Elman tovuz 777 DƏLİR



Yüklə 0.95 Mb.
Pdf просмотр
səhifə1/8
tarix20.06.2017
ölçüsü0.95 Mb.
  1   2   3   4   5   6   7   8

 
 
 
ELMAN 
TOVUZ 
 
777
 
 
DƏLİR 
ÜRƏYİMİ 
DEMƏDİKLƏRİM 
 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
 
 
www.kitabxana.net   
 
 
 
Milli Virtual Kitabxananın Təqdimatında 
 
İstedadlı şairin şeirlərindən ibarət poetik kitabı… 
 
YYSQ - Milli Virtual Kitabxananın 
e-nəşri N 06 (2012) 
 
Virtual Redaktoru  
və e-nəşrə hazırlayanı: 
 
Aydın Xan (Əbilov) - yazar-kulturoloq 
YYSQ - Milli Virtual Kitabxana 
 
 
Bakı - 2012 
 
 
 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 3 -
 
 
ELMAN TOVUZ 
 
 
 
 
 
 
 
 
 
DƏLİR 
ÜRƏYİMİ 
DEMƏDİKLƏRİM 
 
 
 
 
 
 
“Adiloğlu” nəşriyyatı 
 
Bakı 2010 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
 
 
 
 
 
 
 
Elman Tovuz “Dəlir ürəyimi demədiklərim” 
Bakı, “Adiloğlu”, 2010, 200 səh. 
 
 
 
 
 
       “Dəlir  ürəyimi  demədiklərim”  –  istedalı  şair  Elman  Tovuzun 
oxucularla  üçüncü  görüşüdür.  “Hara  gedir  bu  yol  belə?..”,  “Dünya, 
məni  mənə  qaytar”  kitablarında  olduğu  kimi,  bu  kitabda  da  müəllif 
fəlsəfi təfəkkürünə söykənərək, həyata baxışlarını özünəməxsus tərzdə  
ifadə  etmiş,    zəngin  folklorumuzdan  yararlanaraq    bir  sıra  aşıq  şeir 
nümunələri yaratmağa nail olmuşdur.   
       E. Tovuzu bu kitabı münasibətilə təbrik edir, ona yeni yaradıcılıq 
uğurları arzulayırıq.. 
 
 
 
 
 
 
 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 5 -
 
 
 
 
 
 
Əziz oxucular! 
Düzə düz, əyriyə  əyri deyərək, sevincinin 
matəm havası ilə kədərinin toy havasını eyni 
ahənglə səslənməyə məcbur etdiyimiz dövrün 
və zamanın ayağına yazdıqlarımızı qələmə 
almağa çalışdım. Və buna nə dərəcədə nail 
olduğumu deyə bilmərəm, yalnız onu deyə 
bilərəm ki, bu misraları vaxtınız olandan-olana 
oxumağı tövsiyyə etmək içimdən gəldi. 
Əvvəlcədən təşəkkür edirəm! 
                            
Müəllif 
 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
 
          KİTAB SATAN, 
   KİTABIMA PUL ALMA 
 
İmdadımdı, harayımdı bu kitab, 
Kitab satan, kitabıma pul alma. 
Mənim ömür sarayımdı bu kitab, 
Kitab satan, kitabıma pul alma. 
 
Gəl ömürü-günü satma, amandı, 
Saçımdakı dəni satma, amandı. 
Kitab mənəm, məni satma, amandı, 
Kitab satan, kitabıma pul alma. 
 
Hörmət-izzət gözləyənim nə çoxdu, 
Adam bilib, söz deyənim nə çoxdu! 
Orda-burda “izləyənim” nə çoxdu, 
Kitab satan, kitabıma pul alma. 
 
Demirəm ki, gözünü yum, payla-ver
Kitab azdı, sərrafı seç, oyla, ver. 
Hörmət üçün alan olsa sayla ver, 
Kitab satan, kitabıma pul alma. 
 
Şeir mənim, cavab elin – düzə nə,  
Sağ ol sənin, savab elin – sözə nə, 
Söz Allahın, kitab elin – bizə nə, 
Kitab satan, kitabıma pul alma. 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 7 -
 
 
 
  SALAM OLSUN ! 
 
Vətən, sənin hər daşına, 
Hər dağına salam olsun! 
Qız gölünə, ər çayına, 
Bulağına salam olsun!           
 
Səcdəsinə diz qoyduğum, 
Hər daşına üz qoyduğum, 
Gözüm kimi göz qoyduğum 
Torpağına salam olsun! 
 
Nə gözəldir gözəllərin: 
Arzusu saf, eşqi dərin! 
At oynadan ərənlərin 
Növrağına salam olsun! 
 
Bir aləmsən: aşıb-daşan, 
Şeir yazan, nəğmə qoşan! 
Oba gəzən, el dolaşan 
Sorağına salam olsun! 
 
Göyü – köküm, soy ünvanım,  
Qırmızısı – azad canım, 
Yaşılı – dinim, imanım 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
Bayrağına salam olsun! 
 
 
PAPAĞI  
HAVAYI GÜNƏ VERMƏSƏN... 
 
Gülüstan olarmı bu torpaq, könül, 
Mehrini cücərən dənə verməsən?! 
Bəxtəvər olmağa can atsam belə, 
Olmaram, əlini mənə verməsən. 
 
Qoşa addımlayır bir ömür boyu, 
Sevincin matəmi,  
kədərin toyu... 
Damara işləyər yaranın hoyu, 
Dərdinə yerində sinə verməsən. 
 
Vədəsiz ağ baxar qara telindən, 
Su içə bilməsən haqqın əlindən. 
Zaman qamçısını çəkər belindən, 
Eşqini imana-dinə verməsən. 
 
Demə ki, onsuz da olan-olacaq, 
Bir gün açılan gül bir gün solacaq. 
Ay Elman, səndən də nəsə qalacaq, 
Papağı havayı günə verməsən... 
 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 9 -
 
 
                MƏNİM 
 
Kimin xəbəri var çəkdiklərimdən, 
Çıxıb axırıma bu zillət mənim... 
Silib Günəş məni öz dəftərindən
Yapışıb yaxama bu zülmət mənim. 
 
Daşına dolanıb-dönəm Allahın, 
Dua kitabıdır sinəm Allahın. 
Ya əziz bəndəsi mənəm Allahın, 
Gətirir başıma müsibət mənim?! 
 
Zərdən tül tikəsən, qızıldan pərdə, 
Nə fayda, heykələm pəncərələrdə. 
Quru can sağlığı olmayan yerdə, 
Nəyimə gərəkdir səltənət mənim?! 
 
Quş olub göylərdə süzə bilərdim... 
Balıq tək sularda üzə bilərdim... 
Çətin bu möhnətə dözə bilərdim, 
Yarım olmasaydı məhəbbət mənim. 
 
Ay Elman, bu umu-küsünə qurban, 
Yanan ürəyinin hisinə qurban. 
Yenə yaxşısına, pisinə qurban – 
Başımın tacıdır bu millət mənim! 
 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
 
KİM BİLİR, 
BU DÜNYA KİMƏ QALACAQ!.. 
 
Çoxdur öz-özünə sual verənlər:  
Kim bilir, bu dünya kimə qalacaq!.. 
Deyir “vergililər”, uzaqgörənlər – 
Kim bilir, bu dünya kimə qalacaq!.. 
 
Tanrı ta tökəcək daşı ətəkdən, 
Axır, qurduğunu sökəcək bir-bir. 
Gül bağdan olacaq, arı çiçəkdən, 
Qalxıb-ucalanlar çökəcək bir-bir, 
Himdən başlayanlar himə qalacaq – 
Kim bilir, bu dünya kimə qalacaq!.. 
 
Nə Xeyir övladı, nə Şər övladı, 
Yaxşısız, yamansız olacaq dünya. 
Bunu bilməyəcək bəşər övladı, 
İmanlı, imansız olacaq dünya... 
Sevincə qalacaq, qəmə qalacaq – 
Kim bilir, bu dünya kimə qalacaq!.. 
 
Göydə fırlanacaq xəlbirlər daha, 
Bərəkət ələkdən enəcək bir gün. 
Çörək olmayacaq xəmirlər daha, 
Xəmirlər kömürə dönəcək bir gün. 
Kömürdən yer üzü dəmə qalacaq – 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 11 -
 
Kim bilir, bu dünya kimə qalacaq!.. 
Adəmsiz, Həvvasız qalacaq dünya, 
Əllər soyuyacaq bəhərədən-bardan. 
Dərmansız-davasız olacaq dünya, 
Canı qurtulacaq “ağıllı”lardan, 
Axır ki, bir “ağlıkəm”ə qalacaq – 
Kim bilir, bu dünya kimə qalacaq!.. 
 
Daha düşməyəcək çöllərə Məcnun, 
Axırı gələcək divanələrin... 
Bitəcək Kərəmin yanğısı bir gün, 
Qanadı sınacaq pərvanələrin... 
Sevgilər bir sönmüş şəmə qalacaq – 
Kim bilir, bu dünya kimə qalacaq!.. 
 
Göylər görməyəcək ahı-amanı, 
Atı oynayacaq qara yellərin... 
Çalan olmayacaq tarı-kamanı, 
Laylasız qalacaq beşiyi Yerin...  
Bəlkə də bir sarı simə qalacaq – 
Kim bilir, bu dünya kimə qalacaq!.. 
 
Bir də gülməyəcək dan üzü bəlkə, 
Qaranlıq olacaq bu dünya daha... 
Nə bir yurd qalacaq, nə də bir ölkə, 
Heç nə qalmasa da, qoca Allaha          
Yenə... bir balaca kümə qalacaq – 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
Kim bilir, bu dünya kimə qalacaq!.. 
ŞEİR  KİTABIMI 
     VARAQLAYAN  QIZ 
 
Şeir kitabımı varaqlayan qız, 
Heyif ki, sevinə bilməyəcəksən... 
Bir vüsal nəğməsi soraqlayan qız, 
Min həsrət nəğməsi dinləyəcəksən. 
 
Mənim şeirlərim düyünlü, dağlı, 
Oxusan,  dondurar səni qış kimi. 
Yaralı qartalam – ayağı bağlı, 
Sən isə uçursan qaranquş kimi. 
 
Ahım səmalara nuş olsun deyə, 
Mən dərdi yazıram hər gecə, hər gün. 
Bir dəliqanlıya xoş olsun deyə, 
Sən şeir gəzirsən “xatirə” üçün... 
 
Kədər topa-topa, qəm yığın-yığın, 
Yazmışam tufanla, yağışla, gözəl. 
Yoxdur bu kitabda sən axtardığın, 
Sən Allah, sən məni bağışla, gözəl. 
 
Hələ vaxt olacaq səndən yazmağa, 
Ay vüsal nəğməsi soraqlayan qız. 
Dərd verdin,  
gəlmədin dərd azaltmağa, 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 13 -
 
Şeir kitabımı varaqlayan qız... 
 
 
HARA TƏLƏSİRSƏN? 
 
Sən atlısan, mən piyada, 
Zaman, hara tələsirsən? 
Açılmayıb sabah hələ, 
Duman, hara tələsirsən? 
 
Hər gecə bir ac canavar, 
Bu qorxudan az cana var? 
İşıq yeri azcana var, 
Güman, hara tələsirsən? 
 
Həyat – dəniz,  
                günlər – avar, 
Nə gərəkdi günlərə var? 
Hələ qara günlərə var, 
Saman, hara tələsirsən? 
 
O yay elə, bu yay belə... 
Elman, olan bu, yay belə. 
Çəkilməyib bu yay belə, 
Kaman, hara tələsirsən? 
Aman... hara tələsirsən? 
 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
 
 
NİYƏ QORXUM ALLAHIMDAN 
 
Allah – mənim! 
Mən – Allahın! 
Niyə qorxum Allahımdan?! 
Düz demirəm, sən Allahın, 
Niyə qorxum Allahımdan?! 
 
Gözüm taraz, qaşım taraz, 
Ürəyim düz, başım taraz. 
Tərəzimdə daşım taraz, 
Niyə qorxum Allahımdan?! 
 
Dili dualı gedirəm, 
Gözləri dolu gedirəm –  
Hər gün bu yolu gedirəm, 
Niyə qorxum Allahımdan?! 
 
Demirəm ki, günahım yox, 
Günahımda tamahım yox. 
Ondan ayrı pənahım yox, 
Niyə qorxum Allahımdan?! 
 
Dərdim varsa, əl üzmürəm, 
Ya dözürəm, ya dözmürəm. 
Yumurtada yun gəzmirəm, 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 15 -
 
Niyə qorxum Allahımdan?! 
 
Qoy nəfsi daş kəsən qorxsun,  
Dörd tərəfə əsən qorxsun. 
Pambıqla baş kəsən qorxsun, 
Niyə qorxum Allahımdan?! 
 
Qılıncından qan daman var, 
Ədalətə göz yuman var... 
Qıpqırmızı and-aman var, 
Niyə qorxum Allahımdan?! 
 
Çoxdan aşıb bəndə bəndi... 
Bir də gördün göydən endi. 
Mənim qorxum bəndədəndi, 
Niyə qorxum Allahımdan?! 
 
DÖYSÜN QAPIMI 
 
Nəzir almağa gələr
bizə nəzir gəlməz ki... 
Nə deyirəm, qoy gəlib 
“ah”sız döysün qapımı. 
Vəzir olmağa gələr, 
bizə vəzir gəlməz ki... 
Nə deyirəm, qoy gəlib 
taxtsız döysün qapımı. 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
 
Haqlı – mən, 
 haqsız – gələn, 
saxlayaram qınağı. 
Arada bir, söz atıb, 
qızartmaram yanağı... 
Bura Azərbaycandır:  
“Qonaq – Allah qonağı”, 
Nə deyirəm, qoy gəlib 
haqsız döysün qapımı. 
 
Adam var – saymaq olmaz 
ahlarının sayını... 
Hər kəsin bu dünyada, 
Tanrı verir payını! 
Atalar yaxşı deyib: 
“Taylı tapar tayını”, 
Nə deyirəm, qoy gəlib 
baxtsız döysün qapımı. 
 
Elman, sənə min alqış,  
min əzab çəksən belə! 
Yazın dönüb olsa qış, 
yola sal gülə-gülə...  
Tovuza qayıtmamış, 
demərəm əzrailə:      
Nə deyirəm, qoy gəlib 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 17 -
 
vaxtsız döysün qapımı. 
BU DÜNYA  KİŞİ DÜNYADIR! 
 
Kimsəyə sirr açan deyil, 
Bu dünya – kişi dünyadır! 
Dediyindən qaçan deyil, 
Bu dünya – kişi dünyadır! 
 
Sərt qışı var, həlim yazı, 
Göydə sözü, yerdə sazı. 
Boşuna çəkməz dəryazı, 
Bu dünya – kişi dünyadır! 
 
Yuxarı – ruh, aşağı – var, 
Belində göy qurşağı var. 
Yeddi milyard uşağı var, 
Bu dünya – kişi dünyadır! 
 
“Zaman” adlı at üstədir, 
Cismi yeddi qat üstədir. 
Səsi muğamat üstədir, 
Bu dünya – kişi dünyadır! 
 
Demə dili-dişimi var, 
İşin yoxsa, işimi var... 
İndi belə kişimi var? – 
Bu dünya – kişi dünyadır! 
 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
 
     AĞLAYAN GÖRDÜM 
 
Yel döydü, çiçəklər səpildi yerə, 
Bağbanı bağ üçün ağlayan gördüm. 
Qaya arxa durdu göy dərələrə, 
Daşı bulaq üçün ağlayan gördüm. 
 
Gördüm yurd salanı yurdun içində, 
Zəri “zər” gətirir nərdin içində... 
Ay Allah, itən var dərdin içində, 
İsti qucaq üçün ağlayan gördüm. 
 
Kim bilir qəlbində gəzdirir nələr
Hayqıran dalğalar, həzin ləpələr. 
Alçağın bəsidir alçaq təpələr,  
Ucanı dağ üçün ağlayan gördüm. 
 
Kim ki, öz soyuna, kökünə çəkdi, 
Hara çəkilsə də, kök önə çəkdi... 
Kimi də bilmədi kökü nə çəkdi,  
Özü budaq üçün ağlayan gördüm. 
 
Çox daş ağızlılar daşa çəkildi, 
Kəsən kəsməyənlə qoşa çəkildi... 
Kimi tərifləndi başa çəkildi, 
Kimi ayaq üçün ağlayan gördüm. 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 19 -
 
 
 
Çox gördüm -  
başında şöhrətin barı, 
Zəngin saraylara qul olanları. 
Kimi – arxasını ocağa sarı, 
Kimi ocaq üçün ağlayan gördüm. 
 
Oğruya şər gərək, toranlıq gərək, 
Əyriyə duru da bulanlıq gərək. 
Kimə qəlbi kimi qaranlıq gərək, 
Kimi çıraq üçün ağlayan gördüm. 
 
Gül açmaz hər çöldə göyərib-bitən, 
Bülbül ha olmayır bülbültək ötən. 
Qəribi,  
gözdə qor, dilində “Vətən”, 
Oba-oylaq üçün ağlayan gördüm. 
 
Hər kəsə bir cığır yazıb Yaradan, 
Həmişə acı qan sızıb yaradan... 
Kimi gecə-gündüz yazıb-yaradan, 
Kimi “dayaq” üçün ağlayan gördüm. 
 
Ay Elman, güldürən, ağladan Odur! 
Onun qüdrətiylə söz qalanı qur. 
Başımda tac oldu, gözlərimdə nur –  

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
Kimi torpaq üçün ağlayan gördüm. 
 
 
ÖRT ÜSTÜMÜ, QARA TORPAQ 
 
Yorulmuşam yorulmaqdan, 
Yorğunluq tökülür taxtdan. 
Özümü bu dar otaqdan 
Götürüb, atmağım gəlir. 
 
Çölüm içimdən ayrılıb, 
Dolum “heç”imdən ayrılıb. 
Yolum köçümdən ayrılıb, 
Sürünüb çatmağım gəlir... 
 
Yetər – uydum kəhərinə, 
Bel bağladım səhərinə. 
Nəyim varsa  zərərinə, 
Yerində satmağım gəlir. 
 
Dözüm mənnən əlbəyaxa, 
Kim yıxıla, ya kim yıxa? 
Bu canı göz baxa-baxa, 
Qanına qatmağım gəlir. 
 
Yuxudadır bu dünya, bax! 
Neylədim ki, qalıb oyaq? 
Ört üstümü, qara torpaq, 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 21 -
 
Yıxılıb yatmağım gəlir. 
 
 
 
RAMİZ  RÖVŞƏNƏ 
 
“Bu sulara kim daş atdı?”, 
Sular əzildi daş altda... 
Daşı qoydular baş altda, 
Durulmur suyum, durulmur... 
 
Yerim göydən yuxarıdı, 
Göyüm yerin axarıdı... 
Buludu qan buxarıdı, - 
Durulmur göyüm, durulmur... 
 
Quzeyimdə qarım qalın, 
Güneyimdə canım qalıb. 
Bu geyimdə yarım qalıb, 
Durulmur boyum, durulmur... 
 
Bir kef deyir, dur, evə çıx, 
Evdən yaraqlan ova çıx... 
“ev”– ə ,“ov”– a bu yol açıq, 
Durulmur soyum, durulmur... 
 
 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
 
 
 
 
 BİR OVUC DA GÖZÜMƏ AT 
 
Gəl! – deyənin qucağı yox, 
Nəfəs var – qucaqdan əziz. 
Hər yananın ocağı yox, 
Od olmaz ocaqdan əziz. 
 
Sevgi yoxsa, fəda olmaz, 
Xuda da heç xuda olmaz! 
Hər çuvalda cida olmaz, 
Balıq yox qarmaqdan əziz. 
 
Çiçəyində min bir ətir, 
Yarpaqları – hazır çətir. 
Bir budaq kəs, yüzü bitir, 
Köküm var budaqdan əziz. 
 
Bazardır, bazar bu həyat, 
Can varımdı, canıma sat, 
Bir ovuc da gözümə at, 
Nəyim var torpaqdan əziz?! 
 
 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 23 -
 
 
 
 
BEŞİYİM – MƏZARIM 
 
Beşiyimdi, məzarımdı, 
Haqdan haqqa güzarımdı. 
Dərdim, günüm, azarımdı, 
Ağrımdı, acımdı Vətən. 
 
Çinarımdı, palıdımdı, 
Günəşimdi, buludumdu, 
Qanadlanan umudumdu, 
Bülbülüm, turacımdı Vətən. 
 
Candan əziz sağım-solum, 
Gələcəyə gedən yolum. 
Qeyrətinə qurban olum, - 
Anamdı, bacımdı Vətən. 
 
Dağdı, daşdı, gildi, qumdu, 
Kotanımdan çıxan şumdu, 
Ovcumdakı dəndi, tumdu, 
Təndirim, sacımdı Vətən. 
 
Dünənimdi, sabahımdı, 
Dərgah adlı pənahımdı. 
Peyğəmbərim, Allahımdı, 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
Başımda tacımdı Vətən. 
 
         MƏMMƏD ARAZA 
 
Daşla yondun qələmini,  
mürəkkəbin Araz oldu, 
Daşla yonulan qələmin 
qəddi iti, Məmməd Araz. 
Başla yondun qələmini,  
varaqların bəyaz oldu
Başla yonulan qələmin  
sözü qəti, Məmməd Araz. 
 
Bu diyarı çiçək bilib, 
“qayalarda bitən” – dedin. 
Bu çiçəyə can verən az, 
qoxulayar yetən, – dedin. 
Hər daşına üz qoyaraq, 
torpağına “Vətən” – dedin, 
“Vətən çağırır!” – çağırdın 
bu milləti, Məmməd Araz. 
 
Sənə atılan “güllələr” 
qardaşına ötmədi heç, 
Sənə göndərilən güllər 
qardaşından yetmədi heç. 
Səndə bitən qaya dözüm 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 25 -
 
qardaşında bitmədi heç, 
Dağlar qədər uca bildin 
qətiyyəti, Məmməd Araz. 
 
Haqq işini günəş bilib, 
sabah “salavat” – elədin,    
Nahaqq yolu gedənlərə 
axşam “qaramat” –  elədin, 
Tək dağa yox, dumana da, – 
“qalın salamat!” – elədin, 
Sən beləcə, başa çəkdin 
ədaləti, Məmməd Araz. 
 
Dava döyə-döyə getdin, 
getməyən dava qalmadı, 
Aypara oraq “düzəldi”, 
xırmana yava qalmadı. 
Quyruq bulayan çoxaldı, 
bulaşıq tava qalmadı, 
Qoydu hərə arxa cibə 
cəsarəti, Məmməd Araz.  
 
“Qaçaq tərif” olan yerdə  
çəpiklər var, çiçəklər var, 
Doğru deyib, düz danışsan, 
tənbehlər var, kötəklər var. 
Haqq-ədalət divanında 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
mamırlamış ürəklər var, –  
Cinayətlə bağlayırlar 
cinayəti, Məmməd Araz 
 
 
İti atdan baha idi, –  
Sən yazanda bu dünyanın, 
Baba, indi it alan var 
qiymətinə yüz insanın. 
Atı çapır, iti qapır, – 
nə vecinə kor vicdanın, 
Öz qanına bulayan var 
həqiqəti, Məmməd Araz. 
Barmağına dolayan var 
qiyaməti, Məmməd Araz. 
 
 
      DÖNƏCƏYƏM MƏN 
 
Bu şəhər yerimə,  
bu kənd yerimə –   
Bir əl çəkəmmirəm gördüklərimə. 
Allahım!  
Əzəldən sevdiklərimə 
Deyəsən, təzədən dönəcəyəm mən. 
 
Dağlar da dayanmaz arxa-arxaya, 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 27 -
 
Olmasa canında qüdrətdən maya. 
Soluxan bulağa, quruyan çaya 
Deyəsən, təzədən dönəcəyəm mən. 
 
Yasım olan yerdə yasdan deməyə, 
Toyu olan bəyə “aslan!” – deməyə, 
Ozan məclisində dastan deməyə 
Deyəsən, təzədən dönəcəyəm mən. 
 
Nəğməmi tarıma qaytarmaq üçün, 
Balımı arıma qaytarmaq üçün,  
Sevgimi yarıma qaytarmaq üçün 
Deyəsən, təzədən dönəcəyəm mən. 
 
Hörmətə hörməti qaytarmasalar, 
Papağa qeyrəti qaytarmasalar, 
Düşmənə nifrəti qaytarmasalar, 
Deyəsən, təzədən dönəcəyəm mən. 
 
Vallah, özümə də yad olacağam,  
Xor baxan tapılsa bu umacağa... 
Qalxıb kül altından, sönən ocağa 
Deyəsən, təzədən dönəcəyəm mən. 
 
Səs verən olmasa haqqın səsinə, 
Yerin göy, göyünsə yer nəfəsinə, 
Yurdumun əzəlki xəritəsinə 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
Deyəsən, təzədən dönəcəyəm mən.  
         SÖZ YÜKÜMÜZ 
 
Zamanmı dəyişdi, dəyişdikmi biz, 
Belə atdan endi düzün qiyməti? 
Dünya bazarına öyrəşdikmi biz, 
Gah qalxır, gah enir sözün qiyməti? 
 
Qələmmi yolundan azıb görəsən, 
Ya kağız götürmür həqiqətləri?.. 
Susub məclislərin dastanı nədən, 
Açılmır tarixin hekayətləri?.. 
 
Hanı Tufarqanlı, Hüseyn, Qurbani? 
İndi olanlar da üzdən..., ötəri... 
Nədən görünməyir sözün qurbanı, 
Nəsimi soyulmur sözdən ötəri?..  
 
“He-he-he” oxuyur indi hər yetən, 
“Ehe...y, igidlərim!” harda qalıbdı? 
Sazıyla, sözüylə bir olan vətən
Yəni, bu qədərmi parçalanıbdı?.. 
 
Dəyişib dilin də balı, bəhməzi, 
Hanı sözümüzün kəllə qəndi bəs? 
Hanı qoşmaların dodaqdəyməzi, 
Hanı dildönməzi, qıfılbəndi bəs? 

www.kitabxana.net   
 
Elman Tovuz
 
 
-
 29 -
 
 
 
İllər tənginəfəs, həyat əzablı... 
Budurmu gələn yol üzü sabaha? 
Hanı Səməd Vurğun? 
Hanı Azaflı? 
Nədən o dahilər yetişmir daha? 
 
Sönür şeriyyətin ocağı-odu, 
At çapan artdıqca söz bazarında. 
Şeirin duzu yox, nəğmənin dadı, 
Hərə “düdük” çalır öz bazarında. 
 
Əymir çiynimizi daşıdığımız, 
Demirəm dərdimiz, kədərimiz yox. 
Sanki, dərd əsridir yaşadığımız, 
Köçündə gedirik, xəbərimiz yox. 
 
Söz üçün ölümə hazır şairlər 
Yox indi,  
korlanıb baxışlar daha... 
Nədənsə “ölüm”dən yazır şairlər, 
“Gülüm”dən oxumur aşıqlar daha. 
 
Zamanmı dəyişdi, dəyişdikmi biz, 
Belə atdan endi düzün qiyməti? 
Dünya bazarına öyrəşdikmi biz, 

www.kitabxana.net   
Dəlir ürəyimi demədiklərim 
 
Gah qalxır, gah enir sözün qiyməti? 

Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə