230
günəbaxan cinsinin 50-yə qədər yabanı növü yayılmıĢdır.
Günəbaxan
növləri yem, qida, yağ, müalicə və bəzək təbiətli bitki hesab edilir.
Azərbaycanda 2 növü mədəni halda əkilib-becərilir. Güclü kök sısteminə malik birillik ot
bitkisidir.
Vegetasiya dövrünün sonunda bitkinin gövdəsi iriləĢir və oduncaqlaĢır, içərisi məsaməli
parenxim hüceyrələri ilə dolur. Gövdə xaricdən cod tüklərlə əhatə olunmuĢdur.
Sortundan asılı olaraq, hiindürliiyü 0,7-3,3 metrə çatır. Kökü saçaqlıdır, güclü inkiĢaf edib
2,5 metrə qədər torpağın dərinliyinə iĢləyir. Gövdə üzərində 4-5 yarpaq əmələ gələn zaman onun
kökü yerin 50-60 sm dərinliyində olur. Çiçək açan dövrdə kök öz inkiĢafının maksimum həddinə
çatır. Yarpaqları çox iri, tüklüdür, diametri 10-40 sm olur. Yarpaq saplağının uzunluğu 30-60 sm
olub, xaricdən cod tüklərlə örtülmüĢdür. CodlaĢmıĢ tüklər yarpaq ayasında isti vaxtlarda bitkidən
suyun kəskin dərəcədə buxarlanmasının qarĢısını alır. Çiçəkləri hamaĢ formalı səbətdir. Yağ verən
sortlarında yalnız bir çiçək səbəti olduğu halda, yabanı və mədəni növ və sortlarında isə gövdə
üzərində bir neçə budaq və səbət əmələ gəlir. Ġri səbətinin üzərində sıra ilə iki cərgədə çiçəklər
düzülmüĢ halda olur. Bunlardan birincisi dil Ģəkilli, meyvə əmələ gətirməyən parlaq-sarı rəngdə
olub, həĢəratları özünə cəlbetmə funksiyasını yerinə yetirir. Bütün səbətin içərisi boruĢəkilli
çiçəklərlə əhatə olunub, meyvə verəndir. Ekoloji Ģəraitdən, sortun inkiĢafından asılı olaraq,
boruĢəkilli çiçəklərin sayı müxtəlif dir. Günəbaxan bitkisinin inkiĢafının birinci fazasında onun
gövdəsinin üzərində 5-7 həqiqi yarpaq əmələ gəlir. YaxĢı ĢumlanmıĢ, alaq otlarından təmizlənmiĢ,
gübrələnmiĢ və yaxĢı aqrotexniki qulluq edilmiĢ sahələrdə bitki yaxĢı inkiĢaf edib, iri səbət və çoxlu
miqdarda boruĢəkilli çiçəklər əmələ gətirir. Bu boruĢəkilli çiçəklərin sayı 1000-1200-ə çatır.
ƏlveriĢsiz torpaq Ģəraitində günəbaxan özünü pis hiss edir, səbəti kiçik, boru çiçəklərinin sayı az
olur və məhsuldarliğı xeyli aĢağı düĢür. Günəbaxan toxumcuğunun içərisində toxumu (nüvəsi) olur.
1000 ədəd toxumunun çəkisi 40-170 q olur. Meyvəsinin örtüyü isə qabıq adlanır. Qabığın yuxarı
hissəsi epidermislə örtülü, müxtəlif rəngdə olur.
Günəbaxan çox qəribə bitkidir. Amerikada yabanı halda alaq otu kimi yayılmıĢdır. Avropa
ölkələrinə gətirildikdən sonra, o bu ölkələrin park, bağ və bağçalarının gözəl və yaraĢıqlı bəzək
bitkisinə çevrilmiĢdir.
Ġnsanlar bitkinin meyvəsini qida kimi istifadə etdikdən sonra tərkibində yağ maddəsinin
olduğunu baĢa düĢmüĢlər. Bundan sonra ondan bəzək bitkisi kimi istifadə etməklə yanaĢı, yağverən
bitki kimi geniĢ sahələrdə əkib-becərməyə baĢlamıĢlar. Əldə olunan toxum məhsulundan isə
yüksək keyflyyətli yağ almıĢlar.
Günəbaxan toxumlarından alınan yağ baĢqa bitki yağlarından qidalılıq və həzmolunma
keyfiyyətlərinə görə fərqlənir; bir çox yeyinti məhsullarının: marqarin, mayonez, qənnadı və s.
hazırlanmasında istifadə edilir. Qabığı təmizlənmiĢ toxumlarından isə halva, kozinaki və s. Ģirniyyat
növləri hazırlamr.
Dərman məqsədilə günəbaxanın yarpaqlarından, yağından, çiçəklərindən və meyvələrindən
istifadə edilir. Meyvələrinin tərkibində 35%-ə qədər piyli yağ, 14-16% zülal maddələri, fıtin,
xlorogen turĢusu, az miqdarda aĢı maddələri, üzvi turĢular və s. yarpaqlarında isə 11 mq%-ə qədər
karotin aĢkar edilmiĢdir. Dilcikvari sarı çiçəklərində acı maddələr, betain, xolin, karotin,
antosianidlər və s. aĢkar edilmiĢdir.
Günəbaxan yağı skleroza qarĢı istifadə edilən menetolun tərkibinə daxildir.
Çiçəklərindən və yarpaqlarından hazırlanmıĢ tinktura xalq təbabətində iĢtahartırıcı və
mədənin həzm fəaliyyətini qüvvətləndirici dərman kimi, çiçəklərindən alınan sarı rəngli karotinoid
yeyinti sənayesində boyayıcı kimi istifadə edilir.
Günəbaxandan hazırlanmıĢ jmıx iribuynuzlu mal-qara və donuzlar üçün qiymətli konsentrat
yem kimi istifadə edilir. Gövdə, səbət, püfə, qabıq, hissələri qiymətli xammal olub, potaĢ furfurol
(zəhərli həĢəratı qırmaq üçün maye), plastik kütlə, sınmayan ĢüĢə və s. hazırlanmasında istifadə
edilir.
Günəbaxan çiçəkləri yaxĢı nektar verdiyindən bir hektar günəbaxan əkilən sahədən 30-40 kq
bal əldə edilir.
Günəbaxanın vətəni ġimali Amerika qitəsinin cənub-qərb hissəsi hesab edilir. Onun bu
231
ərazilərdə 10-a yaxın yabanı növü yayılmıĢdır. Yabanı növlər bu ərazilərdə geniĢ cəngəlliklər təĢkil
edirlər. Bunların içərisində gövdəsi budaqlanan kol formalı növlərinə də tez-tez rast gəlmək olur.
Belə güman edilir ki, guya ilk dəfə mədəni günəbaxanı hindular əkib-becərmiĢlər. Bu fikri bir çox
alimlər inkar edirlər. Avropaya günəbaxanı ilk dəfə XVI əsrdə ispanlar gətirmiĢlər. Həmin
günəbaxanlar indiki günəbaxanlardan fərqli idi; ilk günəbaxan növünün iri, güclü 0,5 metr diametri
olan gövdəsi və nəhəng səbəti varmıĢ. Avropa ölkələrində əkilən bitkinin hündürlüyü 2-3 metr
olmuĢ, yuxarı hissədən budaqlanan, hər budağın üzərində isə diametri 2-3 sm olan çiçək səbətciyi
varmıĢ. Çiçəklənməsi payızın axırlarına qədər davam edir və xırda toxumlar əmələ gətirir.
1810-cu ildə birinci dəfə xaricdən gətirilərək Madrid Botanika bağına əkilmiĢdir. Sonralar
günəbaxanı bir bəzək bitkisi kimi Portuqaliya, Fransa, Ġtaliya və bir sıra Avropa ölkələrində əkib-
becərmiĢlər. Həvəskar bağbanlar günəbaxanın daha gözəl, gözoxĢayan sortlarını yaradıb, bəzək
məqsədləri üçün park və bağçaları bəzəyirmiĢlər. Bu dövrlərdə onun sədbək, çoxləçəkli,
yarımləçəkli, georgin, xrizantema kimi formaları yaradılmıĢdı. Bu yeni yaradılan sortların
çiçəklərinin rəngi ağımtıl, qırmızı, albalı-qırmızı və s. rəngdə olur. O vaxtlar bu yeni sortları «Peru
xrizanteması», «Amerika xrizanteması», «Hind qızılçiçəyi», «Meksika ğunəĢ çiçəyi» və s.
adlandırırdılar.
Birinci dəfə günəbaxanın bioloji təsvirini 1568-ci ildə Hollandiya alimi Rembert Dedoneus
(1517-1585) vermiĢdir. 8 ildən sonra botanik Matpas Lobelius (1538-1616) buna latınca ad qoyaraq
bitkini
Heliantus - yəni günəĢ çiçəyi (yunanca
«Helios» günəĢ və «antus» çiçək deməkdir)
adlandırmıĢdır. Sonralar Ġsveç təbiətĢünası K.Linney bu cinsin yanına onun növünü «annus» əlavə
etmiĢdir. Hazırkı botanik termin kimi günəbaxan K.Linney tərəfindən verilmiĢ adla, yəni
Dostları ilə paylaş: