Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə30/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   26   27   28   29   30   31   32   33   ...   140
Azf-286777

Siyasətin  fəlsəfəsi
  dedikdə,  şüurlarda  bu  anlayışı      siyasi  proseslərin, 
hadisələrin  aktların  geniş  məzmun  və  dərin  təsiredici  mahiyyət  etibarilə  dərk 
olunması  kimi  başa  düşmək  olar.  Siyasi  proseslər  daha  çox  sistemlilikdə 
(müəyyən 
məkanda 
toplanan 
elementlər 
strukturunda, 
elementlərin 
mexanizmisində)      özünə  fəlsəfi  məna  qatır,  mahiyyətini  dərinləşdirir. 
Siyasətin  fəlsəfi  mahiyyəti  həm  də  özünü  siyasi  manipulyasiyalarda,  siyasi 
oyunlarda,  birtərəfli  qaydada  ayrı-ayrı  tərəflərin  maraqlarına  xidmət  etməkdə   
yox,  əsasən  pozitiv  və  universal    xeyirli  məqsədlərə  xidmət  etməsində  
göstərir. Dərin mahiyyət və xeyirli, faydalı  nəticələr, xidmətlər məhz siyasətin 
pozitiv  fəlsəfəsini  (dəyərlərinin  geniş  mahiyyətini)    meydana  gətirir.  Hər  bir 
hadisə  özündə  faydalı  siyasi  nəticələri  doğurursa,  onda  bu  hadisə  pozitiv 
hadisə adlanır.  Siyasətin fəlsəfəsi onu törədənlərin, həyata keçirənlərin maraq 
və  məqsədlərindən  də  asılıdır.  Siyasi  iddiaların  kəmiyyəti  mövcuddur.  Bu 
kəmiyyət  artdıqca  fəlsəfə  də,  düşüncələr  də  artır.      Siyasi  proseslərin 
şə
rtləndirici təsirlərinin böyük olması təbii ki, onun mənasını da genişləndirir. 
Məna  genişliyi  tərkibin  elementlərlə  geniş  olmasından  irəli  gəlir.  Elementlər 
çox olanda  məna da öz əhatəsini böyüdür. Məkanda iştirak edən elementlərin 
sayı  artanda  maraqlar  da  genişlənir.  Bu  anda  siyasət  sferası  da  böyüyür.  
Siyasətin  fəlsəfəsi  dövlət  hakimiyyətinin  xalqa  xidmətlərində  büruzə    verir. 
Yaxşılıq  etmək,  bu  baxımdan  maraqları  təmin  etmək,  qorumaq  düşüncələri 
fəlsəfənin əsas funksiyasına aid edilir. Siyasət oyunlarda yox, məhz öz qədim 
və  klassik  nəzəri  mənasında  (yəni  hər  kəs  üçün  faydalı  olan  siyasət 
hadisələrinin baş verməsi)  fəlsəfəsini təsdiq etdirmiş olur. Dövlət hakimiyyəti 


28 
 
ilə  vətəndaşlar  arasında  olan  rəvan  əlaqələrə,  sabit  cəmiyyətə,  sülh  və 
firavanlığa  xidmət  edən  siyasi  fəaliyyət  daha  çox  fəlsəfi  olur.  Siyasət 
addımlardan,  aktlardan  ibarətdir.  Bu  baxımdan  da  reallığa  söykənir.  Real 
siyasətin  ideal  mahiyyəti  onun  fəlsəfi  mənasını  daha  çox    aşkar  edir.  Burada 
etik  normalar,  estetik  hərəkətlər  (sistemli  və  nizamlı  hərəkətlər)  və  nizamlı 
proseslər siyasətin fəlsəfəsini daha çox çalarlı edir.   
Hər bir hadisə özündə bir mahiyyəti daşıyır. Mahiyyət siqnalların və ona 
olan  reaksiyaların  əsaslarını  təşkil  edir.  Siyasətin  fəlsəfəsi  dedikdə,  həm  də  
siyasətin  forma  və  məzmununu  özündə  əks  etdirən  bir  mahiyyət  başa 
düşülməlidir. Hər bir məkanda elementlərin toplaşması siyasətin həmin məkan 
üzrə formasını meydana gətirir.  Siyasətin fəlsəfəsi siyasəti həyata keçirənlərin 
fəaliyyətlərinin  məzmunlarından  irəli  gəlir.  Burada  siyasətin  xarakterini  onu 
icra edənlərin xarakteri də meydana gətirir. Bu baxımdan da qəbul etmək olar 
ki, dövlətin və hakimiyyətin xarakteri xalqın mental dəyərlərinə uyğun olaraq 
formalaşır.  Çünki  onu  həyata  keçirənlər  məhz  xalqın  özünün  nümayəndələri 
olur. Siyasətin xarakterinə eləcə də dövlətin beynəlxalq münasibətləri, dövlətin 
geosiyasətinə  təsir  edən  vasitələr  və  istiqamətlər  də  təsir  edir.    Burada 
beynəlxalq siyasətinn xarakteri önəmli rol oynamış olur.  
Məqsədli, düşünülmüş və hər kəsə lazım olan siyasət, hamıya fayda verən 
siyasət    özündə  pozitiv  fəlsəfənin  çalarlarını  əks  etdirir.    Siyasətin  fəlsəfəsi 
siyasətin    maraqlarından  və  məzmunundan,  siyasətin  pozitiv  xidmətlərindən 
meydana  gəlir.  Siyasətin  yüksək  amallara  xidmət  etməsi  onun  fəlsəfi 
mahiyyətini  özündə  əks  etdirir.  Siyasətin  fəlsəfəsi  hadisələrin  formalarında, 
məkanların 
xassələrində, 
qanunauyğunluğun 
ə
saslarında, 
elementlərin 
xarakterində və  subyektlərdə özünü büruzə verir.  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin