Elşən Qənimətoğlu Ağlayır ürək



Yüklə 15,23 Kb.
Pdf görüntüsü
tarix05.05.2017
ölçüsü15,23 Kb.
#16929

Elşən Qənimətoğlu 

Ağlayır ürək 

Yenə parçalanır sinəmdə ürək, 

Bu dərdəmi görən,  

ürək dözəcək? 

O dağlar, bulaqlar 

Bizdən küsəcək, 

Yenə həzin-həzin ağlayır ürək. 

 

Uzana yollara boylanır, baxır, 



Qəmlənib bu dərdlə  

Arazım axır. 

Keçən gün qəlbimi 

 

 



Yandırıb yaxır, 

Yenə həzin-həzin ağlayır ürək. 

 

Kimsəsiz çöllərdə yalqızam,  



 

 

 



 

yalqız, 


Vətənimdə qaldım 

 

 



 

bu gün yuvasız. 

Qarabağ keçməyir 

 

 



 

qanlı-davasız, 

Yenə həzin-həzin ağlayır ürək. 

 

Alovun içində yandı körpələr, 



Rəhm etməz buna 

 

 



zalım köpəklər. 

Dözə bilmir, Allah, 

 

 

dərdli ürəklər, 



Yenə həzin-həzin ağlayır ürək. 

 

Xocalı elimin mərd oğulları, 



Axıdır torpağa şəhid qanları. 

Sağalmaz köksümdə 

 

 

düşmən yarası, 



Yenə həzin-həzin ağlayır ürək. 

 

Solub çəmənimin gülü, bağçası, 



Aparmır bahardan  

bahar xonçası. 

Çalınır Xocalıda 

“Vağzalı” havası, 



Yenə həzin-həzin ağlayır ürək. 

 

Neçə il salıbdır sinəmdə yara! 



Qaysaq bağlasa da, 

sağalmaz yaram. 

Çəkir bu dərd məni 

hər zaman dara, 

Yenə həzin-həzin ağlayır ürək. 

 

Necə qıydı 

Necə qıydı o gün sənə 

Əllərində tüfəng, tənə, 

Od yağırdı həmin günə, 

Necə qıydı o gün sənə. 

 

O gün yanan Xocalıydı. 



Hər tərəfin ah-naləydi. 

Beş yaşında körpə idi, 

 

Necə qıydı o gün sənə. 



Düşmən kəsib hər yolunu, 

Körpə gözləyir yolunu. 

Məhv edibsə baş-qolunu 

Necə qıydı o gün sənə. 

 

Qəlbindəki arzuların, 



 

Açmayıbdı çiçək yazın. 

 

Soldu sənin gül camalın, 



 

Necə qıydı o gün sənə. 

Qəlbindəki mərhəmətin, 

Xocalıda mərd igidin, 

Beş yaşında bu şəhidin, 

Necə qıydı o gün sənə. 

 

Fəryadına bax ananın. 



Dalğalanan o bayrağın. 

Qar üstündə körpə qanın 

Necə qıydı o gün sənə. 

Lal olmuşdu sanki dillər, 

Köç edirdi yurddan ellər, 

Boynubükük nərgiz güllər, 

Necə qıydı o gün sənə. 


 

Beş yaşında bu körpənin, 

 

Qara daşdan daş mərmərin. 



 

Yas tutub o qərənfilin, 

Necə qıydı o gün sənə. 

 

Qənimətoğlu E. Ağlayır ürək ; Necə qıydı : şeirlər // Palitra. – 2015. – 26 fevral. 

– S.15. 

 

 



 

 

 



Yüklə 15,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin