Məni dərdə salan hərçayi dilbər, 
Gecələr ay kimi dünyanı gəzər. 
Məni dərdə, qəmə etmişdir aşiq, 
Özü hər məçlisə şamtək yaraşıq. 
Ulduz tək sabrimi alan məhpara, 
Gecə kimi etmiş günümü qara. 
İşim ki, olmuşdur müşkül bu qədər^ 
Yəqinlik üz verdi mənə müxtəsər, 
hikmətlə düşünüb tapsam bir çara, 
Kərəkdir əl çəkəm çandan, aşkara. 
Xoşdur eşq əhlinə verəsən könul, 
Çara tap, yar akər hal ahli deyil. 
Dğlımı, huşumu qəm qarət etdi, 
Nakahan hatifdən bir səda yetdi: 
«Ey, tə'nə küçüylə bükülən beli, 
Közündən axıdan dərdü qəm seli. 
Əvvəllər qələmi ələ alarkən, 
Samqnı sünbülə dendərərdin sən: 
Gedərdin Xızrtək gizlin zülmata, 
Xalqı qərq edərdin abi-həyata. 
Cənnət bəzəkli bir saray ucaltdın, 
«heyrətü-l-əbrar» tək əsər yaratdın: 
Sən aləmə saçdın qiymətli gövhər: 
Eşitdin mələkdən min afərinlər: 
Çox zəhmət sərf etdin Əgərçi buna, 
Ker nə xəznə tapdın, Gəlib baxsana! 
Kimdir bir neçə gün zəhmət çƏgərək, 
Qiymətli bir xəznə tapsın sənin tək? 
Onda min inci var kütn tək alışan, 
İnçi deyil, bəlkə, lə'li-Bədəxşan, 
Öiündə qızıldır zırnıqdan alçaq, 
Yanında kümüş də bir qara torpaq. 
Balıqdan aya tək işığı tutub. 
Şahanə xəznəni nəqdi unudub. 
Bir sənəm tapmısan kümüş bədənli, 

O ki, fərq eləməz kəsəkdən lə'li. 
Kah onu səslərsən: «Ey kümüş bədən! 
 «Ay üzlü sərvnaz» söylərsən hərdən. 
Səcdə etdin ona, haqqı itirdin, 
Ahını eşqində çərxə yetirdin, 
Bu dünyada səni o eyləmiş zar, 
Qiyamətdə edər dərdə kiriftar, 
Dinin, dünyan olub cəhalətdə heç, 
Cahillik eyləmə, kəl cəhlidən keç! 
Bütü burax, iman xəzinəsi tap! 
Cəhli burax, ürfan xəzinəsi tap! 
Bütü qırıb, küfrü sovursan axir 
Müsəlman olarsan, olsan da kafir, 
Viranəliklərə qədəmini at, 
Yeni bir xəznəyçin əlini uzat. 
Qazımağa başla yeni bir mə'dən, 
Naqdını bağışla dostlarına sən. 
Mə'dəni tapmağı kim etsə peşə, 
Əlində kəzdirər dağyaran tişə. 
Mə'dən qazımağa kər etsən rəğbət, 
Olaroan Fərhadla yaxşı həmoöhbət. 
Bu mə'dən eşqində daş çapsan, tişən 
Kütləşsə Fərhadın daşına çək sən. 
Durub Fərhad ilə verin əl-ələ, 
Qart daşlar canına salın zəlzələ. 
Bu işdə nə danış, nə bir ləhzə dur. 
Mətanət üstündə mətanəti qur. 
Çox əziyyət çəkib öldüsə Fərhad, 
Sənə xəznə vermiş tanrı, kör ol şad. 
Tapdın bu xəznədən gözəl məişət, 
Çəkmə sən Fərhad tək dünyada zillət. 
Fərhadın işini kəl eylə şirin, 
Tapasan dünyada bir elə Şirin. 
Gözəlin Şirinlə kər olsa həmdəm, 
Onda şirinliyi heç olarmı kəm? 
Könlünü ovlayan o xəznə yenə, 
Mə'na xəzinəsi bəxş etdi sənə, 
Tapdın o xəznənin beşdə birini
İkinci xəznənin kör tədbirini. 
Səndən tələb gərək, bizdən hidayət, 
Səndən gədalıqdır, bizdan inayət». 
Elə ki, hatifdən bunu eşitdim 
Özümdən özkə cür oldu ümidim. 
Sevda fitvasını eyləyib kənar, 
Pirin dərkahına üz qoydum ağlar, 
Ağlaya-ağlaya düşdüm torpağa, 
Nurlandı gözlərim, döndü çırağa. 
Ərz edərkən, məni xəcalət aldı, 
Cəlalı canıma titrətmə saldı. 
O, dünya günəşi torpaqda mənim, 
Gördü, civə kimi əsir bədənim, 
Gülüb səhər kimi şəfəq gestərdi, 
Qəmimin şamını sübhə döndərdi. 
Dedi: «halın nədir, bir-bir seylə sən?» 
Cavab aldı hər bir suala məndən. 
O mənim halıma olanda vaqif, 
Özü oldu mənə ikinçi hatif. 
Birinci hatif nə hökm etdi durdu, - 
İkinci hatif də onu buyurdu. 
Onun iak nəfəsi xoş gəldi mənə 
Xeyirlər, dualar istədim yenə. 
Söylərkən İsatək, o öz kəlamin, 
Duasına dedi mələklər amin. 
İçabət özüydü, deyildi dua, 
Duaydı, icabət qarışmış ona. 
Elə ki, o, dövlət nişanı saçdı, 
Mə'na qapısını üzümə açdı. 
O bəhrəli bulud, qara torpağa 
Başladı inçilə dürr yağdırmağa, 
O qədər yağdı ki, dənizlə, mə'dən 
Tutmadı bunları, keçdi fələkdən. 
Mən bir torpaq ikən göylərə yetdim, 
Yer öpüb, oradan evimə getdim. 
Saqi, qədəh gətir xəlvətdə bir dəm, 
Cəld ol, qapını da tez bağla möhkəm, 
Camidən almışıq arzunu, kamı, 

Onun xatirinə ver bizə camı, 
İçək, göy altında torpaq olmadan, 
Cənnətdə bir quru budaq olmadan. 
 
 



  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə