Elmi işçisi Qurbanova



Yüklə 50.53 Kb.
Pdf просмотр
tarix21.05.2017
ölçüsü50.53 Kb.

AMEA  Zoologiya  İnstitutunun  Protistologiya  laboratoriyasm ın  kiçik 

elmi 

işçisi 

Qurbanova 

Türkan 

Firudin 

qızının 

“Urbanlaşmış 

ekosistem lərdə  insanın  opportunistik  xəstəliklərinin  törədiciləri  olan 

koksidilərin 

(Apicomplexa,  Coccidia)

  yayılm asında  gəm iricilərin  rolu” 

mövzusu,  2429.01-  “Parazitologiya”  ixtisasında  biologiya  üzrə  fəlsəfə 

doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  etdiyi  dissertasiya  işinə 

rəsmi  opponentin

RƏYİ

Türkan  Firudin  qızı  Qurbanova  tərəfındən  müdafıəyə  təqdim  edilmiş 

dissertasiya  işi  aktual  olm aqla  yanaşı,  yalnız  parazitoloji  tədqiqatlar  üçün  deyil, 

həmçinin  də  ümumi  biologiya  sahəsi  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Dissertasiya 

mövzusunun təhlili  yüksək professional  səviyyədə  aparılmışdır.

Təqdim  edilm iş  elmi  işin  məqsədi,  urbanlaşmış  ekosistemlərdə  opportunistik 

infeksiyaların  törədiciləri  olan  kriptosporidilərin  yayılm asında  gəmiricilərin  rolunu 

müəyyən  etməkdən  ibarət  idi.  Dissertasiya  işinin  məqsədi  ilə  tanış  olduqda  belə  bir 

sual  ortaya  çıxır:  tədqiqatın  aparılması  üçün  niyə  m əhz  urbanlaşmış  ekosistem 

seçilmişdir?  Bu  sualın  cavabı  m üəllif tərəfındən  dissertasiya  işinin  Giriş  hissəsində 

geniş  şəkildə  işiqlandırılmışdır.  M əlumdur ki,  hal-hazırda  insan Y er Kürəsinin  demək 

olar  ki,  bütün  ekosistem lərini  dəyişmişdir.  Antropogen  təsir  dəfələrlə  artdığından 

insanların  normal  həyat  fəaliyyəti  üçün  ətraf  mühitin  monitorinqi,  xüsusi  ilə  su 

mənbələrinin  və  qida  məhsullarının  m üxtəlif  parazitlərlə  yoluxm asının  öyrənilməsi 

mühüm  məsələyə  çevrilmişdir.  Mövcud  tarazlığın  pozulm ası  nəticəsində  yalnız 

insanların sağlamlığı  deyil,  o  cümlədən həyatı  da təhlükə  altına düşür.

İnsanların  təbii  mühitə  təsiri  əsasən  şəhər  və  onun  ətrafında  daha  çox  hiss 

olunur.  Digər  iri  şəhərlər  kimi  Bakı  və  onun  ətrafında  nisbətən  kiçik  ərazilərdə 

insanların  sıxlığı  artm aqda  davam  edir.  Bundan  başqa  şəhər  və  kəndlərin  əhalisi 

arasında  m iqrasiya  prossesi  də  çoxalmışdır.  Ev  heyvanlarının  saxlanılması  zamanı 

sanitar-gigiyenik  norm alara  riayət  olunmur.  Əvvəllər  insanın  yaşayış  mühiti  ilə


təmasda  olmayan  vəhşı  heyvanlar,  quşlar  və  gəm iricilər  indi  evlərin  ətrafında  və 

şəhər  zibilliklərində  qidalanırlar.  Bu  zaman  istər  xarici  (ektoparazitlər),  istərsə  də 

daxili  (endoparazitlər)  parazitlərin  intensiv  mübadiləsi  baş  verir  ki,  onların  arasında 

zoonoz  təbiətə  m alik  olan  növlər  də  vardır.  K riptosporidilər  məhz  belə  parazitlər 

sırasına  daxil  olub,  insan  immunçatışmazlıq  virusu  ilə  (İİV)  assosiasiya  olunmuş 

patogenlərdir.

T.F.Qurbanovanın 

qeyd 


etdiyi 

kimi, 


gəm iricilər 

virus 


və 

bakterial 

infeksiyaların  rezervuarları  və  daşıyıcıları  kimi  mühüm  əhəm iyyət  kəsb  edirlər. 

Lakin  onların  protozoozların,  xüsusən  kriptosporidiozların  yayılmasında  rolu 

öyrənilməmişdir.  Bu  sahədə yaranan  boşluq  m üəllif tərəfındən  aradan  qaldırılmışdir.

M üəllif  tərəfındən  müdafıəyə  təqdim  edilmiş  əsas  m üddəalar  ekoloji  və 

faunustik  istiqamətlərə  uyğun  gəlir.  Belə  ki,  müddəaların  1  və  4  bəndləri  ekoloji 

aspektə  aid  olub,  gəmiricilərin  ilin  fəsillərindən  asılı  olmayaraq  kənd-təsərrüfatı 

heyvanları  və  insanlarla  yanaşı  kriptosporidilərin  təbiətdə  dövriyyəsində  iştirak 

etdiyini  göstərir.  2  və  3-cü  bəndlər  faunistik  istiqamətə  aid  olub,  qırmızıquyruq  qum 

siçanmm  və  boz  siçovulun  protozoy  patogenlərin  yayılm asında  əsas  rol  oynadığını 

bildirir.

Yaxrıda  deyilənlər  dissertasiyanm  Giriş  hissəsində  verilmiş  məlumatlara 

əsaslanır.  Dissertasiya  işi  Giriş,  5  Fəsil,  Yekun,  6  Nəticə  və  Əməli  təkliflərdən 

ibarətdir.

Fəsil  I -   ədəbiyyat  icmalı  olub  eymerid  koksidilərin  sistematikası,  patogenliyi 

və  yayılması  haqqında  konkret  və  mühüm  olan  məlumatları  əks  etdirir.  Bu  fəsildə 

m üxtəlif  koksidilərin  həyat  tsikillərini  təsvir  edən  şəkillər  və 

Apicomplexa

  tipinin 

təsnifatını  əks  etdirən  original  sxem  verilmişdir.  Bu  fəslin  bir yarımfəsli  gəmiricilərin 

koksidilərinin Azərbaycanda öyrənilmə  dərəcəsinə həsr edilmişdir.



Fəsil  II  -   “Tədqiqatın  material  və  metodikası”  olub,  müəllifın  materialın 

toplanması  üzrə  düzgün  işlənmiş  plana  malik  olduğunu  göstərir.  Bu  fəsildə 

gəmiricilərin yalnız 

Cryptosporidium

  cinsinə aid olan koksidilər  ilə  deyil,  o cümlədən 

koksidilərin  digər  cinsləri  ilə  yoluxma  dərəcəsini  müəyyən  etmək  üçün 

iddiaçı


tərəfmdən  istifadə  edilən  həm  klassik,  həm  də  m olekulyar  metodların  ətraflı  təsviri 

verilir.  Bu  fəsildə  həmçinin  tədqiq  olunan  gəmiricilərin  tutulduğu  yerlərin  və  onların 

həyat tərzinin  xarakteristikası  haqqında məlumatlar da qeyd edilir.

Fəsil  III -  tədqiq  olunan  heyvanların koksidilərlə yoluxm asının  öyrənilməsinin 

nəticələrini  özündə  əks  etdirməklə  dissertasiya  işinin  ən  böyük  fəslidir.  Bu  fəsil  6 

yarımfəsildən  ibarətdir.  Fəsildə  original  şəkillər  və  tədqiqatın  nəticələrini  əks  etdirən 

19  cədvəl  verilmişdir.

1  və  2-ci  yarımfəsillərdə  uyğun  olaraq  koksidilərin 

Cryptosporidium

  və 


Eimeria,

  3-cü  yarımfəsildə  isə 



Isaspora

  və 


Sarcosporidia

  cinslərinə  daxil  olan 

parazitlərin  tədqiqinin  nəticələri  verilir.  Ümumilikdə  urbanlaşmış  ekosistemlərdə  284 

gəmirici  tədqiq  edilm işdir  ki,  onlardan  əsl  sinantroplar  olan  54  boz  siçovul  və  107  ev 

siçanı, 

həmçinin  Azərbaycan  şəraiti  üçün  sinantropluğa  meylli 

olan 

123 


qırmızıquyruq  qum  siçanlarıdır.  Məlum olm uşdur ki,  tədqiq  edilən  gəmiricilərin hər 3 

növü  kriptosporidi  və  eymeriya  oosistları  xaric  edir. 

Bu  zaman  onların 

kriptosporidilər  ilə  yoluxm asınm   intensivliyinin  kifayət  qədər  yüksək  olduğu 

müəyyən  edilib.  Bu  da  gəmiricilərin  təhlükəli  protozoy  patogenlərin  yayılmasında 

olan  rolunun  əhəmiyyətini  bir  daha  sübut  edir.  Gəmiricilərin  eym eriyalarla  yoluxma 

faizi  də  yüksəkdir,  lakin  eymeriyalar  sahibə  dar  spesefıklik  xüsusiyyətinə  malik 

olaraq təhlükə törədə biləcəyi  sahib əhatəsi  daha azdır.

T.F.Qurbanova  gəm iricilərin  kriptosporidilər  ilə  yoluxm asının  tədqiqi  zamanı 

yalnız urbanlaşmış  ekosistem lər  ilə kifayətlənməmişdir.  Bu  fəslin  4-cü yarımfəslində, 

müəllif,  müqayisə  məqsədi  ilə  antropogen  təsirə  az  məruz  qalan  ərazilərindən 

(Xaçmaz  rayonunun  m üxtəlif  meşə  ərazilərindən)  gəm iricilər  dəstəsinin  bəzi 

nümayəndələrinin  koksidilər  ilə  yoluxmasını  da  tədqiq  etmişdir.  3  növə  aid  olan  19 

gəmirici  (tarla  siçanı,  sarıboğaz  siçan,  ictimai  çöl  siçanı)  tədqiq  edilmişdir.  III  Fəslin 

5-ci  yarımfəslində  həmçinin  koksidilərin  digər  endoparazitlər  ilə  assosiativ 

invaziyalarının  nəticələri  də  qeyd  edilir.  Bu  fəsildə  gəm iricilərlə  eyni  yuvalarda 

yaşayan  quşların-oynaq  çaxraxcılların  koksidilər  ilə  yoluxm asm ın  tədqiqinin 

nəticələri  verilm işdir (6-cı  yarımfəsil).

3


M üəllif  tərəfindən  çöl  tədqiqatları  ilin  bütün  fəsillərində  aparılmışdır, 

yoluxmuş  heyvanlar  daxil  olduqları  yaş  qrupuna  və  cinsiyyətinə  görə  təhlil 

edilmişdir.  A şkar  edilmiş  bütün  koksidi  oosistalarının  m orfometrik  göstəriciləri 

diqqətlə tədqiq və təsvir edilib.



Fəsil 

IV- 

“Tədqiq 


edilmiş 

gəmiricilərdə 

aşkarlanmış 

koksidilərin 

xarakteristikası” 

adlanır 


və 

T.F.Qurbanova 

tərəfındən 

sinantrop 

və 

digər 


gəmiricilərdə  aşkarlanmış  koksidilərin  növ  tərkibinin  icmalı  xarakteri  daşıyır.  Bu 

fəsildə 


Cryptosporidium



Eimeria

  və 

Isaspora

  cinslərinə  daxil  olan  koksidilərin 

oosistalarının  morfoloji  xüsusiyyətləri  və  ölçüləri  verilir.  H əmçinin  qırmızıquyruq 

qum  siçanının  qarın  əzələsində  aşkar  edilmiş 



Sarcocystis

  sistalarının  təsviri  də  qeyd 

edilir.  M üəllifın  əldə  etdiyi  nəticələr  ilə  ədəbiyyat  m əlum atlarınm   müqayisəli  təhlil 

edilməsindən  məlum  olur  ki,  T.F.Qurbanova  yüksək  erudisiyaya  malikdir.  O,  yalnız 

müasir ədəbiyyatları  deyil,  həmçinin parazitologiya sahəsində  klassik mənbələr hesab 

edilən  ədəbiyyat  m əlum atlarını  mükəmməl  şəkildə  mənimsəyə  bilib.  Bundan  başqa 

xüsusi 

ilə 


qeyd 

etm ək 


lazimdir 

ki, 


T.F.Qurbanova 

koksidi 


növlərinin 

dəqiqləşdirilməsi  zamanı  müasir tədqiqat metodlarından da istifadə etmişdir.

A zərbaycanda  ilk  dəfə  olaraq  eymeriyaların  bəzi  növlərinin  tədqiqi  zamanı 

molekulyar  metodlardan  istifadə  edilmişdir.  M üəllif 39  qırmızıquyruq  qum  siçanı,  3 

boz  siçovul  və  1  ev  siçanında  aşkar  etdiyi  koksidilərin  NDT-sini  ayırıb,  PZR  aparıb 

və əldə  etdiyi  ardıcıllıqları  sekvenləşdirmə  metodu  ilə oxumuşdur.

Bu  fəsil  taksonom ik  hissə  ilə  tamamlanır.  T.F.Qurbanova  tərəfındən 

Cryptosporidium

  (4  növ), 



Isospora

  (1  növ)  və 



Eimeria

  (6  növ)  cinslərinə  daxil  olan 

koksidilərin  11  növü  ətraflı  şəkildə təsvir edilib. 

Eimeria

  cinsinə  daxil  olan  növlərdən 

başqa  qalan  bütün  növlər  iddiaçı  tərəfmdən  ilk  dəfə  olaraq  qeyd  edilir.  Eymerid 

koksidilərin  3  növü  indiyə  qədər  məlum  olan  heç  bir növ  ilə  uyğun  gəlmir və  m üəllif 

tərəfındən  sonrakı  tədqiqatlar  nəticəsində  yeni  növ  kimi  təsvir  ediləcəyi  ehtimal 

edilir.


Fəsil  V-də  m üəllif  gəmiricilərdə  aşkar  etdiyi  koksidilərin  yayılmasının  ilin 

fəsillərindən,  sahibin  yaşından  və  cinsiyyətindən  asılılığının  təhlilini  aparıb.

4


Dəqiqliklə  qurulmuş  qrafık  və  diaqramlar  müəllifın  gəldiyi  nəticələri  aydın  şəkildə 

əks  etdirir.  Tədqiqat nəticəsində  aydın  olub  ki,  gəm iricilər kənd təsərrüfatı  heyvanları 

və  insanlarla birlikdə kriptosporidilərin təbiətdə  dövriyyəsində  iştirak edir.

“Y ekun” hissədə tədqiqat  işinin ümum iləşdirilmiş nəticələri  göstərilib.

Təqdim  edilmiş  dissertasiya  işi  6  nəticə  ilə  tam amlanır.  Onlar  müəllifın  3  illik 

çöl  və  laboratoriya  tədqiqatları  zamanı  əldə  edilmiş  nəticələrə  əsaslanır  və  tədqiqat 

işini  tam  əhatə edir.

M üəllif  apardığı  elmi  tədqiqatlarına  əsaslanan  baytarlıq  və  sanitar-gigiyenik 

tədbirlərinin profılaktikası  üçün  5  əməli təklif təqdim edib.

Dissertasiya  işinin  əsas  nəticələri  18  elmi  işdə  əks  olunur  ki,  onlardan 

əksəriyyəti  xarici  dildədir və aparıcı  elmi jurnallarda çap  edilmişdir.

Dissertasiya  işinə bəzi  iradlarımız var:

1.  Dissertasiya  işində  m üəllif  protozoy  patogenlər  olan  kriptosporidilərin 

yayılmasında  və  dövriyyəsində  gəmiricilərin  rolunu  sübut  edir.  Lakin  molekulyar- 

genetik  m etodlar  vasitəsi  ilə  kriptosporidilərin  deyil,  insan  üçün  təhlükə  törətməyən 

eymeriyaların tədqiqini  aparır.  Bunun  səbəbi  aydın olm ayaq qalır.

2.  D issertasiya  işində  “anoreksiya”,  “intoksikasiya”,  “ekstrasitoplazmatik”  və 

bu  kimi  term inlər  işlədilsə  də,  onların  açıqlanması  verilmir.  İxtisasçılar  üçün  bu 

terminlərin  hansı  m əna  ifadə  etdiyi  məlum  olsa  da,  dissertasiya  işini  oxuyacaq  qeyri- 

ixtisasçılar  üçün  onlar  başa  düşülməyə  bilər.  M əsələn,  “autoapom orfık  əlamətlər” 

kimi  terminlərin  açıqlanması  mətndə  verilməsə  də,  sətraltı  qeydlərdə  göstərilməsi 

daha yaxşı  olardı.

3.  Tədqiqat  işində  m üəllif  tərəfındən  54  boz  siçovulun  tutularaq  tədqiq 

edildiyi  göstərilir.  Ham ıya  məlum dur  ki,  boz  siçovulları  tutm aq  olduqca  çətin  və 

təhlükəli  bir  işdir.  M üəllif  bu  gəmiricilərin  urbanlaşmış  ərazilərdən  tutulduğu  qeyd 

edir,  lakin,  həmin  ərazilərin,  yəni  yaşayış  məntəqəsi,  zibil  yeşiklərinin  ətrafı,  otlaq 

sahələri və  s.  olduğunun  göstərilməsi  daha yaxşı  olardı.

5


4.  M üəllif  dissertasiya  işində  gəmiricilərdə  koksidilər  ilə  helmintlərin  birgə 

parazitliyi  zamanı  koksidilər  ilə  yoluxmanm  intensivliyinin  azaldığını  göstərir,  lakin 

bunun səbəbinin  izahı tam anlaşılmır.

5.  Dissertasiyanın  yazılışında  21,  70  və  101-ci  səhifələrdə  bəzi  orfoqrafık 

səhvlərə yol verilib.

Göstərilən  iradlar  dissertasiya  işinə  heç  bir  mənfı  təsir  göstərmir  və  təklif 

xarakteri  daşıyır.

Bütün deyilənləri nəzərə alaraq,  belə nəticəyə  gəlmək  olar ki,  dissertasiya  işi  və 

alınmış  nəticələr  çox  mükəmməl  şəkildə  tərtib  olunmuşdur.  Bu  da  gənc  mütəxəssisin 

həm də yaxşı  ixtisasçı  olmasından  irəli  gəlir.

Beləliklə,  “Urbanlaşm ış  ekosistem lərdə  insanın  opportunistik  xəstəliklərinin 

törədiciləri  olan  koksidilərin  (



Apicomplexa,  Coccidia

)  yayılm asında  gəmiricilərin 

rolu”  m övzusunda  yazılm ış  dissertasiya  işinin  nəzəri  və  praktiki  əhəmiyyətinin 

nəzərə  alaraq,  onu  demək  olar ki,  iş  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Ali  Attestasiya  Kom issiyasının  fəlsəfə  doktoru  dissertasiyaları  qarşısında  qoyduğu 

bütün  tələblərə  cavab  verir  və  onun  müəllifı  Türkan  Firudin  qızı  Qurbanovanın 



biologiya üzrə  fəlsəfə doktoru elmi  dərəcəsi  almağa layiq  olduğunu hesab  edirəm.

AMEA  Zoologiya  institutunun

Su  heyvanlarının  parazitləri  laboratoriyasının 

/

baş elmi  işçisi,

Ə.M .Nəsirov

Su 

heyvanlarının  parazitləri 

laboratoriyasının 

baş 

elmi 

işçisi, 

b.ü.e.d. 

Ə.M.Nəsirovun imzasını təsdiq edirəm

AMEA Zoologiya  institutunun 

elmi  katibi,  b.ü.e.d.



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə