Əliyev Elnur Məməti oğlunun Azərbaycan Respublikası cm-nin


Məhkəmə istintaqı və proses ıştirakçılarının  çıxışları



Yüklə 382,86 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix02.01.2022
ölçüsü382,86 Kb.
#2406
1   2   3   4   5   6   7   8   9
Məhkəmə istintaqı və proses ıştirakçılarının  çıxışları: 

 

 

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum edilmiş şəxs Əliyev Elnur Məməti oğlu Saatlı Rayon 

Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs 

Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman  Abdulhüseyn  oğlu  və  məhkum  edilmiş 

şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu  tərəfindən 

verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərini  müdafiə  etdiyini,  dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar 

oğlu tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə isə etiraz etdiyini bildirdi.  

Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Bayramov Məhəmməd Ramiz oğlu Saatlı 

Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmündən məhkum edilmiş 

şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman  Abdulhüseyn  oğlu  və  müdafiəçisi 

Musayev Ramiz Əzizulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdiyini, 

dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlu  tərəfindən  verilmiş  apellyasiya  protestinin  dəlillərinə  isə 

etiraz etdiyini bildirdi.  

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum edilmiş şəxs Rəsulov Nicat Mehdi oğlu Saatlı Rayon 



Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmündən  müdafiəçisi  Paşayev 

Mehman  Abdulhüseyn  oğlu  və  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun 

müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərini 

müdafiə  etdiyini,  dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlu  tərəfindən  verilmiş  apellyasiya 

protestinin dəlillərinə isə etiraz etdiyini bildirdi. 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun 

müdafiəçisi  Fərəcov  Salman  Böyükağa  oğlu  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli, 

1(055)-02/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi 




 

7

Paşayev  Mehman  Abdulhüseyn  oğlu  və  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun 



müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərini 

müdafiə  etdiyini,  dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlu  tərəfindən  verilmiş  apellyasiya 

protestinin dəlillərinə isə  etiraz etdiyini bildirdi.    

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun 

müdafiəçisi Əbdurəhmanov  Kənan Səfər oğlu Saatlı Rayon Məhkəməsinin 24  fevral 2016-cı  il tarixli, 

1(055)-02/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi 

Paşayev  Mehman  Abdulhüseyn  oğlu  və  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun 

müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərini 

müdafiə  etdiyini,  dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlu  tərəfindən  verilmiş  apellyasiya 

protestinin dəlillərinə isə  etiraz etdiyini bildirdi.  

Apellyasiya  məhkəməsi  iclasında  Azərbaycan  Respublikası  Baş  prokurorluğunun  Dövlət 

ittihamının  müdafiəsi  üzrə  idarəsinin  apellyasiya  və  kassasiya  instansiyası  məhkəmələrində  dövlət 

ittihamının  müdafiəsi  şöbəsinin prokuroru, kiçik ədliyyə  müşaviri Sadıqov Səyavuş Köçəri oğlu Saatlı 

Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmündən məhkum edilmiş 

şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman  Abdulhüseyn  oğlu  və  məhkum 

edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu 

tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərinə  etiraz  etdiyini,  dövlət  ittihamçısı  Əliyev  Şaiq 

Allahyar oğlu tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini isə müdafiə etdiyini bildirdi.  

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Əliyev  Elnur  Məməti  oğlu  ona  elan 

olunmuş  ittiham  üzrə  özünü  təqsirli  bilərək  göstərdi  ki,  30  iyul  2015-ci  il  tarixdə  siqaret  almağa  pulu 

olmadığı  üçün  oğurluq  etmək  qərarına  gəlmişdir.  Bu  məqsədlə  saat  20  radələrində  evdən  çıxaraq 

rayonun  mərkəzinə  getmiş  və  oradan  da  tanımadığı  «VAZ-21011»  markalı  bir  avtomaşınla  İmişli 

rayonuna getmişdir. İmişli rayonunun Mirili kəndi ərazisindən keçərkən yolun sağında mağaza olmasını 

görüb  həmin  avtomaşından  düşmüş  və  ətrafda  heç  kimin  olmamasını  görüb  mağazanın  arxasından 

mağazanın  üstünə  çıxaraq  dam  örtüyünü  söküb  oradan  mağazanın  içinə  girmişdir.  Mağazadan  siqaret, 

konturlar, 100 manat nəqd pul və digər əşyalar götürüb ağ rəngli torbaya yığaraq mağazadan çıxmışdır. 

Burdan  sonra  yola  çıxaraq  Saatlı  rayon  istqamətində  piyada  gəlməyə  başlamış  və  yoldan  keçən 

traktorun  arxasındakı  qoşquya  minərək  Saatlı  rayonuna  gəlmişdir.  Oğurladığı  əşyaları  yaşadığı  evdə 

gizlətmişdir.  Səhəri  gün  siqaret  və  konturları  özü  istifadə  etmək  üçün  saxlamış,  qalan  əşyaları  isə 

yandırmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin mağazanın sahibi İmişli rayonunun Mirili kənd 

sakini  Aslanov  Adıgözəl  Qənimət  oğludur  və  Adıgözəl  Aslanova  oğurluq  nəticəsində  vurduğu  ziyan 

tam  olaraq  ödənilmişdir.  21  noyabr  2014-cü  il  tarixdə  saat  22:30  radələrində  Saatlı  şəhərinin 

M.Kərimov küçəsi ilə evlərinə gedərkən həmin küçədə yaşayan Şıxəliyev Aslan Mehdi oğlunun evində 

işıq  yanmamasını  görmüş  və  həmin  vaxt  evdə  heç  kim  olmamasını  bilərək  Aslanın  evindən  oğurluq 

etmək qərarına gəlmişdir. Bu məqsədlə evin həyətinə keçmiş və evin plastikdən olan pəncərəsini açaraq 

evə  daxil  olmuşdur.  Əvvəlcə  balkonu,  sonra  isə  otaqları  axtarmış  və  otaqların  birində  olan  plasmas 

şkafdan  qara  qabın  içərisindən  qızıl  əşyaları  tapmışdır.  Həmin  qızılları  götürüb  evdən  çıxarkən  evin 

küçə  qapısında  avtomaşın  dayanmış  və  bunu  görən  kimi  oradan  qaçıb  uzaqlaşmışdır.  Aslanın  evindən 

oğurladığı  qızıl  əşyalarını  Bakı  şəhərində  tanımadığı  şəxslərə  1.500  manata  satmışdır.  İbtidai  istintan 

zamanı  ona  göstərilən  təzyiq  və  təkidlərə  görə  həmin  cinayət  əməlini  Rəsulov  Nicat  Mehdi  oğlu  və 

Bayramov  Məhəmməd  Ramiz  oğlu  ilə  birlikdə  törətdiyini  göstərmişdir.  Lakin  həmin  cinayəti  tək 

törətmiş,  həmin  vaxt  Rəsulov  Nicat  Mehdi  oğlu  və  Bayramov  Məhəmməd  Ramiz  oğlu  onun  yanında 

olmamış və ümumiyyətlə, onlarla birlikdə oğurluq etməmişdir.  

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlu 

ona  elan  olunmuş  ittiham  üzrə  özünü  təqsirli  bilməyərək  göstərdi  ki,  Rəsulov  Nicat  Mehdi  oğlu  ilə 

Əliyev  Elnur  Məməti  oğlunu  tanıyır  və  onlar  dostluq  edirlər.  İbtidai  istintan  zamanı  ona  göstərilən 

təzyiq və təkidlərə görə həmin cinayət əməlini törətməsini göstərmişdir. Lakin o, Nicat və Elnurla Aslan 

Şıxəliyevin  evindən  və  digər  bir  yerdən  oğurluq  etməmişdir  və  həbs  olunandan  sonra  ona  məlum 

olmuşdur ki, Elnur Əliyev Aslan Şıxəliyevin evindən qızıl əşyaları oğurlamışdır.  

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəx  Rəsulov  Nicat  Mehdi  oğlu  ona  elan 

olunmuş  ittiham  üzrə  özünü  təqsirli  bilməyərək  göstərdi  ki,  Əliyev  Elnur  Məməti  oğlu  və  Bayramov 

Məhəmməd  Ramiz  oğlu  ilə  bir  məhlədə  yaşayır.  Elnur  Əliyev  və  Məhəmməd  Bayramovla  birlikdə 




 

8

Aslan Şıxəliyevin evindən oğurluq etməsə də ibtidai  istintaq zamanı ona göstərilən təzyiq və təkidlərə 



görə həmin cinayət əməlində iştirakının olmasını göstərmişdir. Yalnız həbs olunandan sonra ona məlum 

olmuşdur ki, Aslanın evindən qızıl əşyaları oğurlanmış və həmçinin də ona məlum olmuşdur ki, həmin 

qızıl əşyalarını Elnur Əliyev tək oğurlamışdır.  

   Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  Azərbaycan  Respublikası  Baş 

prokurorluğunun  Dövlət  ittihamının  müdafiəsi  üzrə  idarəsinin  apellyasiya  və  kassasiya  instansiyası 

məhkəmələrində  dövlət  ittihamının  müdafiəsi  şöbəsinin  prokuroru,  kiçik  ədliyyə  müşaviri  Sadıqov 

Səyavuş  Köçəri  oğlu  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli 

hökmündən  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman 

Abdulhüseyn oğlu, məhkum edilmiş şəxs Bayramov Məhəmməd Ramiz oğlunun müdafiəçisi Musayev 

Ramiz  Əzizulla  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  dəlilləri  ilə  razı  olmadığını, 

törədilmiş  cinayət  hadisəsinin  iş  materialları  ilə  tam  sübuta  yetirildiyini,  törədilmiş  əməllərin  ibtidai 

istintaq  orqanı  və  məhkəmə  tərəfindən  düzgün  tövsif  olunduğunu    bildirdi.  Eyni  zamanda,  dövlət 

ittihamçısı  Sadıqov  Səyavuş  Köçəri  oğlu  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli, 

1(055)-02/2016 nömrəli  hökmünü qanunvericiliyin müddəalarına uyğun Bayramov Məhəmməd Ramiz 

oğlu  və Rəsulov Nicat Mehdi oğluna qanunun sanksiyası  həddində daha ağır azadlıqdan  məhrumetmə 

cəzası  təyin  edilməklə  dəyişdirilməsini,    həmçinin  cinayət  qanunvericiliyinə  olunmuş  dəyişikliklərlə 

əlaqədar  olaraq  Azərbaycan  Respublikası  CPM-nin  397-ci  maddəsinə  əsasən  məhkum  edilmiş  şəxs 

Əliyev Elnur Məməti oğluna elan edilmiş ittihamdan və hökmdən  onun 1.450 manat dəyərində əmlakı 

və  pulu  gizli  olaraq  talaması  epizodu  üzrə  talanmış  əmlakın  xeyli  miqdar  olmasına  dair  müddəaların 

xaric edilməsini  məhkəmə kollegiyasından xahiş etdi. 

 

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  müdafiəçi  Fərəcov  Salman 



Böyükağa  oğlu  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli 

hökmündən  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman 

Abdulhüseyn  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətinin  təmin  edilməsini,  Saatlı  Rayon 

Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmünü  məhkum  edilmiş  şəxs 

Rəsulov  Nicat  Mehdi  oğluna  münasibətdə  ləğv  edib,  onun  barəsində  bəraət  hökmünün  çıxarılmasına 

dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 

  Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  müdafiəçi  Əbdurəhmanov  Kənan 

Səfər oğlu Saatlı Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmündən 

məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  müdafiəçisi  Musayev  Ramiz  Əzizulla 

oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətinin  təmin  edilməsini,  Bayramov  Məhəmməd  Ramiz 

oğlunun  Azərbaycan  Respublikası  CM-nin  177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələrində  nəzərdə 

tutulmuş cinayət əməllərini törətməsində təqsiri  məhkəmə  baxışı zamanı sübuta  yetirilmədiyindən onu 

məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edərək 

onun barəsində bəraət hökmü çıxarılmasını  məhkəmə kollegiyasından xahiş etdi.  

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  məhkum  edilmiş  şəxs  Əliyev  Elnur 

Məməti  oğlu  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli 

hökmündən  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman 

Abdulhüseyn  oğlu  və  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  müdafiəçisi 

Musayev  Ramiz  Əzizulla  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  təmin  edilməsini,    dövlət 

ittihamçısı Əliyev Şaiq Allahyar oğlu tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini  

məhkəmə kollegiyasından xahiş etdi. 

Apellyasiya  məhkəməsi  iclasında  son  sözündə  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd 

Ramiz  oğlu  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli 

hökmündən  müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu    tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin 

təmin  edilməsini,  Azərbaycan  Respublikası  CM-nin  177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələrində 

nəzərdə  tutulmuş  cinayət  əməllərini  törətməsində  təqsiri  məhkəmə  baxışı  zamanı  sübuta 

yetirilmədiyindən  onu  məhkəmə  baxışında  aşkar  və  təxirə  salınmadan  Azərbaycan  Respublikası 

adından təqsirsiz elan edərək barəsində bəraət hökmünün çıxarılmasını  məhkəmə kollegiyasından xahiş 

etdi.  

Apellyasiya  məhkəməsi  iclasında  son  sözündə  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlu 

Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmündən 



 

9

müdafiəçisi  Paşayev  Mehman  Abdulhüseyn  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətinin  təmin 



edilməsini,  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmünü 

ona  münasibətdə  ləğv  edib,  barəsində  bəraət  hökmünün  çıxarılmasını  məhkəmə  kollegiyasından  xahiş 

etdi.  

   



Yüklə 382,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin