109
maddələr, 1,0-1,7% pektin, 1,0-1,6% sellüloza, 0,16-0,25% aĢı maddəsi, 50-80 mq C vitamini,
karotin, alma, salisil, fol turĢuları, pelarqonidin 3-qalaktozid, pelarqonidin 3-qlükozid, sianidin 3-
qalaktozid antosian birləĢmələri və s. aĢkar edilmiĢdir. Yarpaqlarıının tərkibində 280 mq% C
vitamini, karotin, fraqarin qlükozidi, kversetin 3-qlükozid, leykoantosian, katexin, üzvi turĢulardan
fumar, qlükuron, xlorgen, malon, salisil və korit turĢuları, alkaloid izləri tapılmıĢdır. Yarpaqlarnın
tərkibindən isə 8,12% kül maddəsi, mq/q-la 21,90 - K, 14,70 - Ca, 4,50 - Mg, 0,60 - Fe
makroelementləri, mq/q%-lə 0,22 - Ca,
0,84 - Cu, 0,90 - Zn, 0,22 - Mn, 1,28 - Mo, 0,30 - Cr,
0,29 - Al, 0,8l - Ba, 0,09 - V, 11,00 - Se, 0,18 - Nr, 0,73 - Mr, 0,25 - Pb, 0,09 - I, 78,30 - Br, 143,20
- B mikroelementləri aĢkar edilmiĢdir. Bundan əlavə meyvənin tərkibindən insan
orqanizmi üçün ən
mühüm maddələrdən biri olan dəmir də tapılmıĢdır. Çiyələk meyvəsi təzə halda yeyilməkdən baĢqa,
bundan yüksək keyfiyyətli mürəbbə, cem, marmelad, dondurma, konfet içi, Ģirə, çaxır, boyaq və s.
hazırlamaq üçün istifadə edilir. Təzə meyvəni Ģərbətin içində dondurub saxlayanda keyfiyyətini
itirmədən uzun müddət qalır.
Çiyələkdən müalicə məqsədləri üçün hələ XIII əsrdə istifadə olunmağa baĢlanmıĢdır.
Dərman bitkilərindən bəhs edən qədim bir kitabda yazılmıĢdır: «Çiyələyin giləmeyvəsinin müalicə
üsulları ilə hazırlanan suyunun səhər və axĢam içdikdə bəlğəmin və bir sıra qarıĢıqların
orqanizmdən
kənar
edilməsində,
tənəffüs
yollarının
yaxĢılaĢdırılmasında,
ürəyin
möhkəmləndirilməsində, orqanizmin müqavimətinin artırılmasında, böyrək və öd daĢlarının
əridilməsində böyük rol oynayır».
Elmi təbabətdə çiyələk indi də öz əhəmiyyətini itirməmiĢdir. Belə ki, onun yarpaqlarından
hipertoniya və aterosklerozun, mədə və onikibarmaq bağırsaq yaralarının, qəbizliyin, artritin, duz
mübadiləsi pozuntularının müalicəsində, həmçinin zəif sidikqovrcu kimi böyrək daĢlarının
əridilməsində, vitamin çatıĢmazlığında, soyuqdəymədə, uĢaqlıq yolları qanaxmalarında iĢlədilir.
K.Linney çiyələyi «Allahın hədiyyəsi» adlandırmıĢdır. Çünki bu giləmeyvə K.Linneyin
oynaq və toxumalarında yaranan kəskin xəstəliyi müalicə etmiĢdir. Bu kiçik meyvənin müalicəvi
qüdrətinə bir çox Ģair və yazıçılar heyran qalaraq öz ürək sözlərini Ģer və nəsr əsərlərində
bildirmiĢlər. Yazıçı Vladimir Soloxin qeyd edirdi ki, meĢədə bitən giləmeyvələrin içərisində ən
əvvəl çiyələyi qorumaq lazımdır, çünki, o bütün giləmeyvələrdən ətirlidir. Keyfiyyətinə, ətrinə və
Ģirinliyinə görə ona heç bir meyvə çata bilməz, hədər yerə demirlər ki, «hansı evdə çiyələk varsa, o
evdə həkimə ehtiyac olmaz».
Meyvəsi təzə halda vitamin mənbəyi olub, avitaminozda, piylənmə və mineral
pozuntularında, öd kisəsi və böyrəklərdə olan daĢların əridilməsində, qanazlığında, aterosklerozda
geniĢ istifadə edilir. Yarpaq və meyvəsindən alınan cövhərlər sidikqövucu vasitə kimi, həm də
babasil, raxit, sarılıq və s. xəstəliklərdə iĢlədilir. Hər gün 4-5 ədəd təzə çiyələk yedikdə Ģəkər aĢağı
düĢür. Hələ çox qədim dövrlərdən çiyələyin meyvəsindən kosmetikada geniĢ istifadə edilirdi. Qızlar
və qadınlar yatmazdan qabaq çiyələyi əzib, tənzifdən keçirib alınan sıyıqdan üzlərinə yaxıb 15-20
dəqiqə saxladıqdan sonra, südlə yuyub təmizləyirlər. Yağlı dərilərdə çiyələyin sıyığına yumurta
sarısı qarıĢdırıb sürtmək məsləhət görüldüyü halda, quru dərilərdə meyvə sıyığına bir çay qaĢığl
badam yağı, qaymaq və niĢasta qatmaq məsləhət görülür.
Müasir kosmetikada və dermatologiyada çiyələyin meyvə və yarpağına tez-tez müraciət
edilir. Çiyələkdən hazırlanan sıyıqların köməyi ilə dəridə əmələ gələn çillər, civzə, sızanaq və
piqment ləkələrini müailcə edirlər. Meyvəsindən hazırlanan suyundan isə hər
cür üz dərisində
istifadə etmək olar. Gündə bir dəfə çiyələk suyu ilə sifətinizi silib, 10 dəqiqədən sonra ilıq
su ilə
yusanız, sifətiniz xoĢətirli və təravətli olar. Unutmaq olmaz ki, bəzi çiyələk sortları allergiya, səpgi
və qaĢınma əmələ gətirir.
Buna baxmayaraq, həmin xəstəlikləri elə çiyələyin özündən hazırlanan
yaxmalarla müalicə edirlər. Fransa, Bolqarıstan, Çexiya, Avstraliya, PolĢa və s. ölkələr kosmetik
vasitələrin hazırlanmasında çiyələkdən daha çox istifadə edirlər. Bu
bitki torpağa az tələbkar olub,
istənilən torpaq və iqlim Ģəraitinə uyğunlaĢır, yaxĢı inkiĢaf edib, bol məhsul verir. Bu bitkiyə
Rusiyanın Ģimalından tutmuĢ cənub zonalarına qədər hər yerdə rast gəlmək olar.
Bitkinin müsbət cəhətlərindən biri də əkildikdən bir il sonra məhsula düĢməsi və hər il bar
verməsidir. Çiyələk bitkisinə edilən aqrotexniki qulluq iĢləri sadədir. Bitkinin inkiĢafı üçün çəkilən
xərc özünü qat-qat doğruldur. Çiyələyin sortundan və ona edilən qulluqdan asılı olaraq bir
110
hektardan 70-100 sentnerə qədər məhsul toplamaq olar.
Göstərilən xüsusiyyətlər çiyələk bitkisinin geniĢ artırılmasına maraq yaradır. Bunu nəinki
böyük sahələrdə və Ģəhərətrafı təsərrüfatlarda, hətta dibçəkdə belə əkib bol məhsul almaq olar.
Çiyələk Azərbaycanın Quba-Xaçmaz, Lənkəran, Astara, ġəki, Zaqatala, Qarabağ, AbĢeron və s.
bölgələrində becərilir.
Çiyələk bitkisinin nazik, saçaqlı kökləri torpaq altında 50-60 sm sahəni əhatə edir. Çox
dərinə və uzaqlara yayılmır, qısa kökümsov gövdələri üzərindən çıxan uzun və saplaqlı üçhaça
yarpaqları vardır. Vegetasiya dövründə kökümsov gövdənin yuxarı yan tumurcuqlarından çıxıb yerə
sərilən nazik zoğ (bığ) üzərində olan buğumlardan tumurcuq əmələ gəlir. Tumurcuqlar inkiĢaf edir,
yarpaqlanır, kök ataraq yeni bitki əmələ gətirir. Bir koldan ildə 15-20 ədəd cavan bitki əmələ gəlir.
Yarpaqların ömrü 60-70 günə qədər olur, sonra köhnə yarpaqları yeniləri əvəz edir. QıĢda
yarpaqları yaĢıl olur, yazda yeni yarpaqlar çıxandan sonra köhnələr quruyur. Sortundan asılı olaraq
yarpağının sayı 18 ədəddən 120-yə qədər ola bilər. Kökümsov gövdədən, zoğ və yarpaqdan baĢqa
çiyələyin çiçək zoğu da çıxır ki, bu da sortun xüsusiyyətlərinə görə müxtəlif
uzunluqda və miqdarda
olur. Meyvələrin yetiĢmə müddətinə görə çiyələk sortları tez, orta və gecyetiĢən olur. TezyetiĢən
sortlar martın əvvəlində, orta yetiĢənlər 4-6 gün sonra, gecyetiĢənlər isə 8-10 gün fərqlə çiçəkləyir.
Çiçəkaçma dövrü sortların bioloji xüsusiyyətlərindən, habelə iqlim Ģəraitindən asılı olaraq 22
gündən 30 günə qədər uzanır.
Dostları ilə paylaş: