Elşən Misir oğlu Nəsibov


Dövlət  forma  etibarilə    konstruktiv  bir  modeldir



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə19/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   15   16   17   18   19   20   21   22   ...   140
Azf-286777

Dövlət  forma  etibarilə    konstruktiv  bir  modeldir.
  Burada  strukturlar 
cəmindən konstruksiyalar yaranır.  
Dövlət  insanların  sosial    dayaq  elementidir.  Sosial  maraqlar  hüquq 
normaları ilə təmin edilir. Dövlət cəmiyyət üçün hüquq normalarını qəbul edir.  
Dövlət  özündə  bu  dayağı  yaratmaq  üçün  kifayət  qədər  element  cəmləşdirir. 
Dövlət  resurslar  əldə  etmək  və  resursların  dövriyyəsini  təmin  etmək,  əhaliyə 
çatdırmaq  məqsədilə  tənzimləmə  siyasətini  həyata  keçirir.    Dövlət  forma 
baxımından  mərkəzəqaçma  və  mərkəzdənqaçma  ilə  xarakterizə  olunan, 
siyasətini  mərkəzlərə  cəmləşdirən  və  ətraflara  şaxələndirən    bir  kompleksdir. 
Bu  kompleks  daxilində  və  sərhədlərdə  proseslər  istiqamətlər  üzrə  yaranır  və 
istiqamətlər  və  istiqamətləri  əks  etdirən  xətlər      şəbəkələri  yaradır.  Bu 
baxımdan  da  dövlət  subyektlərdən  və  onların  fəaliyyətini  əks  etdirən 
şə
bəkələrdən-strukturlardan, infrastrukturlardan ibarətdir. Hər bir qurum da öz 
fəaliyyətində  fəlsəfi  məzmunludur.  Qurumun  fəlsəfi  məzmunu  dövlətin 
ümumfəlsəfi  mahiyyətini  aşkar  edir.      Dövlət  siyasətinin  fəlsəfi  mahiyyəti 
nəzəri  və  təcrübi  yollarda  əks  olunur.      Dövlət  fenomeninə,  dövlət  formasına  
fəlsəfi  düşüncələrdə    iki  aspektdən  yanaşmaq  lazımdır:  birincisi,    dövlət  ali 
formadır,  kompozisiyadır,  özündə  insanların  ali  maraqlarını    formalaşdırır. 
Ə
sas təyinatını, obyektini insanların ali maraqlarına yönəldir. İnsanlar  kimi ali 
məxluqların  ünsiyyət  və  əlaqə  məkanlarıdır.  İnsana  ali  dəyər  verən,  insanlığı 
qoruyan  vasitədir.  Dövlət  həm  vasitə,  həm  tərəf,  həm  subyekt,  həm  də 
obyektdir.  Dövlət  insan  fenomeninin  ali  dəyərlərini  özündə  qoruyur.  İnsan 
mədəniyyətinin  (quruculuğunun  və  yaradıcılığının)  məskənidir,  məkanıdır. 
Dövlət bu yöndə ali mədəniyyət ünsürüdür.  İnsan mədəni olanda, yəni qurucu 


15 
 
və yaradıcı olanda, əxlaq normalarına əməl edəndə bir varlıq kimi  ali məzmun 
kəsb  edir,  fəaliyyəti  dövləti  də  tərəf  kimi  dərin  məzmuna  çevirir;  ikincisi, 
dövlət insan üçündür və bu baxımdan da  insandan ali ola bilməz. Xidmətləri 
insan maraqlarına yönəlir. Bu aspektdə sadəcə olaraq bir vasitədir. Dövlətin ali 
dəyəri  insanın  ali  dəyəri  ilə  meydana  gəlir.  Dövlət  insan  dəyərlərini  qoruyan 
tərəf rolunda çıxış edir. Dövlət cəmiyyətdə tələblərə olan  cavabları verməklə, 
tələbatları  ödəməklə    məşğuldur.  Dövlət  tələbatların  ödənilməsində  həm 
iştirakçıdır,  həm  də  kənardan  nəzarətçidir  və  müşahidəçidir.    Dövlət  ali 
vasitədir,  çünki  maraqların  məcmusuna    malikdir,  dövlət  sadə  və  ali  olmayan 
vasitədir,  çünki  maraqların  yerinə  yetirilməsi  ilə  məşğuldur.  Ali  məxluq  olan 
insanların  yaradıcılıq  və quruculuq  məskənləridir. Dövlətin  makro  forması  və 
ali məzmunu insan düşüncələrində onun dəyərlərini artırır. Fəlsəfə dövlətə ali 
bucaqdan  yanaşma edir. Çünki dövlət  tərkiblərdən ibarətdir. Dövlət hər  halda 
makro  güc  tərəfidir,  potensial  mənbədir,  bu  baxımdan  da  ali  bir  dəyərdir. 
Dövlət  mənbə  rolunu  da  oynayır.  Məsələn,  dövlətin  maliyyə  fondları,  digər 
resurslar  ehtiyatları  müəyyən  təbii  fəlakətlər  zamanı  və  ehtiyaclar  yarandıqda 
insanların  tələbatlarını  ödəmək  funksiyasını  yerinə  yetirir.  Dövlət  arxa  və 
ehtiyat  fondudur.    Dövlət  nizamlayıcı  və  maraqları  istiqamətləndirici  tərəfdir. 
Bu  aspektdə  dövlətin  idarəetmə  funksiyası  vardır.  Dövlətin  idarəetmə  və 
tənzimləmə  funksiyası  onu  ali  dəyərli  mövcudluğa  çevirir.  Dövlət  insanları 
qoruyan tərəf olduğundan dəyərli vasitədir. Dövlət resursları insanlar arasında 
böldüyündən  və  maraqları  tarazlı  olaraq  təmin  etdiyindən  ali  dəyərli  tərəfdir, 
vasitədir.  Dövlət  insan  maraqlarını  məkanda  və  zamanda  dəyişən  bir  tərəfdir.  
Dövlət idarəetmə tərəfi olduğundan da alidir.  İdarəçilik proseslərində dövlətin 
mahiyyəti  də  böyüyür,  mənaları  genişlənir.  İdarəçilik  məfkurəsi  dövlətin 
pozitiv bir qurum olmasını və pozitiv aktlar həyata keçirməsini özündə ehtiva 
edir.  
Dövlət  fəlsəfəsi  həm  də  dövlətçilik  düşüncələrini  əhatə  edir.  Beləki, 
insanlar yalnız dövlətlər daxilində öz xoşbəxtliklərini təmin etmək iqtidarında 
olurlar.  İnsanlar  lazımi  resursları  dövlətlərindən  əldə  edirlər.  Dövlət 
cəmiyyətdaxili  qurumlar  arasında  əlaqələri  tənzimləyir.    Dövlət  istehsala, 
istehlaka  şərait  yaradır.  Vəsaitlər  də  insan  maraqlarının  təmin  olunmasını 
hədəf  kimi  müəyyən  edir.      Dövlətçilik  fəlsəfəsi  dövlətə  xidmətləri  və 
dövlətdən faydalanmaları əks etdirən baxışları  özündə tamamlayır. Dövlətçilik 
fəlsəfi  təfəkkürü  insan  və  rahat  həyat  şəraiti  fəlsəfi  təfəkkürünü  özündə 
cəmləşdirir.    İnsanlar  öz  pozitiv  əməlləri  ilə  onların  maraqlarını  təmin  edən 
tərəfi,  yəni  dövləti  qoruyurlar.  Öz  quruculuq  və  yaradıcılıq  məhsulları  ilə 
dövləti  zənginləşdirirlər.  Dövlətçilik  fəlsəfəsi  xidmət  fəlsəfəsinin  əsaslarında 
dayanır.  Dövlət-insan,  insan-dövlət  kompozisiyası  bu  baxışlarda  əks  olunur. 
Dövlətçilik fəlsəfi düşüncələri özündə mühafizəkarlıqla liberallığı cəmləşdirən 
bir  düşüncədir.  Dövlətçilik  fəlsəfəsinin  əsasında  xalqın  və  insanların  milli 
mədəniyyət  amilləri  də  dayanır.  Bu  həm  də  özündə  hakimiyyət  fəlsəfi 
baxışlarını cəmləşdirir. 


16 
 
Dövlət  insanların  təbii  hüquqlarını  müəyyən  edir.  İnsanların  fəaliyyət 
nəticələrinə  münasib  olan  resurslara  münasibətdə    paylarını  müəyyənləşdirir. 
Dövlət insanların resurs əldə etmələrinin əsaslarını formalaşdırır. Resurs-insan; 
insan-resurs əlaqələrinin tənasüblüyünü müəyyən edir. Bu baxımdan da dövlət 
norma  müəyyənedici  tərəf  rolunu  oynayır.  Dövlət  hüquq  normaları  ilə 
sərhədlər    hədlər,  ölçülər  müəyyən  edən  tərəf  kimi  əhəmiyyətə  malik  olur. 
Dövlət müdafiəedici, təminedici, qoruyucu, fəaliyyəti genişləndirici, məkanları 
böyüdücü  və  məkanları  çoxaldıcı,  artırıcı  rol  oynayır.  Məsələn,  insanların 
hüquqlarını  müəyyə  etməklə,  onların  sistemlərdə  olan  məkanlarını  da 
müəyyənləşdirir. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin